Məhkəmə qərarları › İş №2(102)-1679/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1679/2020

16.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1679/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)8536/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim Anar Qasımov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 4 otaqlı 6 nömrəli mənzildə olan Cavabdeh qızna məxsus cehiz əşyalarının - yataq və qonaq otaq mebel dəstləri; mətbəxdə yerləşdirilmiş künc divan və masa; 1 ədəd 2x3 ağ rəngdə xalça; 1 ədəd köhnə qədimi xalça; 1 ədəd dəhlizdə kiçik ensiz xalça; yataq otağında 3 ədəd oval kiçik ölçüdə xalçalar; mətbəxdə yerə sərilmiş 1 ədəd kiçik ensiz xalça; 1 ədəd 2x3 qonaq otağında yerə sərilmiş xalça; 2 ədəd “Samsunq” markalı televizorlar; 1 ədəd “Kenvud” markalı su ilə işləyən tozsoran; 1 ədəd əl tozsoranı; 1 ədəd ütü stolu; 1 ədəd ütü; 1 ədəd kiçik ütü; 6 şamlı mətbəx çilçırağı; yataq otağında quraşdırılmış 8 şamlı çilçıraq; yataq otağında quraşdırılmış 6 şamlı çilçıraq; qonaq otağında quraşdırılmış 12 şamlı çilçıraq; dəhlizdə quraşdırılmış 3 ədəd bir şamlı çilçıraq; 11 ədəd stol ö rtüyü; 1 ədəd şal; 4 ədəd yay yataq örtüyü; 2 ədəd qış yataq örtüyü; 13 ədəd yataq dəsti; 1 ədəd işlənmiş yataq dəsti; 5 ədəd məhraba dəsti; 17 ədəd fərqli əl-üz dəsmalları; 4 ədəd balış üzü; 1 dəst metal qazan (5 ədəd); 1 dəst güllü emal qazan (4 ədəd); 1 ədəd “Öz-ba” adlanan dörd künc tava; 1 ədəd termos qazan; 1 ədəd sok çəkən maşın; 1 ədəd ət çəkən maşın; 1 ədəd 3-lü xırda qazan dəsti; 1 ədəd qəhvə dəmləyən; 1ədəd qırmızı qazan dəsti (5 ədəd); 1 ədəd metal qazan dəsti (6 ədəd); 1 ədəd buxar qazanı; 2 ədəd çaydan və qəhvədan; 2 ədəd saxsı balıq qabı; 1 çay dəsti (6 nəlbəki, 6 fincan); 6 ədəd piarə və 1 ədəd qrafın; çörək qabı və 3-lü (kofe,qənd,çay); 1 ədəd bıçaq dəsti; 1 ədəd çəngəl, qaşıq, bıçaq dəsti (hər biri 6 ədəd); 6 ədəd çay qaşığı; 2 ədəd aş qaşığı; 1 ədəd çömçə; 6 ədəd taxta ç əngəl; 6 ədəd taxta bıçaq; plastmas qablar (ləyən, süzgəc, salat qabları); mətbəx üçün 3-lü duz qabı; mətbəx üçün “Azşa” adlanan dəst (çəngəl, qaşıq və bıçaq); 6 ədəd şüşə fincan; 6 ədəd rəngli armudu stəkan; ağ rəngli şüşədən 6 nəfərlik tort servisi; 1 ədəd şüşə qab-akvarium; 1 ədəd blender; 1 ədəd toster; ağ rəngli “Angel” adlanan 6 nəfərlik servis; 1 ədəd su dəsti (6 stəkan 1 qrafın); 3-lü qaşlı salat qab dəsti; 1 ədəd buta şəklində 2-li ləpə qabı; 1 ədəd mikser; 1 ədəd tok çaydanı; 6-lı ədviyyət qab dəsti; 1 ədəd konfet qabı; 3 ədəd vaza; 2 ədəd kompot dəsti; 2 ədəd xrustal səbət qab; 2 ədəd xrustal ayaqlı mürəbbə qabı; 2 ədəd xrustal meyvə qabı; 1 ədəd güldan; 1 ədəd rəngli meyvə qabı; 12 ədəd xrustal böyük rumka; 6 ədəd xrustal kiçik rumka; 12 ədəd rəngli şüşə rumka; 1 ədəd rəngli şü şə dəsti; 2 ədəd Tom salfet qabı; 4 ədəd Tom konfet qabı; 2 ədəd Tom ləpə qabı; 1 ədəd dəst güllü çay servisi; qızılı rəngdə qablar (2 qənd qabı, 2 salfet qabı, 2 limon qabı); 2 ədəd ağ rəngli saxsı ləpə qabı; 1 ədəd tort qabı; 12 ədəd Tom xrustal stəkan; 2 ədəd Tom limon qabı; 1 ədəd ağ rəngli saxsı çay dəsti (12 nəlbəki, 12 mürəbbə qabı, 12 desert boşqabı) - həmin mənzildən çıxarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, qarşılıqlı iddianın qismən təmin edilərək 16 cüt ayaqqabı, 14 ədəd qadın çantası, 4 ədəd 100 ml fransa istehsalı olan ətir, 4 ədəd qadın plaşı, 2 ədəd qadın paltosu, 1 ədəd kurtka, 1 ədəd şuba, 6 ədəd jaket, 5 dəst kostyum, 4 dəst idman paltarı, 8 ədəd qadın platyası, 2 ədəd hamam dəsti, 1 ədəd pencək, 1 ədəd şalvar, 5 ədəd şarf, 25 ədəd kofta, kosmetika dəsti, şəx si dərs materialları (kitablar), bir cüt əlcək, 3 ədəd pijamadan ibarət şəxsi geyim və paltar əşyalarının və qızıl-zinət əşyalarının - 1 ədəd komplekt dəstin (brillyant dəst qolbağ, üzük, sırğalar, boyunbağı), 1 ədəd komplekt dəstin (sırğa 1 tay, üzük), 1 ədəd nişan üzüyünün (6.4 qr, 1.63 karat), 1 ədəd (nikah üzüyü) üzüyün, 1 ədəd boyunbağının (sarı 5 qr.), 1 ədəd boyunbağının (ağ 5 qr.), 1 ədəd üzüyün (ilan formalı 3 qram), 1 ədəd beşlik sikkənin, 1 ədəd brilliyant üzüyün (qədimi), 1 ədəd kulonun, 1 ədəd sırğanın (təkqaş), 1 ədəd nazik boyunbağının (3 qram) Cavabdeh Arif qızına qaytarılması qət olunmuş, qalan hissədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh qaytarılmalı olan qızıl-zinyət əşyalarının qiymətləri hissədə dəyişdirilmiş, 1 ədəd komplekt dəstin (brillyant dəst qolbağ, üzük, sırğalar, boyunbağı) qiyməti ümimilikdə 27000 manat (qolbağı 5300 manat, üzük 2900 manat, sırğalar 6000 manat, boyunbağı 12 800 manat), 1 ədəd komplekt dəstin qiyməti ümumilikdə 1800 manat (sırğa 1 tay 500 manat, üzük 1300 manat), 1 ədəd nişan üzüyünün (6.4 qr, 1.63 karat) qiyməti manat, 1 ədəd (nikah üzüyü) üzüyün qiyməti 2400 manat, 1 ədəd boyunbağının (sarı 5 qr.) qiyməti 840 manat, 1 ədəd boyunbağının (ağ 5 qr.) qiyməti 840 manat, 1 ədəd üzüyün (ilan formalı 3 qram) qiyməti 25 0 manat, 1 ədəd beşlik sikkənin qiyməti 375 manat, 1 ədəd brilliyant üzüyün (qədimi) qiyməti 1050 manat, 1 ədəd kulonun qiyməti 350 manat, 1 ədəd sırğanın (təkqaş) qiyməti 350 manat, 1 ədəd nazik boyunbağının qiyməti 225 manat müəyyənləşdirilmiş və həmin əmlaklar (qızıl-zinyət əşyaları) qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğlərinin İddiaçı alınaraq Cavabdeh verilməsi qət olnumuş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 otaqlı 6 nömrəli mənzildə olan Cavabdeh məxsus iddia ərizəsində göstərilən cehiz əşyaların - yataq və qona q otaq mebel dəstləri; mətbəxdə yerləşdirilmiş künc divan və masa; 1 ədəd 2x3 ağ rəngdə xalça; 1 ədəd köhnə qədimi xalça; 1 ədəd dəhlizdə kiçik ensiz xalça; yataq otağında 3 ədəd oval kiçik ölçüdə xalçalar; mətbəxdə yerə sərilmiş 1 ədəd kiçik ensiz xalça; 1 ədəd 2x3 qonaq otağında yerə sərilmiş xalça; 2 ədəd “Samsunq” markalı televizorlar; 1 ədəd “Kenvud” markalı su ilə işləyən tozsoran; 1 ədəd əl tozsoranı; 1 ədəd ütü stolu; 1 ədəd ütü; 1 ədəd kiçik ütü; 6 şamlı mətbəx çilçırağı; yataq otağında quraşdırılmış 8 şamlı çilçıraq; yataq otağında quraşdırılmış 6 şamlı çilçıraq; qonaq otağında quraşdırılmış 12 şamlı çilçıraq; dəhlizdə quraşdırılmış 3 ədəd bir şamlı çilçıraq; 11 ədəd stol örtüyü; 1 ədəd şal; 4 ədəd yay yataq örtüyü; 2 ədəd qış yataq örtüyü; 13 ədəd yataq dəsti; 1 ədəd işlənmiş ya taq dəsti; 5 ədəd məhraba dəsti; 17 ədəd fərqli əl-üz dəsmalları; 4 ədəd balış üzü; 1 dəst metal qazan (5 ədəd); 1 dəst güllü emal qazan (4 ədəd); 1 ədəd “Öz-ba” adlanan dörd künc tava; 1 ədəd termos qazan; 1 ədəd sok çəkən maşın; 1 ədəd ət çəkən maşın; 1 ədəd 3-lü xırda qazan dəsti; 1 ədəd qəhvə dəmləyən; 1ədəd qırmızı qazan dəsti (5 ədəd); 1 ədəd metal qazan dəsti (6 ədəd); 1 ədəd buxar qazanı; 2 ədəd çaydan və qəhvədan; 2 ədəd saxsı balıq qabı; 1 çay dəsti (6 nəlbəki, 6 fincan); 6 ədəd piarə və 1 ədəd qrafın; çörək qabı və 3-lü (kofe,qənd,çay); 1 ədəd bıçaq dəsti; 1 ədəd çəngəl, qaşıq, bıçaq dəsti (hər biri 6 ədəd); 6 ədəd çay qaşığı; 2 ədəd aş qaşığı; 1 ədəd çömçə; 6 ədəd taxta çəngəl; 6 ədəd taxta bıçaq; plastmas qablar (ləyən, süzgəc, salat qabları); mətbəx üçün 3-lü duz qabı; mətbəx üçün “Azşa” adlanan dəst (çəngəl, qaşıq və bıçaq); 6 ədəd şüşə fincan; 6 ədəd rəngli armudu stəkan; ağ rəngli şüşədən 6 nəfərlik tort servisi; 1 ədəd şüşə qab-akvarium; 1 ədəd blender; 1 ədəd toster; ağ rəngli “Angel” adlanan 6 nəfərlik servis; 1 ədəd su dəsti (6 stəkan 1 qrafın); 3-lü qaşlı salat qab dəsti; 1 ədəd buta şəklində 2-li ləpə qabı; 1 ədəd mikser; 1 ədəd tok çaydanı; 6-lı ədviyyət qab dəsti; 1 ədəd konfet qabı; 3 ədəd vaza; 2 ədəd kompot dəsti; 2 ədəd xrustal səbət qab; 2 ədəd xrustal ayaqlı mürəbbə qabı; 2 ədəd xrustal meyvə qabı; 1 ədəd güldan; 1 ədəd rəngli meyvə qabı; 12 ədəd xrustal böyük rumka; 6 ədəd xrustal kiçik rumka; 12 ədəd rəngli şüşə rumka; 1 ədəd rəngli şüşə dəsti; 2 ədəd Tom salfet qabı; 4 ədəd Tom konfet qabı; 2 ədəd Tom ləpə qabı; 1 ədəd dəst güllü çay serv isi; qızılı rəngdə qablar (2 qənd qabı, 2 salfet qabı, 2 limon qabı); 2 ədəd ağ rəngli saxsı ləpə qabı; 1 ədəd tort qabı; 12 ədəd Tom xrustal stəkan; 2 ədəd Tom limon qabı; 1 ədəd ağ rəngli saxsı çay dəsti (12 nəlbəki, 12 mürəbbə qabı, 12 desert boşqabı) - həmin mənzildən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cehiz əşyalarının 7 xalça (4000 manat), 1 ədəd qədimi xalça (3000 manat), 7 ədəd lustr (3000 manat), 2 ədəd pərdə və 1 ədəd jalüz (2000 manat), 3 ədəd İtaliya istehsalı qab (4000 manat), yataq-qonaq mebeli (28 500 manat), mətbəx dəsti (1600 manat), 2 ədəd televizor (3000 manat), 2 ədəd hamam dəsti (110 manat), 2 ədəd tozsoran (400 manat), “Versachi” ru mka 6 ədəd (150 manat), Qrafin “Versachi” (140 manat), 3ədəd podnos (85 manat), qozçəkən (15 manat), üzərlik qabı (20 manat), qaşıq çəngəl çemodan dəsti (250 manat), bıçaq dəsti arşia (90 manat), 2 qazan dəsti (nikel)-500 manat, qazan dəsti keramika (250 manat), tumçıxaran (20 manat), kabab şiş (30 manat), sarımsaq əzən (10 manat), mikrodalğalı soba üçün qab (20 manat), podnos (20 manat), konfet qabları (70 manat), çuğun qazan dəsti böyük (100 manat), kiçik qazan dəsti (40 manat), mətbəx dəsti (45 manat), xörək üçün termos (45 manat), çay üçün termos (40 manat), kompot dəsti 2 ədəd (160 manat), tefal-qaşıq dəsti (30 manat), çaynik dəsti 2 ədəd (130 manat), dəm çayniki (35 manat), 6 ədəd gümüş qaşıq (180 manat), elektrik çaydanı (50 manat), kofevarka (60 manat), yumurtabişirən (35 manat), t oster (120 manat), 2 ədəd ütü (200 manat), blender (100 manat), mixer (60 manat), ətçəkən (150 manat), çörək qabı (65 manat), 12 ədəd Tom Çexiya xrustal stəkanlar (300 manat), 6 ədəd Tom rumka (120 manat), 2 ədəd Tom qənd qabı (380 manat), 2 ədəd Tom konfet qabı (150 manat), 2 ədəd Tom mürəbbə qabı (150 manat), 2 ədəd Tom meyvə qabı (380 manat), 2 dədə Tom limon qabı (20 manat), 2 ədəd Tom salfetka qabı (120 manat), Güldan Tom (380 manat), Külqabı Tom (140 manat), Rumka Tom 12 ədəd (320 manat), ləbləbi qabı Tom (150 manat), Çex tort qabı (70 manat), çex nəlbəki 12 ədəd (180 manat), Çex tort boşqabı 12 ədəd (150 manat), çex mürəbbə qabı 12 ədəd (100 manat), çex ləbləbi qabı (130 manat), bürünc ayaqlı qab (300 manat), 2 ədəd “Versaçi” meyvə qabı (200 manat), qara kompot qabı (200 manat), 2 d əst mavi kompot dəsti (280 manat), 12 ədəd rumka mavi (100 manat), 13 ədəd süfrə (1000 manat), 1 ədəd pled (120 manat), 2 ədəd yay adyalı (100 manat), qış yorğanı 1 ədəd (110 manat), 4 ədəd yastıq (60 manat), izqara tavası (60 manat), blinçik tavası (40 manat), parovarka (100 manat), 16 ədəd yataq dəsti (2400 manat), müxtəlif dəsmal, qətvələr (800 manat), kuxna ləvazimatları (500 manat), çay və yemək dəsti Luminak (150 manat), farfor çay və yemək dəsti (150 manat), ütü stolu (65 manat), 11 ədəd süfrə (1100 manat) və 2 ədəd yataq örtüyü (200 manat) - uzun müddət cavabdeh tərəfin faktiki sərəncamında olduğuna və dəyərini əhəmiyyəti dərəcədə itirdiyinə görə həmin cehiz əşyalarının ümumi dəyəri olan 64200 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, 20 cüt ayaqqabı, 14 ədəd qadın çantası, 4 ədəd 100 ml fransa istehsalı olan ətir, 4 ədəd qadın plaşı, 2 ədəd qadın paltosu, 1 ədəd kurtka, 1 ədəd şuba, 6 ədəd jaket, 5 dəst kostyum, 4 dəst idman paltarı, 8 ədəd qadın platyası, 2 ədəd hamam dəsti, 1 ədəd pencək, 1 ədəd şalvar, 5 ədəd şarf, 25 ədəd kofta, kosmetika dəsti, şəxsi dərs materialları, bir cüt əlcək, 3 ədəd pijamadan ibarət şəxsi geyim və paltar əşyalarının ona qaytarılması, 1 ədəd komplekt dəst 75 qr, 750 əyar 50 karat İtaliya (brillyant dəst qolbağ, üzük, sırğalar, boyunbağı) - 53000 manat, 1 ədəd komplekt dəst (sırğa, üzük) 585 əyar Türkiyə 2500 manat, 1 ədəd onluq qızıl sikkə - 800 manat, 1 ədəd nişan üzüyü 6.4 qr, 750 əyar, 1.63 karat İtaliya - 6750 manat, 1 ədəd (nikah üzüyü) üzük - 1500 manat, 1 ədəd boyunbağı sarı 5 qr. 750 əyar İtaliya - 500 manat, 1 ədəd boyu nbağı ağ 5 qr. 750 əyar İtaliya - 500 manat, 1 ədəd üzük ilan formalı 3 qram -150 manat, 1 ədəd beşlik sikkə - 500 manat, 1 ədəd brilliyant üzük(qədimi) - 1500 manat, 2 ədəd klon 585 əyar Türkiyə - 350 manat, 1 ədəd sırğa təkqaş 583 əyar Rusiya -500 manat, 1 ədəd nazik boyunbağı 3 qram 585 əyar Türkiyə - 200 manatdan ibarət ümumi dəyəri 68000 manat olan qızıl-zinət əşyalarının qaytarılması, onlardan hər hansı biri olmadıqda isə onun göstərilən dəyərinin pul şəkilində İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qə tnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq ona qaytarılmalı olan qızıl-zinət əşyalarının qiymətini dəyişdirmiş, əmlakların qiymətini 680xx xxxxxxxx 36580 manat azaltmışdır. Bundan başqa məhkəmə cehiz əmlakların dəyəri olan 67165 manat pulun ona verilməsini qət etməli idi. Belə ki, həmin əmlaklar istifadə edilərək köhnəldiyindən, əmlakların özləri deyil, onların dəyəri verilməli idi. Apellyasiya instansiyası məhkəməsi bu hallara diqqət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegi yası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, ilkin iddiaçının oğlu X5 Əlizadə xx.xx.2018-ci il tari xdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra Cavabdeh ilkin iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə gəlin köçmüş, onun cehiz əşyaları həmin mənzildə yerləşdirilmiş, nikahları xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzində pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə Cavabdeh “cehiz əmlakların qaytarılması” tələbinə qiymət verərək qeyd etmişdir ki, həmin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir; həmin maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə, maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmin iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü Cavabdeh üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi cehiz əşyalarının onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci mad dəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh əmlaklarla bağlı tələbinin müəyyən hissəsi ilkin iddiaçı tərəfindən faktiki olaraq etiraf olunduğundan həmin hissənin onun tərəfindən sübut edilməsinə ehtiyac yoxdur (əslində həmin hissə apellyasiya baxışının predmeti də deyildir) və həmin tələbi təmin edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddianın təmin olunmayan hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, Cavabdeh tələbinin təmin olunmayan hissəsində sadaladığı əşyaların mövcudluğunu və ilkin iddiaçıda qaldığını sübuta ye tirə bilməmişdir; buna görə birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə də qanuni hesab olunmalıdır. Cavabdeh “cehiz əşyaları uzun müddət