Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1681/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12295/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov, iş № 2(003)-158/2017) iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 kredit borcuna görə bankın xeyrinə cəmi 56.211,36 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhərinin Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 100.000 manat dəyərində qiymətləndirilməklə açıq hərracdan satılması və əldə olunan pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, cavabdehlərin həmin evdən çıxarılmaları, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərim li, iş № 2(102)-144/2019) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və evin ilkin satış qiymətinin 2.000.000 manat dəyərində müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.K.Kalbalıyev, V.Ə.İbayev və Ə.Ə.Əliyev, iş № 2(102)-5181/19) bankın kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi əmlakın ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilərək həmin hissəyə yenidən baxılması üçün iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 2.000.000 manat dəyərində müəyyən edilmişdir. İşin halları: xx xxxxxx 2013-cü il tarixdə “xxxx” KB ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 1.000.000 manat məbləğində kreditin verilməsi barədə əsas kredit müqaviləsi bağlanmışdır. Əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2013-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Əsas kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi ona məxsus olan N saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 2016-cı ilin oktyabr ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən xx xxxxxxx 2016-cı il tarixə 49.111,50 ABŞ dolları məbləğində əsas kredit borcunun, 7.419,38 ABŞ dolları məbləğində faiz borcunun və 7.760,04 ABŞ dolları məmləöində cərimə borcunun yaranmasını əsas göstərməklə Cavabdeh1 bankın xeyrinə cəmi 64.290,92 ABŞ dollarının tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymə tinin 100.000 manat məbləğində müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və Cavabdeh1 və Cavabdeh2 evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi kassasiya şikayəti verərək ipoteka predmetinin ilkin satış qiymətinin “X2” MMC-nin müvafiq əsaslandırma aparılmadan verilmiş rəyinə əsasən müəyyən olunmasını və nəticədə əmlakın ipoteka müqaviləsində müəyyən olunmuş qiymətdən 20 dəfə artıq (2.000.000 manat) qiymətləndirilməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının v əkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, ipoteka müqaviləsi xx xxxxxx 2013-cü ildə, təxm inən 6 il əvvəl bağlanmış və ipoteka predmetinin ilkin satış qiyməti tərəflərinin ümumi razılığı əsasında müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ipoteka predmeti olan fərdi yaşayış evi sökülmüş, yerinə qeyri-yaşayış sahəsi inşa edilmişdir. İşdən görünür ki, mübahisəyə məhkəmə instansiyalarında baxılan ərəfədə üç dəfə əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir. Əmlakın bazar dəyəri “X4” MMC tərəfindən 1.210.000 manat, “MBA LTD” tərəfindən 715.000 manat, “X2” MMC tərəfindən 2.000.000 manat məbləğində qiymətləndirilmişdir. “X2” MMC tərəfindən əmlakın bazar qiyməti müəyyən olunarkən onun yerləşdiyi ərazi, əsas tikinti konstruksiyaları, obyektin texniki və sanitar göstəriciləri, uyğun obyektlərin satış qiyməti və s. geniş təhlil edilmiş və hesab olunmuşdur ki, faktiki olaraq qeyri – yaşayış sahəsi, yəni restoran kimi istifadə olunan qeyri-yaşayış sahəsinin hazırkı dövrə olan orta bazar qiyməti 2.000.000 manat təşkil edir. Kassasiya şikayətində həmin rəyin müvafiq əsaslandırma aparılmadan verilməsi iddia olunsa da, kollegiya şikayətin bu dəlili ilə razılaşmır və hesab edir ki, həmin rəylə obyektin bazar qiyməti digər qiymətləndirmə rəyləri ilə müqayisədə daha çox müəyyən olunsa da, həmin hal qiymətləndirmə hesabatının obyektin hazırkı bazar qiymətinə uyğun olmaması barədə nəticəyə gəlmək üçün əsas verməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bank həmin rəyin əsassız olmasını sübuta yetirə bilmədiyindən və rəy “Qiymətləndirm ə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olduğundan, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1681/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1681/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver