Məhkəmə qərarları › İş №2(102)-1707/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1707/2023

01.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1707/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:əmlak tələbi 01.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2(103)6617/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 01 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabde h) 13 aprel 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan uşaqları olmamışdır.

2. İddiaçı cavabdehin yaşadığı mənzilə gəlin gəlmiş, özü ilə qızıl-zinət əşyaları, həmçinin şəxsi geyim əşyaları gətirmişdir.

3. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi Ticarət Cərgəsində ********** saylı VÖEN üzrə fəaliyyət göstərən, zərgər X3 tərəfindən müfəssəl şəkildə tərtib olunmuş mütəxəssis rəyinə əsasən, cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsi, fotoşəkillər və qızılın üzərində olan birka əsasında əlaqəli şəkildə qızıl-zinət əşyalarının hazırkı bazar qiymətinə uyğun satış qiyməti təyin edilmişdir. Qeyd olunmuşdur ki, qızıl-zinət əşyalarının üzərində olan birkada qızılın əyarı və brilyantın çəkisi dəqiq göstərilmişdir. Lakin alıcı ilə razılaşdırı laraq qiymətində endirim etməyin mümkün olması üçün qızılın qiyməti nisbətən artıq göstərilmişdir. Təqdim edilmiş birkadan müəyyən olunur ki, 1 dəst qızıl üzük, sırğa, qolbaq və zəncirdən ibarət brilyant qaşlı komplekt dəstinin əyarı 14 K (585), brilyantın çəkisi 2,40 ct, ümumi çəkisi 20 qram, qiyməti 2.800 manat qeyd edilmişdir. Hazırda qeyd olunan komplektin satış qiyməti 2.200 manat təşkil edir. Həmçinin, təqdim olunmuş birkadan müəyyən olunur ki, 1 ədəd nişan üzüyünün birkasında həmin zinət əşyalarının əyarı 18 K (750), brilyantın çəkisi 0,60, qızılın ümumi çəkisi 5 qram, qiyməti 650 manat qeyd edilmişdir. Hazırda qeyd olunan nişan üzüyünün satış qiyməti 550 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıl-zinət əşyaları – 1 ədəd nişan üzüyü, brilyant qaşlı, 750 əyarlı, 8 qram çəkidə, 960 manat dəyərində; 1 dəst qızıl üzük-sırğa, qolbaq və zəncir brilyant qaşlı, 750 əyarlı, 29 qram çəkidə, 3.480 manat dəyərində; 1 dəst qızıl sırğa halqa, İtaliya qızılı, 3,5 qram çəkidə, 280 manat dəyərində; 1 ədəd qızıl zəncir, kulonlu, 585 əyarlı, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd qızıl üzük, 2 qram çəkidə, 160 manat dəyərində; 1 ədəd qızıl qolbaq, 6 qram çəkidə, 480 manat dəyərində; cehiz əmlakları (qalan hissə) – 1 ədəd soyuducu, 1.600 manat dəyərində; şəxsi əşyaları – 1 ədəd palto, 70 manat dəyərində; 3 cüt ayaqqabı, 100 manat dəyərində; 1 ədəd çanta, 40 manat dəyərində; 3 ədəd köynək, 100 manat dəyərində; 2 ədəd don, 100 manat dəyərində; 1 ədəd gödək cə, 90 manat dəyərində; dəst paltar (kofta, yubka), 100 manat dəyərində; 2 ədəd fen, 100 manat dəyərində olmaqla, həmin əşyaların, onlar mövcud olmadıqda isə dəyərinin və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 13 aprel 2021-ci il tarixdə rəsmi nikah münasibətinə daxil olmaqla, ailə həyatı qurmuş və cavabdehin yaşadığı evə gəlin köçmüşdür. Birgə nikahdan uşaqları olmamışdır. Cavabdehlə yaşadıqları müddətdə ər-arvad münasibətləri pozulmuş və iddiaçı evdən getmişdir. 13 aprel 2021-ci il tarixdə cavabdehlə onun nişan mərasimi olmuşdur. Nişan mərasimində ona cavabdeh tərəfindən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Ona məxsus olan cehiz əmlakları, şə xsi əşyaları və cavabdeh tərəfindən ona hədiyyə olunan qızıl-zinət əşyaları cavabdehdə qalmış və indiyə kimi qaytarılmamışdır. Ailə münasibətlərinə xitam verilən müddət ərzində əmlak mübahisələri cavabdehin tələblərini könüllü olaraq icra etməməsi nəticəsində həll edilməmiş qalmışdır. Bu tələblər, qeyd etdiyi kimi, cehiz əmlakları, şəxsi əşyaları və nişan mərasimində cavabdeh tərəfindən ona hədiyyə olunan qızıl-zinət əşyalarından ibarətdir. Nişan mərasimində cavabdeh tərəfindən ona hədiyyə olunan qızılzinət əşyaları aşağıdakılardan ibarətdir: 1 ədəd nişan üzüyü, brilyant qaşlı, 750 əyarlı, 8 qram çəkidə, 960 manat dəyərində; 1 dəst qızıl üzük-sırğa, qolbaq və zəncir brilyant qaşlı, 750 əyarlı, 29 qram çəkidə, 3.480 manat dəyərində; 1 dəst qızıl sırğa halqa, İtaliya qızılı, 3,5 qram çəkidə, 280 manat dəyərində; 1 ədəd qızıl zəncir, kulonlu, 585 əyarlı, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd qızıl üzük, 2 qram çəkidə, 160 manat dəyərində; 1 ədəd qızıl qolbaq, 6 qram çəkidə, 480 manat dəyərində. (Cəmi 5.840 manat). Valideynləri tərəfindən hədiyyə olunan cehiz əmlakları (qalan hissə): 1 ədəd soyuducu, 1.600 manat dəyərində. (Cəmi 1.600 manat). Şəxsi əşyaları: 1 ədəd palto, 70 manat dəyərində; 3 cüt ayaqqabı, 100 manat dəyərində; 1 ədəd çanta, 40 manat dəyərində; 3 ədəd köynək, 100 manat dəyərində; 2 ədəd don, 100 manat dəyərində; 1 ədəd gödəkcə, 90 manat dəyərində; dəst paltar (kofta, yubka), 100 manat dəyərində; 2 ədəd fen, 100 manat dəyərində. (Cəmi 700 manat). Qeyd olunan əmlaklarının qiymətləri əmtəəşünas rəyi ilə müəyyən edilərək mülki işə əlavə edilmişdir.

6. Həmçinin 28 fevral 2022-ci il tarixli rəydə qeyd olunmuşdur ki, qızıl-zinət əşyalarının dəyəri müvafiq olaraq 960 manat, 3.480 manat, 280 manat, 480 manat, 160 manat, 480 manat olmaqla, cəmi 5.840 manat təşkil edir. Şəxsi geyim əşyaları isə cəmi 700 manat dəyərindədir.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(002)1185/2022 saylı qətnaməsi ilə (hakim K.Əsədov) iddia qismən təmin edilərək, iddiaçıya məxsus olan– 1 dəst qızıl üzük, sırğa, qolbaq və zəncirdən ibarət brilyant qaşlı komplekt dəsti (əyarı 14 K (585), brilyantın çəkisi 2,40 ct, ümumi çəkisi 20 qram) - dəyəri 2.200 manat; 1 ədəd nişan üzüyü (əyarı 18 K (750), brilyantın çəkisi 0,60, qızılın ümumi çəkisi 5 qram) – dəyəri 550 manat; 1 dəst qızıl sırğa halqa, İtaliya qızılı, 3,5 qram çəkidə, 280 manat dəyərində; 1 ədəd qızıl zəncir, kulonlu, 585 əyarlı, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd qızıl üzük, 2 qram çəkidə, 160 manat dəyərində; 1 ədəd qızıl qolbaq, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd palto, 70 manat dəyərində; 3 cüt ayaqqabı, 100 manat dəyərində; 1 ədəd çanta, 40 manat dəyərində; 3 ədəd köynək, 100 manat dəyərində; 2 ədəd don, 100 manat dəyərində; 1 ədəd gödəkcə, 90 manat dəyərində; dəst paltar (kofta, yubka), 100 manat dəyərində; 2 ədəd fen, 100 manat dəyərində olmaqla, həmin əşyaların, onlar mövcud olmadıqda isə dəyərinin və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(002)1185/2022 saylı qərardadı ilə qətnamənin məz mununda və nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilərək iddiaçıya məxsus olan – 1 dəst qızıl üzük, sırğa, qolbaq və zəncirdən ibarət brilyant qaşlı komplekt dəsti (əyarı 14 K (585), brilyantın çəkisi 2,40 ct, ümumi çəkisi 20 qram) - dəyəri 2.200 manat; 1 ədəd nişan üzüyü (əyarı 18 K (750), brilyantın çəkisi 0,60, qızılın ümumi çəkisi 5 qram) – dəyəri 550 manat; onlar mövcud olmadıqda isə dəyəri və ödənilmiş 30 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilmiş 20 manat məbləğində olan hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi kimi oxunması qərara alınmışdır.

9. İddia tələbinin qızıl-zinət əşyalarına dair hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf qızıl-zinət əşyalarının iddiaçıya məxs us olduğunu etiraf edir. Cavabdeh bildirir ki, qızıl-zinət əşyalarını sataraq əldə olunan pul vəsaitini iddiaçının müalicəsinə sərf etmişlər. Bu səbəbdən, cavabdeh hesab edir ki, iddiaçının iddia tələbinin qızıl-zinət əşyalarına dair hissədə rədd edilməlidir.

10. Cavabdeh iddiaçının sağlamlıq durumuna dair tibbi sənədlər təqdim etmişdir. Lakin, məhkəmə vurğulamışdır ki, həmin sənədlər iddiaçının sağlamlıq durumu ilə bağlı problemləri olduğunu təsdiq etsə də, satılmış qızıl-zinət əşyalarına görə əldə edilmiş pul vəsaitinin məhz iddiaçının müalicəsinə sərf edildiyini təsdiq etmir. Cavabdeh tibb müəssisələrinə ödəniş edilməsi, həmçinin dərman preparatları alınmasına görə apteklərə ödəniş edilməsinə dair qəbzləri məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş çeklərdə qeyd olunan məbləğ isə, iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyəri ilə müqayisə edilməz dərəcədə azdır.

11. Digər tərəfdən, əgər cavabdeh doğrudan da qızıl-zinət əşyalarını satıb, iddiaçının müalicə edilməsinə sərf etmək niyyətində olmuşlarsa, bunun üçün iddiaçıdan, yəni qızılzinət əşyalarının mülkiyyətçisindən razılıq almalı idilər. İddiaçının belə bir razılığı olmamışdır.Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, qızıl-zinət əşyalarına dair hissədə iddia təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, soyuducuya dair hissədə iddia tələbi rədd edilməlidir. Çünki, soyuducu iddiaçıya hədiyyə edilməmişdir, iddiaçının valideynləri tərəfindən alınmamışdır, həmin məişət əşyasını cavabdehin əmisi cavabdehin anasına hədiyyə etmişdir.

13. Şəxsi geyim əşyalarına münasibətdə birinci instansiy a məhkəməsi hesab etmişdir ki, iddia həmin hissədə əsaslı olmaqla, təmin edilməlidir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 1 dəst qızıl üzük, sırğa, qolbaq və zəncirdən ibarət brilyant qaşlı komplekt dəstinin və 1 ədəd nişan üzüyünün qiymətləri və digər özəllikləri (çəkisi, əyarı, brilyantın çəkisi və s.) müəyyən edilərkən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi Ticarət Cərgəsində ********** saylı VÖEN üzrə fəaliyyət göstərən, zərgər X3 tərəfindən tərtib edilmiş mütəxəssis rəyi əsas götürülməlidir.

15. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi uyğun deyil. Pulsuz dövlət xəstəxanasında müalicə olunub və dövlət hesabına müalicəsi təmin olunub. Məhkəmə prosesində iddia tələbi üzrə işin mahiyyətindən, mübahisənin predmetindən məlumatları olmayan yalançı şahidlərin ifadələrindən istifadə edilmişdir. Məhkəmə mütəxəssis rəyini yox, hansısa satıcının rəyinə əsasən, ona məxsus olan qızıl-zinət əşyalarına qiymət müəyyən etməklə əmlakını sayını azaltmaqla yanaşı, qızıl-zinət əşyalarının real satış q iymətini qəsdən aşağı salmışdır. Ona məxsus əmlakın qanunsuz satılmasına, eləcə də hədiyyə olunan əşyalara məhkəmə qərəzli olaraq münasibət bildirməyib və bu hala hüquqi qiymət verməmişdir.

18. Apellyasiya baxışı zamanı qızılların dəyəri ilə bağlı müvafiq sahədə ixtisaslaşmış qiymətləndiricinin – "xxxx" MMC-nin rəyi alınmışdır. Həmin Cəmiyyətin 12 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, brilyant daşlarla bəzədilmiş qızıl boyunbağı-kolyenin, brilyant daşlarla bəzədilmiş qızıl bilərzik-qolbağın, brilyant daşlarla bəzədilmiş qızıl üzük, 1 cüt brilyant qaşlarla bəzədilmiş sırğa dəstinin qiyməti (əyar 750, çəki 24 q, daşın ölçüsü 1,20 karat) 3200 manat, 1 cüt qızıl halqa sırğa (əyar 585, çəki 2,5 q) 200 manat, brilyant qaşlarla bəzədilmiş nişan üzüyü (əyar 750, çəki 8q, daşı n ölçüsü 0,30 karat) dəyəri 920 manat, üzərində “N” hərfli kulon olan qızıl boyunbağı (əyar 585, çəki 6 q) dəyəri 420 manat, qızıl üzük ( əyar 585, çəki 2 q) dəyəri 160 manat, qızıl bilərziyin (əyar 585, çəki 3 q) dəyəri 240 manat, ümumilikdə isə sadalanan qızıl-zinət əşyalarının dəyəri 5.140 manat təşkil etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2(103)-6617/2022 saylı qətnaməsi ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, 1 ədəd brilyant daşlarla bəzədilmiş qızıl boyunbağı-kolye, brilyant daşlarla bəzədilmiş qızıl bilərzik-qolba ğ, brilyant daşlarla bəzədilmiş qızıl üzük, 1 cüt brilyant qaşlarla bəzədilmiş sırğa dəsti (əyar 750, çəki 24 q, daşın ölçüsü 1,20 karat) qiyməti 3200 manat, 1 cüt qızıl halqa sırğa (əyar 585, çəki 2,5 q) qiyməti 200 manat, 1 ədəd brilyant qaşlarla bəzədilmiş nişan üzüyü (əyar 750, çəki 8q, daşın ölçüsü 0,30 karat) dəyəri 920 manat, 1 ədəd üzərində “N” hərfli kulon olan qızıl boyunbağı (əyar 585, çəki 6 q) dəyəri 420 manat, 1 ədəd qızıl üzük (əyar 585, çəki 2 q) dəyəri 160 manat, 1 ədəd qızıl bilərziyin (əyar 585, çəki 3 q) dəyərinin 240 manat, həmin əşyalar mövcud olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq vardır. Belə ki, birinci instansiya məhkəməsinin qətnamənin əsaslandırıcı hissəsində qızılzinət və geyim əşyalarının qaytarılmasına dair tələbin tam təmin edilməsi qənaətinə gəlmişdir. Lakin, məhkəmənin sonradan qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair qəbul etdiyi qərardaddan göründüyü kimi, iddia yalnız qızıl-zinət əşyaları tələbinə dair hissədə qismən təmin edilmişdir. Bununla da, birinci instansiya məhkəməsi MPM-in 217.1 və 217.3-cü maddəsinin tələblərinə əməl etməmiş, prosessual qanunvericiliyin tələblərini pozmuş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.

21. Məhkəmə kollegiyası qızıl-zinət əşyalarının qaytarılması tələbinə münasibətdə qeyd etmişdir ki, mülki işin məhkəmə baxışı zamanı iddia çı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qaldığını bildirmişdir. Qanunun göstərişinə əsasən tələb olunan qızıl-zinət əşyalarının hal-hazırda həqiqətən cavabdehdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür. Apellyasiya baxışı zamanı iddiaçı vərəm xəstəsi olduğunu, bu xətəliyin müalicəsinin isə ödənişsiz olduğunu, xəstəliyinin onun qızıllarını satacaq dərəcədə ağır olmadığını, qızılları satılıbsa da, bunun ona xəbər verilmədən edildiyini bildirmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfin göstərilən faktları etiraf etməsi iddiaçını qızıl-zinət əşyalarının özündə deyil, cavabdehdə olması faktını sübut etmək vəzifəsindən azad edir.

23. Cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyalarının satılaraq əldə olunmuş vəsaitin onun müalicəsinə sərf olu nduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

24. Cavabdeh tərəfindən təqdim olunmuş şahid NaftalıyevaAyşən Ədalət qızının ifadəsinə məhkəmə kollegiyası belə qiymət vermişdir ki, cavabdehin nümayəndəsi (anası) tərəfindən iddiaçıya xəstəxanada olarkən qayğı göstərilməsi, habelə lazım olan bütün məsrəflərin ödənilməsi iddiaçıya məxsus qızıl-zinət əşyalarının satışından əldə olunmuş vəsait hesabına olduğu barədə qənaətə gəlmək üçün birmənalı əsas vermir. Əksinə mülki iş materiallarından, həmçinin tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı dövlət tibb müəssisəsində müalicə olunmuşdur.

25. Məhkəmə kollegiyası 12 dekabr 2022-ci il tarixli ekspert rəyini əsas götürərək qeyd etmişdir ki, qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi təl əbi əsaslıdır.

26. Məhkəmə kollegiyası qızıl-zinət əşyalarının qiymətləri ilə bağlı mülki iş materiallarinda olan digər rəyləri işin hallarına uyğun hesab etməmişdir. Belə ki, həmin rəyləri tərtib etmiş qiymətləndiricilərin bu sahədə xüsusi biliklərinin olması və qiymətlərin hansı metodika əsasında hesablanması bu rəylərin məzmunundan müəyyən edilmir.

27. Məhkəmə kollegiyası geyim əşyalarının qaytarılması tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı izahatında geyim əşyalarının bir qisminin verildiyini, tələb etdiyi geyimlərin isə ona verilmədiyini, ona məxsus geyimləri istifadə edəcək başqa şəxsin cavabdehin evində olmadığını, cavabdehin nümayəndəsi (anası) isə iddiaçının geyim əşyalarını apardığını bildirmişdir.

28. Məhkəmə kollegiyası iddiaçıya geyim əşyaları verildiyini, tərəflər ara sında bununla bağlı mübahisə olmadığını, tələb olunan digər geyimlərindən isə iddiaçının özünün də etirafına görə, başqa istifadə edəcək şəxsin olmadığını, habelə onların yüksək dəyərdə olmadığını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı həmin hissədə öz tələbini sübuta yetirə bilməmişdir.

29. Məhkəmə kollegiyası soyuducunun qaytarılması tələbinə aid hissədə hesab etmişdir ki, iddiaçı soyuducunun ona cavabdehin əmisi tərəfindən 8 mart bayramı münasibətilə hədiyyə edildiyini bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, birinci instansiya məhkəməsində şahid qismində ifadə verən cavabdehin əmisi X1 ifadəsində soyuducunu gəlinə deyil, cavabdehin anasına hədiyyə etdiyini bildirmişdir.

30. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası soyuducu nun qaytarılması hissəsində iddianı sübuta yetirilməmiş hesab etmiş və belə qənaətə gəlmişdir ki, həmin hissədə iddia rədd edilməlidir.

31. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2, 225.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, apellyasiya şikayətinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbin in birinci instansiya məhkəməsinin qətnaməsi ilə qət edilmiş hissəsində qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 21-ci bəndində qeyd edilmişdir ki, “məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, birinci instansiya məhkəməsinin qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq vardır. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qızıl-zinət və geyim əşyalarının qaytarılmasına dair tələbin tam təmin edilməsi qənaətinə gəlmişdir. Lakin məhkəmənin sonradan qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair qəbul etdiyi qərardaddan göründüyü kimi, iddia yalnız qızıl-zinət əşyaları tələbinə dair hissə də qismən təmin edilmişdir. Bununla da, birinci instansiya məhkəməsi MPM-in 217.1 və 217.3-cü maddəsinin tələblərinə əməl etməmiş, prosessual qanunvericiliyin tələblərini pozmuş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir” Birinci instansiya məhkəməsinin qətnaməsiMPM-nin 217.1 və 217.3-cü maddələrinin tələblərini əməl edilməməklə qəbul edilməsi məhkəmə iştirakçısı kimi cavabdehin təqsiri səbəbindən deyildir. Məhkəmə elan etdiyi qətnamə ilə tərtib edərək göndərdiyi qətnamədə olan səhvlərə və yanlışlığa görə cavabdeh heç bir məsuliyyət daşımamalıdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 25-ci bənddə qeyd edilmişdir ki, “işin mübahisəsiz hallarına görə tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikahda olmuşlar. Tərəflərrəsmi nikahdan sonra birlikdə yaşamış, iddiaçı cavabde hə məxsus evə gəlin köçmüşdür. Sonradan aralarında münasibətlər pozulmuş, iddiaçı evdən getmişdir. Hal-hazırda tərəflər arasında nikahın pozulması barədə mübahisə vardır. Baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının iddiaçıya toy və nişan zamanı hədiyyə verilməsi, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması mübahisələndirilməyən haldır. İddiaçı iddia ərizəsində sadalanan qızıl-zinət, geyim əşyalarının və soyuducunun cavabdehdə qaldığına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir” Apellyasiya instansiya məhkəməsi qətnamədə qeyd edir ki, “iddiaçının tələb etdiyi qızılzinət əşyalarının iddiaçıya toyvə nişan zamanı hədiyyə verilməsi mübahisələndirilməyən haldır”. Lakin əsas mübahisə elə bundan ibarətdir ki, iddiaçı cavabdehin etiraf etdiyi qızıl zinət əşyasından başqa digər qızılları sübut edə bilmişdirmi? Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh qızıl-zinət əşyalarını qismən etiraf etmişdir.Cavabdehinetiraf etdiyi və həqiqətən də mövcud olmuş qızıl zinət əşyaları 1 dəst qızıl üzük, sırğa, qolbaq və zəncirdən ibarət brilyant qaşlı komplekt dəsti (əyarı 14k 585), brilyant çəkisi 2,40 ct, ümumi çəkisi 20 qram,dəyəri 2200 manat, 1 ədəd nişan üzüyü (əyarı 18K (750), brilyant çəkisi 0,60, qızılın ümumi çəkisi 5 qram, dəyəri 550 manat olan qızılların olduğunu bildirmişdir. Həmin qızılların da mövcud olması barədə qızılların çəkisini və əyarını təsdiq edən birkalarını təqdim etmişdir. Həmin qızıl-zinət əşyalarını cavabdeh almış və hansı əşyaları da aldığını bilir. Məhkəmə iclasına da həmin qızılların birkalarını təqdim e tmişdir. Qızılların özlərini isə sataraq iddiaçının müalicəsinə xərclədiyini bildirmişdir. Əgər həmin qızılların olmadığını bildirsəydi heç ümumiyyətlə təqdim etməzdi. Apellyasiya instansiya məhkəməsi isə heç bir sübut olmadan digər əşyaların da mövcud olduğu qənaətinə gəlmişdir. İddiaçı iddia ərizəsində qeyd olunan və cavabdehin etiraf etdiyi qızıllardan başqa hər hansı bir qızıl əşyası olduğunu sübut edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 36-cı bəndində qeyd edilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin göstərilən faktları etiraf etməsi iddiaçını qızıl-zinət əşyalarının özündə deyil, cavabdehdə olması faktını sübut etmək vəzifəsindən azad edir. Lakin məhkəmə hansı faktları və hansıqızılları etiraf etməyinə diqqət yetirməmiş, 2 adda (komplek t dəst və nişan üzüyü) qızılı etiraf etsə də bütün qızılları etiraf etməyi qənaətinə gəlmişdir.Həmin qızıllar olmadığı halda mən onu necə etiraf edə bilərdi. Halbuki hər bir qızıl-zinət əşyasının mövcudluğunu, əyarını və çəkisini iddiaçı sübut etməli idi. Digər qızıllara dair sübut olmadığı halda məhkəmə həmin əşyaların dəyərini cavabdehdən tutmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 41 və 42-ci bəndlərində qeyd edilmişdir ki, “Apellyasiya baxışı zamanı qızılların dəyəri ilə bağlı müvafiq sahədə ixtisaslaşmış qiymətləndiricinin "xxxx" MMC-nin rəyi alınmışdır. Həmin Cəmiyyətin 12 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, brilyant daşlarla bəzədilmiş qızıl boyunbağı-kolyenin, brilyant daşlarla bəzədilmiş qızıl bilərzik-qolbağın, brilyant daşlarla bəzədilmiş qı zıl üzük, 1 cüt brilyant qaşlarla bəzədilmiş sırğa dəstinin qiyməti (əyar 750, çəki 24 q, daşın ölçüsü 1,20 karat) 3200 manat, 1 cüt qızıl halqa sırğa (əyar 585, çəki 2,5 q) 200 manat, brilyant qaşlarla bəzədilmiş nişan üzüyü (əyar 750, çəki 8q,daşın ölçüsü 0,30 karat) dəyəri 920 manat, üzərində “N” hərfli kulon olan qızıl boyunbağı (əyar 585, çəki 6 q) dəyəri 420 manat, qızıl üzük ( əyar 585, çəki 2 q) dəyəri 160 manat, qızıl bilərziyin (əyar 585, çəki 3 q) dəyəri 240 manat, ümumilikdə isə sadalanan qızıl-zinət əşyalarının dəyəri 5140 manat təşkil edir. Rəy kifayət qədər əsaslandırılmışdır, onun məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə kollegiyası qızıl-zinət əşyalarının rəydə müəyyən edilmiş dəyərini real hesab edir.”Bununla bağlı cavabdeh bildirmişdir ki, hər iki mütəxəssis şəkil əsasında rəy vermişdir. Halbuki cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyi şəkillərdən əlavə qızılların əyarını, çəkisini və brilyant qaşının çəkisini təsdiq edən birka olmuşdur. Mütəxəssis də əyarını, brilyant qaşın çəkisini və qızılın çəkisini sübutla nəzərə alaraq rəy vermişdir. Apellyasiyainstansiya məhkəməsində isə mütəxəssis rəyi yalnız şəkilə əsaslanaraq onun çəkisini və əyarını müəyyən etmişdir. Mütəxəssis rəyinin əlavə sözlərlə geniş yazılması onun əsaslığını təsdiq etmir. Cavabdeh tərəfindən təqdimedilmiş mütəxəssis rəyi daha mötəbər və düzgündür. Ona görə ki, orada qızılın çəkisini, əyarını və brilyantın çəkisini təsdiq edən sübut vardır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşd ə iştirak edən şəxslərin izahatları

35. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası AiləMəcəlləsi

38. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arv adın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

39. Maddə 34.2. Zinyət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

43. Hazırki kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirildən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəmə sinin hüquqi mövqeyi

44. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə ra zılaşmır.

46. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər 13 aprel 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahdan uşaqları olmamışdır.

47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq vardır. Belə ki, birinci instansiya məhkəməsinin qətnamənin əsaslandırıcı hissəsində qızılzinət və geyim əşyalarının qaytarılmasına dair tələbin tam təmin edilməsi qənaətinə gəlmişdir. Lakin, məhkəmənin sonradan qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair qəbul etdiyi qərardaddan göründüyü kimi, iddia yalnız qızıl-zinət əşyaları tələbinə dair hissədə qismən təmin edilmişdir. Bununla d a, birinci instansiya məhkəməsi MPM-in 217.1 və 217.3-cü maddəsinin tələblərinə əməl etməmiş, prosessual qanunvericiliyin tələblərini pozmuş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, qızıl-zinət əşyalarının qaytarılması tələbinə münasibətdə qeyd etmişdir ki, mülki işin məhkəmə baxışı zamanı iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qaldığını bildirmişdir.

49. Yuxarıda sadalanan normaların mənasına görə, tələb olunan qızıl-zinət əşyalarının hal-hazırda həqiqətən cavabdehdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür.

50. Apellyasiya baxışı zamanı iddiaçı vərəm xəstəsi olduğunu, bu xətəliyin müalicəsinin isə ö dənişsiz olduğunu, xəstəliyinin onun qızıllarını satacaq dərəcədə ağır olmadığını, qızılları satılıbsa da, bunun ona xəbər verilmədən edildiyini bildirmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfin göstərilən faktları etiraf etməsi iddiaçını qızıl-zinət əşyalarının özündə deyil, cavabdehdə olması faktını sübut etmək vəzifəsindən azad edir. Cavabdeh isə iddiaçıya məxsus qızılzinət əşyalarının satılaraq əldə olunmuş vəsaitin onun müalicəsinə sərf olunduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

52. Əksinə, mülki iş materiallarından, həmçinin tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı dövlət tibb müəssisəsində müalicə olunmuşdur.

53. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş 12 dekabr 2022-ci il tarixli e kspert rəyini əsas götürərək qeyd etmişdir ki, qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi əsaslıdır.

54. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi qızıl-zinət əşyalarının qiymətləri ilə bağlı mülki iş materiallarinda olan digər rəyləri işin hallarına uyğun hesab etməmişdir. Belə ki, həmin rəyləri tərtib etmiş qiymətləndiricilərin bu sahədə xüsusi biliklərinin olması və qiymətlərin hansı metodika əsasında hesablanması bu rəylərin məzmunundan müəyyən edilmir.

55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2(103)-6617/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar