Məhkəmə qərarları › İş №2(102)-1697/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1697/2024

31.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1697/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Kateqoriya və açar sözləri: özbaşına tikintinin sökülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qeyri-qanuni inşa edilmiş tikintinin sökülməsi” barədə tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2366/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanı çoxmənzilli bina Gəncə şəhəri, Səbuhi Xasayev küçəsi 41A ünvanı ilə bitişikdir.

2. X2 AN-İ ******* saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Səbuhi Xasayev 41A ünvanında yerləşən ümumi sahəsi 12.4 kv.m olan qeyri-yaşayış binasının tam hissəsini 5000 manata Cavabdeh (bundan sonra cavabdeh) satmışdır.

3. X2 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehə qarşı qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehin ünvan 4 ünvana məxsus torpaq sahəsində qeyriqanuni inşa etdirdiyi tikilinin onun öz hesa bına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçılar işin hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektinin arxa hissəsi ünvan 1 ünvanıdır və oradakı torpaq sahəsi bina sakinlərinin daimi istifadəsindədir. Cavabdeh qeyri-qanuni olaraq 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektindən əlavə onların istifadələrində olan torpaq sahəsini zəbt edərək tikintini 40 kv.m-ə çatdırmış, hətta ikinci mərtəbəni də qeyri-qanuni olaraq inşa etdirmişdir ki, faktiki olaraq gələcəkdə onların binalarının qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə ki, yağış yağarkən cavabdehin qeyri-qanuni tikdirdiyi binanın 2-ci mərtəbəsinə yağış suyu yığılaraq mənzillərinin divarlarını rütubətləndirir. Eyni zamanda ikinci mə rtəbədən onların mətbəxi qarşısında giriş-çıxış qapısı qoymuş və pilləkənləri də onların istifadəsində olan torpaq sahəsinə qoymaq niyyətindədir. Özünün şəxsi mənafeyi üçün sakinlərin ümumi istifadəsində olan torpaq sahəsindən ticarət obyekti kimi istifadə etmək qanunvericiliyə uyğun deyildir. Əlavə olaraq bildirmişlər ki, cavabdehin qeyri-qanuni tikinti işi aparmasına görə barəsində 14 mart 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol Gəncə şəhəri İcra Hakimiyyətinin 18 fevral 2021-ci il tarixli təqdimatına əsasən tərtib edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2021-ci il tarixli rəyinə əsasən qərardadın 1-ci sual üzrə ünvan 5 ünvanında cavabdeh tərəfindən inşa edilmiş (qeyri-yaşayış) sahəsi ti carət obyektinin 1-ci mərtəbə səviyyəsində inşa olunmuş qeyri-yaşayış sahəsinin 36.0 kv.m olduğunu nəzərə alaraq cavabdehin mülkiyyətində olan 12.4 kv.m daxilində inşa edilmədiyi müəyyən edilmişdir. Qərardadın 2-ci, 3-cü, 4-cü və 5-ci sualları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Gəncə Layihə -Tədqiqat idarəsinin mütəxəssislərinə aid olduğundan (mütəxəssis rəyi təqdim olunmadığından) bu suallar üzrə tədqiqat aparılmamışdır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə ə sasən qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı, cavabdeh və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi, cavabdeh tərəfindən inşa edilmiş 40.0 kv.m mübahisəli tikilinin 16.0 kv.m hissəsinin **********29-06301 reyestr nömrəli çıxarışa əsasən cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində, 24.0 kv.m hissəsinin isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdu r.

8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/589 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Gəncə şəhəri, Səbuhi Xasayev küçəsi 41A ünvanında cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin üzərində aparılmış əlavə tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yen obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2.-ci bəndinin tələblərinə uyğun olmadığı, cavabdeh tərəfindən inşa edilən tikilinin digər şəxslərin mənzil hüquq larını pozub-pozmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadığı, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********2906301 reyestr nömrəli çıxarışa əsasən cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)-104/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin həmin tikilinin qonş uluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşən 24,0 kv.m hissəsinin cavabdehin hesabına sökülməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların tələbi ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin sahədə qoyulmuş maneənin aradan qaldırılması ilə əlaqədar olduğundan həmin münasibətlərə ümumi istifadədə olan torpaqla bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli çıxarışa əsasən cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğu nda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğundan iddiaçıların istifadəsində olan ümumi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə ekspert rəyi alınmışdır. Ekspert rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli çıxarışa əsasən cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Mübahisəli tikilinin 24,0 kv.m hissəsi həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir və cavabdeh tərəfindən istifadə edilib.

12. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh 40.0 kv.m mübahisəli tikilinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşən 24,0 kv.m hissəsi cavabdehin hesabına sökülməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məclləsinin 47.3, 55.1,84, 111.1, -ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir..

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə kifayət qədər araşdırma a parmadan, yalnız iddiaçı tərəfin izahatlarında qeyd etdiklərinə əsasən qətnamə çıxarmışdır. Belə ki, o, Qarabağ Əlilləri və X1 sədridir. ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsini İddiaçı1 mərhum əri Zabil Əsgərovdan 2019-cu ildə almışdır. Qeyri-yaşayış sahəsi sənəd üzrə 12.4 kv.m olsa da, Zabil Əsgərov ona satan zaman yaşayış sahəsinin faktiki sahəsi 40 kv.m idi və Z.Əsgərov ondan 40 kv.m-in pulunu alıb. O, alan zaman sahədə Zabil Əsgərov tərəfindən inşa edilmiş otaq və arxada 2 ədəd anbarı var idi. Oranı hətta peraşki sexi kimi istifadə ediblər. Həmin otaq və anbarlar bərbad halda olduğu üçün o, onları söküb yerində tikinti inşa etmişdir. O, faktiki olaraq 40 kv.m sahəni aldığı üçün tikintini də 40 kv.m sahədə inşa etdirmişdir. Göründüyü k imi iddiaçıların qeyd etdiyindən fərqli olaraq, o, torpaq sahəsini zəbt etməmişdir, elə onların özlərinə pul verib almışdır. İkincisi, onların özləri tərəfindən inşa edilmiş tikili də binaya bitişik idi. Necə olur ki, iddiaçı (onun mərhum əri) tikdirəndə qanuni olur, binanı qəzalı vəziyyətə salmır, o tikdirəndə qanunsuz olur və binanı qəzalı vəziyyətə salır. Tərəfindən inşa edilmiş, qeyd edilən tikilinin qanuniləşdirilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etmişdir və hazırda onun obyektinin sənədləri hazırlanır. Bundan başqa, iddiaçılar qeyd etmişdilər ki, guya o, onların mətbəxinin qarşısına giriş-çıxış qapısı qoymuş və pilləkəni də onların istifadəsində olan torpaq sahəsinə qoymaq fikri var. Bununla bağlı qeyd etmişdir ki, giriş-çıxış qapısının iddiaçıların mətbəxinə heç bir aidi yyatı yoxdur. Məhkəmə hazırkı işlə bağlı yerli baxış keçirmədiyindən bu halları müəyyən etməmişdir. Ümumiyyətlə, onun tikililəri iddiaçıların heç bir hüququnu pozmamış. Buna görə hesab etmişdir ki, iddiaçıların bu cür iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Həmçinin o, pilləkəni də iddiaçıların torpaq sahəsinə qoymur. Çünki torpaq onlara məxsus deyil. O, torpaq sahəsinə qanunsuz olaraq pilləkən qoyursa, bunu torpağın mülkiyyətçisi mübahisələndirə bilər, hazırkı iş üzrə iddiaçılar deyil. Bundan başqa, məhkəmə qətnamə çıxararkən 14 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsaslanmışdır. Belə ki, guya həmin protokolla o, ünvan 7 ünvanında qanunsuz tikili apardığı üçün barəsində inzibati protokol tərtib edilmişdir. Bu tamamilə yalandır. Belə bir protokol yoxdur. İş materiallarına iddiaçılar tərəfindən təqdim edilmiş həmin protokol saxtadır. Məhkəmə bunu kifayət qədər araşdırmadan qətnamədə qeyd etmiş və protokola əsaslanmışdır. Bundan başqa, məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanaraq qeyd etmişdir ki, onun inşa etdiyi tikilinin 24.0 kv.m sahəsi bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi şöbəsinin 23 aprel 2021-ci il tarixli aktında qeyd edilmişdir ki, guya həmin torpaq sahəsində bina yaşayışçılarının talvarı, anbarı, hamamı və tualeti var. O, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə və eləcə də 23 aprel 2021-ci il tarixli aktla razı deyildir. Belə ki, onun obyektinin heç bir hissəsi bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində deyil. Torpaq sahəsi heç vaxt, yaxud ən azından o, Zabil Əsgərovdan obyekti alan zaman bina sakinlərinin istifadəsində olmamışdır. Bina sakinlərinin həmin torpaq sahəsində nə anbarları, nə talvarları, nə də sair tikililəri mövcuddur.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-2366/2023 nömrəli 15 dekabr 2023-cü il ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Məmmədov (sədrlik edən və məruzəçi), Azər Bayramov və Aygül İsgəndərova) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıların istifadəsində olan ümumi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə ekspert rəyi alınmışdır. Ekspert rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.

18. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2021-ci il tarixli rəyindən görünür ki, qərardadın 1-ci sual üzrə ünvan 5 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş (qeyri-yaşayış) sahəsi ticarət oby ektinin 1-ci mərtəbə səviyyəsində inşa olunmuş qeyri-yaşayış sahəsinin 36.0 kv.m olduğunu nəzərə alaraq Cavabdeh mülkiyyətində olan 12.4 kv.m daxilində inşa edilmədiyi müəyyən edilmişdir. Qərardadın 2- ci, 3-cü, 4-cü və 5-ci sualları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Gəncə Layihə -Tədqiqat idarəsinin mütəxəssislərinə aid olduğundan (mütəxəssis rəyi təqdim olunmadığından) bu suallar üzrə tədqiqat aparılmamışdır.

19. Həmçinin işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssi s rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı, cavabdeh və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi, cavabdeh tərəfindən inşa edilmiş 40.0 kv.m mübahisəli tikilinin 16.0 kv.m hissəsi **********29-06301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24.0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən ol unmuşdur.

20. Həmçinin işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/589 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Səbuhi Xasayev küçəsi 41A ünvanında Cavabdeh tərəfindən inşa edilmiş qeyriyaşayış sahəsinin üzərində aparılmış əlavə tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarix 160 No-li qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2.-ci bəndinin tələblərinə uyğun olmadığı, cavabdeh tərəfindən inşa edilən tikilinin digər şəxsləri n mənzil hüquqlarını pozub-pozmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadığı, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.

21. Göründüyü kimi mübahisəli tikilinin 24,0 kv.m hissəsi həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşməsi və cavabdeh tərəfindən istifadə edilməsi eksperiza rəyi ilə müəyyən edilmişdir.

22. Həmçinin məhkəmə kol legiyası tərəfindən qeyd olunan torpaq sahəsinə və əmlaka yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh inşa etdiyi tikili şəhərsalma və tikinti qanunvericiliyində qeyd olunmuş normalarla uyğun tikilməməklə iddiaçıların hüquqlarını məhdudlaşdırır.

23. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir.Ümumi istifadədə olan torpaqların mülkiyyətə verilməsini qanunvericilik nəzərdə tutmamışdır. Həmçinin, qanunvericilikdə to rpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə 29-cu maddəsinin İ-İV hissələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü hissəsinə, 55-ci maddəsinə, 84-cü maddəsinin 1, 2, 3 və 4-cü hissələrinə, 111-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi» haqqında Azərbaycan Respublikasının Qanununun 7.2, 16.1, 16.2-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.202 3-cü tarixli 2(104)-2366/2023 saylı qətnaməsini ləğv edib, işin yeni məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 55, 84, 111-ci maddələrinə istinad etsədə, tərəflər arasında yaranmış münasibətləri nəzərə almamışdır. Bundan başqa qeyd etmək istərdilər ki, məhkəmə kassasiya şikayətinin 7-ci paraqrafında göstərilən əsaslara görə sübutlara düzgün qiymət verməmiş və səhv olaraq qeyd edilən əsasən qeyd edilən normalara istinad etmişdi. 27. iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi oldüğu nəzərə alınsa, bu instit ut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hiiquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazrkı iş üzrə isə hesab edir ki, məhkəmə işdə olan sübutlara, düzgün qiymət verməmişdir.

28. Belə ki, cavabdeh Qarabağ Əlilləri və X1 sədridir. ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsini İddiaçı1 mərhum əri Zabil Əsgərovdan 2019-cu ildə almışdır. Qeyri-yaşayış sahəsi sənəd üzrə 12.4 kvm olsa da, Zabil Əsgərov ona satan zaman yaşayış sahəsinin faktiki sahəsi 40 kv.m idi və Z.Əsgərov ondan 40 kv.m-in pulunu alıb. O, alan zaman sahədə Zabil Əsgərov tərəfindən inşa edilmiş otaq və arxada 2 ədəd anbarı var idi. Oranı hətta peraşki sexi kimi istifadə ediblər. Həmin otaq və anbarlar bərbad halda olduğu üçün o, onları söküb yerində tikinti inşa etmişdir. O, faktiki olaraq 40 kv.m sahəni aldığı üçün tikintini də 40 kv.m sahədə inşa etdirmişdir. Göründüyü kimi iddiaçıların qeyd etdiyindən fərqli olaraq, o, torpaq sahəsini zəbt etməmişdir, elə onların özlərinə pul verib almışdır. İkincisi, onların özləri tərəfindən inşa edilmiş tikili də binaya bitişik idi. Necə olur ki, iddiaçı (onun mərhum əri) tikdirəndə qanuni olur, binanı qəzalı vəziyyətə salmır, o tikdirəndə qanunsuz olur və binanı qəzalı vəziyyətə salır. Üçüncüsü, tərəfindən inşa edilmiş, qeyd edilən tikilinin qanuniləşdirilməsi üçün müvafiq dövlət orqanlarına müraciət e tmişdir və hazırda onun obyektinin sənədləri hazırlanır. Bundan başqa iddiaçılar qeyd edirlər ki, guya o, onların mətbəxinin qarşısına giriş-çıxış qapısı qoymuş və pilləkəni də onların istifadəsində olan torpaq sahəsinə qoymaq fikri var. Bununla bağlı qeyd edir ki, giriş-çıxış qapısının iddiaçıların mətbəxinə heç bir aidiyyəti yoxdur. Məhkəmə hazırki işlə bağlı yerli baxış keçirmədiyindən bu halları müəyyən etməmişdir. Ümumiyyətlə, onun tikililəri iddiaçıların heç bir hüququnu pozmur. Buna görə hesab edir ki, iddiaçıların bu cür iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Həmçinin o pilləkəni də iddiaçıların torpaq sahəsinə qoymur. Çünki torpaq onlara məxsus deyil. O torpaq sahəsinə qanunsuz olaraq pilləkən qoyursa bunu torpağın mülkiyyətçisi mübahisələndirə bilər, hazırki iş üzrə iddiaçılar deyil. Bundan başqa məhkəmə qətnamə çıxararkən 14 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsaslanmışdır. Belə ki, guya həmin protokolla o, ünvan 7 ünvanında qanunsuz tikili apardığı üçün barəsində inzibati protokol tərtib edilmişdir. Bu tamamilə yalandır. Belə bir protokol yoxdur. İş materiallarına iddiaçılar tərəfindən təqdim edilmiş həmin protokol saxtadır. Məhkəmə bunu kifayət qədər araşdırmadan qətnamədə qeyd etmiş və protokola əsaslanmışdır. Bundan başqa məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Əraziİdarəsi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli mütəxəssis rəyinə əsaslanaraq qeyd etmişdir ki, onun inşa etdiyi tikilinin 24.0 kvm sahəsi bina sakinlərinin ümumi isti fadəsində olan torpaq sahəsində yerləşir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi şöbəsinin 23 aprel 2021ci il tarixli aktında qeyd edilmişdir ki, guya həmin torpaq sahəsində bina yaşayışçılarının talvarı, anbarı, hamamı və tualeti var. O, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə və eləcə də 23 aprel 2021-ci il tarixli aktla razı deyildir. Belə ki, onun obyektinin heç bir hissəsi bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində deyil. Daha dəqiq desə, həmin torpaq sahəsi heç vaxt, yaxud ən azından o, Zabil Əsgərovdan obyekti alan zaman bina sakinlərinin istifadəsində olmamışdır. Bina sakinlərinin həmin torpaq sahəsində nə anbarları, nə talvarları, nə də sair tikililəri mövcud deyil. Lakin məhkəmə qeyd edilən prossesual normaların tələblərini pozmuş, sübutlara dü zgün qiymət verməmişdi.

29. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının MPM-in 9, 14.1, 14.2, 77.1-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı1 nümayəndəsi Nümayəndə etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh ona məxsus fərdi yaşayış evinə bitişik tikili inşa etdirməklə birbaşa tikinti norma və qaydalarına zidd olaraq qanunsuz hərəkət etmişdir. Belə ki, fotoda açıq-aşkar görünmüşdür ki, cavabdehin qapısı onun mətbəxtinin pəncərəsi ilə eyni səviyyədədir və qanunsuz tikili başdan başa iddiaçılara məxsus fərdi yaşayış evi ilə bitişik tikilmişdir. Tikililər arasında heç bir santimetr belə məsafə yoxdur. Evin barıları nəm çəkir, su verərək aboyların tökülməsinə gətirib çıxmışdır. Tikilinin qanunsuz olması barədə Əml ak Komitəsinin aktı var və polis tərəfindən cərimə edilib.yaşlı və əldən düşmüş adamlardırlar.Kömək edilməsini xahiş edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

31. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİİ.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

32. Maddə 29 İ.Hər kəsin mülkiyyət hüququ vardır. İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barə sində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

33. Maddə 47.

3. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ.Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpa qları aiddir.

34. Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

35. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminat torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, i stifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.

36. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası «Bələdiyyə torpaqlarının idarə edilməsi» haqqında Qanunu

37. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin,sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüq uqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

38. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.

39. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqs ədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

41. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz t ələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Birinci instansiya məhkəməsi iş üzrə müvafiq qənaətə gələrkən mübahisəli tikilinin 24,0 kv.m hissəsinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşməsi və cavabdeh tərəfindən istifadə edilməsinə istinad etmişdir. Cavabdeh tərəfindən iddiaçıların konkre t olaraq qanunla qorunan hər hansı hüquqlarının pozulub-pozulmadığı müəyyən edilməklə iddianın əsaslı olub-olmadığına qiymət verilməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə kifayət qədər araşdırma və hüquqi dəyərləndirmə aparılmamış, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır.Göstərilən istiqamətdə araşdırmanın və hüquqi dəyərləndirmənin aparılması ona görə əhəmiyyətlidir ki, iddiaçıların müvafiq iddianı qaldırmağa subyektiv hüquqlarının olub-olmadığı müəyyənləşsin. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsində n istifadə etmək hüququna malikdirlər.

54. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, məhkəmələrin araşdırması Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsində təsbit edilmiş “işin hərtərəfli, tam və obyektiv tədqiqi” prinsipinin tələblərinə cavab vermir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. 56. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməkl ə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz

57. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyə nlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

59. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

60. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

61. İddiaçı1 nümayəndəsi Nümayəndə tərəfindən elektron kabinet vasitəsilə foroşəkillər göndərilsə də və Cavabdeh tərəfindən, müqavilə, rəy göndərilsə də məhkəmə kollegiyası qeyd edir ki,kassasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar qəbul edilmir və onlara hüquqi qiymət verilmir. Azərbaycan Respublikasının MPM-in 416.1-ci maddəsinə əsasə n Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Qeyd edilənlərə görə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2023-cü il tarixli 2(104)-2366/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.

63. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə cavab verən qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilməlidir.

64. Göstərilənlərə əsasən və Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2(104)-2366/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar