Məhkəmə qərarları › İş №2(102)-1697/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1697/2025

03.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1697/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə) qarşı iş üzrə QƏRARI (Açar sözlər: mənzildən istifadə hüququnun yaranması əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə) qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1198/202 5 nömrəli 4 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X1 xx.xx.2016-cı ildə nikah bağlamış, həmin nikahdan xx.xx.2017-ci ildə Nəcəf adlı uşaqları doğulmuşdur. 2. 12.01.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə ilə məhkəmə qətnaməsi ilə İddiaçı və X1 arasında olan nikah akt qeydinin ləğv edilməsi qət edilmişdir.

3. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 87 saylı evin 79 saylı mənzili (yeni qaydalarla: AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 163, M5, m1) üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən-otaqlı yaşayış sahəsinin mülkiyyətçisi qayınatası Cavabdehdur. Mülkiyyətçinin oğlu Kamil Mustafayevlə nikaha daxil olmazdan əvvəl mənzilin mülkiyyətçisi olan cavabdeh dəfələrlə evlərində olmuş, valideynləri ilə birlikdə qurulacaq ailənin yaşayış yerinin müəyyən edilməsi və digər problemlərini müzakirə etmişdir. Cavabdeh gəlin kimi və ailənin üzvü kimi özünün m ülkiyyətində olan və yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış sahəsinə köçürəcəyini bildirmiş və həqiqətən də oğlu Kamil Mustafayevlə nikaha daxil olandan sonra mülkiyyətində olan mənzilə köçürmüşdür. Həmin mənzildə Kamil Mustafayevlə olan rəsmi nikahlarından bir övladı anadan olmuşdur. 2022-ci il tarixdə rəsmi nikahları pozulduqdan sonra cavabdeh onu uşağı ilə birlikdə mülkiyyətində olduğu mənzildən çıxarmışdır. Hazırda cehiz əşyaları onun mənzilində qalmaqdadır. İddiaçı bildirir ki, mənzilin mülkiyyətçisi olan cavabdehin razılığı ilə onun ailə üzvü qismində, daimi yaşamaq, istifadə və sahiblik hüququ ilə mülkiyyətçisi olduğu mənzilə köçürülmüşdü. Qeyd edilən hüquqlar əsasında 6 ilə hesablanan bir müddət ərzində mübahisəli mənzildə yaşamışdır. Bildirir ki, cavabdeh özünün mülkiyyətin də olan mənzilə köçürərkən aralarında yəni valideynlərlə onun arasında şərt və razılaşma onda ifadə olunmuşdu ki, onu ailə üzvü qismində tanıyır, ailə üzvü qismində mülkiyyətində onları mənzilə müddətsiz yəni, daimi yaşamaq məqsədi ilə köçürülmənin mənzildən çıxarılmağını hər hansı şərtdən o cümlədən də ailə münasibətlərinə xitam verilməsi faktından asılı etmir. Mənzildən çıxarılması ilə əlaqədar aralarında hər hansı şərt müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin mülkiyyətində olan və ünvan 2 ünvanda yerləşən mənzilə köçürülməlidir və həmin mənzildən istifadə hüququ tanınmalıdır.

6. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, tərəflərin birgə yaşayışı mənəvi tərəfdən ümumiyyətlə mümkün deyil. Həmçinin, iddiaçının cavabdehin oğlunun içki aludəçisi olduğunu iddia etdiyi təqdirdə, onun övladının mübahisəli mənzildə yaşaması bir daha uşağa mənfi təsir göstərəcək. Hüquqi cəhətdən isə, iddiaçının keçmiş ailə üzvü olması anından etibarən mülkiyyətçi ilə sazişi olmalıdır. Lakin hazırki vəziyyətdə belə bir saziş mövcud deyil. Bundan əlavə iddiaçı 2 ildir ki, mübahisəli mənzildə yaşamır. Belə olan halda iddianın təmin olunması üçün heç bir hüquqi əsas yoxdur.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-3324/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Əbilova) iddia rədd edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin mübahisəsiz hallarına əsasən, iddiaçı 2016-cı ildə ailə qurmuş və qayınatasının evinə gəlin köçmüş, həmin mənzili n ikah pozulduqdan sonra tərk etmişdir. İstər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərin ailə üzvü olmadığından və özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid edilmədiyindən onun mübahisəli evə köçürülməsi üçün qanuni əsaslar mövcud deyildir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, mübahisəli mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdehin oğlu X1 arasında olan nikah münasibətlərinə 2022-ci ildə xitam verilmişdir. Belə olan halda, iddiaçının köçmək istədiyi cavabdeh mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşıldıqda iddiaçının məhz köçmək istədiyi mənzil ilə bağlı hazırki cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüququnun olması da istisna olunur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasinin Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunası barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmişdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 4 fevral 2025-ci il tarixli 2(103)-1198/2025 nömrəli qətnaməsi ilə (hakimlər - İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının keçmiş qayınatası Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdehin oğlu Mustafayev Kamil arasında olan nikah münasibətlərinə 2022-ci ildə xitam verilmişdir. iddiaçı ilə cavabdehin oğlunun nikahına xitam verildiyindən, iddiaçı cavabdeh- mülkiyyətçinin özünün saxlanmasını tələb etmək hüququ olan ailə üzvü də olmadığından rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı 2022-ci ildə nikahı xitam olandan sonra həmin yaşayış sahəsindən çıxıb getmiş, yalnız xx.xx.2024-cü ildə hazırkı tələblə məhkəməyə müraciət etmişdir, ki, bu da onun həmin müddət ərzində başqa yaşayış sahəsində yaşadığını göstər ir. Odur ki, hazırkı halda yaşayış sahəsindən özü 2022-ci ildə çıxıb getmiş iddiaçıya münasibətdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, həmin yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddət saxlanması mümkün olmur. Beləliklə də müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.

17. Məhkəmə gəldiyi nəticəni 13,

29. İİİ, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4-cü, MPM-nin 14.2,88.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarı lmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçmişdə, ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya ondan istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinə dair əmlak hüquqlarının sahibi olan şəxs, keçmiş ailə üzvünün maddi vəziyyətinin və digər diqqətəlayiq halların onu yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyini əsas gətirərək, onun həmin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasını məhkəmədən tələb edə bilərdi. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi, mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarını qarşılamaq məqsədilə, yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına imkan verirdi. Bu mənada, həmin hüququn yalnız ağlabatan və ədalətli əsaslarla, müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüquqlarının mütənasib şəkildə məhdudlaşdırıldığını göstərirdi. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun müddətinin (davamlılığının) müəyyən olunması məsələsi məhkəmənin mülahizəsinə buraxılmış və bu zaman məhkəmə həmin əsasların mövcudluğunu yoxlamalı idi. Lakin məhkəmə bu araşdırmanı lazımi qaydada aparmadan qərar verdiyindən, işin yenidən araşdırılması üçün eyni məhkəməyə qaytarılması zəruri olmuşdu. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə

13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfind ən müdafiə olunur.

22. Maddə

29. Mülkiyyət hüququ İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

23. Maddə

43. Mənzil hüququ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxsl ərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (ə şyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hər əkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

27. Maddə

2. Mənzil hüququnun əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

28. Maddə

8. Mənzil hüquq və vəzifələrinin əmə lə gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsas larla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.

29. Maddə

9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.

30. Maddə

30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, m ülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.... 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus ola n yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı

31. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, irəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

44. Baxılan işdə də məhkəmələr iddiaçının mübahisəli yaşayış sahəsindən istifadəsinin hüquqi əsaslarını yoxlamış və müəyyən etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququ yoxdur.

45. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşır.

46. Belə ki, tərəflər arasınd a yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir.

47. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Bu baxımdan, iddiası mübahisəli yaşayış sahəsinə 2016-cı ildə köçdüyünə görə, iddia tələbi 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.

49. Nəzərə alınmalıdır ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçının sözüge dən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun. Lakin iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmasına əsas olan, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir.

50. İddiaçının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən cavabdehə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması barədə dəlili də əsassızdır. Çünki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata ke çirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

51. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir.

52. Apellyasiya instansiyası məhkəməsi də Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri əsasında iddia tələbinı işin halları ilə birgə təhlil etmiş və qeyd etmişdir ki, iddiaçı cavabdehin gəlini olmaqla, cavabdehin ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sa dalanan şəxslər kateqoriyasına aid deyil.

53. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

54. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

55. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın keçmiş gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sü butlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şəra it yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1198/2025 nömrəli 4 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar