Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1700/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı2 və vəkili Vəkil iştrakları ilə. Cavabdeh Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim:E.M.Mehdiyev;2(075)-4805/17) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və Şəki rayonu 1 saylı Dövlət Notariat Kontoruna qarşı iddia qismən təmin edilmiş, Şəki şəhəri ****** küçəsində yerləşən 20 saylı yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 tərəfindən maneəsiz istifadə edilməsinə və həmçinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 həmin ərazidən (evdən) mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılması qət edilmiş, iddianın qalan hissəsinin təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə(hakim: M.A.Əsədli (sədrlik edən və məruzəçi),Ə.T.Məcidov və İ.F.Quliyev 2(107)184/2018) iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tаrixli, 2(075)-4805/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarı ilə(hakim V.Ə.İbayev(sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev və Ə.Ə.Əliyev 2(102)-4816/18) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2018-ci il tarixli qətnaməsi qismən - iddianın təmin olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şəki Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə(hakim E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və G.Q.Abbasov 2(107)-2227/2018) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tаrixli, 2(075)-4805/2017 saylı qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilmiş. Şəki şəhəri ******** küçəsində yerləşən 20 saylı yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən maneəsiz istifadə edilməsinə və həmçinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 həmin ərazidən (evdən) mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılaraq evin həyətinin giriş qapısı və iddiaçılara məxsus otaqların qapısı açılmaqla onların həyətyanı sahədən istifadəsinə şərait yaradılması qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların paylı mülkiyyətlərində olan Şəki şəhəri ******* küçəsində yerləşən **** saylı yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən maneəsiz istifadə edilməsinə və həmçinin onlara həmin ərazidən (evdən) mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılması, Cavabdeh1 ilə X12 arasında Şəki rayon 1 saylı Dövlət Notariat Kontorun da bağlanmış 14 sentyabr 2005ci il tarixli, reyestrdə ********** nömrə ilə qeydə alınan ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması və alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş bütün sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışkar ki, Şəki şəhəri ****** küçəsində yerləşən 20 saylı fərdi yaşayış evi iki qardaşın, yəni iddiaçıların mərhum əmisi X8 və iddiaçılardan İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mərhum atası və digər İddiaçı1 mərhum əri X9 paylı mülkiyyətində olmuşdur. X7 12 noyabr 2006-cı il tarixdə vəfat etmişdir. F6 vəfat etməsindən qısa müddət sonra X12 da ölmüşdür. İddiaçılar X9 vəfatından sonra uzun müddə t F6 qalmış mirasla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı müraciət etmələrinə baxmayaraq buna nail ola bilməmişlər. Lakin 20 oktyabr 2014-cü il tarixdə iddiaçılar Bakı şəhəri 2 saylı “Asan xidmətdən” qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmişlər. Həmin şəhadətnamə əsasında isə iddiaçıların müraciətləri əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsindən 26 sentyabr 2015-ci il tarixdə onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarış aldıqları zaman, yəni 26 sentyabr 2015-ci il tarixdə iddiaçılar X10 aid əmlakın iş üzrə Cavabdeh1 adına qeydə alındığını bilmişlər. Bundan sonra əlavə araşdırma aparılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən 04 aprel 2017-ci il tarixdə təqdim edilmiş 14 sentya br 2005-ci il tarixli alqı-satqı müqaviləsindən X8 həmin tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin Cavabdeh1 satıldığı müəyyən edilmişdir. Halbuki həmin əmlak satılarkən X12 əmlakın ½ hissəsini əvvəlcə digər ½ hissəsinin mülkiyyətçisi X11 təklif etməli olmuşdur. X4 qanunvericiliyin bu tələbinə əməl etmədən T8 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Bu səbəbdən də alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bundan başqa uzun müddətdir ki, cavabdeh tərəfdən iddiaçıların öz mülkiyyətlərində olan əmlaka daxil olmalarına, oradan istifadə etmələrinə imkan verilmir. Həmçinin cavabdeh tərəfdən iddiaçıların da mülkiyyətində olan əmlakda tikinti və yenidənqurma işləri aparılmışdır ki, buna iddiaçıların heç bir razılıqları alınmamışdır. Bu səbəbdən də iddiaçılar hazır kı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Şəki şəhəri ******* küçəsində yerləşən **** saylı fərdi yaşayış evi iki qardaşın, yəni X8 və X9 paylı mülkiyyətində olmuşdur. Hələ X1, yəni 14 sentyabr 2005-ci il tarixdə X5 şəhəri ***** küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evinin özünün mülkiyyətində olan ½ hissəsini Cavabdeh1 satmışdır. Alqı-satqı müqaviləsi isə notarial qaydada təsdiq edilməklə 2009-cu ildə Turxanənin adına çıxarış da verilmişdir. İddiaçıların mülkiyyətində olan ½ hissə əmlak da uçulub dağıldığından orada yeni bir tikili inşa edilmişdir. Bir sözlə köhnə evdən əsər əlamət qalmamışdır. Həmçinin iddiaçıların evin ½ hissəsinin Turxanəyə satılmasından, orada yen i bir evin inşa edilməsindən hələ evin satıldığı ərəfədən məlumatları olmuş və bununla bağlı iddiaçılara halallıq verilmişdir. Həmçinin müqavilənin bağlanmasından uzun bir müddət keçmişdir. Müqavilənin etibarsızlığını mübahisələndirməkdə iddiaçılar iddia müddətini ötürmüşlər. Həmçinin iddiaçılların mübahisə predmeti olan ərazidə heç bir əmlakları qalmamışdır. Bu səbəbdən də müqavilənin etibarsızlığı hissəsinə iddia müddətini tətbiq etməklə, tələbin digər hissəsi isə əsaslı olmadığından iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və və iş üzrə icraatın dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228, 254.1-ci, 254.1.4-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, mübahisəli evin naturada bölgüsü aparılmamaış, hal-hazırda iddiaçılara məxsusu otaqların məlum olmaması, həmin məsələ ilə bağlı mübahisənin Şəki rayom məhkəməsində qaldırılmış iddia nəzərə alınmadan işin faktiki halları araşdırılmamış, nəticədə xoşagəlməz hadisələrin baş verməinə rəvac verən və mübahisənin predmetinə çevrilmiş evə, onu təmir və bərpa etməklə, külli miqdarda pul vəsaiti sərf etmişdir ki, bu məsələ də məhkəmə araşdırılmasından kənar qalmış maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında İddiaç ı2 və edilməməsini xahişetdilər. vəkili Vəkil apellyasiya şikatətinin təmin İddiaçı3 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan 29 may 1984-cü il tarixli, ********* saylı qeydəalma vəsiqəsinə əsasən Şəki şəhəri ******* küçəsində yerləşən 20 nömrəli ev X12 və X9 mülkiyyətindədir. 14 sentyabr 2005-ci il tarixdə verilmiş Şəki Rayonlararası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2718 nömrəli “Forma 1” arayışına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi cəmi payla X12 və X9 mülkiyyətindədir. 14 sentyabr 2005-ci il tarixdə X12 və Cavabdeh1 arasında bağlanmış, Şəki rayon 1 saylı Dövlət Not ariat Kontorunda təsdiq edilmiş ******** nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 şəhəri ******* küçəsi 2/20 ünvanında yerləşən fərdi yaşayış evinin özünün mülkiyyətində olan ½ hissəsini 69.000.000 manata Cavabdeh1 satmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin Şəki ərazi İdarəsi tərəfindən 26 yanvar 2009-cu il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli reyestrdən çıxarışına əsasən, Şəki şəhəri ******* küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 5 otaqlı, 85,85 kv.m yaşayış, 170,6 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 ½ hissə, X13 ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 20 oktyabr 2014-cü il tarixdə 2 saylı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 12 noyabr 2006-cı il tarixdə vəfat etmiş X9 vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5dırlar və onların hər biri miras əmlakdan bərabər paylarda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak 29 may 1984-cü il tarixli, ********* saylı qeydəalma vəsiqəsinə və DƏDRX-nin 12 saylı ərazi İdarəsinin 09 oktyabr 2014-cü il tarixdə verdiyi 1058 nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. 26 sentyabr 2015-ci il tarixdə DƏDRX-nin 12 saylı ərazi İdarəsi trərəfindən verilmiş RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri ******** küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh1, digər ½ hissə si isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmay a bilər. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan Şəki şəhəri ********* küçəsində yerləşən 20 saylı evin ½ hissəsi 14 sentyabr 2005-ci il tarixdə bağlanmış və notarial qaydda təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında X12 tərəfindən Cavabdeh1 satılmışdır. Cavabdeh1 aldığı əmlaka münasibətdə 26 yanvar 2009-cu il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 da mübahisə predmeti olan əmlaka münasibətdə, 29 may 1984-cü il tarixli, *********** saylı qeydəalma vəsiqəsi və DƏDRX-nin 12 saylı ərazi İdarəsinin 09 oktyabr 2014-cü il tarixdə verdiyi 1058 nömrəli arayış təqdim edilməklə 20 oktyabr 2014-cü il tarixdə qanun üzrə vərəsəlik hüquq u haqqında şəhadətnamə almışlar. Həmin şəhadətnamə əsasında DƏDRX-nin 12 saylı ərazi İdarəsi tərəfindən 26 sentyabr 2015-ci il tarixdə verilmiş çıxarışla Şəki şəhəri ********* küçəsində yerləşən 20 saylı evin ½ hissəsi iddiaçıların mülkiyyətlərinə rəsmiləşdirilmiş, həmin çıxarışda da evin digər ½ hissəsinin mülkiyyətçisinin Cavabdeh1 olması öz əksini tapmışdır. Mübаhisə predmeti оlаn Şəki şəhərinin ********** küçəsidə yerləşən *** nömrəli evə bаxış keçirərkən müəyyən edilmişdir ki, ****** küçəsindəki dаlаnın sоnundа yerləşmiş, həmin evə giriş yeri dаlаnın sоnundаkı tаxtа darvazadandır, həmin darvazada əlavə giriş qapısı da vardır. Darvaza tаxtаdаn olmaqla darvazanın üzərində evin nömrəsi sаyılаn «20» rəqəmi yаzılıb və həmin darvaza ön tərəfdən qıfıllа bаğlаnmış, аrxа tərəfdən isə qаpı əlаv ə dаyаqlаrlа bərkidilmiş, evə bаşqа yerdən giriş yоlu və qаpısı yоxdur və evdə heç kim yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ: subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz isti fadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndinə görə qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1700/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1700/2019
11.03.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver