Məhkəmə qərarları › İş №2(102)-1685/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1685/2022

19.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1685/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 19.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8373/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında sadə yazılı formada bağlanmış 24 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh hüquqverici sənədləri olmayan, lakin faktiki olaraq ona məxsus olan Saatlı şəhəri Heydər Əliyev prospekti (bazar yaxınlığında) ünvanında yerləşən, ümumi sahəsi 16 kv.m olan qeyri-yaşayış binasını 29000 manata İddiaçı satmışdır. İddiaçı tərəfindən 29000 manat ödənilmiş, qeyd edilən tikili 24 iyul 2017ci ildən onun sahibliyinə keçmiş və istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ödəmiş olduğu 29000 manatın, 29000 manat dəbbə pulunun, ödəmiş olduğu 30 manat dövlət rüsumunun, cəmi 58030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 24.06.2017-ci ildə Saatlı rayonu, H.Əliyev prospekti ünvanında yerləşən, ümumi sahəsi 16 m² ölçüsündə qeyri-yaşayış binasına görə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 4-cü bəndinə görə “Satıcı (İddiaçı) mülkiyyətçisi olduğu obyekti “Alıcı‫״‬ya (Cavabdeh) 29000 manata satmağı öhdəsinə götürmüşdür”. Alqı-satqı müqaviləsini X2, X3, X1 iştirakı ilə tərtib etmişlər. Müqaviləni yuxarıda adları çəkilən şəxslər, “Satıcı” və “Alıcı” imzalamışdır. Lakin cavabdeh müqavilə ilə müəyyən edilmiş pulu alsa da torpaq sahəsini və onun sənədlərini bu günə qədər iddiaçıya təhvil verməmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də o, əsassız bəhanələrlə müqavilənin şər tlərinə əməl etmir. Müqavilənin 5ci bəndinə əsasən iddiaçı qeyri-yaşayış binasının dəyərini (29000 manatı) nağd şəkildə cavabdehə ödəmişdir. Müqavilənin 6-cı bəndinə əsasən iddiaçı obyektin dəyərini ödədiyi (müqaviləni imzaladığı vaxtı) tarixdən qeyri-yaşayış binasına sahiblik və istifadə hüququ əmələ gəlməlidir. Lakin cavabdehə 29000 manat ödəsə də bu günə kimi həmin torpaq sahəsinə görə sənədləri əldə edə bilməmiş və torpaq iddiaçının sərəncamına cavabdeh tərəfindən verilməmişdir. Müqavilənin 15-ci bəndinə görə “müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir‫״‬. Dəbbə pulunun məbləğini tərəflər müəyyən edir. Cavabdeh müqavilə şərtləri ni pozduğuna görə müqavilənin 15-ci bəndinə əsasən 29000 manat dəbbə pulu ödəməlidir.Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 2(006)-905/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi iddia müddəti ötürülməsi əsası ilə rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə iddia müddəti ötürülmüş, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia ərizəsi müqavilə üzrə iddia müddətinin buraxılması ilə verildiyi üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin iddia müddətinin bərpa olunmasına dair məhkəməyə müraciət edilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1, 373.3, 390.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8373/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-905/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onu ödəmiş şəxsin özünə aid edilməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi yanlış olmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn iddia müddəti üç ildir. Hazırki işin müəyyən olunmuş hallarından isə görünür ki, iddiaçı ilə cavabdeh arasında vaxtaşırı ic ra edilməli olan öhdəlik olmamışdır. Tərəflər arasında Saatlı şəhəri Heydər Əliyev prospekti (bazar yaxınlığında) ünvanında yerləşən, ümumi sahəsi 16 kv.m olan qeyri-yaşayış binasına dair 24 iyun 2017ci ildə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinə dair isə hər hansı hüquq müəyyən edici sənəd təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instаnsiyа məhkəməsi cavabdeh tərəfin iddiаçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsinə düzgün hüquqi qiymət vеrməmişdir. Hazırki tələbə iddia müddəti tətbiq edilə bilməzdi.

10. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pоzulub-pozulmаması müəyyən edilmədən və pоzulmаdığı təqdirdə iddianın əsassız olması səbəbi ilə rədd edilməli olduğu hаldа birinci instаnsiyа məhkəməsi tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməli idi. Belə ki, iddia müddətinin tətbiqinə dair Konstitusiya Məhkəməsinin Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarındakı hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır

11. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəf müqavilə bağlanan zaman qeyri-yaşayış sahəsinin özbaşına tikili olmasını bilmiş və həmin riski üzərinə götürməklə sаdə yаzılı fоrmаdа müqaviləni bağlamı ş, həmin tikilini istifаdəsinə götürmüş, bunа bахmаyаrаq hаzırdа hüquq müəyyənedici sənədləri оlmаyаn tikili ilə bаğlı cаvаbdеhdən müqаvilə üzrə götürdüyü öhdəlikləri yеrinə yеtirməsini tələb еdir. Cаvаbdеh tərəfin isə iddiаyа və аpеllyаsiyа şikаyətinin еtirаzlаrındаn görünür ki, özbаşınа tikilinin yеrləşdiyi ərаzi Sааtlı rаyоn Mərkəzi Bаzаrınа аid ərаzidir. Məhkəmə kоllеgiyаsı həmçinin iddiaçının torpağın оnun sərəncamına cаvаbdеh tərəfindən verilməməsinə dаir dəlili ilə bаğlı qеyd еdir ki, Cavabdeh faktiki məxsus olmuş 16 kv.m tikili (qeyri-yaşayış sahəsi) 24 iyul 2017-ci ildən X4а iddiaçıya təhvil verilməklə istifadəsində оlmаsı iş mаtеriаllаrındа оlаn Saatlı rayonu "xxxx" Şirkətinin 27 noyabr 2020-ci il tarixli 62 saylı arayışı ilə təsdiq еdilir və iddiаçı həmin аrаyışın hаnsı əsаslа rlа mötəbər sübut оlmаmаsını əsаslаndırmаmış, cavabdeh tərəfindən оnа hər hansı maneə yaradılması ilə əlаqədаr məhkəməyə sübut təqdim еtməmişdir.

12. Kоllеgiyа belə qənaətə gəlmişdir ki, iddiаçıyа Sааtlı rаyоnundа bаzаrın ərаzisində yеrləşən sözügеdən 16 kv.m tikilidən (qeyri-yaşayış sahəsi) istifаdə ilə bаğlı hüquqi əsаs оlmаdаn mаnеə yаrаdаn şəхsə qаrşı iddiа qаldırmаq hüququnun оlmаsı izаh еdilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməs i işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

18. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. (maddə 6.2)

19. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (maddə 180.1)

20. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. (maddə 180.2)

21. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. (maddə 324.1)

22. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1) Mülki Prossesual Məcəllə

23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

24. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

25. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

26. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

27. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

28. Kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8373/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar