Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1688/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iş üzrə QƏRARİ “Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, məcburi iş bu raxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(105)-683/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2018-ci il tarixdə X10 X1 meşəbəyliyində meşəbəyi vəzifəsinə qəbul olunmuş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 142/Ü saylı, xx.xx.2023-cü il tarixli əmri ilə vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edi lmişdir.
2. X10 X1 meşəbəyliyində meşə mühafizəsi işləri üzrə direktor müavini Kamal Behbudov tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən növbəti qəfləti yoxlama zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında əvvəllər salınmış akasiya cinsindən ibarət meşə əkini sahəsində 60 ədəd kök üstə ağacların kəsilməsi və 70 ədəd cır nar kollarının texniki vasitə ilə kökündən çıxarılaraq qalaqlanması aşkar edilmişdir.
3. Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 115/em saylı əmrinə əsasən Bərdə RRMT-nin Bərdə meşəbəyliyinin 1 saylı dolayında ağacların kəsilməsi, ərazilərin şumlanması barədə daxil olmuş məlumatlar Xidmətin əməkdaşları tərəfindən Mərkəzin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı Mərkəzin Bərdə meşəbəyliyin 1 saylı do layının 16-cı kvartalında ümumilikdə 17.82 hektar meşə ərazisinin başdan-başa şumlandığı və nəticədə 43.42 m3 həcmində 4079.73 manat ziyan və nırx dəyərində 1282 ədəd ağacın, 559 ədəd (nar, yulğun) kolun, 2827.55 manat xərc çəkilmiş 8.46 hektar dövriyyədə olan meşə əkinlərinin kürünərək məhv edildiyi, bununla da meşə fonduna ümumilikdə 6907.28 manat ziyan vurulduğu məlum olmuşdur. Araşdırma zamanı təqsirkar şəxsin Ağdam rayonu İsmayılbəyli kənd sakini X6 olduğu müəyyən edilmişdir.
4. Faktla bağlı xx.xx.2023-cü il tarixli 005310 nömrəli Akt tərtib edilmiş və “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən meşə fonduna vurulmuş zərərin məbləği hesablanmışdır. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən materiallar X2 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Meşələrin İnkişafı Xidmətinin Meşə mühafizə şöbəsi xx.xx.2023-cü il tarixli DX205 nömrəli təqdimatla müraciət edərək X10 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının Meşə Məcəlləsinin tələblərini pozması, işə məsuliyyətsiz yanaşması və verilmiş tapşırıqları vaxtında yerinə yetirməməsi səbəbi ilə onlar barəsində intizam tənbeh tədbirlərinin görülməsini xahiş etmişdir.
5. Bu məqsədlə aidiyyəti işçilərin iştirakı ilə Xidmət in inzibati binasında Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və 17 aprel 2023-cü il tarixli, 07 saylı protokola əsasən Kamal Behbudova, Orxan Babaşova və X7 Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilməsi, X4 Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilməsi, İddiaçı və Bayram Əhmədzadə ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsas ən işdən çıxarılmağı barədə qeydin məhkəmə qaydasında ləğv olunması və cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli, 142/Ü saylı əmrin ləğv edilməklə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə ailə üzvləri birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşüb. 1994-cü ildə Gəncə Aqrar Universitetinin meşə mühəndisliyi fakültəsinə qəbul olub, bir çox maddi çətinliklərə baxmayaraq institutu bitirib. 2001-ci ildən Bərdə meşə təsərrüfatında iqtisadçı, 2009-cu ildən 2023-cü ilin aprel ayına qədər Bərdə RMTM-nın Bərdə meşəbəyliyinin meşəbəyisi vəzifəsində fəaliyyət göstərmişdir. 2001-ci ildən bu günə kimi 100 hektarlarla m ədəni meşə əkini yetişdirib meşə yaratmışdır. İşlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və bu müddət ərzində hər hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hər-hansı bir irad almamışdır. 2023-cü ilin mart (ərizədə səhvən aprel qeyd edilib) ayında ona verilmiş məlumata əsasən Bərdə meşəbəyliyinin 1 saylı meşə dolayısının 16 saylı kvartalına RMTM-nın əməkdaşları ilə baxış keçirdiyi zaman həmin ərazidə ağacların və cır nar kollarının çıxarılmasının şahidi olmuşlar. Adı çəkilən meşə sahəsinin meşə gözətçisi Tərtər rayon ərazisində yaşadığı üçün meşə ərazisinə gec saatlarda gəldiyi və 1 saylı dolayını tam şəkildə mühafizə edə bilmədiyi üçün kənar şəxslərin həmin əraziyə müdaxilə etdiyinin şahidi olmuşlar. Bütün bunlarla bağlı o, meşə gözətçisi barəsində x idməti məruzədə məlumat vermiş, 1 saylı meşə dolayısında olan hadisə barəsində meşə gözətçisi ona nə yazılı, nə də şifahi məlumat verməmiş, həmin dövrlərdə o, meşəbəyliyin başqa dolayı və kvartallarında bir çox tədbirlərin həyata keçirilməsi ilə məşğul olmuşdur. Bu fakt ay ərzində vermiş olduğu hesabatda öz əksini tapır. Meşə gözətçisi vermiş olduğu izahatında da bildirmişdir ki, qeyri iş günlərində və qeyri iş saatlarında meşəbəylik ərazisində 5 hektar sahədə ağaclar çıxarılmış və şum işləri aparılmışdır. Həmin vaxt 1 saylı meşə dolayısının giriş qapısının kilidinin qırılmasının şahidi olmuşdur (video disk əlavə edilir). Bu hadisəni törədən şəxsi həmin vaxt tapa bilmədikləri üçün meşə gözətçisinə akt yazıb cərimə tətbiq etmişlər. 13-xx.xx.2023-cü il tarixlər ərəfəsində həmin ərazini nəzar ətdə saxladığı bir vaxtda ağ rəngli əlil maşınında bir nəfərə rast gəlmiş və bu şəxslə söhbət əsnasında məlum olmuşdur ki, bu ərazidə ağacları çıxaran, şum işlərini aparan Ağdam rayon sakini Həsənov Həsəndir. Dərhal həmin şəxsi RMTM-ya gətirmiş, barəsində akt tərtib edilmiş, həmin şəxs vermiş olduğu izahatında da bildirmişdir ki, RMTM-nın direktoru Qalib Həsənovdan bostan əkmək üçün yer istədiyi halda ona yer verilmədiyi üçün o da həmin ərazidə ağacları çıxarmış, yeri şumlamışdır. Ona qeyd etmişdir ki, 1 saylı dolaya yaxın ərazidə qohumu yaşayır və bu səbəbdən həmin meşəbəylik ərazisində əkin əkməyi məqsədə uyğun bilmişdir. X5isi olduğu bir halda, onu gətirib akt yazdığı, cərimə etdiyinə baxmayaraq, onun Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən azad edilməyi qanunsuzdur. Ekologiya və Təbii Sə rvətlər Nazirliyi Həsənov Həsənin bu əməli törətməsiylə bağlı mətbuatda açıqlama verib, ancaq bu gün Həsənov Həsən heç bir təqsiri olmayan şəxs kimi, o isə təqsirkar hesab edilib heç bir töhmət və yaxud başqa cəza verilmədən bir başa 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir.
8. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirmişdir ki, iddia əsassızdır və iddianı qəbul etmirlər. Ərazidə çox böyük meşə fonduna zərər dəymişdir. Həmin ərazidən məsul şəxs də İddiaçı Yəhya oğlu olmuşdur. Əmək Məcəlləsinin müvafiq maddəsi ilə əmək funksiyalarını yerinə yetirmədiyi üçün işdən azad olunmuşdur.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2776/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia rədd olunmuşdur.
10. Birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin «b» bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə 70 -ci maddəsinin «ç» bəndinə, 71.2, 80.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)-2776/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz hesabına minlərlə nar və s. cinslərdən şitil yetişdirərək Bərdə RMTM-ya təhvil verməklə təbiətə töhfələr verib. Bunu hətta həmin vaxt onunla çalışan həmkarları da təsdiq edə bilərlər. Yüz hektarlarla mədəni meşə əkini yetişdirib meşə yaradaraq səhralaşmanın qarşısını alıb. 2023-cü ilin mart ayında 1 saylı meşə dolayı sına yaxın ərazidə kompakt şəkildə yaşayan qaçqınlar ona zəng vuraraq bildirdilər ki, 1 saylı meşə dolayısında texnika işləyir. Bundan sonra o, həmin əraziyə gedib və rəhbərliyə bildirib ki, texnikalar ağacları çıxararaq bir yerə toplayıblar. Bundan başqa ona 2023-cü ilin mart ayında maaşdan əlavə pul mükafatı da verilmişdir. Ekologiya Nazirliyi tərəfindən isə bir ay sonra 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilib. Bu isə haqsızlıq və qanunsuzluqdur. Sözügedən əraziyə cavabdeh olan X3 işə bərpa ilə bağlı Bərdə rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə iddia təmin edilərək işinə bərpa olunmuşdur. İşə baxan məhkəmə cavabdehin və onun verdiyi izahatı sübut kimi hesab edərək qətnamə qəbul etmişdir. Kəlbəcər rayonundan məcburi köçkün olmaqla heç bir yerdən gəliri yoxdur. Ai ləsini sözügedən idarədən aldığı məvaciblə dolandırır. Bundan başqa 1992-ci il tarixdə Kəlbəcər rayonunun girişində milli münaqişə zamanı ermənilər tərəfindən atılan raketin partlaması nəticəsində başının bir neçə hissəsindən o, cümlədən bədən və ayaq nahiyyələrindən qəlpə yaraları alıb. Bu səbəbdən də sözügedən qətnamə ləğv edilməlidir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 13 fevral 2024-cü il tarixli, 2(103)-683/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)-2776/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmi ş, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin “İntizam tənbeh tədbirinin tətbiqi haqqında” 142/Ü saylı, xx.xx.2023-cü il tarixli əmrinin İddiaçı aid hissədə, yəni onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi hissəsində ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə - Bərdə meşəbəyliyinin meşəbəyisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə aylıq əmək haqqı ödənilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli, 142/ü saylı əmr verilərkən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinin tələbinə əməl olunmamışdır. Belə ki, həmin maddəyə görə intizam tənbehi işçi tərəfindən əmə k və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında yoxlama 13-15 mart 2023-cü il tarixlərdə aparılmış, iddiaçı isə bundan təxminən bir ay 10 gün sonra işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə işdən azad olunmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı sözügedən meşə dolayısında və əksər kvartallarında ağacların kənar şəxslər tərəfindən kəsilməsi ilə bağlı neqativ hallar və meşə gözətçisinin vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi barədə hələ xx.xx.2023-cü il tarixdə Bərdə RMTM-nin direktoruna xidməti məruzə ilə müraciət etmiş, həmin xidməti məruzə əsasında xx.xx.2023-cü il tarixd ə Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında yoxlama aparılmış, həcmqiymət cədvəli tərtib olunaraq aktda göstərilən qanunsuz kəsilmiş, çıxarılmış ağaclar və çıxarılmış cır nar kollarına görə meşəyə ziyan dəydiyi müəyyən edilmişdir.
17. Eləcə də apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bilavasitə tabe olduğu rəhbərliyə - Bərdə RMTM-nin direktoruna məlumat vermiş, təqsirkar şəxsi müəyyən edib rəhbərliyə təqdim etmiş və bununla da özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir. Lakin mübahisələndirilən əmrdə bu hal diqqətdən kənarda qalmış, onun qanunvericilikdə nəzərdə tutulan vəzifələrini və qulluq funksiyalarını düzgün yerinə yetirmədiyi, göstərilən sahədə meşənin mühafizəsi və ona nəzarət işini zəif təşkil etdiyi və bununla d a vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi qeyd olunmuşdur. Əmrin məzmunundan göründüyü kimi, işəgötürən bu qənaətini lazımi qaydada əsaslandırmamış, iddiaçının qanunla müəyyən olunmuş hansı vəzifələri və funksiyaları yerinə yetirmədiyini konkret göstərməmişdir ki, bu da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə ziddir. Məhkəmə iclasında müəyyən olunduğu kimi, iddiaçı aşkar etdiyi pozuntu barədə dərhal rəhbərliyə məlumat vermiş, ağacları kəsən şəxsi müəyyən edib Xidmət rəhbərliyinə təqdim etmiş, onun izahatı alınmış və barəsində tədbir görülmüşdür. Həmin şəxs (Həsən Həsənovun) barəsində cinayət işi başlanmış, istintaq yekunlaşıb məhkəməyə verilmiş və hazırda cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılır. Apellyasiya baxışı zamanı şahid kimi dindirilən müha ribə əlili Həsən Həsənov qeyd olunanları bütünlüklə təsdiq edərək göstərmişdir ki, onun iddiaçı ilə hər hansı tanışlığı olmamış, ağacları qeyri-iş günlərində gizlin kəsmiş, heç kimin xəbəri olmamışdır. Buna səbəb isə bostan sahəsi üçün əkin yeri ayrılması barədə müraciətinə Mərkəzin direktoru tərəfindən müsbət cavab verilməməsi olmuşdur. O, ağacların kəsilməsi nəticəsində dövlətə vurulan ziyanı tam həcmdə ödəyib və borcu qalmayıb. Hazırda Bərdə Rayon Məhkəməsində barəsində olan cinayət işinə baxılır və iş üzrə ekspertiza təyin edildiyindən icraat dayandırılmışdır.
18. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 529/Ü saylı əmri ilə təsdiq olunmuş “X10 Təsərrüfatı Mərkəzi haqqında” Əsasnamənin 5.9-cu bəndində meşə fondunun qorunub saxlanmasına, meşələrin mühafizə edilməsinə və təkrar istehsalına ümumi şəkildə meşəbəyinin də məsul olduğu qeyd edilsə də, 5.11-ci bənddə meşə dolaylarında meşələrin mühafizəsi və qorunması işinin bilavasitə meşə gözətçiləri tərəfindən həyata keçirildiyi konkret olaraq təsbit edilmişdir. İddiaçı da məhz bu əsasla rəhbərliyə yazdığı xidməti məruzədə meşə gözətçisinin öz vəzifələrini layiqincə yerinə yetirmədiyini xüsusi olaraq qeyd etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının hərəkəti ayrılıqda əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə və əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. İşəgötürən bunu əsas kimi qəbul etmiş olsaydı belə, iddiaçı barəsində yalnız həmin pozuntunu aşkar etdiyi gündən bir a y ərzində ölçü götürə bilərdi (Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi). Belə ki, Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartallarında yoxlama 13-xx.xx.2023-cü il tarixlərdə aparılmış, iddiaçı ilə əmək müqaviləsinə isə işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və eləcə də maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci mаddə sinin “b” bəndinə, 60-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 80.1, 80.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-683/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, 142/ü saylı əmr verilərkən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinin tələbinə əməl olunmamışdır. Belə ki, həmin maddəyə görə intizam tənbehi işçi tərəfindən əmək və ya icr a intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında aparılan yoxlamalar zamanı aşkarlanan meşə qanunvericiliyinin pozulması faktları təkcə 13-15 mart tarixlərini əhatə etmir. Belə ki, həmin tarixlərdə qanunsuz ağackəsmə halları aşkarlansa da 28,29,31 mart tarixlərində də sözügedən ərazidə yoxlamalar olmuş və yeni faktlar aşkarlanmışdır. 28 və 29 mart tarixlərində keçirilmiş yoxlamada qanunsuz ağac kəsilməsi nəticəsində meşə fonduna 2378,78 manat zərər dəydiyi müəyyən olunmuş, 31 mart tarixində aparılmış yoxlama zamanı isə ərazidə meşə əkinlərinin şumlanması faktı öz təsdiqini tapmışdır. Sözügedən əkinlər kürünərək məhv edilmişdir. Həmin əkinlərdən 5 hektarının İddiaçı özü tərəfindən şumlandığı da etiraf edilmişdir və bununla bağlı ona heç bir rəsmi tapşırıq verilməmişdir. Əkin sahələrinin müstəqil müəyyənləşdirilməsi meşəbəyinin səlahiyyətlərinə aid deyildir. Göründüyü kimi sözügedən ərazidəki qanunsuz hallar 13 mart tarixində baş versə də, sonrakı dövrlərdə yeni hallar aşkarlanmışdır. Odur ki, 28 və 29 mart tarixində aşkarlanan qanunsuz hallarla bağlı müddətin axımı müvafiq olaraq 28 və 29 aprel tarixlərində bitir. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmamış və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi göstərilən halları nəzərə almadan işi tam araşdırmadan qeyri-obyektiv qərar qəbul etmişdir.
23. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84, 187-ci maddələrinə istinad etməklə əs aslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə iddia ərizəsi ilə eyni məzmunlu etiraz təqdim edərək cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin verdiyi kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi MK-ın xx.xx.2024-cü il tarixli 2(103)-683/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etimşdir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır; 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməkdən ibarət intizam tənbeh verə bilər; 187-ci maddəsinin 1-ci maddəsinə əsasən intizam tənbehi v erilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 187-ci maddəsinin 2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam ve rmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları poz ulmuş və ya düzgün tətbiq edilməmiş olsun; 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.
28. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
31. Belə ki, işə baxan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbinə əməl olunmamışdır. Həmin maddəyə görə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına görə Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında yoxlama 13-15 mart 2023-cü il tarixlərdə aparılmış, iddiaçı isə bundan təxminən bir ay 10 gün sonra işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə işdən azad olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə müvafiq yoxlama aparılmaqla fakt müəyyən olunduqdan sonra yuxarı təşkilat tərəfindən y enidən hər hansı yoxlamanın aparılması işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbi pozulmaqla əmr verilməsi üçün əsas yaratmır.
32. Apellyasiya məhkəməsinin daha sonra qeyd etmişdir ki, iddiaçı sözügedən meşə dolayısında və əksər kvartallarında ağacların kənar şəxslər tərəfindən kəsilməsi ilə bağlı neqativ hallar və meşə gözətçisinin vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi barədə hələ xx.xx.2023-cü il tarixdə Bərdə RMTM-nin direktoruna xidməti məruzə ilə müraciət etmiş, həmin xidməti məruzə əsasında xx.xx.2023-cü il tarixdə Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında yoxlama aparılmış, həcm-qiymət cədvəli tərtib olunaraq aktda göstərilən qanunsuz kəsilmiş, çıxarılmış ağaclar və çıxarılmış cır nar kollarına görə meşəyə ziyan dəydiyi müəy yən edilmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə işin həqiqi hallarına uyğun əsaslandırılmamışdır.
34. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında aparılan yoxlamalar zamanı aşkarlanan qanunvericiliyinin pozulması faktları təkcə 13-15 mart tarixlərini əhatə etmir.
35. Həmin tarixlərdə qanunsuz ağackəsmə halları aşkarlansa da, 28, 29, 31 mart tarixlərində də sözügedən ərazidə yoxlamalar olmuş və nöqsanlar aşkarlanmışdır. 36. 28 və 29 mart tarixlərində keçirilmiş yoxlamada qanunsuz ağac kəsilməsi nəticəsində meşə fonduna 2378,78 manat zərər dəydiyi müəyyən olunmuş, 31 mart tarixində aparılmış yoxlama zamanı isə ərazidə meşə əkinlərinin şumlanması faktı öz təsdiqini tapmışdır. Sözügedən əkinlər kürünərək məhv edilmişdir.
37. Həmin əkinlərdən 5 hektarının İddiaçı özü tərəfindən şumlandığı da etiraf edilmişdir və bununla bağlı ona heç bir rəsmi tapşırıq verilməmişdir.
38. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən materiallar X2 Xidməti tərəfindən xx.xx.2023cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.
39. Meşələrin İnkişafı Xidmətinin Meşə mühafizə şöbəsi xx.xx.2023-cü il tarixli DX205 nömrəli təqdimatla müraciət edərək X10 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının Meşə Məcəlləsinin tələblərini pozması, işə məsuliyyətsiz yanaşması və verilmiş tapşırıqları vaxtında yerinə yetirməməsi səbəbi ilə onlar barəsində intizam tənbeh tədbirlərini n görülməsini xahiş etmişdir.
40. Bu məqsədlə aidiyyəti işçilərin iştirakı ilə Xidmətin inzibati binasında Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və 17 aprel 2023-cü il tarixli, 07 saylı protokola əsasən Kamal Behbudova, Orxan Babaşova və X7 Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilməsi, X4 Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilməsi, İddiaçı və Bayram Əhmədzadə ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi tövsiyə edilmişdir.
41. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 115/em saylı əmrdən də göründüyü kimi araşdırmalar davam etmiş və pozuntu hallarının davamlı xarakter daşıması öz təsdiqini tapmışdır.
42. Bununla da müəyyən edilir ki, sözügedən ərazidə tör ədilmiş qanunsuz hallar 13 mart tarixində baş versə də, 28 və 29 mart tarixlərində aşkarlanan qanunsuz hallarla bağlı müddətin axımı müvafiq olaraq 28 və 29 aprel tarixlərində bitmişdir. Bu da öz növbəsində ona dəlalət edir ki, iddiaçı barəsində intizam tənbehi barədə əmr 25 aprel 2023-cü il tarixini əhatə etdiyindən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbinə əməl olunmuş, 1 aylıq müddətə riayət edilmişdir.
43. Müvafiq yoxlama aparılmaqla fakt müəyyən olunduqdan sonra yuxarı təşkilat tərəfindən yenidən hər hansı yoxlamanın aparılması işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbi pozulmaqla əmr verilməsi üçün əsas yaratmaması barədə apellyasiya instansiyası məhkəməsinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin münasibətlər hüq uqi müstəvidə davam edən xarakter daşımışdır.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti isə qismən təmin olunmalıdır.
45. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(105)-683/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.