Məhkəmə qərarları › İş №2(102)-168/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-168/2020

23.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-168/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh vəkili İslamov Nicat Qurbanəli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9316/2019 saylı, 11 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Zamanov Gülbala Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(011)-4573/2019 saylı qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 07 may 2013-cü il tarixli, 2(050)-907/2013 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, 000 təvəllüdlü X3 və 000 təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 manat məbləğində olmaqla, cəmi 320 manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunu n tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9316/2019 saylı, 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova), Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək,Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(011)4573/2019 saylı qətnaməsinin qismən, yəni Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılmaqla, alimentin sabit pul məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi,Masallı Rayon Məhkəməsinin 07 may 2013-cü il tarixli, 2(050)907/2013 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqda rının dəyişdirilməsi,Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən 000 təvəllüdlü X3 və 21 aprel 2010-cu il təvəllüdlü XXX yetkinlik yaşına çatandək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin və hər uşaq üçün hər ay 25 (iyirmi beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə, yəni iddianın təmin olunmamış hissələrində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 07 may 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimetin dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə 000 tarixdə anadan olmuş oğlu X3 və 000 tarixdə anadan olmuş qızı X1 üçün tutulan aliment miqdarının hər uşaq üçün ayda 200 mana t, cəmi iki uşaq üçün ayda 400 manata artırılması, uşaqların müalicəsi və əlavə tədrisi üçün xərclənən 2000 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçıhəmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(011)-4573/2019 saylı qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Zamanov Gülbala Sabir oğlu kassasi ya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası ədalət mühakiməsinin işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxılması kimi prinsiplərinə riayət etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili İslamov Nicat Qurbanəli oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiya sı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdehin vəkili İslamov Nicat Qurbanəli oğlununizahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktla rın müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 000 təvəllüdlü X6 və 000 təvəllüdlü X5 adlı uşaqları anadan olmuşlar. Tərəflərin nikahları pozularaq yetkinlik yaşına çatmayan uşaqların İddiaçı ilə qalmaları müəyyən olunmuş, Masallı Rayon Məhkəməsinin 07 may 2013-cü il tarixli qətnaməsi ilə isə hər uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında aliment alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi uşaqların təminatının mümkün qədər maksimal saxlanılması imkanlarını, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, möv cud iqtisadi vəziyyətdə inflaysiyanı və diqqətəlayiq digər halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşağa görə 160 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi alimenti sabit pul məbləğində müəyyən etməklə maddi hüquq normasını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: -17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. -34-cü maddəsinə görə nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. -78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaql arın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. -78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2019-cu il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ail ə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin Masallı rayonlararası Mühafizə Bölməsinin 17 may 2019-cu il tarixli arayışına əsasən Cavabdeh həmin Bölmədə işləməklə, 2019-cu ilin aprel ayından əmək haqqısı 478,70 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etməklə, faktiki olaraq gəlirinin 1/3 hissəsində alimentin ödənilməsinə razılıq vermişdir. Apellyasiya instansiyası məhkəmə si iddiaçı ilə və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, Cavabdeh aylıq əmək haqqısının 1/3 hissəsində tutulan aliment uşaqların maddi təminatının əvvəlki vəziyyətdə saxlanılması üçün kifayət etmir. Belə ki, cavabdehin müavinətinin 1/3 hissəsi təxminən 160 manat təşkil edir ki, bu da hər uşaq üçün təxminən 80 manat təşkil edir. 2019-cu il üçün yaşayış minimumu bir uşaq üçün 160 manat məbləğində müəyyən edildiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının onun yanında qalan uşağın saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş, həmin tələbi isə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən 2019-cu il üçün yaşayış minimumun artırılması ilə əlaqədar uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məqsədini daşımışdır. Apellyasiya instansiyası məhkəməsibelə qənaətə gəlmişdir ki, cavabdehin daimi iş yeri və müntəzəm əmək haqqısı olduğu halda, birinci instansiya məhkəməsi yalnız Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində aliment tutlmaqla maddi hüquq normasını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsihesab etmişdir ki, qanunvericilik iki uşaq üçün tutulmalı aliment məbləğini həm qazancın (başqa gəlirlərin) 1/3 hissəsi formasında və ya həm hissəvi, həm də sabit formada müəyyən etdiyindən, Cavabdeh aylıq müavinəti uşaqların əvvəlki təminatının saxlanması üçün kifayət etmədiyindən və aliment tutulmasında əsas məqsədin uşaqların təminatını maksimum əvvəlki səviyyədə saxlamaq olduğundan, eyni zamanda cavabdehin polis əməkdaşı olmaqla işinin xüsusiyyətləri, başqa ödənişli fəaliyyətlə məşğul olmaq imkanından məhrum olunduğu, onun hazırki maddi və ailə vəziyyəti nəzərə alınmaqla Cavabdeh həm qazancın (başqa gəlirlərin) 1/3 hissəsində aliment tutulmalı, həm də alimentin bir hissəsi sabit pul məbləğində müəyyən edilməldir. Apellyasiya instansiyası məhkəməsi uşaqların saxlanması üçün qanunvericiliklə müəyyən olunmuş vəsaitin valideynlərin hər ikisinə aid edilməli olmasına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehin başqa nikahdan da övladlarının olması onun digər (hazırki halda İddiaçı ilə olan) nikahdan uşaqlarını saxlamaq öhdəliyindən azad etmir. Kassasiya kollegiyası qeyd edir ki, kassator k assasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxılması kimi prinsiplərinə riayət edilmədiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarş ılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9316/2019 saylı, 11 iyul 2019-cu il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar