Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1707/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə, "xxxx" MMC-yə və 3-cü şəxs Sumqayıt şəhər İcra İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11142/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (3-cü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC və "xxxx" KB ASC-nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, əmlakın qiymətləndirilməsi haqqında hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin 21.01.2020-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolların (Y-02/4 və Y-02/5 nömrəli), əmlakın qiymətləndirilməsi haqqında hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin ona və digər cavabdehlərə qarşı kreditin qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(060)4770/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X1 "xxxx" KB ASC-nin xeyrinə 07.07.2015-ci il tarixli 18B8/15 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 16.07.2015ci il tarixli 18B8/15-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 73550 ABŞ dolları, faiz borcu üzrə 7114,01 ABŞ dolları, cəmi 80664,01 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xi dmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun tutulması, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, tutmanın ipoteka ilə yüklü edilmiş ona məxsus E saylı bağ evinə və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinə və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına X2 16.07.2015-ci il tarixli 18B8/15-1 saylı əlavə kredit müqaviləsi üzrə 80664,01 ABŞ dolları borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetləri E saylı bağ evinə və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 65000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən onun və digər cavabehlərin çıxarılması və həmin sahələrin boşaldılması qət edilmişdir. Cavabdeh X3 həmin qətnamədən apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2 (105)-2198/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(060)-4770/2016 saylı qətnaməsi ipoteka predmetləri olan E saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 65000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətini n 40000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetləri olan E saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 70000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 49000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra vərəqəsi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhəri üzrə icra şöbəsinin sifarişli məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən ona məxsus E saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 70000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilk in satış qiymətinin 49000 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin əmlaklar müvafiq olaraq 44625 və 31237 manata cavabdeh “Unibank" KB ASC-yə satılmışdır. Onun hərracın keçirilməsindən xəbəri olmayıb. Ona heç bir bildiriş göndərilməyib. Cavabdeh "xxxx" MMC-nin 21 yanvar 2020-ci il tarixli hərracın nəticələri haqqında yekun protokollarını (№Y02/4) və (№Y-02/5) tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, ona məxsus əmlakların qiyməti öz dəyərindən kifayət qədər aşağı qiymətə satılmışdır. Həmin qiymət əmlakların real bazar qiymətindən dəfələrlə aşağıdır. Hesabat həqiqəti əks etdirmədiyindən etibarsızdır. Hərracın nəticələri haqqında protokollardan görünür ki, iki hərrac keçirilib və hər iki hərrac baş tutmayıb. Lakin bu hərracların keçirilməsi barədə ona heç bir bildiriş göndərilməyib. O həmin hərracların keçirilməsindən xəbərsiz olmuşdur. Ona görə də hesab edir ki, cavabdeh "xxxx" MMC-nin protokolları, əmlakın qiymətləndirilməsi barədə hesabat, hərracın nəticələri və onun əsasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 sentyabr 2021-ci il tarixli 2(009)-1233/2021 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında verilən izahatlardan və iş materiallarından aydın olur ki, mübahisəsi gedən daşınmaz əmlaklarla bağlı ilkin hərrac baş tutmadığından mənzilin ilkin satış qiymətindən 15% aşağı, yəni müvafiq olaraq 59500 manat və 41650 manatdan i kinci dəfə hərraca çıxarılması və hərracın 08.01.2020-ci il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək “Market” qəzetində elan dərc edilmiş, bildiriş borcluya və tələbkara göndərilmişdir. İş materiallarında olan poçt xəbərnamələrinin kötüyündən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar 21.01.2020-ci il tarixli Y-02/4 saylı və Y-02/5 saylı protokollar tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən daşınmaz əmlakların hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə İddiaçı xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli bağ sahəsinin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyil dir və bu səbəblə də iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir, halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (AR Mülki Məcəllənin 560.2-ci mad.). Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-39, 41.2, 41.3, 41.4, 41.5, 42-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2, 319.5, 415.2, 560.1, 560.2-ci və Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev- sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 17.11.2021-ci il tarixli, 2(103)11142/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon 08 sentyabr 2021-ci il tarixli 2(009)-1233/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmış dır ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinni təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etm işdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki hüquq subyektlərinin bərabərliyi prinsipi pozulmuşdur. Belə ki, məhkəmə cavabdehin verdiyi izahatla kifayətlənmiş, onların tələbini nəzərə almış, onun verdiyi vəsatətlər, sənədlər və s. məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh tərəfin təqdim etdiyi sübutlara nisbətən üstünlük verilməsi bərabərlik prinsiplərini və faktlar əsasında həyat keçirilən prinsipləri pozmuşdur, Məhkəmə faktlara deyil, fərziyyələrə, eyni zamanda həqiqəti əks etdirməyən ehtimallara söykənmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə öz səlahiyyətləri daxilində araşdırmalar aparmamış, müvafiq ekspertiza təyin etməmişdir. Təqdim edilmiş sübutlara qərəzli, ryni zamanda obyektiv y anaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qər arında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2- ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasit ə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Maddə 42.1. Hərracın təşk ilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçı və onun əm əkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alı ş qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.6. Təkrar hərracda bir iştirakç ı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (haki m) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edi r ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti hazırda qüvvədə olan məhkəmə qərarı əsasında müəyyən edilmiş, hərrac təşkilatı məhkəmə qərarı ilə müəyyən edilmiş qiymətlə ipoteka predmetini hərraca çıxarmış, tərəflərə hərracın vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş, iddiaçı bir dəfə hərracın vaxtı və yeri barədə bildirişi almaqdan imtina etmiş, digər hərrac barədə bildiriş isə ərazidə tapılmadığı üçün ona təqdim edilə bilinməmiş, lakin digər cavabdeh olmuş qardaşı Şahinə həmin tarixli bildiriş təqdim edilmiş, bununla da iddiaçı hərracı keçirilmə vaxtı və yeri barədə məlumatlı olmuşdur. İpoteka predmeti ilkin hərrac keçirildiyi zaman satılmadığından aşağı qiymətlə (qanunvericiliyin tələblərinə uyğun olaraq) tələbkara təklif edilmiş və təklif qəbul edilmişdir. Beləliklə, hərracın təşkili, keçirilməsi qaydası və proseduru ilə bağlı hərrac təşkilatı tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, iddiaçının dəlilləri apelyasiya kolleg iyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11142/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.