Məhkəmə qərarları › İş №2(102)-1703/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1703/2023

08.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1703/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İsmayılova (Sadıqova) Jalə Mütalib qızına qarşı ilkin, İsmayılova (Sadıqova) Jalə Mütalib qızının İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə, istifadə qaydalarının müəyyən edilməsi və birgə yaşayış dövründə əmlaka dair payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, (məruzəçi) X15 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İsmayılova (Sadıqova) Jalə Mütalib qızına qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair ilkin, İsmayılova (Sadıqova) Jalə Mütalib qızının cavabdeh İddiaçı qarşı “tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)-7223/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sadıqov X5 Jalə Mütalib qızı ilə 23 sentyabr 2005-ci il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahdan 02 yanvar 2008-ci təvəllüdlü X8 və 30 oktyabr 2009-cu il təvəllüdlü X10 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdu r. 2. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 23 sentyabr 2017-ci il tarixli 13 saylı müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X17 Dairəvi yol, ev 22, mənzil 101 ünvanında yerləşən 2 otaqdan ibarət mənzilin 43123 manat dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 3. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən həmin mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanda yerləşən mənzilə köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikahı Ağdaş rayon məhkməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Onlar rəsmi nikahda olan zaman Bakı şəhəri, Yasamal rayonu, X17 dairəvi yol, ev 22, mənzil 101 ünvanda yaşamışlar. Qeyd edilən mənzil xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən onun adına rəsmiləşdirilmişdir. İddiaçı nikah pozulmasına dair 2019-cu ilin oktyabr ayında məhkəməyə ərizə verən vaxt həmin mənzilin açarlarını dəyişmiş, valideynləri X7 və X4 ilə həmin evdə yaşamağa başlamışlar. Tərəfindən məhkəmədə iddia qaldırılaraq X7 və X2 mənzildən çıxarılması xahiş edilmiş, iddia tələbi təmin edilmişdir. O, hazırda Bakı şəhərində kirayələrdə qalmaq məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri nət icəsində o mülkiyyətində olan mənzildə yaşamaq hüquqları pozulmuşdur. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

6. İlkin iddia üzrə iddiaçı iddia ərizəsinə əlavə - dəqiqləşmə təqdim edərək göstərmişdir ki, Ağdaş rayon məhkəməsinin 2(014)-1732/2021 nömrəli, xx.xx.2021 tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, X17 Dairəvi yol, ev 22, mənzil 101 ünvanında yerləşən mənzilə tərəflərin 1/2 pay hüquqları tanınmış və xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 43123 manat pulun 1/2 hissəsinin tərəfindən cavabdehə ödənilməklə, onun həmin mənzilə dair hüquqlarına xitam verilməsi qət olunmuş və qətnamə həmin hissədə icra edilmişdir. Hazırda qarşılıqlı iddia ərizəsində mübahisələndirilən mənzilə dair ilk iddia üzrə cavabdehin hər hansı bir hüquqları qalmamışdır. Belə olan halda o, Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, iddia tələbini dəyişdirməklə cavabdehin Bakı şəhəri, Yasamal rayonu, X17 Dairəvi yol, ev 22, mənzil 101 ünvanında yerləşən mənzildən çıxarılmasını iddia edir.

7. Cavabdeh İddiaçı qarşı birgə yaşayış dövründə əmlaka dair payın müəyyən edilməsi və açıq hərracdan satılması ilə vəsaitin bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən və birgə nikah dövründə əldə edilən yaşayış sahəsinin ¾ (dörddə üç) hissəsinə pay ona, 1/4 (dörddə bir) hissəsinə pay isə İddiaçı aid edilməklə həmin əmlak hərracda satılmaqla əldə edilmiş vəsait müvafiq surətdə onların arasında bölünməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsində Cavabdeh iddia ərizəsinə əlavəyə etiraz verərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-58/2020 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan 2 övladı onun himayəsindədir. Onun yaşayış yeri onların yaşayış yeridir. Cavabdehin çıxartmaq istədiyi Yasamal rayonu, X17 Dairəvi yol, ev 22, mənzil 101 ünvanında yerləşən mənzildən başqa yaşayış yerləri yoxdur. Cavabdeh onun iştirakı olmadan qanunsuz iddia tələblərinin təmin olunmasına nail olmuş, nəticədə nikah dövründə əldə etdikləri bütün əmlaklar barədə hüquqlarına xitam verdirmişdir. Nəticədə hazırda yaşadığı mənzildən başqa övladlarıyla birlikdə yaşaya biləcəyi heç bir mənzil yoxdur.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-121/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) ilkin iddia təmin edilmiş, İsmayılova (Sadıqova) Jalə Mütalib qızının Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Xarici Dairəvi yol, ev 22 ünvanında yerləşən 101 saylı mənzildən çıxarılması və mənzilin ilk iddia üzrə İddiaçı təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında mövcud mübahisənin predmeti olan mənzilin birgə nikah dövründə alınması işin mübahisəsiz halıdır. Tərəflər əmlak bölgüsü tələbi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişlər. Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(014)-1732/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə n ikah dövründə əldə etdikləri "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 43123 manat pulun ½ hissəsinin İddiaçı tərəfindən Cavabdeh ödənilməklə sonuncunun həmin mənzilə dair hüquqlarına xitam verilməsi qət edilmişdir. Göründüyü kimi, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehin sözügedən mənzilə heç bir hüququ qalmamışdır. Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən 14 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı tələbkar olaraq Cavabdeh tələb etdiyi 235951 manat pul məbləğindən həmin icra sənədinə əsasən Cavabdeh ödəməli olduğu 21561 manat pul çıxılmaqla (əvəzləşdirilməklə) icra sənədi həmin hissədə icra edilmişdir. Belə olduğu halda ilkin iddia üzrə cavabdehin mübahisəli mənzildə yaşaması və mənzili iddiaçıya təhvil verməməsi iddiaçının bir mülkiyyətçi kimi hüquqlarının pozulması ilə nəticələnir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 139.1.6, 152.1, 152.5, 157.4, 157.8 və 178.8-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasi ya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun mənzilə olan hüquqlarına xitam verilməsi barədə Ağdaş Rayon Məhkəməsinin düzgün olmayan qətnaməsinə istinad edərək ilk iddianı təmin edib qarşılıqlı iddianı rədd edərkən iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını pozmuş, son nəticədə onun iddiaçı ilə birgə nikahından doğulmuş uşaqlarının mənzil hüquqlarını pozmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7223/2022 nömrəli mülki iş üzrə, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İlkin iddia üzrə cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən himayəsində olan azyaşlı uşaqların təməl hüquqları nəzərə alınmamışdır. Belə ki, o, himayəsində 2 azyaşlı uşağın olduğunu, onların yaşamaq üçün başqa mənzilləri olmadığını, eyni zamanda keçmiş həyat yoldaşı olan İddiaçı iddiasının Ağdaş Rayon Məhkəməsində təmin edilməsi nəticəsində birgə nikah dövründə əldə edilmiş bütün əmlakına onun razılığı olmadan xitam verildiyini bildirsə də, məhkəmə bu faktlara heç bir münasibət bildirməmiş və əhəmiyyət verməmişdir. Halbuki, məhkəmələr tərəfindən işə baxılarkən uşaqların mənafeləri üstün tutulmalıdır. İşin hallarından da göründüyü kimi Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən 14 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçıOkt ay oğlunun tələbkar olaraq Cavabdeh tələb etdiyi 235951 manat pul məbləğindən həmin icra sənədinə əsasən Cavabdeh ödəməli olduğu 21561 manat pul çıxılmaqla (əvəzləşdirilməklə) icra sənədi həmin hissədə icra edilmişdir. Göründüyü kimi Jalə İsmayılovayanın ½ hissədə mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi ilə əlaqədar ona bir manat da olsun pul ödənilməmişdir. J.İsmayılovanın həmin mənzildən başqa övladları ilə yaşayacağı başqa mənzili yoxdur. J.İsmayılovanın həmin mənzil üzərində mülkiyyət hüquqlarına xitam verilməsi ilə əlaqədar ona ödənilməli olan məbləğ də əvəzləşdirilməklə onun əlindən çıxmışdır. Belə olan halda cavabdeh Jalə İsmayılova 2 azyaşlı övladı ilə yaşaya biləcəyi mənzil almaq imkanını da itirmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhk əməsi tərəfindən qeyd olunanlar nəzərə alınmamış və nəticədə ədalətsiz qətnamə qəbul edilmiş, onun mənzildən çıxarılması himayəsində olan iki azyaşlı uşağın da yaşadığı mənzildən məhrum edilməsi ilə nəticələnir. Belə olan halda, məhkəmə tərəfindən iş hərtərəfli araşdırılmaqla uşaqların da mənafeləri nəzərə alınmalı idi. Lakin göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən iş obyektiv və hərtərəfli araşdırılmadan sadəcə bir məhkəmə iclasına qətnamə qəbul edilmiş, mənzil hüquqları kobud şəkildə pozulmuşdur. Apellyasiya şikayətində qeyd edilmiş, lakin apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməyən məsələlərdən biri də budur ki, İddiaçı daha öncə də eyni iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il ta rixli, 2(004)-1877/2021 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının hal-hazırda azyaşlı övladları ilə birlikdə yaşadığı Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, ev 22, mənzil 101 ünvanında yerləşən mənzildən çıxarılması ilə bağlı iddia tələbi rədd edilmişdir. Həmin qətnamənin qanuni qüvvəsini aldığını nəzərə alsaq, iddiaçı Ceyhun X1 qarşı yenə eyni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ ola bilməz. Lakin Yasamal Rayon Məhkəməsi bu faktı nəzərə almayaraq iş üzrə icraata xitam verməli olduğu halda qanunsuz və əsassız olaraq ilkin iddia tələbini təmin etmiş, apellyasiya instansiya məhkəməsi isə həmin qanunsuz qətnaməni dəyişdirmədən qüvvədə saxlamışdır. Halbuki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mə cburiliyi mülki prosessual qanunvericiliyin tələblərindən biridir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi onun iştirakı olmadan sadəcə bir məhkəmə prosesi keçirməklə işi yekunlaşdırmış, tərəfi dinləməyə belə lüzum görməmiş, məhkəmə sübutlara tam və hərtərəfli baxmadan qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka ( əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik ed ən şəxsə də mənsubdur. Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ə saslandırır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə ko llegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

37. Odur ki, yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İsmayılova (Sadıqova) Jalə Mütalib qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)-7223/2022 nömrəli iş üzrə 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar