Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1689/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, torpaq sahəsinin boşaldılması, (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi İdarəsi) qarşı qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-40/2023 nömrəli 6 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayonun Digah kəndində yerləşən 0,145093 ha kənd təsərrüfatş təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir.
2. Quba rayon Digah Bələdiyyəsinin xx.xx.2006-cı il qərarı ilə Digah kənd sakini X3 bələdiyyənin ehtiyat fondu torpaqlarından çayxana tikmək məqsədi ilə 0,01 ha torpaq sahəsinin satılması qərara alınmış, bu barədə xx.xx.2006-cı il tarixli “torpaqların alğısatqısına dair” müqavilə bağlanmışdır.
3. X4 özünə məxsus 0,01 ha torpaq sahəsində 100 kv.m-lik sahəsi olan iaşə obyekti tikmişdir. Həmin iaşə obyekti 1994-cü idə tikilmiş və hal-hazıra kimi fəaliyyətdədir.
4. Quba rayonu Digah kəndində yerləşən 0,02 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında Cavabdeh mülkiyyətindədir.
5. Quba rayon Digah-Xucbala Bələdiyyəsinin 24.4.2018-ci il tarixli arayışında gğstirılır kı: Cavabdeh Digah-Xucbala bələdiyyəsinə öz iaşə obyektinə bitişik olan 0,04 ha torpaq sahəsinin ona uzun müddətli icarəyə verilməsi barədə müraciət etmiş və həmin müraciətə Digah-Xucbala bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 16 saylı protokolda baxılmışdır. Digah-Xucbala bələdiyyəsi yaşayış məntəqəsi torpaqlarından 0,04 ha torpaq sahəsinin yaşıllaşdırma və abadlıq məqsədilə uzunmüddətli müsabiqə, hərrac yolu ilə icarəyə verilməsi proseduruna başlanmışdır.
6. Quba Rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli, № 1(027)-1/2014 nömrəli hökmü ilə Cavabdeh torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq Quba rayonunun Digah kəndi ərazisində Digah-Xucbala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0,01 hektarını 2012-ci ilin may ayından, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,02 hektarını 2012-ci ilin sentyabr ayından etibarən özbaşına tutmaqla zəbt edərək tikinti işləri aparmışdır. Bununla da Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcələsinin 188-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2016-cı il tarixli hökmü ilə Quba Rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli 1(027)- 1/2014 nömrəli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir.
8. Azərbaycan Respublkası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2016-cı il tarixli, №1(102)-1744/16 nömrəli qərarı ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2016-cı il tarixli hökmü ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2017-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə onun təqsirli bilinməsinə dair Quba Rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli, №1(027)-1/2014 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublkası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2018-ci il tarixli, №1(102)-370/18 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2017-ci il tarixdə iddia ərizəsi və daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, daşınmaz ə mlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixli, ********** nömrəli qeyd və həmin qeyddən verilmiş RX seriyalı, №436479 nömrəli çıxarış əsasında Quba rayonunun Digah kəndi ərazisində onun mülkiyyətində olan torpaq sahəsində və Digah-Xucbala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehin inşa etdiyi tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehə məxsus əmlaklar və cavabdeh həmin torpaq sahələrindən çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 29 avqust 2012-ci il tarixli, 2(027)964/2012 nömrəli qətnaməsi ilə X2 Quba rayonu Digah kənd ərazisində yerləşən 0,01 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikdiyi qeyri-yaşayış sahəsinə fak tiki ölçüləri müəyyən edilməklə X2 mülkiyyət hüquqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2013-cü il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 29 avqust 2012-ci il tarixli, 2(027)964/2012 nömrəli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2013-cü il tarixli, 2(027)-2330/13 nömrəli qərarı ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2013-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh məhkəmə aktları ilə barəsində cəza tədbiri görülməsinə baxmayaraq, torpağa vicdansız sahibliyi həyata keçirməkdən hələ də çəkinmir, qanunsuz əməllərini hələ də davam etdirir. Belə ki, cavabdeh nəinki inşa etdiyi qanuns uz tikililəri sökməmiş, əksinə onun mülkiyyətində olan, onun tərəfindən zəbt olunmuş torpaq sahəsində əlavə qanunsuz tikililər inşa etmişdir. Bundan başqa cavabdeh onun mülkiyyətində olan yuxarıda göstərilən mübahisəli kənd təsərrüfatı məhsullarının istehsalı üçün təyin olunmuş və həmin təyinat üçün yararlı olan torpaq sahəsinin yararlı üst humus qatını ağır texnikanın köməyi ilə sıyırıb götürməklə ərazidən çıxarmış, əvəzinə çay daşlarını və daş-çınqıl tikinti materiallarını səpmişdir. Bununla da cavabdeh həmin torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararsız hala salmışdır. Həmin torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararlı hala salınması 25 il müddət tələb edir. Bununla da cavabdeh növbəti dəfə təkrarən ona məxsus torpaq üzərində qanunla mü əyyən edilmiş mülkiyyət hüququnu pozmuşdur. Yuxarıda göstərilən məhkəmə aktlarından göründüyü kimi cavabdehin zəbt etdiyi bələdiyyə torpağında inşa etdiyi özbaşına tikililər həmçinin onun mülkiyyət hüququnu pozur. Belə ki, həmin tikililər altına eyni vaxtda onun və bələdiyyənin torpaq sahələri salınmışdır.
13. Birinci instansiya məhkəməsində məhkəmənin qərardadı əsasında verilmiş "xxxx" MMC-nin 01/848-1 saylı, xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh hal-hazırda faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri yerində müəyyənləşdirilərək elektron baza və xəritə üzrə dəqiqləşdirildi və bu sahənin 0,15 ha olduğu müəyyən olundu. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, AA005452 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd o lunan əsas döngə nöqtələrinin koordinantlarının faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən torpaq sahəsinin sənəd üzrə göstərilən konfiqurasiyalarına uyğun konturları faktiki elektron xəritə üzrə otuzdurulmuş, Cavabdeh tərəfindən bölgü layihəsinə əsasən İddiaçı məxsus 0,145 ha torpaq sahəsinin 0,09 ha hissəsinin faktiki olaraq heç bir əsas göstərilmədən istifadəsində olduğu müəyyənləşdirilmişdir. Cavabdeh tərəfindən zəbt edərək istifadə edilən torpaq sahəsində hər biri 100 kv.m olmaqla 2 ədəd tikili mövcuddur və ekspertlərə bu tikililərlə bağlı heç bir sənəd təqdim edilməmişdir. Bundan əlavə, zəbt olunan torpaq sahəsinin böyük bir hissəsi betonlanmış və üzərində qurğular tikilmişdir.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini n məhkəmə tikinti-texniki ekspertizasının 4584 saylı, 19.3.2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqat "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasın aparılmışdır. Həmin rəydən göründüyü kimi Cavabdeh hal-hazırda faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri yerində müəyyənləşdirilərək elektron baza və xəritə üzrə dəqiqləşdirildi və bu sahənin 0,15 ha olduğu müəyyən olundu. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, AA005452 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan əsas döngə nöqtələrinin koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən torpaq sahəsinin sənəd üzrə göstərilən konfiqurasiyalarına uyğun konturları faktiki elektron xəritə üzrə otuzdurulmuş, Cavabdeh tərəfindən bölgü layihəsinə əsasən İddiaçı məxsus 0,145 ha torpaq sahəsinin 0,09 ha hissəsinin faktiki olaraq istifadəsində olduğu müəyyənləşdirilmişdir. Cavabdeh tərəfindən zəbt edərək istifadə edilən torpaq sahəsində hər biri 100 kv.m olmaqla 2 ədəd tikili mövcuddur və ekspertlərə bu tikililərlə bağlı heç bir sənəd təqdim edilməmişdir. Bundan əlavə zəbt olunan torpaq sahəsinin böyük bir hissəsi betonlanmış və üzərində qurğular tikilmişdir.
15. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, Quba rayonunun Digah kəndi ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixli, ********** nömrəli qeydi və həmin qeyd əsasında verilmiş RX seriyalı, ****** * nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,09 ha hissəsindən Cavabdeh çıxarılması, zəbt olunmuş həmin torpaq sahəsində cavabdehin inşa etdiyi tikililərin sökülməsi, sökülmüş tikintiyə aid materialların, cavabdehin həmin əraziyə tökdüyü daş və çınqıl materialları və cavabdehə məxsus əmlakların həmin torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olaraq 100 manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, Quba rayonu, Digah kəndində yerləşən 0,145093 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və faktiki olara q onun istifadəsindədir. Belə ki, iş üzrə təyin edilmiş 4584 saylı, 19.3.2020-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 4584 saylı, 19.3.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, bölgü layihəsinə əsasən iddiaçıya məxsus 0,145 ha torpaq sahəsinin 0,09 ha hissəsi faktiki olaraq heç bir əsas göstərilmədən cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilən torpaq sahəsində hər biri 100 kv.m olmaqla 2 ədəd tikili mövcuddur və ekspertlərə bu tikililərlə bağlı heç bir sənəd təqdim edilməmişdir. Bundan əlavə zəbt olunan torpaq sahəsinin böyük bir hissəsi betonlanmış və üzərində qurğular tikilmişdir. İddiaçının 0145 ha torpaq sahəsinin 0,09 ha hissəsində cavabdeh tərəfindən inşa edilmiş 2 ədəd tikililər mülkiyyətçinin razılığı olmadan və müvafiq icazə alınmadan qanunsuz olaraq özbaşına tikilmiş, bununla da mülkiyyətçinin həmin torpaq sahəsinə mülkiyyət hüquqları, tikinti norma və qaydaları pozulmuşdur.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Quba rayon Digah-Xucbala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etsə də, iddiaçı Quba rayon Digah-Xucbala bələdiyyəsinin adından iddia tələbi irəli sürə bilməz. Çünki onun qeyd edilən tələblə bağlı subyektiv hüququ yoxdur. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.2, 157.2, 170.1, 170.2, 172.1, 172.2, 18 0.1, 180.4-cü, Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, maddi hüquq və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmamışdır. İlk növbədə hesab edir ki, birinci instansiya məhkəməsi məlum nəticəyə gələrkən MPM-nin 82.4-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qətnamədə bir tərəfdən mübahisə edilən torpaq sahəsi ilə b ağlı iddiaçının şikayəti əsasında barəsində cinayət təqibi üzrə çıxarılmış məhkəmə hökmünə, yuxarı instansiya məhkəmələrinin qərarlarına və həmin qərarların qəbul edilməsinə əsas olmuş Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 20435 saylı ekspert rəyinə istinad etmiş, digər tərəfdən həmin məhkəmə qərarları, o cümlədən ekspert rəyi ilə müəyyən edilmiş hallara və sübutlara əhəmiyyət verməmişdir. xx.xx.2015-ci il tarixli, 20435 saylı ekspert rəyi ilə məhkəmə qətnamə çıxararkən əsas götürdüyü 4584 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyin arasındakı ziddiyyətlərin aradan qaldırılması və torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi üçün xx.xx.2020-ci il tarixli təkrar məhkəmə-tikinti ekspertizanın keçirilməsinə dair qərardad qəbul etmiş ols a da, ekspertin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli,10/1557 saylı vəsatəti ilə məhkəmə ekspertiza mərkəzində torpaq sahələrinə dair baza və arxiv məlumatları olmadığından ekspertin qarşısına qoyulmuş suallar üzrə təhqiqat aparılması münkün olmadığını, buna görə də MPM-nin 63.3-cü maddənin tələblərinə əsasən məhkəmədən DƏDRX-dən mütəxəsis rəyinin, mübahisəli ərazinin koordinatlarının və baza məlumatlarının mərkəzə təqdim etməyi xahiş etdiyi və bu haqda məhkəmədə qaldırdığı xx.xx.2020-ci il tarixli vəsatətini təmin etmədən, heç bir baza və arxiv məlumatlarına istinad etmədən, özəl fəaliyyət göstərən "xxxx"MMC tərəfindən verilmiş mütəxəsis rəyi əsasında mübahisə edilən əraziyə baxış keçirmədən verilmiş 4584 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyini əsas götürərək, guya onun tərə findən iddiaçının torpaq sahəsinin 0,09 ha hissəsini zəbt etməyi və yerində qanunsuz tikililəri inşa etməsinə dair əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə edilən torpaq sahələrinin həqiqi sahiblərinin dairəsi müəyyən edilib tərəf qismində işə cəlb edilmədən, iddia edilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsi ilə üst-üstə düşübdüşməməsi müəyyən edilmədən qətnamə çıxarılmışdır.
21. Apelyasiya instansiyası məhkəməsinin qərardadı əsasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/2597 nömrəli, 13 iyul 2021-ci il tarixli ekspert rəyi ilə “X9 və Ekspertiza Mərkəzi” MMC-nin 35 №-li, “07” iyul 2021-ci il mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Quba rayonu Digah kəndində, Quba-Qusar magistral y olunun sağ tərəfində RX seriyalı, ******* nömrəli, 02 iyul 2014-cü il tarixli çıxarışa əsasən 0,145093 ha torpaq sahəsi həmin kənd sakini İddiaçı mülkiyyətində olmaqla, faktiki 0,05933 ha torpaq sahəsi istifadəsindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 22 dekabr 2014-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0,02 ha torpaq sahəsi və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq 866,0 kv.m hissəsi Cavabdeh faktiki istifadəsindədir. Mütəxəssis rəyinə əsasən, həmin ərazidə Cavabdeh rəsmi istifadəsində olan torpaq sahəsinin İddiaçı rəsmi istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi, lakin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin 866,0 kv.m hissəsinin İddiaçı rəsmi istifadəsində ol an torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilir. “Avtomobil yolları haqqında” Qanunun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Quba-Qusar magistral avtomobil yolunun həmin hissəsi yaşayış məntəqələri hüdudlarında yerləşdiyi üçün həmin hissədə qoruma (mühafizə) zolaqları müəyyən edilməmişdir. Mütəxəssis rəyinə əsasən Cavabdeh istifadəsindəki torpaq sahəsi qonşuluqda yerləşən İddiaçı xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarış əsasında məxsus olan 0,145 ha torpaq sahəsinin 866,0 kv.metr hissəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyinə əsasən Cavabdeh istifadəsindəki torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəli ti kililər torpaq sahəsinin şərq hissəsində yerləşir və həmin tikililərin yerləşdiyi torpaq sahəsi İddiaçı xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarış əsasında verilmiş torpaq sahəsi ilə 866 kv.m. hissədə üst-üstə düşür.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-40/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və L.M.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, Cavabdeh Quba rayon Digah kəndi ərazisində yerləşən, İddiaçı məxsus 0,145 ha torpaq sahəsinin 426 kv.m hissəsindən, həmin hissədə cavab dehin inşa etdiyi tikililərin cavabdehin vəsaiti hesabına sökülməklə həmin ərazidən çıxarılması, Cavabdeh ekspertiza xərci 100 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, həmin hissədə iddia tələbləri Cavabdeh zəbt olunmuş torpaq sahəsindən və orada inşa edilmiş qanunsuz tikillərin sökülərək onun hesabına həmin ərazidən çıxarılmasından ibarət olduğu halda, birinci instansiya məhkəməsi mübahisəyə aidiyyəti olmayan Mülki Məcəllənin 152.1, 157.2. 170.1, 1 70.2, 172.1, 172.2-ci maddələrini tətbiq etmişdir.
24. Kollegiya qeyd etmişdir ki, işdən göründüyü kimi Quba rayonun Digah kəndi ərazisində yerləşən 0.145 ha torpaq sahəsinin İddiaçı, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən 0,02 ha torpaq sahəsinin isə Cavabdeh mülkiyyətində olması, sonuncunun məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə 100 manat məbləğində cərimə cəzasına məhkum edilməsi işin mübahisəsiz halıdır.
25. Baxılan iş üzrə iddia tələbləri cavabdehin mübahisəli torpaq sahəsindən və həmin inşa ediyi tikillərin öz hesabına sökülərək çıxarılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2, 180.1,180.4-cü və Torpaq Məcəlləsinin 111-ci maddələri təşkil edir.
26. Bu baxımdan 0,145 ha torpaq sahəsinin iddiaçının mülkiyyəti ndə olduğu işin mübahisəsiz halıdır. Həmçinin iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli və cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
27. İddiaçıya məxsus torpaq sahəsinin 0,09 ha hissəsinin zəbt edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi, Məhkəmə Ekspertiza Mərkəzinin 4584 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsaslanmışdır. Halbuki, cinayət işinin istintaqı zamanı keçirilmiş ekspertizanın nəticələri üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2015-ci il tarixli, 20435 saylı rəyi əsasında zəbt olunan sahənin 426 kv.m olması öz təsdiqini tapmışdır.
28. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə cavabdehin vəsatəti əsasında məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/2597 nömrəli 13 iyul 2021ci il tarixli ekspert rəyi ilə “X9 və Ekspertiza Mərkəzi” MMC-nin 35 №-li, 07 iyul 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh istifadəsindəki torpaq sahəsi qonşuluqda yerləşən X1 xx.xx.2014-cü il tarixli, PX seriyalı ******* nömrəli çıxarış əsasında məxsus olan 0,145 ha torpaq sahəsinin 866,0 kv.metr hissəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyinə əsasən Cavabdeh istifadəsindəki torpaq sahəsində inşa edilmiş qeyriyaşayış sahəli tikililər torpaq sahəsinin şərq hissəsində yerləşir və həmin tikililərin yeləşdiyi torpaq sahəsi İddiaçı xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarış əsasında verilmiş torpaq sahəsi ilə 866,0 kv.m. hissədə üst-üstə düşür.
29. Cavabdeh vəsatəti əsasında yenidən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mütəxəssislərinin iştirakı ilə təkrar ekspertiza təyin edilsə də, həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-12752/2023 nömrəli Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı məktubda əməkdaşlarına İddiaçı tərəfindən mübahisəli torpaq sahəsində müvafiq ölçmə işlərinin aparılmasına imkan yaradılmadığı qeyd olunmuşdur.
30. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
31. Qeyd olunduğu kimi cinayət işi üzrə məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli 20435 saylı rəyinə əsasən Cavabdeh qa nuni istifadəsində olan 0,01 ha torpaq sahəsi çıxılmaqla, əlavə olaraq 526 kv.m torpaq sahəsindən istifadə etdiyi, həmin torpaq sahəsinin də bölgü layihəsi üzrə 200 kv.m hissəsinin bələdiyyə mülkiyyətində olduğu müəyyən edilir. Bölgü layihəsinə əsasən hazırlanmış sxemdən göründüyü kimi Cavabdeh faktiki istifadə etdiyi 626 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin Quba rayonu, Digah-Xucbala Bələdiyyəsinə 426 kv.m hissəsinin isə İddiaçı məxsus olduğu müəyyən edilir.
32. Azərbaycan SSR Nazirlər Sovetinin 461 nömrəli, xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiq olunmuş, “Azərbaycan Respublikası ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması Qaydaları”nın tələblərinə müvafiq olaraq Şirvan-Noxudlu-Salyan avtomobil yolunun qorunma (mühafizə) zonasının 60 metr (yolun oxudan hər tərəfə 30,0 m) nəzərdə tutulduğu və Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin yolun oxundan bir tərəfdən 13 metr, digər tərəfdən 10,0 metr məsafədə yerləşdiyi nəzərə alınaraq, tədqiq olunan torpaq sahəsinin avtomobil yolunun mühafizəsi zonasına düşdüyü müəyyən edilir.
33. Qeyd edilməlidir ki, qüvvədə olan hökmdə istinad olunan məhkəmə mühəndistexniki ekspertizasının 10 noyabr 2015-ci il tarixli 20435 saylı rəyi, mövcud iş üzrə keçirilmiş 19 mart 2020-ci il tarixli, 4584 saylı və 13 iyul 2021-ci il tarixli 10/2597 nömrəl ekspert rəylərinə münasibətdə əsaslı olması qaçılmaz olduğundan, məhkəmə mühəndistexniki ekspertizasının 10 noyabr 2015-ci il tarixli 20435 saylı rəyi həmin rəylərə münasibətdə daha mötəbər subut kimi qiymətləndirilməlidir.
34. Həmçinin nəzər ə alınmalıdır ki, təqdim olunmuş foto şəkillərdən görünür ki, cavabdeh tərəfindən həmin ərazidə lazımı icazələr almadan tikili inşa olunmuşdur.
35. Göründüyü kimi Quba rayonu, Digah kəndində yerləşən 0,145 ha torpaq sahəsinin İddiaçı məxsus olması, həmin torpaq sahəsinin 426 kv.m hissəsinin Cavabdeh sahibliyində olması və bu sahibliyin qanunsuz olması öz təsdiqini tapmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İd diaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi Cavabdeh Quba rayonu Digah kəndi ərazisində yerləşən, daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il tarixli, ********** nömrəli qeydi və həmin qeyddən verilmiş RX seriyalı, № ******* nömrəli çıxarış əsasında ona məxsus 0,145 ha torpaq sahəsinin 866 kv.m hissəsindən, həmin hissədə cavabdehin inşa etdiyi özbaşına (qanunsuz) tikililərin cavabdehin vəsaiti hesabına sökülməklə həmin ərazidən çıxarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə onun mülkiyyət hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və cavabdehin mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0,09 ha hissədən deyil, 0,0426 ha hissəsindən çıxarılması qənaətinə gəlinməsi nəticəsində, mülkiyyətindəki torpaq sahəsindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada istifadə edə bilmir. Bununla da qanuni əsaslarla və daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq əldə etdiyi mülkiyyət hüququndan məhrum olmuşdur. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən, iş materiallarında olan sübutlara obyektiv qiymət verilməmişdir. Birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində təyin edilmiş, ayrıayrı vaxtlarda keçirilmiş ekspertiza rəylərində mənə məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsi uyğun olsa da, yəni rəylər üst-üstə düşdüyü halda apellyasiya instansiyası məhkəməsi tərəf indən həmin rəylər əsassız olaraq sübut növü kimi qəbul edilməmiş və qəbul edilməməsi əsaslandırılmamışdır.
39. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarının hərtərəfli və obyektiv araşdırılması üçün torpaq sahəsinin digər mülkiyyətçiləri X2 və Digah-Xucbala Bələdiyyəsinin iş üzrə maraqlı şəxslər qismində cəlb edilməsinə dair vəsatəti təmin etməmişdir. Mülki işin materiallarından göründüyü kimi hazırkı mübahisə ilə bağlı mülki iş 2021-ci ilin yanvar ayından Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuş, bu müddə t ərzində iş üzrə 3 dəfə müvafiq mütəxəssis rəyləri alınmaqla məhkəmə-texniki ekspertizanın keçirilməsinə dair qərardadlar qəbul edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 13.7.2021-ci il tarixli 10/2597 saylı və 14.4.2023cü il tarixli,10/2095 saylı ekspert rəyləri ilə özəl fəaliyyət göstərən MMC-nin mütəxəssis rəyləri əsas götürülməklə “Quba rayonu, Digah kəndində, Quba-Qusar magistral yolun sağ tərəfində ******* nömrəli, 2.7.2014-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,145093 ha torpaq sahəsindən istifadəsində faktiki olaraq 0,05933 ha torpaq sahəsinin olması, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 0,02 ha torpaq sahəsi və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq 866 kv.m hissəsinin onun istifadəsində olması, həm in torpaq sahəsinin İddiaçı rəsmi istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qeyd edilmiş ekspert rəyləri iş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin istinad edilmiş xx.xx.2021-vi il tarixli **********94 saylı məktubla müəyyən edilmiş hallarla tam ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası 2(105)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə 3-cü dəfə 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssislərinin birgə iştirakı təmin edilməklə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi haqda qərar qəbul etmiş, lakin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin 8.9.2023-cü il tarixli məktubu və həmin məktuba əlavə edilmiş arayışla məhkəməyə bildirilmişdir ki, torpaq sahəsinə baxış keçirilməsi üçün tərəflərlə əlaqə saxlanılmış, İddiaçı mübahisəli torpaq sahəsində ölçü işlərin aparılması və baxış keçirilməsinə etiraz etdiyindən torpaq sahəsinə baxış keçirilməsi və mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması münkün olmamışdır. Belə olduğu halda, məhkəmə kollegiyası iddiaçı tərəfindən iddianın əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməməsi, həmin sübutların müəyyən edilməsi üçün mütəxəssislərin mübahisə edilən torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməsi birmənalı olaraq iddianın rədd edilməsi üçün əsas olduğu halda, çıxış yolunu məhkəmə araşdırmaların predmeti olmamış, cinayət təqibi ilə bağlı apellyasiya instansiya mərhələsində verilmiş xx.xx.2015-ci il tarixli 20435 saylı rəyin bir hissəsini əsas götürməklə işin həqiqi hallarına və qanunun tələbl ərinə zidd olan qətnamə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi işin həqiqi hallarını düzgün və obyektiv araşdırmadan, mübahisə edilən torpaq sahələrinin həqiqi sahiblərinin dairəsini müəyyən etmədən və iş üzrə həmin şəxsləri tərəf qismində cəlb etmədən, iddia edilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinin ona məxsus olmasını təstiq edən sübutları məhkəməyə təqdim edə bilməsi və aparılan məhkəmə araşdırmaları zamanı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi halı öz təstiqini tapmamasına baxmayaraq, məhkəmə kollegiyası iddianın qismən təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçı cavabdehin kassasiya şika yətinə qarşı etiraz göndərərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
42. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
43. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
45. Maddə 152.5. Mülkiyyətçi qanunvericilikl ə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
46. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
47. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əml ak özbaşına tikinti sayılır.
48. Maddə 180.4. Əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
49. Maddə
84. Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
50. Maddə 111 (bənd 1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
51. Maddə 111 (bənd 2). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə tərəflərlə qarşılıqlı olaraq iddianın təmin edilən və təmin edilməyən hissələrində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətlərinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhk əməsinin mövqeyi
63. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırlması tələbinə əməl olunmadığına görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 noyabr 2023-cü il tarixli qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən hissədə (cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv olunub, təmin olunmayan hissəsində) ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya təmin edilməməlidir.
64. Belə ki, işin hallarından göründüyü kimi Quba rayonun Digah kəndində yerləşən 0,145093 ha kənd təsərrüfatı təyi natlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir.
65. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,02 hektarını 2012-ci ilin sentyabr ayından etibarən özbaşına tutmaqla zəbt edərək tikinti işləri aparmışdır. Cavabdeh bu əməlinə görə Quba Rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 188-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilmişdir.
66. İddiaçı hazırki iddianı xx.xx.2017-ci il tarixdə verərək bildirir ki, cavabdeh məhkəmə aktları ilə barəsində cəza tədbiri görülməsinə baxmayaraq, torpağa vicdansız sahibliyi həyata keçirməkdən hələ də çəkinmir, qanunsuz əməllərini hələ də davam etdirir, inşa e tdiyi qanunsuz tikililəri nəinki sökməyib, əksinə onun mülkiyyətində olan, onun tərəfindən zəbt olunmuş torpaq sahəsində əlavə qanunsuz tikililər inşa edib, təyinat üçün yararlı olan torpaq sahəsinin yararlı üst humus qatını ağır texnikanın köməyi ilə sıyırıb götürməklə ərazidən çıxarıb, əvəzinə çay daşlarını və daş-çınqıl tikinti materiallarını səpmişdir.
67. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi barədə gəldiyi qənaətlə razılaşır.
68. Bununla yanaşı işdən göründüyü kimi iddiaçı cavabdehin təkcə torpaq sahəsinin məhkəmə hökmü ilə müəyyən olunmuş qanunsuz zəbt etdiyi 0.02 ha hissəsindən deyil, bundan sonra zəbt etmiş əlavə torpaq sahəsindən də çıxarılmasını, orada inşa etdiyi tilik lilərin sökülməsini tələb edir. Bu halda sözügedən hökmlə zəbt olunduğu müəyyən olunan 0,02 ha torpaq sahəsindən cavabdehin çıxarılması artıq hökmün preyudisiallığı baxımından birmənalı təmin olunmalı idi.
69. Çünki Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.
70. Bununla yanaşı, hökmdə nəzərdə tutulan əməli törətdikdən sonrakı dövrdə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində torpaq sahəsinin zəbt olunub olunmaması üçün araşdırma aparılmalı idi. Adı çəkilən hökmdən göründüyü kimi cavabdeh iddiaçının mülkiyyətindəki torpaq sahəsinin 0,02 ha hissəsini 2012-ci ilin sentyabr ayından zəbt etmişdir. Məntiqi baxımdan həmin əməl cinayət işi üzrə hökm çıxarılan vaxta qədər davam etmişdir.
71. Birinci instansiya məhkəməsi bu istiqamətdə araşdırma aparmış, "xxxx" MMC-nin 01/848-1 saylı, xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi və həmin rəyə istinadən Azərbaycan Respublikasının Ədliyyə Nazirliy inin verdiyi məhkəmə tikinti-texniki ekspertizasının 19.3.2020-ci il tarixli ekspert rəyi əsasında müəyyən etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,09 ha hissəsini zəbt etmişdir.
72. Apelyasiya instansiyası məhkəməsi tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/2597 nömrəli 13 iyul 2021-ci il tarixli ekspert rəyi ilə “X9 və Ekspertiza Mərkəzi” MMC-nin 07 iyul 2021-ci il mütəxəssis rəyinə əsasən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq 866,0 kv.m hissəsinin Cavabdeh faktiki istifadəsində olması müəyyən edilmişdir.
73. Bundan sonra apelyasiya instansiyası məhkəməsi yenidən yerquruluşu məsələləri üzrə rəy verməyə səlahiyyətli orqan olan Daşın maz Əmlakın Dövlət Reyestr Xidmətinin mütəxəssislərinin iştirakı ilə təkrar ekspertiza təyin etmiş, lakin həmin rəyi almadan araşdırmanı tamamlanmış, hesab etmişdir ki, mühəndis-texniki ekspertizasının 10 noyabr 2015-ci il tarixli 20435 saylı rəyi, mövcud iş üzrə keçirilmiş 19 mart 2020-ci il tarixli, 4584 saylı və 13 iyul 2021-ci il tarixli 10/2597 nömrəl ekspert rəylərinə münasibətdə əsaslı olması qaçılmaz olduğundan, məhkəmə mühəndis-texniki ekspertizasının 10 noyabr 2015-ci il tarixli 20435 saylı rəyi həmin rəylərə münasibətdə daha mötəbər subut kimi qiymətləndirilməlidir.
74. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə, işin hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanmayan nəticədir. Çünki yuxarıda qeyd olunduğu kimi iddiaçı onun torpaq sahəsinin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2017-ci il tarixə cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılmasını tələb etmişdi. Bu halda iki il əvvəlki vəziyyətə dair verilmiş ekspert rəyi işin mövcud vəziyyətinə obyektiv qiymət verilməsi üçün kifayət edə bilməz.
75. Əslində mühəndis-texniki ekspertizasının 10 noyabr 2015-ci il tarixli rəyi ilə cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 426 kv.m-nin zəbt olunmasının müəyyən edilməsi, birinci instansiya məhkəməsinin hökmündə cavabdehə istinad olunan cinayət əməlini törətdikdən (iddiaçıya məxsus torpaq sahəsinin 0,02 ha hissəini özbaşına zəbt etməsindən) sonra cavabdehin yenə də də əlavə torpaq sahəsini zəbt etməsi barədə iddiaçının dəlillərini təsdiq edir. Bu mənada hazırki iş üzrə araşdırma, həmin rəyin verildiyi 10 noyabr 2015-ci il tarixdən sonra cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 426 kv.m-dən artıq hissəsinin zəbt olunub olunmamasının müəyyən edilməsindən ibarət idi.
76. Qeyd olunmalıdır ki, bu əsasla həm də cavabdehin kassasiya şikayəti əsassız sayılır. Çünki qanuni qüvvəyə minmiş hökmlə müəyyən olunmuş həmin hal tərəflər üçün məcburidir.
77. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
78. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, beləliklə də, gəldiyi nəticələr prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
79. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,09 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdehin inşa etdiyi tikililərin sökülməsini qət etmiş, iddiaçı da onun torpağının bu həddə zəbt edildiyi barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Buna görə də iddiaçının kassasiya şikayə ti üzrə mübahisələndirdiyi hissə, apelyasiya məhkəməsinin qətnaməni cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edib təmin etmədiyi hissədən (474 kv.m) ibarətdir. Odur ki, qətnamə məhz mübahisələndirilən həmin hissədə ləğv olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır.
80. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
81. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiy yət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
82. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilməsin. İdiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-40/2023 nömrəli 6 noyabr 2023-cü il tarixli qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən hissədə (cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv olunub, təmin olunmayan hissəsində) ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün göndə rilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.