Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1691/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaz borusunun mühafizə zonasında yerləşən özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-124/2025 nömrəli iş üzrə 30 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 Seyidmməmməd qızının mülkiyyətində olan Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.0 ha torpaq sahəsi üzərində “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X8 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında hasar, 36,5 metrliyində tövlə və 43,7 metrliyində hamam tikililəri inşa olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı «Qaz İxrac» İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində quraşdırılmış dəmir hasarın və yardımçı tikililərin (tövlə və hamam) cavabdehin öz vəsaiti hesabına sökülərək, 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavab dehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbin həcmini artıraraq “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X8 istismarında olan «Göyçay QPS qolu» yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus dəmir hasarın və yardımçı tikililərin öz vəsaitləri hesabına sökülməsi, mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehlərdən t utularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Göyçay rayonu, Çayarxı kəndi ərazisində X6 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X8 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərin üzərində dəmir lövhələrdən ibarət hasar quraşdırılmış və kəmərdən 36-47 metr məsafələrdə yardımçı tikililər (tövlə,hamam) inşa olunmuşdur. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23-cü bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.“Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2 001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri (QPSlər) neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22- ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
5. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən mərhum X3 hüquqi varisi xx.xx.1943-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanda yaşayan Cavabdeh2 cavabdeh kimi mülki işə cəlb edilmişdir. 6. “X9 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən Qaz İxrac idarəsinin Ağdaş Magistral X8 balans və istismarında olan 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin 36,5 metrliyində tövlə 43,7 metliyində cavabdeh X6 tərəfindən hamam inşa edilmişdir. Eyni zamanda həmin qaz kəmərinin ətrafında meyvə ağacları əkilmiş və dəmir lövhələr quraşdırılaraq hasara alınmışdır
7. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/1785 saylı rəyindən görünür ki, X9 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyində Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən Qaz İxrac İdarəsinin Ağdaş Magistral X8 balans və istismarında olan 32 5 mmlik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında cavabdeh X6 tərəfindən tövlə və hamam inşa olunduğu, həmin qaz kəmərinin ətrafında meyvə ağacları əkildiyi və dəmir tövlələr quraşdırılaraq hasara alındığı göstərilmişdir.
8. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 Seyidmməmməd qızının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 1.0 ha torpaq sahəsi üzərində inşa edilən hasar Cavabdeh1 Seyidmməmməd qızının adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışa (AA-631064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi") uyğun (naturada) olaraq yerində inşa edilməmişdir.(rəyə əlavə olunmuş sxemdə göstərilmişdir).Cavabdeh1 adına adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyət kimi qeydə alınmış 1.0 ha torpaq sahəsindən və cavabdehin faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsindən qaz xətti keçir, sözügedən hasarın qaz xəttinin mühafizə zonasına düşüb-düşməməsi barədə sual aidiyyatı sahə üzrə mütəxəssisə verilməsi məqsədə müvafiqdir.
9. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1985 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dö vlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh1 Seyidmməmməd qızının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 1.0 ha torpaq sahəsi üzərində inşa edilən hasar Cavabdeh1 Seyidmməmməd qızının adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışa (AA-631064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi") uyğun (naturada) olaraq yerində inşa edilməmişdir.(rəyə əlavə olunmuş sxemdə göstərilmişdir). Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********31 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyət kimi qeydə alınmış 1.0 ha torpaq sahəsindən və cavabdehin faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsindən qaz xətti keçir, sözügedən hasarın qaz xəttinin mühafizə zonasına düşüb-düşməməsi barədə sual aidiyyatı sahə üzrə mütəxəssisə verilməsi məqsədə müvafiqdir. Aparılmış təqdiqatın dəyəri 100 manat təşkil edir.
10. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 24 aprel 2024-cü il tarixli, 2(046)-15/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manatın iddiaçı “Qaz İxrac” İdarəsindən alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
11. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinə əsasən ekspertiza təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 Seyidmməmməd qızının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi Göyçay rayonu Çayarxı kənd ində yerləşən 1.0 ha torpaq sahəsi üzərində inşa edilən hasar Cavabdeh1 Seyidmməmməd qızının adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışa (AA631064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi") uyğun (naturada) olaraq yerində inşa edilmədiyi, Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********31 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyət kimi qeydə alınmış 1.0 ha torpaq sahəsindən və cavabdehin faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsindən qaz xətti keçidiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X8 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəməri cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən keçir. Məhkəmə hesab etmişdir ki,Cavabdeh1 Seyidmməmməd qızı tərəfindən inşa edilmiş tikililər onun xüsusi mülkiyyətində (dəmir hasarın daxilində) inşa edildiyindən iddiaçı tərəfindən qeyd edilən tikililərin cavabdehin hesabına sökülməsini tələb etməsi, cavabdehin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı “Qaz İxrac” idarəsi Cavabdeh2 qarşı hazırki iddianı qaldırmaqda haqlı olmamışdır. Belə ki, hazırda qeyd edilən torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh1 Seyidmməmməd qızının adına dövlət qeydiyyatına alınmışdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə,Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayonu, Çayarxı kəndi ərazisində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikililər qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. Mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Nəzərə alınmalıdr ki, hətta torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması, özü özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırki halda tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşir və tikintinin aparı lmasına əsas ola biləcək zəruri razılıqlar müəyyən olunmadığından yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunur.
16. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dəvət edilmiş 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi mühəndis X10 izahat verərək bildirmişdir ki, Cavabdeh1 naturada faktiki istifadə etdiyini bildirdiyi Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.0 ha torpaq sahəsi ilə onun **********31 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi arasında koordinat fərqləri mövcuddur. Göyçay-1 QPS qolu qaz kəmərinin bir hissəsi Cavabdeh1 Seyidmməmməd qızının rəsmi olaraq mülkiyyətində olan torpaq sahəsindən, digər hissəsi isə sonuncunun faktiki olaraq istifadə etdiyi torpaq sahəsindən keçir. Qaz kəmərinin mühafizə zonasında üç tikili – hasar, tövlə və hamam mövcuddur ki, onlardan tövlə və hamam tikililəri Cavabdeh1 rəsmi olaraq mülkiyyətində olan torpaq sahəsində, hasar isə həm rəsmi olaraq mülkiyyətdə olan, həm də faktiki istifadə olunan torpaq sahəsində yerləşir
17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Zamin Tahirov) 2(107)-124/2025 nömrəli iş üzrə 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(046)-15/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa o lunmuş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək, 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması tələbinə dair iddiasının təmin edilməsi, Göyçay rayon Çayarxı kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********31 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 1.0 ha torpaq sahəsində və onun faktiki istifadə etdiyi 1.0 ha torpaq sahəsində “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X8 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mmlik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında inşa edilmiş hasarın və yardımçı tikililərin qaz kəmərinin mühafizə zonasına düşən hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasından ç ıxarılması, dövlət rüsumu olaraq ödənilmiş 10 manat və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi, iş üzrə ekspertiza xərci olan 100 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq dövlət büdcəsi hesabına keçirilməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tikililərin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsinə, həmin tikilinin sözügedən “Qaydalar”ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nə ql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral qaz boru kəmərinin tikililərdən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi tikililərin inşa edilməsinin cavabdehin özünə və ya ərazidə yaşayan digər şəxslərə vura biləcəyi təhlükə və zərərlərə düzgün qiymət verməmiş, “Qaz İxrac” İdarəsinin qanuni tələbini təmin etməmişdir. Buna görə də qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır.
20. Məhkəmə kollegiyası iş üzrə digər Cavabdeh2 barəsində hesab etmişdir ki, iddia tələbi ona münasibətdə də təmin olunmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş “X9 və Eks pertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən Qaz İxrac idarəsinin Ağdaş Magistral X8 balans və istismarında olan 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin 36,5 metrliyində tövlə, 43,7 metliyində cavabdeh X6 tərəfindən hamam inşa edilmişdir. Eyni zamanda həmin qaz kəmərinin ətrafında meyvə ağacları əkilmiş və dəmir lövhələr quraşdırılaraq hasara alınmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin 28 aprel 2023-cü il tarixli, 3-21-3-36/2-1589/2023 saylı müşayiət məktubu ilə göndərilmiş mütəxəssis rəyinə və həmin rəy əsasında verilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1985 saylı rəyinə istinad etmişdir. 22. 16 saylı Ucar Ərazi İdarəsinin 28 aprel 2023-cü il tarixli, 3-21-3-36/2-1589/2023 saylı müşayiət məktubu ilə göndərilmiş mütəxəssis rəyində xüsusi mülkiyyət kimi qeydə alınmış 1.0 ha torpaq sahəsindən və cavabdehin faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsindən qaz xəttinin keçdiyi, sözügedən hasarın qaz xəttinin mühafizə zonasına düşüb-düşməməsi barədə sualın isə aidiyyati sahə üzrə mütəxəssisə verilməsinin məqsədə müvafiq olduğu göstərilmişdir.
23. Kollegiya tərəfindən sözügedən mütəxəsis rəyini tərtib etmiş mühəndis X10 mütəxəssis qismində dəvət edilərək dinlənilmişdir.Nəticədə, mübahisəli tikililərin, həqiqətən, qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.
24. Məhkəmə ko llegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 saylı qərarı əsasında Cavabdeh2 1.91 ha torpaq sahəsi satılmışdır. Cavabdeh2 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən Göyçay rayon Notariat Kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-627 saylı bağışlanma müqaviləsinə əsasən 1.91 ha torpaq sahəsinin 1.0 ha hissəsi X5 bağışlanılmışdır. X1 tərəfindən 1.0 ha torp aq sahəsi Göyçay rayon Notariat Kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-494 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericilik sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsə tikintinin mühafizə zonası dairəsindən çıxarılmasına dair tələbi həm tikinti sahibinə, həm də torpaq sahibinə qarşı qaldırmağa icazə verir. Ona görə də, hazırki iddia tələbi hər iki cavabdehə münasibətdə haqlıdır və təmin edilməlidir.
27. Cavabdeh tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması h aqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Ona görə də, hazırki iş üzrə iddia tələbinə iddia müddəti şamil edilə bilməz.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 3.0.1, 3.0.2, 7, 57.2, 80.1, 80.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23, 2.24, 2.7-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəl illəri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddiaçı “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək, 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi (rədd edilməsi) barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, işin mübahisəsiz halıdır ki, mübahisəli hasar və yardımçı tikililər qaz xəttindən sonra, yəni 1990-cı ildə inşa edilmişdir. Həmin vaxtdan iddia ərizəsi məhkəməyə daxil olan günə k imi 30 il müddət keçmiş, lakin iddiaçı ötən 30 il müddət ərzində iddiaçı torpaq sahəsində mübahisəsi gedən hasar və yardımçı tikililərin sökülməsi barədə iddia qaldırmamışdır. Bununla da iddia müddətini ötürmüşdür. 1 sentyabr 2000-ci il tarixinə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və münsiflər məhkəməsi tərəfindən tətbiq edilirdi. Yəni mülki mübahisələrə baxmağa səlahiyyələri olan orqanlar tərəflərin vəsatətlərindən asılı olmayaraq iddia müddətini məcburi tətbiq edirdi. Aralarında mübahisəyə baxıldıqda nə iddiaçı, nə də cavabdeh iddia müddətinin tətbiqindən imtina edə bilməzdi. Lakin apellyasiya instansiya məhkəməsi mülki işə baxarkən, 1 sentyabr 2000-ci il tarixinə ki mi qüvvədə olmuş Azərbaycan RespublikasıMülki Məcəlləsinin 77-ci maddəsinə əsasən iddia müddətini tətbiq etməmiş, bununla da tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməməklə, qanun pozuntusuna yol vermişdir.
31. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Cavabdeh1 Göyçay rayon Çayarxı kəndində yerləşən mülkiyyətində olan 1.0 ha torpaq sahəsini qanunvericiliyin tələblərinə uyğun əldə etməklə yanaşı, həmin torpaq sahəsində inşa etdirdiyi tikiliyə mülkiyyət hüququnu da qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Şəki Apellyasiya Məhkəməsi qeyd edilən faktları açıq-aşkar müəyyən etmiş olsa da, heç bir maddi hüquq normasına istiad etmədən və digər heç bir fakt olmadan cavabdehə məxsus tikilini qanunsuz tikili hesab etməkdə haqlı olmamışdır. Şəki Apellyasiya Məhkə məsi qanunsuz tikili hesab etdiyi hasar və yardımçı tikililərin sökülməsini əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təstiq edilməsi haqqında 103 saylı Qərarına istinad etmişdir ki, bununla da mülki qanunvericilik normalarının geri şamili qaydalarını və mülki hüquq subyektinin hüquqlarını pozmuşdur. Çünki, sözügedən “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X8 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəməri 1983–ci ildə çəkilərək istismara verilmiş, mübahisəsi gedən tikili isə 1990-cı ildə inşa edilmişdir. X11 Məhkəməsi hasar və yardımçı tikililərin tikilməsindən 10 il sonra qüvvəyə minmiş qanunu tətbiq edərək, qanun pozuntusu na yol vermiş, bununla da mülki qanunvericilik normalarının geri şamili qaydalarını və mülki hüquq subyektinin hüquqlarını pozmuşdur.Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 7.3, 146.2, 152.1, 180.1, 180.2 və 180.4-cü madələrinin və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinin, 148-ci maddəsinin tətbiqində səhvə yol vermiş, həmçinin tətbiq edilməli olan (01 sentyabr 2000-ci il tarixinə kimi qüvvədə olmuş Azərbaycan RespublikasıMülki Məcəlləsinin 77-ci maddəsini) maddi hüquq normasını tətbiq etməmiş, nəticədə Cavabdeh1 hüquqları pozulmuşdur.Apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını sadalamaqla, təqdim olunmuş sübutları araşdırmamış, Mülki Prosessual Məcəllənin 103.1-ci və bu Məcəllənin 88-ci maddələrinin tətbiq edilməsində səhv buraxmış, həmin prosessual hüquq normalarını səhv təfsir edərək, nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
34. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qay dada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
35. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
36. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
37. Maddə 19, İİ hissə. Mühafizə zonası dair əsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”
38. Bənd 2.23. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır.
39. Bənd 2.24. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövlət tikinti komun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir.
40. Bənd 2.7.Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, on un orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Mülki Məcəllənin 180.1-ci və 180.4-cü maddələrinə əsa sən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 50. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİ hissəsinə əsasən, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
51. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, sözügedən qaz xətti 1998-ci ildə istismara qəbul edilmiş, torpaq sahəsi 2005-ci ildə Cavabdeh2, 2017-ci ildə Əli Seyidovun, 2021-ci ildə isə Süurə Məmmədovanın adına qeydə alınmışdır. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, mübahisənin obyekti olan tikililər özbaşına tikinti olmaqla qaz kəmərinin mühafizə zonasında yerləşir. Bu hallar nəzərə alındıqda kassasiya şikayətində göstərilən dəlillər əsaslı hesab edilmir. Odur ki, iddianın təmin edilməsi qeyd edilən maddi hüq uq normalarının tələblərinə uyğun olmuşdur.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hall ara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-124/2025 nömrəli iş üzrə 30 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.