Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1705/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1705/2019 Bakı şəhəri 28 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(025)773/2018, hakim F.N.Abbasov) İddiaçı iddiası qismən təmin edilmiş, iddia predmeti olan cehiz əşyalarından- dəyəri 500 manat olan qorka dəsti (stenka), dəyəri 200 manat olan 2 nəfərlik taxt, dəyəri 600 manat olan 4 ədəd döşək, dəyəri 400 manat olan 6 ədəd yorğan, dəyəri 320 manat olan 8 ədəd yastıq, dəyəri 30 manat olan 6 ədəd xrustal stəkan, dəyəri 120 manat olan 6 ədəd bakal, dəyəri 30 manat olan 6 ədəd bakal, dəyəri 30 manat olan 6 ədəd bakal, dəyəri 30 manat olan 48 ədəd boşqab, dəyəri 20 manat olan 12 ədəd nəlbəki, dəyəri 50 manat olan 1 ədəd xrustal güldan, dəyəri 50 manat olan 4 ədəd meyvə qabı, dəyəri 50 manat olan 4 ədəd qənd qabı, qızıl-zinət əşyalarından- dəyəri 320 manat, çəkisi 4 qram olan ağ qaşlı nişan üzüyü, dəyəri 700 manat, çəkisi 10 qram olan sep (yoluçnu), dəyəri 350 manat olan qolbağ (yoluçnu), dəy əri 840 manat, çəkisi 12 qram olan komplekt (üzük, sırğa) qızıl-zinət əşyalarının naturada Cavabdeh alınaraq iddiaçıya qaytarılması, yaxud qətnamə icra edilərkən aşkar edilməyən əşyaların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-2307/2018, hakimlər G.Q.Abbasov, R.R.Rəfiyev və E.Ş.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin qızıl-zinət əşyalarına münasibətdə olan hissəsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndəri lməsini xahiş etmişdir. İşin halları: Tərəflər 20.12.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş və iki uşaqları doğulmuşdur. Tərəflər arasında nikah 02 oktyabr 2017-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və onların saxlanılması üçün aliment tutulmuşdur. İddiaçı 17.04.2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2650 manat dəyərində cehiz və 2310 manat dəyərində qızıl əşyalarının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi prosessual hüquq nor malarını düzgün tətbiq etməmiş, tərəflərin həqiqi qarşılıqlı münasibətlərini, işin əhəmiyyətli faktiki hallarını araşdırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv e dilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyalarının və ona məxsus cehiz əmlakının qaytarılması tələbi təşkil edir. Kassator iddianın apellyasiya məhkəməsi tərəfindən təmin edilən qızıl-zinət əşyalarına dair hissəsini mübahisələndirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddiaçının mül kiyyətində olmalı, həmin əmlak cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməs i qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər araşdırılmış sübutlar məcmusu ilə öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh isə apellyasiya şikayətində irəli sürdüyü dəlilləri təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etdiyindən cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiy yətli hallar sübut edilmiş və məhkəmənin qətnaməsində gəlinən nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Əsəd Mirzəliyev Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-1705/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1705/2019
28.02.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver