Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1704/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin və qeydiyyat şəhadətnamələrinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümükün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin və qeydiyyat şəhadətnamələrinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2434/2024 nömrəli, 07 mart 2024cü il tarixli qərardadından Cavabdeh8 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Azər baycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə (bundan sonra cavabdehlər və ya ad, soyadlar, Baş X4 İdarəsi) qarşı “alğı-satqı müqavilələrinin və qeydiyyat şəhadətnamələrinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması”’ tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında **-SA-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli, AD97723 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, cavabdehlər Cavabdeh4 ilə Kəmalə Ələkbərova arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli, AE023670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BB240373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və **-OR-*** dövlət qeydiyyat nişanlı “Land Rover” minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayənd ə, əlavə olaraq Cavabdeh6, Cavabdeh7, X1 da cavabdeh qismində cəlb edərək məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehlər Camir Ağakişiyev ilə Cavabdeh4 arasında **-SA-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli, AD № 977723 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli, AE № 023670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BB 240373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh6 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BA 192882 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəh adətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh6 ilə Cavabdeh7 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BD 254270 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2023-cü il tarixli, BD 375757 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, **-OR-*** dö vlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(009)-1688/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilmişdir və cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında **-SA-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli, AD № 977723 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadət naməsi, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli, AE № 023670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 99OR-420 dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BB 240373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamə, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh6 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markal ı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli, BA 192882 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, cavabdehlər Cavabdeh6 ilə Cavabdeh7 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli, BD 254270 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixdə bağlanmış nəqliyyat vasitə sinin alğı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli, BD 375757 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməsi, **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsi Cavabdeh8 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Qətnamədən Cavabdeh8 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2434/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərardadı ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən v ə məruzəçi), Fuad Babayev və Günay Axundova) cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh8 ünvanına göndərilmiş və 23 dekabr 2023-cü il tarixdə onun tərəfindən təhvil alınmışdır. 22 fevral 2024-cü il tarixdə isə Cavabdeh8 tərəfindən mübahisələndirilən qətnamə təkrarən təhvil alınmışdır. Buna baxmayaraq həmin qətnamədən Cavabdeh8 tərəfindən şikayət bir aydan artıq müddət keçdikdən sonra, vəkili Vəkil2 adına açılmış elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə verilm işdir.
7. Məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamədən Cavabdeh8 şikayət vermə müddəti 23 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Cavabdehin sonradan qətnamənin surətini təkrarən alması prosessual müddətin axımını təzələmir. Bundan başqa qeyd edilmişdir ki, şikayəti verən cavabdeh tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət də əlavə edilməmiş, bununla da prosessual müddətin ötürülmüş olmasının üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət vermək mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi apelyasiya şikayətini mümkün hesab edərək baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir.
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimlən diyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir.
9. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi mülkiprosessual qanunvericliyin məcburi tələblərini nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
10. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 128.1, 130.1, 133.1, 133.3, 360, 363.1.3, 366.1, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdırişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
11. Qərardaddan Cavabdeh8 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 07 mart 2024 il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh8 xx.xx.2024-cü il tarixdə ölkə xaricində olmuşdur. Bu barədə sübutlar (pasportun surəti) əvvəlcədən apellyasiya şikayətinə əlavə edilmiş və şikayətdə bu barədə qeydlər aparılmışdır. Lakin məhkəmə qeyd edilən halları araşdırmamış və nəzərə almamışdır. Nəticədə Cavabdeh8 hüquqları pozulmuşdur. Cavabdeh8 23 dekabr 2023-cü il tarixdə ölkədə olmamışdır. Bu barədə sübutlar (pasportun surəti) əvvəlcədən apellyasiya şikayətinə əlavə edilmiş və şikayətdə bu barədə qeydlər aparılmışdır. ölkəyə yalnız xx.xx.2023-cü il tarixdə gəlmişdir. Pasportda olan möhürlə təs diq olunur (təkrarən əlavə olunur). İş materiallarında qətnamənin xx.xx.2024-cü il tarixdə “Nail” adlı şəxs tərəfindən alınması barədə xəbərnamə olsada, Cavabdeh8 o adda ailə üzvü yoxdur (xx.xx.2024-cü il tarixli 274 saylı ailə tərkibi haqqında arayış əlavə olunur). Bundan əlavə həmin xəbərnamənin üzərində “Nail” adı qeyd edilsədə, həmin şəxsin Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsində nəzərdə tutulmuş qaydada soyadı, adı, atasının adı, ünvan sahibinə münasibəti və ya tutduğu vəzifəsi qeyd edilmədiyindən həmin şəxsin kimliyi naməlum olaraq qalır. Beləliklə, Cavabdeh8 qətnamədən yalnız icra məmuru onunla 2024-cü ilin fevral ayında əlaqə saxladıqdan sonra məlumatı olmuş və qətnaməni rəsmi qaydada xx.xx.2024-cü il tarixdə almışdır. Apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilmiş halları nəzərə almamış və araşdırmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
13. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
16. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
17. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
18. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
19. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan ol an kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
20. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
21. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
22. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
23. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
24. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
25. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
26. Maddə 363.1.3 apel lyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılır.
27. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
28. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir.
29. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
34. Maddə 418.3. Prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qərardad Cavabdeh8 tərə findən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, apellyasiya məhkəməsi Cavabdeh8 şikayəti üzrə apellyasiyanı qeyri mümkün sayarkən mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh8 ünvanına göndərilmiş və 23 dekabr 2023-cü il tarixdə onun tərəfindən təhvil alınmışdır. 22 fevral 2024-cü il tarixdə isə Cavabdeh8 tərəfindən mübahisələndirilən qətnamə təkrarən təhvil alınmışdır. Buna baxmayaraq həmin qətnamədən Cavabdeh8 t ərəfindən şikayət bir aydan artıq müddət keçdikdən sonra, vəkili Vəkil2 adına açılmış elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Nəzərə alınmalıdır ki, qətnamədən Cavabdeh8 şikayət vermə müddəti 23 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Cavabdehin sonradan qətnamənin surətini təkrarən alması prosessual müddətin axımını təzələmir. Bundan başqa qeyd edilməlidir ki, şikayəti verən cavabdeh tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət də əlavə edilməmiş, bununla da prosessual müddətin ötürülmüş olmasının üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət vermək mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi apelyasiya şikayətini mümkün hesab edərək baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir.
39. Məhkəmə k ollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.
40. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni gös tərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
41. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
42. Məhkəmə kollegiyası Cavabdeh8 (Vəkil2) kassasiya şikayətinin, - Cavabdeh8 23 dekabr 2023-cü il tarixdə ölkədə olmaması, ölkəyə yalnız xx.xx.2023-cü il tarixdə gəlməsi, iş materiallarında qətnamənin xx.xx.2024-cü il tarixdə “Nail” adlı şəxs tərəfindən alınması barədə xəbərnamə olsada, Cavabdeh8 o adda ailə üzvünün olmaması, “Nail” adlı şəxsin soyadı, adı, atasının adı, ünvan sahibinə münasibəti və ya tutduğu vəzifəsi qeyd edilmədiyindən həmin şəxsin kimliyi naməlum olaraq qalması barədə, dəlilini əsassız hesab edir. Belə ki, Cavabdeh8 (Vəkil2) apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci, yaxud apellyasiya instansiya məhkəməsinə müraciət edərək, kassasiya şikayətində qeyd olunan halların araşdırılmasını və müddətin üzürlü hesab edilmərək bərpa edilməsini xahiş etmək əvəzinə, həmin hallara hüquqi qiymət verilməsi ilə bağlı kassasiya instansiya məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin qeyd olunan həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə çatıb-çatmamasının müəyyən edilməsini zəruri edən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil e tmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların, yaxud araşdırılmasına zərurətin olduğu halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən, mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edilərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
45. Odur ki, apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh8 tərəfindən verilm iş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2434/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.