Məhkəmə qərarları › İş №2(102)-1704/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1704/2022

11.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1704/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1704/22 (Açar sözlər: kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin likvid qiyməti, ekspert rəyi) Bakı şəhəri, 11 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-379/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2015-ci il tarixli, 1672 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya biznes məqsədi üçün 24 ay müddətinə, illik 24 faizlə 54000 ABŞ dolları məbləğində kredit verilib.

2. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi “Pro Kredit BOKT" ASC ilə Cavabdeh arasında 29.12.2015-ci il tarixdə ipoteka müqaviləsi də bağlanıb. Müqaviləyə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1ində yerləşən 0.08 ha. olan torpaq sahəsi və üzərindəki ümumi sahəsi 237.6 kv/m. olan fə rdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka predmetini müqavilədə tərəflər 200 min ABŞ dolları dəyərində qiymətləndiriblər.

3. Mübahisə müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 38682.10 ABŞ dolları məbləğində əsas, 14451.17 “ABŞ dolları faiz, 3002.52 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56136.19 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan ünvan 1ində yerləşən 0.08 ha olan torpaq sahəsinə və ümumi sahəsi 237.6 kv/m. olan fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin satışından əldə olunmuş vəsait hesabına cavabdehin borcunun ödənilməsi, cavabdehin və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qayda da icra etməmişdir.

6. Cavabdeh dəfələrlə xəbərdar olunmasına baxmayaraq o, müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Hazırda isə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Borc məbləği 29 dekabr 2017-ci ilə hesablanıb.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 279, 295, 317.1, 319.1, 385.1, 442, 443.1, 445.2.1, 448.1-ci, “İpoteka haqqında” Qanunun 34.1.1 və 59.3-cü maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi 07 iyun 2019-cu il tarixli qərardadla ipoteka predmetinin qiymətləndirilməsi məqsıdilə ekspertiza təyin etmiş, ekspertizanın aparılmasını "xxxx" MMC-yə tapşırmışdır. 9. "xxxx" MMC-nin 24 sentyabr 2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən 0.08 ha. olan torpaq sahəsi və ümumi sahəsi 237.6 kv/m. olan fərdi yaşayış evinin bazar dəyəri 170000 manatdır.

10. Cavabdehin nümayəndəsi yazılı vəsatət verməklə, bankın tələb etdiyi məbləğin şişirdilməsini göstərib, mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsi 04 noyabr 2019-cu tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin etmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 01 mart 2019-cu il tarixinə 40546,76 ABŞ dolları əsas, 15112,29 ABŞ dolları faiz borcu vardır.

13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-79/2020 saylı 07.01.2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2015-ci il tarixli, 1672 saylı k redit müqaviləsi üzrə Cavabdeh 38682,10 ABŞ dolları əsas, 14451,17 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə, cəmi 54133,27 (əlli dörd min yüz otuz üç dollar 27 sent) ABŞ dolları və 30 manat dövlət rüsumunun “"xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.08 ha olan torpaq sahəsinə və ümumi sahəsi 237.6 kv/m. olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 170.000 manat müəyyən ediməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan "xxxx" BOKT ASC-nə ödənilməsi, ipoteka predemti olan evin satıldıqdan 1 ay sonra boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehdən tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Kəmalə Əmirxanova)

14. Birinci instansiya məhkəməsi işdəki sübutlara, istinad edərək müəyyən edib ki, Cavabdeh "xxxx" BOKT ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.

15. Birinci instansiya məhkəməsi cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında olan öhdəliklərini lazımi qaydada icra etmədiyini nəzərə hesab edib ki, "xxxx" BOKT ASC-nin Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulmasına dair tələb etmək hüququ vardır. Digər tərəfdən işdə olan ekspert rəyi nəzərə alınmaqla iddia tələbi əsas və faiz borcu hissəsində təmin edilməlidir.

16. Cərimə borcuna gəldikdə, birinci instansiya məhkəməsi 38682,10 ABŞ dolları əsas borca nisbətdə 3002,2 ABŞ dolları cərimə borcunu tənasübsüz dərə cədə yüksək hesab edərək, cərimənin 1000 ABŞ dolları məbləğində tutulmalı olması qənaətinə gəlmişdir.

17. Birinci instansiya məhkəməsi iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi və əmlakın boşaldılmasına dair hissələrini araşdıraraq hesab edib ki, iddianın həmin hissələr də əsaslıdır.

18. İpoteka predmetinin ilkin satış qiymətini isə birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən müəyyən etmişdir.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 269.1, 279.1, 295, 385.1, 386.1, 442, 445, 448.1, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 59.1, 59.3.1, 59.3.2 və 59.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

21. Apellyasi ya şikayətinin dəlilləri: - kredit müqaviləsi üzrə cavabdeh tərəfindən banka xeyli miqdarda pul vəsaiti ödənilmişdir. Cavabdehdən əsas və faiz borcu artıq tutulmuşdur; - cavabdehin mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinin həqiqi bazar dəyəri "xxxx" MMC-nin verdiyi rəydə göstərilən məbləğdən yüksəkdir.

22. Apellyasiya instansiyası cavabdehin 29 dekabr 2017-ci il tarixinə olan borcunun müəyyən edilməsi məqsədilə 09 iyun 2020-ci il tarixli qərardadı ilə mühasibatlıq ekspertizası təyin etmişdir.

23. Məhkəmə Ekspertizası Mərkəzinin 11.08.2020-ci il tarixli, 9/2837 nömrəli rəyinə əsasən 29 dekabr 2015-ci il tarixli, 1672 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh 29.12.2017-ci il tarixə "xxxx" ASC-yə əsas borcu 40.546,76 ABŞ dolları, faiz borcu 5.416,23 ABŞ dolları təşkil edir.

24. Apellyasiya instansiyası ipoteka predmetini qiymətləndirmək üçün 29 sentyabr 2020-ci il tarixli qərardadla ekspertiza təyin etmiş, ekspertizanı "xxxx" MMC-yə tapşırmışdır. 25. "xxxx" MMC-nin 22.01.2021-ci il tarixli hesabatına əsasən ünvan 1i ünvanında yerləşən 0.08 ha olan torpaq sahəsinin və ümumi sahəsi 237.6 kv/m olan fərdi yaşayış evinin bazar dəyəri 392000 manat, likvid qiyməti 37000 manatdır.

26. İddiaçının nümayəndəsi qiymətləndirmə rəyi ilə razı olmadığı üçün apellyasiya məhkəməsi təkrar qiymətləndirmə təyin etmiş, qiymətləndirmənin aparılmasını "xxxx" MMC və "xxxx" MMC-yə həvalə etmişdir. 27. "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 430000 manat, likvid qiyməti 392000 manat, "xxxx" MMC-nin rəyinə əsasən bazar dəyəri 320000 manat, li kvid dəyəri isə 288000 manatdır.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-379/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(005)-79/2020 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə faiz borcunun tutulması və daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilmiş, Cavabdeh 29.12.2015-ci il tarixli, 1672 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 5.416,23 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), tutmanın yönəldildiyi daşınmaz əmlakın ilkin satış qiymətinin 288000 (iki yüz səks ən səkkiz min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza xərclərinin bölüşdürülməsi qət edilmişdir. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Xəyal Sarıyev)

29. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən tutulan faiz borcunu və ipoteka predmetinin ilkin satış qiymətini ekspertiza rəyləri əsasında müəyyən etmiş, qalan hissədə apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır.

30. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin qiyməti ilə bağlı "xxxx" MMC-nin 17.05.2021-ci il tarixli rəyini daha mötəbər sübut kimi qəbul etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verib, qətnamənin qismən, ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi və həmin hissədə isin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayətinin dəlilləri: - "xxxx" MMC-nin 22.01.2021-ci il tarixli hesabatında ipoteka predmetinin bazar dəyəri 392000 manat, likvid qiyməti 37000 manat, "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 430000 manat, likvid qiyməti 392000 manat müəyyən edilib; - apellyasiya məhkəməsi isə ipoteka predmetinin ilkin satış qiymətini "xxxx" MMCnin 17.05.2021-ci il tarixli rəyinə əsasən 288000 manat müəyyən etmişdir ki, bu da əmlakın qiymətindən aşağıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə ipoteka predmeti nə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təy in edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya ins tansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

35. Kassasiya şikayətlərində cavabdeh apellyasiya məhkəməsinin qətn aməsini qismən – yalnız ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirmişdir. Bu baxımdan, hazırki kassasiya baxışının predmetini də yalnız mübahisələndirilən həmin hissə təşkil edir.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu ba xımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Baxılan iş üzrə apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

39. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin hərracda ilkin satış qiymətini qiymətləndirmə rəyinə uyğun olaraq 170 min manat müəyyən etmiş, cavabdeh bununla razılaşmamış, apellyasiya şikayətində ipoteka predmetinin qiymətini mübahisələndirmişdir.

40. İşdən görünür ki, apellyasiya məhkəməsi cavabdehin bu dəlilini yoxlamaq məqsədilə əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün iki dəfə ekspertiza təyin edərək, üç qiymətləndiricidən rəy almış və "xxxx" MMC-nin 17.05.2021-ci il tarixli rəy inə əsasən ipoteka predmetinin likvid dəyərinin 288000 manat müəyyən etmişdir.

41. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun hazırki işə tətbiq edilən 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, belə olan halda həmin maddəyə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

42. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi müba hisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-379/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar