Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1690/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1rşı iş üzrə QƏRARİ Açar sözlər: “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi); İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 70-ci maddəsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkib də, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2025-ci il tarixli 2(104)-298/2025 nömrəli qətnaməsindən cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzi tərəfindən kassasiya şikayətinə dair işə 02 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra mətndə-iddiaçı) aid AZE № ******* nömrəli əmək kitabçasının surətinə və 21 dekabr 2022-ci il tarixli, 132/k nömrəli və 27 dekabr 2023-cü il tarixli, 147/k nömrəli əmr lərin surətinə əsasən, iddiaçı xx.xx.2022-ci il tarixli, 132/k nömrəli əmrlə, xx.xx.2022-ci il tarixdən Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçi vəzifəsinə təyin edilmişdir. Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının gözətçisi – iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə əsas olaraq Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 18 saylı protokolundan çıxarış göstərilmişdir. Həmin protokolda iddiaçının 02-31 oktyabr, 01-30 noyabr, 01-27 dekabr 2023-cü il tarixlərdə işdə olmaması, 10 saylı meşə dolayısında aparılan yoxlamalar zamanı ağazların kəsilərək aparılması faktlarının aşkar edilməsi ilə iddiaçının öz vəzifəsinə səhlənkar yanaşm ası onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilmişdir. 2. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”-inin surətinə əsasən, iddiaçı 18 oktyabr 2023-cü il tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu” diaqnozu ilə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X9ə daxil olmuş, 28 oktyabr 2023-cü il tarixədək xəstəxanada müalicə almışdır. Həmin vərəqədə iddiaçının işdən azad edilmə tarixi xx.xx.2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixədək, işə başlamalı olduğu tarix kimi “xəstəlik davam edir” qeyd edilmişdir. 3. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 14 saylı X6 Mərkəzinə ünvanlanmış 01 noyabr 2024-cü il tarixli məktubun surətinə əsasən, iddiaçı A.Səhət adına xəstəxanada xx.xx.2023-cü il tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu” diaqnozu ilə stasionar müalicə olunmuşdur. xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. 4. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”-inin surətinə əsasən, iddiaçı 18 noyabr 2023-cü il tarixdə tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu”diaqnozu ilə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X9ə daxil olmuş, 28 noyabr 2023-cü il tarixədək xəstəxanada müalicə almışdır. Həmin vərəqədə iddiaçının işdən azad edilmə tarixi 19 noyabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək, işə başlamalı olduğu tarix kimi 29 dekabr 2023-cü il qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun işdən azad olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin direktoru Vasif Nəbiyev tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, 147/K saylı işdən azad olunma əmrinin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni Qalakənd meşəbəyləyinin 10 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsinə bərpa olunması və ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxmaya görə əmək haqqın ın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2022-ci il tarixli 132/k nömrəli əmri ilə Gədəbəy rayonunun Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçisi vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə 27 dekabr 2023-cü il tarixədək işləmişdir. Mərkəzin direktoru Vasif Nəbiyevin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 147/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hesab edir ki, həmin əmr qanunsuz olduğundan ləğv edilməli və o, öz işinə bərpa edilməlidir. Belə ki, o, işdən azad olunan vaxt xəstə olmuş və Gəncə B irləşmiş Şəhərlərarası xəstəxanada müalicədə olmuşdur. Bu faktı təsdiq edən bülleteni iddia ərizəsinə əlavə edir. Əmək qanunverciliyinə görə işçinin bülletində olduğu müddətdə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir. Qeyd etdiyi kimi o, xəstəliyi ilə əlaqədar xəstəxanada olmuş, bu səbəbdən işə gələ bilməmişdir. Bu halı təsdiq edən xəstəlik sənədini ərizəyə əlavə etmişdir. Belə olan halda hesab edir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdə azad edilməyi qanunsuz olmuşdur. Həmçinin, hesab edir ki, o, xx.xx.2023-cü il tarixdən etibarən məcburi iş buraxmaya görə iş buraxma günləri üçün əmək haqqını tələb etməkdə haqlıdır.
7. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin nümayənd əsi X4 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatı verərək bildirdi ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2022ci il tarixli 132/k nömrəli əmri ilə Gədəbəy rayonunun Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək işə çıxmamış və həmin müddət ərzində heç bir xəstəliyi ilə əlaqədar sənədi mərkəzə təqdim etməmişdir. Bu barədə aktlar tərtib edilmişdir. Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2023-cü il tarixli, 147/k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad ed ilmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar heç bir sənəd təqdim etməmiş, sadəcə şifahi olaraq bildirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
8. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-785/2024 nömrəli qətnaməsi (hakim M.S.Kazımov) ilə, iddianın təmin edilməsi, iddiaçının işdən azad edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin direktoru Vasif Nəbiyevin 27 dekabr 2023-cü il tarixli, 147/K nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı əvvəlki işinə, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin Qalakənd meşəbəyləyinin 10 saylı meşə dolayısının meşə gözətçisi işinə bərpa edilməsi, iddiaçıya 27 dekabr 202 3-cü il tarixdən işə bərpa olunan vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 02 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək ev şəraitində ambulator qaydada müalicə almış, 18 oktyabr 2023-cü il tarixdə tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu” diaqnozu ilə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X9ə daxil olmuş, 28 dekabr 2023-cü il il tarixədək xəstəxanada ambulator və stasionar müalicə almışdır. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”lərində İddiaçı işdən azad edilmə tarixi (hər iki vərəqə üzrə ümumilikdə) 18 oktyabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək, işə başlam alı olduğu tarix kimi 29 dekabr 2023-cü il qeyd edilmişdir.
10. Göründüyü kimi, iddiaçı üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Bu fakt işdə olan sənədlər və “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”-ləri ilə öz təsdiqini tapır.
11. Belə olan halda məhkəmə o, qənaətə gəlib ki, iddiaçı 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək işə gəlməməsi onun əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilə bilməzdi və bu əsasla onun işdən azad edilməsi yolverilməzdir.
12. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı tutduğu meşə gözətçisi vəzifəsindən azad edilərkən onun işə gəlməmə sinin səbəbi barədə təşkilata məlumat verməməsi, iddiaçıya bununla əlaqədar yazılı bildiriş göndərilib-göndərilməməsi, iddiaçının üzürlü və ya üzürsüz səbəbdən işə gəlməməsinin yoxlanılmasını təsdiq edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
13. Məhkəmə qeyd edib ki, iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən onun izahatı alınmamış, izahatın alınması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini və iddiaçının izahat verməkdən imtina etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu da onu göstərir ki, iddiaçının izahatı alınmadan cavabdehin əmri ilə işdən azad edilmişdir.
14. Məhkəmə həmçinin, iddiaçının məcburi iş buraxmaya görə əmək haqqı tələbini araşdıraraq hesab etmişdir ki, bu hissədə də iddia tələbi əsaslıdır.
15. İşin hallarına əsasə n, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2023cü il tarixli, 147/K nömrəli əmri ilə İddiaçı işdən azad edilmişdir. İddiaçı 27 dekabr 2023-cü tarixdən işə çıxmamış və ona həmin tarixdən əmək haqqı ödənilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2023-cü il tarixli, 147/K nömrəli əmri qanunsuz olduğundan məhkəmə hesab edir ki, 27 dekabr 2023-cü il tarixdən etibarən İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələrinə, 70, 72, 71-ci maddəsinin 2-ci bəndinə, 76, 187, 296 -cı maddəsinin 1 və 2-ci hissələrinə, 300-cü maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 216-220, 227, 233, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən narazı qalan cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-785/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və y a düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək əmək funksiyalarını yerinə yetirə bilməməsinə, bununla bağlı “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”lərinə istinad edilməklə onun işə gəlməməsini əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirməmişdir. Ona görə də iddiaçının işdən azad edilməsini yolverilməz hesab etmişdir. Halbuki, İddiaçı işə çıxmamasına görə Qalakənd meşəbəyliyinin meşəbəyisi X5 yazmış olduğu gün kəsmə aktlarına əsasən barəsində araşdırıma aparılmış, xx.xx.2023-xx.xx.2023 tarixlərlərdə işə çıxmamasının səbəbinin xəstə olması ilə əlaqələndirmiş, Mərkəzə isə x əstəlik vərəqəsi əvəzinə “Şəmkir rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli 47/8 saylı arayışın surətini təqdim etmişdir. Mərkəz tərəfindən həmin arayış araşdırılarkən arayışın Şəmkir RMX-PHŞ tərəfindən verilmədiyi müəyyən edilmişdir. İddiaçı arayışda göstərilən müddət ərzində eyni günləri əks etdirən Gədəbəy rayon Plankǝnd kənd Tibb Məntəqəsinin xx.xx.2023-cü il tarixli 14 qeydiyyat nömrəli arayışda ev şəraitində ilkin tibb yardım olunması göstərilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, eyni vaxtlarda (xx.xx.2023-xx.xx.2023-cü il tarixləri müddətində) İddiaçı həm Şəmkir RMX-PHŞ-də xəstə yatmış, həm də yaşadığı Gədəbəy rayon Plankənd kəndində ev şəraitində ona ilkin tibbi yardım göstərilmişdir. İddiaçı o gündən etibarən nə iş günləri işə çıxmış, nə də işə çıxmaması bar ədə Mərkəzə rəsmi sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunan xəstəlik vərəqələri bir-birini tamamlamadığı üçün Gədəbəy rayon Mərkəzi Xəstəxanasına rəsmi qaydada müraciət edilsə də bu günə kimi onun xəstəliyi barədə cavab məktubu gəlməmişdir. Eyni zamanda İddiaçı işlədiyi dövr ərzində vəzifə səlahiyyətlərini yerinə yetirməyərək bilərəkdən meşə qanunvericiliyini pozulmasına görə vaxtında qanunsuz kəsilmiş ağaclar barədə Mərkəzə və hüquq mühafizə orqanlarına məlumat vermədiyi üçün dövlət meşə fonduna 1811,87 (bir min səkkiz yüz on bir manat səksən yeddi qəpik) manat məbləğində ziyan dəymişdir. Məhkəmə tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə iddiaçının hüquqi savadsızlığı ilə əlaqədar məhkəməyə vaxtında müraciət etməməsini, nəticədə fərdi əmək mübahisəsinin həll edilməsi üçün iddia ərizəsi və digər zəruri sənədlərin hazırlanması, eləcə də hüquqi savadsızlığı ilə əlaqədar obyektiv halların iddiaçı tərəfindən müddətin buraxılması ilə nəticələndiyinə istinad edilsə də, Əmək Məcəlləsinin 296.6-cı maddədə sadalanmış üzrlü səbəblərin heç biri iddiaçının vəziyyətində müəyyən edilməmişdir. Ona görə də hesab edirlər ki, İddiaçı məhkəməyə müraciət etmək üçün Qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, onun iddia tələbi iddia müddətinin ötməsi əsası ilə rədd edilməli idi. Lakin, məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının xx.xx.2025-ci il tarixli, 2(104)-298/2025 nömrəli (hakimlər F.Ə. Mehiyev (sədrlik edən və məruz əçi), R.Ş.Muradov, M.Ə.Mustafayev ibarət tərkibdə) qətnaməsi ilə, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-785/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi haqqında qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
21. Məhkəmə kollegiyası ilk olaraq qeyd edib ki, iddiaçının işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli, 147/K №-li əmrin nəticə hissəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin məzmunu göstərilmiş, işdən azad edilmə əsası kimi isə heç bir zəruri qeydiyyat və əsaslandırılma aparılmamışdır.
22. Həmin norma, işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, işəgötürənə əmək müqaviləsinə xitam verilməsi hüququ verir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Bu fakt işdə olan sənədlər və “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ləri ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə o, qənaə tə gəlir ki, İddiaçı 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək işə gəlməməsi onun əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilə bilməzdi və bu əsasla onun işdən azad edilməsi yolverilməzdir.
24. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, iddiaçı tutduğu meşə gözətçisi vəzifəsindən azad edilərkən onun işə gəlməməsinin səbəbi barədə təşkilata məlumat verməməsi, iddiaçıya bununla əlaqədar yazılı bildiriş göndərilib-göndərilməməsi, iddiaçının üzürlü və ya üzürsüz səbəbdən işə gəlməməsinin yoxlanılmasını təsdiq edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
25. Göründüyü kimi, iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən onun izahatı alınmamış, izahatın alınması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini və iddiaçının izaha t verməkdən imtina etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
26. Bu da onu göstərir ki, iddiaçının izahatı alınmadan cavabdehin əmri ilə işdən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericilikdə nəzərdə tutulmayan əsasla əmək müqaviləsinə xitam verilməsini qadağan etdiyi halda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin direktoru Vasif Nəbiyev Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 76-cı maddələrinin tələbələrinə əməl etməmiş və nəticədə işçi iddiaçının əmək hüquqlarını pozmuşdur.
27. Cavabdehin iddiaçının işə mütəmadi olaraq gəlməyərək nizam-intizam qaydalarına da əməl etməməsi və buna görə də meşə ərasində ağaclar kəsilərək ziyan dəyməsi barədə irəli sürdüyü dəlillə r, bu hərəkətlərə iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yol verməsini, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini sübut etməli idi. Lakin, bu hal məhkəmə tərəfindən müəyyən olunmamışdır.
28. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh mübahisələndirilən əmrin əsaslığını, iddiaya etirazının əsası kimi istinad etdiyi halları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
29. Məhkəmə kollegiyası apellyatorun iddia müddətinin ötməsi və iddia müddətinin tətbiq edilməsi dəlili ilə bağlı qeyd edir ki, bu dəlil əsassızdır. Belə ki, baxılan işdə hətta iddia müddəti ötmüş ol sa belə, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə ilə birinci instansiya məhkəməsinı müraciət edilməmişdir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsi 14, 70-ci maddəsinin “ç” bəndinə, 71 maddəsinin 2 və 3-cü hissələrinə, 72-ci maddəsinin, 76cı maddəsinin, 186, 187, 296, 300-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.3, 218.1, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:
31. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi haqqında qərar qəbul edilməsini və ya işi yenidən araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahi ş etmişdir.
32. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm apellyasiya məhkəməsi məsələyə münasibət bildirərkən Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etsə də, qanunu düzgün tətbiq etməmişdir. Məhkəmələr iddiaçının üzrlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixinədək əmək funksiyalarını yerinə yetirə bilməməsini əsas gətirmiş, bununla bağlı “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nə istinad etmişlər. Bu səbəbdən də, həmin tarixlərdə iddiaçının işə çıxmamasını əmək vəzifələrinin kobud pozuntusu kimi qiymətləndirməmiş, iddiaçının işdən azad edi lməsini yolverilməz hesab etmişlər. Qeyd etmək istərdik ki, işçinin təqsirli hərəkətləri (işə gəlməməsi, həmçinin, bu barədə xəbər verməməsi, ərazinin nəzarətsiz qalması) nəticəsində - meşə fonduna 1 811,87 manat məbləğində ziyan dəymişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-320/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə 1187,87 manat iddiaçıdan 14 saylı X6 Mərkəzinə ödənilməsi qət edilmişdir. Buradan görünür ki, cavabdeh tərəfindən irəli sürülən arqument təsdiqlənir. Əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi üçün işçinin yol verdiyi kobud səhv nəticəsində işəgötürənin qanuni mənafeyinə xələl gəlməsi mühüm şərtdir. Belə ki, 14 saylı X6 Mərkəzi tərəfindən işəgötürənin qanuni mənafeyinə hansı formada və həcmdə xələl gəlməsini əsaslandırmışdır. Bu isə bir daha sübut edir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə verilmiş xitam qanunidir. İddiaçı öz öhdəliklərini yerinə yetirməmiş, kobud formada pozmuşdur.
33. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71.2, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 416, 418, 420-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
34. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
35. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfi ndən ləğv edilə bilər.
36. Maddə
71. Hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Maddə
71. Hissə
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
38. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifəl ərinin şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklər ini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.
39. Maddə
76. Hissə
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
40. Maddə
186. Hissə
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
41. Maddə
296. Hissə
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
42. Maddə
296. Hissə
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, iş çiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
43. Maddə
300. Hissə
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilm əklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxla nılır. Kassasiya instansiyasının mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
49. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”-inə əsasən xəstəxanada müalicə olunduğu dövrdə cavabdehin 27 dekabr 2023-cü il tarixli, 147/k nömrəli əmri ilə işdən azad edilmişdir. Əmrdə iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla işdən azad edildiyi qeyd edilməmiş, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 18 saylı protokolundan çıxarışa istinad edilmiş, həmin protokolda isə iddiaçının işdən azad edilməsinə əs as olan pozuntular kimi 2 hal qeyd edilmişdir-iddiaçının üzürsüz səbəblərdən işə gəlməməsi, öz vəzifəsinə səhlənkar yanaşması nəticəsində işəgötürənə maddi ziyan dəyməsi.
50. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, mübahisələndirilən əmr Əmək Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edilmişdir Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilməli olduğundan cavabdeh iddiaçının hansı əsasla işdən azad edildiyi qeyd etməli idi.
51. Bundan əlavə məhkəmə müəyyən etmişdir ki, iddiaçı üzürlü səbəbdənxəstəliyi ilə əlaqədar müalicə aldığı üçün 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək i şə gəlmədiyindən və bu fakt işdə olan “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqə”-ləri ilə öz təsdiqini tapdığından işəgötürənin 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək iddiaçının işə gəlməməsini əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirməsi Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbinə uyğun olmamışdır.
52. Cavabdeh həmin xəstəlik vərəqələrinin mötəbərliyini mübahisələndirsə də, bu vərəqələrin saxta olması və ya vərəqələrdə qeyd edilmiş məlumatların həqiqətə uyğun olmaması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
53. Mübahisələndirilən qətnamədə kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verildiyi müəyyən edilməmişdir.
54. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2025-ci il tarixli 2(104)-298/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.