cavabdeh tərəfin faktiki sərəncamında olduğuna və dəyərini əhəmiyyəti dərəcədə itirdiyinə görə onların ümumi dəyəri olan 64200 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinin isə qanuni əsası ümumiyyətlə mövcud deyildir və bu səbəblə apellyasiya instansiyası məhkəməsi həmin tələblə əlaqədar əlavə əsaslandırma aparılmasını zəruri hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsiilk iddia üzrə gəlinən nəticəni də əsaslı hesab etmişdir; belə ki, qarşılqılı iddiaçının gəlin köçdüyü ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilin İddiaçı mülkiyyətində olduğu müəyyən edilmişdir və bu səbəblə də o, mənzildə qalan qarşılıqlı iddiaç ıya məxsus əşyaların oradan çıxarılması tələb etməkdə haqlıdır. Bununla belə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçıya qaytarılmalı olan qızıl-zinyət əşyalarının qiymətlərini müəyyənləşdirməməklə birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbinə əməl etməmiş və gələcəkdə qətnamənin icrası zamanı problemlərin ortaya çıxmasına yol açmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini... qətnamənin nəticə hissəsində göstərməlidir. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında “X6” MMC-nin eksperti qiymətləndirmə apararaq müəyyən e tmişdir ki, 1 ədəd komplekt dəstin (brillyant dəst qolbağ, üzük, sırğalar, boyunbağı) qiyməti ümimilikdə 27000 manat (qolbağı 5300 manat, üzük 2900 manat, sırğalar 6000 manat, boyunbağı 12800 manat), 1 ədəd komplekt dəstin qiyməti ümumilikdə 1800 manat (sırğa 1 tay 500 manat, üzük 1300 manat), 1 ədəd nişan üzüyünün (6.4 qr, 1.63 karat) qiyməti 1100 manat, 1 ədəd (nikah üzüyü) üzüyün qiyməti 2400 manat, 1 ədəd boyunbağının (sarı 5 qr.) qiyməti 840 manat, 1 ədəd boyunbağının (ağ 5 qr.) qiyməti 840 manat, 1 ədəd üzüyün (ilan formalı 3 qram) qiyməti 250 manat, 1 ədəd beşlik sikkənin qiyməti 375 manat, 1 ədəd brilliyant üzüyün (qədimi) qiyməti 1050 manat, 1 ədəd kulonun qiyməti 350 manat, 1 ədəd sırğanın (təkqaş) qiyməti 350 manat, 1 ədəd nazik boyunbağının (3 qram) qiyməti 225 manattəşkil edə bilər. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qızıl-zinət əşyalarının dəyərinin az olması ilə bağlı kassasiya şikayətinin dəlili əsassızdır. Apellyasiya instansiyası məhkəməsi əmlakların qiymətini müəyyən edərkən apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası əsasında “X6” MMC-nin rəyinə istinsd etmişdir. Cavabdeh həmin qiymətləri mübahisələndirməsinə baxmyaraq bu barədə işə apellyasiya instansiyası məhkəməsində baxılarkən hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cehiz əmlakların deyil, onların dəyərinin qaytarılması barədə dəlili cavabdeh apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəliləri hüquqi qiymət verərək göstərilən dəlili əsassız hesabetmişdir. Məhkə mə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8536/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar