Məhkəmə qərarları › İş №2(102)-1701/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1701/2022

05.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1701/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)-8493/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh "xxxx" MMC qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin 87 saylı mənzilinin 32.512 manata tələbkar "xxxx" KB ASC mülkiyyətinə verilməsinə dair “hərracın yekunları haqqında” 06 fevral 2019-cu il tarixli protokolun və 06 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Z.Abdullayev) idd ia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2018-ci il tarixli qətnaməsi ilə tutma Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin 87 saylı mənzilinə yönəldilib. Mənzilin ilkin satış qiyməti 51.000 manat olmaqla hərraca çıxarılıb, lakin ilkin hərracda alıcı olmadığı üçün təkrar hərracda mənzilin satış qiyməti 25 faiz aşağı qiymətlə, yəni 32.512, 50 manata tələbkar "xxxx" KB ASC-yə təklif edilib. İddiaçı, hərracın keçirilməsi zamanı qanunverciliyin tələblərinin pozulduğunu, mənzilin bazar dəyərinin 80.000 manata bərabər olduğunu, mənzilin bazar dəyərindən qat-qat aşağı qiymətlə tələbkar "xxxx" KB ASC-yə təqdim edildiyini, hərracın qununla müəyyən edilmiş qaydaları pozmaq la keçirildiyini və beləliklə də hərracın və hərracı udmuş "xxxx" KB ASC ilə bağlanmış müqavilənin etibarsız olduğunu göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməyib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.1, 41.3, 42.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məruzəçi, V.Ə.İbayev və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halın yenidən sübut edilməsinə ehtiyac qalmır. Bu səbəbdən də iddiaçının mənzilin dəyəri 80.000 manat olduğu halda, onun 32.512 manata tələbkar "xxxx" KB ASC-yə təqdim edilməsinə dair dəlili əsaslı sayıla bilməz. Həmçinin, Sumqayıt Şəhər İcra İdarəsi tərəfindən təqdim edilmiş sənədlərə görə həm ilkin, həm də təkrar hərracın keçirilməsi ilə bağlı tərəflərə, habelə sifarişçiyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi bildirişlər göndərilib. Bundan başqa, hərracın nəticələri haqqında yekun protokol və alqı-satqı müqaviləsi 06 fevral 2019-cu il tarixdə imzalandığı halda, iddiaçı həmin əqdləri məhkəmə qaydasında təxminən 2 il 2 ay sonra, yəni 26 aprel 2021-ci il tarixdə mübahisələndirib. Halbuki, Müli Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göstərilən maddə ilə müəyyən edilmiş müddət mahiyyət etibarı ilə kəsici müddət olduğu na görə, həmin müddətin ötürülməsi əqdin etibarsızlığını mübahisələndirməyə mane olan haldır. İddiaçı həmin əqdləri 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirməsinin üzrlü səbəbdən baş verməsini məhkəmə araşdırması zamanı əsaslandıra bilməyib. Ona görə də iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 354.2-ci maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2, 42.1, 42.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq noralarının tələblərini pozub, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmayıb. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddia tələbi bölünməz olduğundan və iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdir ilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün v erilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələr ində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipteka saxlayan qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərrac ın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların old uğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2017-ci il tarixli qətnaməsi ilə borclu X ödəniş vaxtı milli manata məzənnədə cəmi 120.430,78 ABŞ dollarının tutulub tələbkar "xxxx" KB ASC verilməsi və tutmanın ipoteka qoyan İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon 65 saylı evin 87-ci mənzilinə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 51.000 manat müəyyən edilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəm ə qətnaməsi ilə müəyyən edildiyindən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halın yenidən sübut edilməsinə ehtiyac qalmır. Bu səbəbdən də iddiaçının mənzilin dəyəri 80.000 manat olduğu halda, onun 32.512 manata tələbkar "xxxx" KB ASC təqdim edilməsinə dair dəlili əsaslı sayıla bilməz. Həmçinin, Sumqayıt Şəhər İcra İdarəsi tərəfindən təqdim edilmiş sənədlərə görə həm ilkin, həm də təkrar hərracın keçirilməsi ilə bağlı tərəflərə, habelə sifarişçiyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi bildirişlər göndərilib. Bundan başqa, hərracın nəticələri haqqında yekun protokol və alqı-satqı müqaviləsi 06 fevral 2019-cu il tarixdə imzalandığı halda, iddiaçı həmin əqdləri məhkəmə qaydasında təxminən 2 il 2 ay sonra, yəni 26 aprel 2021- ci il tarixdə mübahisələndirib. Halbuki, Müli Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göstərilən maddə ilə müəyyən edilmiş müddət mahiyyət etibarı ilə kəsici müddət olduğuna görə, həmin müddətin ötürülməsi əqdin etibarsızlığını mübahisələndirməyə mane olan haldır. İddiaçı həmin əqdləri 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirməsinin üzrlü səbəbdən baş verməsini məhkəmə araşdırması zamanı əsaslandıra bilməyib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçı kassasiya şikayətində hərracın qanunverciliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirildiyini, nəticədə onun qanunla qourunan hüququnun pozulduğunu, ilkin satış qiymətinin ipoteka predmetinin real bazar dəyərini əks etdirmədiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərilən digər dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araş dırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)-8493/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar