Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1710/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işçilərin sayı və ya ştatların ixtisarı, işçinin iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtarmasına görə ləğv olunmasının əsasları, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlunun ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-297/2025 nömrəli, 3 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 63 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən AMEA Rəyasət Heyəti aparat rəhbəri xidmətinin baş mütəxəssisi vəzifəsində təyin edilmişdir.
2. Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə AMEA Rəyasət Heyəti aparat rəhbəri xidmətinin baş mütəxəssisi İddiaçı əmək müqaviləsinə xx.x x.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağı barədə Azərbaycan Milli Elmlər Akademiyası (bundan sonra “cavabdeh” və ya “işəgötürən”, yaxud “Akademiya”) prezidentinin xx.xx.2022-ci il tarixli, 574 nömrəli sərəncamının ləğv edilməsi və AMEA X18 baş mütəxəssis vəzifəsinə bərpa edilməyi, məcburi işburaxmaya görə itirilmiş əmək haqqının birdəfəlik ödənilməsi, habelə qanuni hüquqlarının pozulduğuna və ona dəymiş mənəvi ziyana görə 30000 manat məbləğində təzminat ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətna mə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ildən 2014-cü ilədək gənc mütəxəssis kimi təyinat üzrə Azərbaycan SSR Sosial Təminat Nazirliyi sistemində müfəttiş, baş müfəttiş, Əməyin təşkili və hüquq təminatı şöbəsinin rəisi, Nəsimi rayon Sosial təminat şöbəsinin müdiri, “Azneftmaş” X15 Hüquq və müqavilə şöbəsinin rəisi, Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında baş məsləhətçi-hüquqşünas, Normativ hüquqi aktlar sektorunun müdiri, Ərizə və müraciətlərə baxılması şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır. İşlədiyi müddətdə iddiaçının barəsində heç bir intizam tənbeh tədbiri görülməyib. İddiaçı Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə layiq gö rülmüş və dövlət qulluğunda fərqlənməyə görə fəxri fərmanla təltif olunmuşdur. xx.xx.2014-cü ildə X13 aparatında yeni yaradılmış Hüquq və kadrlar idarəsinə işə dəvət olunmuşdur. Həmin tarixdən xx.xx.2020-ci ilədək X13 aparatınin Hüquq və kadrlar idarəsində baş mütəxəssis-hüquqşünas, idarə rəisinin müavini və sentyabr 2018-ci ildən həmin idarənin bazasında yaradılmış Kadrlar və hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. xx.xx.2020-ci ildə Akademiyanın sabiq prezidentinin sərəncamı ilə tutduğu vəzifədən azad edilərək X2 baş mütəxəssis-hüquqşünas vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci ildən yenidən X9 dəvət olunaraq müddətsiz əmək müqaviləsinə əsasən aparat xidmətinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublika sında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 470S-nömrəli Sərəncamı qəbul edilmişdir. Həmin fərman və sərəncamın icrasının təmin edilməsi ilə bağlı X13 xx.xx.2022-ci il tarixli 14/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarlar qəbul etmişdir. Məhz həmin adıçəkilən hüquqi aktlara istinad edərək Akademiyanın prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndinə əsasən iddiaçı tutduğu vəzifədən qanunsuz olaraq işdən azad edilmişdir.
5. Həmin sərəncam aşağıda qe yd edilən hallar üzrə qanunsuzdur: 1) Sərancamın giriş hissəsinin 1-ci cümləsində istinad edilərək qeyd edilən X8 xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarında iddiaçının işlədiyi Aparat rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsinin ləğv edilməsi nəzərdə tutulmamışdır. 2) Həmin sərəncamın 2-ci cümləsində adıçəkilən və guya iddiaçıya təqdim edilən X5 Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə X13 Aparat rəhbəri xidmətinin baş mütəxəssisi vəzifəsinin ləğv edildiyi göstərilmişdir. Həmin qərarı iddiaçı görməmişdir və onun məzmunu iddiaçıya məlum deyil. Hətta bu qərar olsa belə, həmin qərarın iddiaçıya münasibətdə hüquqi qüvvəsi yoxdur. Çünki xəbərdarlıqda qeyd olunan xx.xx.2022-ci il tarixindən sonra iddiaçıya Akademiyanın prezidentinin xx.xx.2022-ci il tarixli 328 nömrə li sərəncamı ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 36 gün əmək məzuniyyəti verilmişdir. 3) Adıçəkilən xəbərdarlıqda qeydiyyat tarixi və nömrəsi qeyd edilmədiyi, habelə əmək müqaviləsinə xitam veriləcəyi gün dəqiq göstərilmədiyi üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimata əsasən həmin sənəd rəsmi sənəd kimi qəbul edilə bilməz. Məhz bu səbəbdən həmin xəbərdarlıq Əmək Məcəlləsinin 78ci maddəsinin 1-ci hissəsinə əsasən iddiaçıya şamil edilmədiyi üçün xx.xx.2022-ci il tarixdə xüsusi qeyd etməklə onu geri qaytarmışdır. 4) Əmək Məcə lləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilərkən həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin üzvü olduğu Həmkarlar Təşkilatının qabaqcadan razılığı olmalıdır. Lakin iddiaçının üzv olduğu Həmkarlar Təşkilatının bu barədə heç bir yığıncağı, müzakirəsi və razılığı olmamışdır. 5) iddiaçının işdən azad olmağı barədə sərəncamın başlığında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti yazıldığı halda, həmin sərəncama qanunsuz olaraq Akademiyanın 1-ci vitse prezidenti vəzifəsini icra edən akademik-katib X2 imza etmişdir. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə xx.xx.2022-ci il tarixdən Akademiyanın prezidenti vəzifəsinə X1 təsdiq olunmuşdur. Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqavilə sinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə elektron imza vasitəsilə işəgötürən tərəfindən elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Həmin elektron imza isə qanunla işəgötürənə - Akademiyanın prezidentinə məxsusdur və digərləri tərəfindən mənimsənilməsi qanunla məsuliyyət yaradır. İddiaçı dövlət orqanlarında 35 ildən artıq peşəkar hüquqşünas kimi məsul vəzifələrdə çalışmışdır, dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. Dövlət qulluğunda fərqlənməyə görə fəxri fərmanla təltif olunmuşdur. Heç zaman barəsində intizam tənbeh tədbiri olmayıb. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mediasiya Şurası tərəfindən verilmiş Əmək, Ailə, Kommersiya münasibətləri, İstehlakçı hüquqlarının qorunması və Uşaqların hüquqlarının qorunması üzrə müvafiq Sertifikatlara layiq görülmüş aktiv Mediatordur, xx.xx.2021-ci il tarixdən Mediasiya Şurasının üzvüdür. İddiaçının Pensiya yaşına 1 il bir ay qalıb. Bütün bunlar nəzərə alınmaqla işçilərin sayının azaldılması və ya ştatların ləğv edilməsi səbəbi ilə iddiaçının işdən azad edilməyi həm qanuna, həm dövlətçiliyə, həm də insanlığa ziddir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, onu xx.xx.2022-ci il tarixindən qanunsuz olaraq işdən azad ediblər.
6. Cavabdehin nümayəndəsi iddiaya etiraz təqdim edərək göstə rmişdir ki, iddiaçı iddia ərizəsində iddia edir ki, X8 xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə tanış deyildir. Lakin xx.xx.2022-ci il tarixdə elan olunmuş xəbərdarlıqdan görünür ki, həmin tarixdə iddiaçı qərar ilə tanış edilmiş və ona əmək müqaviləsinin xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunacağı barədə Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, azı 6 təqvim həftəsi qabaqcadan xəbərdar edilmişdir. İddia ərizəsində iddiaçı özü etiraf edir ki, xəbərdarlığı imzaladıqdan, orada qeydlərini apardıqdan sonra onu geri qaytarmışdır. İddiaçı öz çıxışlarında dəfələrlə bildirir ki, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə xitam verilməli idi, lakin iddiaçı nəzərə almır ki, baxılan halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə (müəssisə ləğv edildikdə) xitam verilə bilməzdi, çünki baxılan halda Akademiyada işçilərin sayı və ştatlar ixtisar olunmuşdur. Akademiyanın özünün ləğvindən söhbət getmir. İddiaçı iddia ərizəsində iddia edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən, X1baqcadan razılığı olmamışdır. Lakin məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Akademiyanın prezidenti vəzifəsini icra edən akademik X2un xx.xx.2022-ci il tarixli təqdimatı və eyni zamanda, X13 aparatı Kadrlar şöbəsinin müdiri X10 Rəyasət Heyəti aparatının bir sıra struktur vahidlərinin ləğv edilməsi ilə əlaqədar həmin struktur vahidlərində işləyən işçi lərin əmək müqavilələrinin ləğv edilmələri məsələlərinə baxılması barədə xx.xx.2022-ci il tarixli 04-62 nömrəli müraciəti X13 aparatı Həmkarlar Təşkilatının iclasında müzakirəyə çıxarılmışdır. X11 Heyəti aparatı Həmkarlar Təşkilatının xx.xx.2022ci il tarixli iclasında müzakirə olunaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən, X13 aparatının ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinə uyğun olaraq onların ixtisar zamanı işdə saxlanmağa üstünlüyü və əmək müqaviləsinə xitam verilməsinin qadağan edildiyi hallar nəzərə alınmaqla əmək müqavilələrinə xitam verilməsinə razılıq verilmişdir. İddiaçı iddia ərizəsində iddia edir ki, onun işdən azad olunması haqqındakı sərəncamı Akadem iyanın prezidenti deyil, buna səlahiyyəti olmayan birinci vitse-prezident vəzifəsini icra edən akademik-katib X2un imza etməsi qeyri-qanuni olmuşdur. Lakin iddiaçı nəzərə almamışdır ki, Akademiyanın prezidentinin “Azərbaycan Milli Elmlər X16 aparatında həyata keçirilən islahatlar barədə” xx.xx.2022-ci il tarixli 557 nömrəli Sərəncamı ilə X13 aparatında həyata keçirilən islahatlarla əlaqədar X8 xx.xx.2022-ci il tarixli 13/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlərin xx.xx.2022-ci il tarixinədək imzalanması səlahiyyətləri Akademiyanın birinci vitseprezidenti vəzifəsini icra edən, akademik-katib akademik X19 həvalə edilmişdir. Bu hal Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hi ssəsinə və həmin Məcəllənin 49-cu və 188-ci maddələrinə zidd deyildir, çünki həmin vaxt X13 aparatında həyata keçirilən islahatlarla əlaqədar X8 xx.xx.2022-ci il tarixli 13/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlərin xx.xx.2022-ci il tarixinədək imzalanması səlahiyyətləri Akademiyanın birinci vitse prezidenti vəzifəsini icra edən, akademik-katib akademik X17 həvalə edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Akademiyanın Nizamnaməsinin 9.6-cı bəndinə əsasən Akademiyanın prezidenti səlahiyyətlərinin müvəqqəti icrasını birinci vitse-prezidentlərinə tapşıra bilər. İddiaçı iddia ərizəsində iddia edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar edildikdə müəyyən vəzifələr üzrə əmək funksiyalarının icrası üçün tələb olunan ixtisas və peşəkarlıq səviyyəsi olan işçilər işdə saxlanılmalıdır. Nəzərə alınsa ki, X8 “AMEA Rəyasət Heyəti aparatının bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə “AMEA Rəyasət Heyəti aparatının rəhbərinin xidməti” struktur vahidinin işçilərinin sayı azaldılmamış və ya ştatları ixtisar edilməmişdir, struktur vahidi tamamilə ləğv edilmişdir, yəni işdə saxlanılmalı işçilər olmadığı üçün işçilər arasından peşəkarlıq səviyyəsinə görə seçim etmək zərurəti yaranmamışdır. İddiaçı iddia ərizəsində iddia edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmə k qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır və onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, onu 04 noyabr 2022-ci il tarixindən qanunsuz olaraq işdən azad ediblər. X13 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən də görünür ki, iddiaçı 2022-ci ilin noyabr ayının 1-dən 4-ə kimi hər gün işdə olmuşdur. X12 Heyəti aparatının İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 81/2-378/2023 nömrəli arayışında da iddiaçının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə Akademiyaya əmək qabiliyyətinin olmaması barədə hər hansı bir məlumat vermədiyi və bu haqda heç bi r müvafiq sənəd təqdim etmədiyi bildirilir. Əlavə olaraq əmək müqavilələrinin qeydiyyatları aparılan məlumat bazasından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda baş mütəxəssis (əlavə) vəzifəsində, xx.xx.2023-cü il tarixindən isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin X6 baş mütəxəssis (əsas) vəzifəsində işləyir. Bu isə o deməkdir ki, bir çox ixtisara düşmüş əməkdaşlardan fərqli olaraq, iddiaçı nəinki əlavə, hətta əsas iş yeri ilə təmin olunmuşdur.
7. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətinin tətbiqinə dair ərizə verərək göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad edilməsinə baxmayaraq, “işə bərpa” tələbi ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə müraciət etmişdir, yəni 1 ay 26 gündən sonra. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bununla da iddiaçı əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət müddətini ötürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-621/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Akademiyanın prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamının ləğv edi lməsi, iddiaçının X13 Aparatında baş mütəxəssis vəzifəsinə bərpa edilməsi, iddiaçıya xx.xx.2022-ci il tarixindən qətnamə icra edilən müddətədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. (hakim Rəna Qafarova)
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının adına olan əmək qabiliyyətinin olmamasına dair ******* nömrəli vərəqəsinə əsasən ona “aritmiya və hipertoniya” diaqnozu qoyulmuş və iddiaçı ambulator qaydada müalicədə olmuşdur. İddiaçının əmək qabiliyyətinin olmadığı dövrdə iş yerinə müəyyən səbəblərdən (məsələn şəxsi əşya götürmək və s.) gəlməsi onun iş yerində olması kimi qiymətləndirilə bilməz.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Əmək Məcəllə sinin “Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” adlanan 79-cu maddəsi imperativ xarakter daşıyır və işəgötürənin bu barədə məlumatlı olmaması onun iddiaçı barədə qəbul etdiyi 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamının qanuni olmasının təsdiqi kimi qiymətləndirilə bilməz.
11. Birinci instansiya məhkəməsi qanun qeyd edilən normasının tələbinin kobud surətdə pozulması ilə iddiaçının əmək müqaviləsinin xitam verilməsinə dair Akademiyanın prezidentinin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamının qanunsuz sayılması üçün kifayət qədər hüquqi əsas yaratdığından prosessual qənaət prinsipindən irəli gələrək həmin sərəncamın qanunsuzluğuna dair iddiaçının digər dəlillərinin əsaslı olubolmamasına qiymət verilməsini zəruri saymamışdır.
12. Birinci instansiya məh kəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinin məzmununa əsasən iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi işburaxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfındən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır.
13. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Akademiyanın Prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamı ləğv edilməli və iddiaçı X13 Aparatında ba ş mütəxəssis vəzifəsinə bərpa edilməli, xx.xx.2022-cü il il tarixdən qətnamə icra edilən müddətə iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.
14. Birinci instansiya məhkəməsi iddianın mənəvi ziyana görə 30000 manat məbləğində təzminat hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində rədd edilməlidir.
15. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd etmişdir ki, işin materiallarına əsasən iddiaçı sadalanan normaların tələblərinə uyğun olaraq ilk növbədə mediasiya təşkilatına müraci ət etmiş və cavabdeh özü də mediasiya prosesində tərəf kimi iştirak etmişdir. Başqa sözlə, iddiaçı pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin tələblərinə riayət etmiş və iddia müddətini ötürməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 68 (2), 70(“b”) bəndi, 77(1), 77(2), 77(3), 77(4) və 79 (İ və İİ), 296, 300(1)-ci, “Mediasiya haqqında” Qanunun 24.7, 35.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə, istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd olunması barəd ə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
18. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmənin məqsədi hansı yolla olursa-olsun iddiaçının əsassız iddialarını təmin etmək olduğundan, əmək qabiliyyətinin olmaması haqqında tibbi vərəqənin Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər xəstəxanası tərəfindən deyil, “Baş Səhiyyə Mərkəzi” X20 14 nömrəli Birləşmiş Şəhər xəstəxanasının Poliklinikası tərəfindən verilməsinə fikir belə verməmişdir. X13 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən də görünür ki, iddiaçı 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün bütün iş günü işdə olmuşdur. Həmçinin, X13 aparatının İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da iddiaçının əmə k müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə Akademiyaya əmək qabiliyyətinin olmaması barədə hər hansı bir məlumat vermədiyi və bu haqda heç bir müvafiq sənəd təqdim etmədiyi bildirilir. Cavabdehin məhkəməyə təqdim etdiyi X13 aparatının inzibati binasının girişində turniket aparatının qeydləri məhkəmədə elan olunmuş və binanın girişində quraşdırılmış videokameraların videogörüntülərinə isə proses tərəflərinin iştirakları ilə baxışlar keçirilmiş, iddiaçının 2022-ci ilin noyabr ayının 02-dən 04ə kimi hər gün bütün iş günü işdə olması tamamilə təsdiq olunmuş, eyni zamanda, qeyd olunan sübutlar mülki iş materiallarına əlavə olunmuşlar. Odur ki, məhkəmənin iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə gəldiyi nəticə xəstəlik tarixinin saxta olması səbəblərindən öz təsdiqini tapmır. İddiaçının iddiasının qismən təmin olunması halı da tamamilə əsassızdır. İddiaçının bütün iddiaları məhkəmə tərəfindən təmin olunmamalı idi. Digər tərəfdən, özünü məhkəməyə ambulator xəstə olmuş şəxs kimi təqdim etmiş iddiaçı xəstəlik vərəqini yalnız məhkəməyə təqdim etmişdir. Bunun səbəblərinin dəqiqləşdirilməsi üçün isə məhkəmə “Baş Səhiyyə Mərkəzi” PublikHüquqi Şəxsin 14 nömrəli Birləşmiş Şəhər xəstəxanasının Poliklinikasından xəstələrin qeydiyyatı kitabını götürüb, məhkəmədə onun baxışını keçirməlidir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının ambulator xəstə olması kimi qeyd etdiyi tarixlərdə və vaxtlarda iddiaçı bütün iş günü müddətində iş yerində olmuş və təbii ki, həmin tarixlərdə və vaxtlarda onun ha nsısa həkimin qəbulunda və ya ambulator müalicədə olmasını iddia etmək absurddur. Bu halın daha da dəqiqləşdirilməsi üçün iddiaçının daim istifadəsində olan ***-***-**-** mobil telefonun 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi olan dövr üçün mobil telefon operatorundan həmin mobil nömrənin anten-əhatə dairələri haqqındakı məlumatların götürülməsi də kifayət edər.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6247/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-621/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Fərrux Qasımov)
20. Apellyasiya instan siyası məhkəməsi qeyd etmişdir ki, X13 Aparat rəhbəri xidmətinin baş mütəxəssisi vəzifəsində işləyən iddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirmişdir. X13 aparatının bir sıra struktur vahidləri ləğv edildiyindən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, xx.xx.2022-ci il tarixində xəbərdarlıq edilməklə Akademiyanın prezidentinin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, xx.xx.2022-ci il tarixindən işdən azad edilmişdir.
22. Cavabdehin nümayəndəsi və vəkilinin iddiaçının 01-04 noyabr 2022-ci il tarixlərdə işdə olması barədə dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının həmin tarixlərdə cavabdehin inzibati binasına hər hansı səbəbdən gəlib-getməyi onun həmin tarixlərdə əmək fəaliyyəti ilə məşğul olması anlamına gəlmir. Belə ki, iddiaçı stasionar deyil, ambulator müalicədə olmuş, habelə iddiaçının 0104 noyabr 2022-ci il tarixlərində iş yerində əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən hər hansı sübutlar (məsələn, sənədlərin tərtib edilməsi və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
23. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının əmək qabiliyyətinin olmadığı dövrdə iş yerinə müəyyən səbəblərdən (məsələn şəxsi əşya götürmək və s.) gəlməsi onun iş yerində olması kimi qiymətləndirilə bilməz.
24. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətə çatdırmışdır ki, Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 saylı qərarı ilə təsdiq olunmuş və hazırda qüvvədə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi haqqında Təlimat”ın tələbləri sahə həkimi tərəfindən pozulmamış, sözügedən xəstəlik vərəqəsinin saxta olması müəyyən edilməmişdir.
25. Apellyasiya məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəs i ilə bağlı bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə əmək kitabçasını işəgötürəndən qeydiyyat kitabında imza etməklə qəbul etmiş, bununla da hüququnun pozulmasını həmin gün aşkar etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən o, xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiya ilə bağlı təklif göndərmiş, bununla da qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesi başlamış, bundan sonra iddiaçı Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2022-ci il tarixli arayışı aldıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı cavabdeh tərəfindən pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin tələblərinə riayət etmiş və 1 aylıq iddia müddətini ötürməmişdir. 2
6. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçının əmək qabiliyyətinin müvəqqəti olmamasını aşkar etdikdən sonra əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli sərəncamını ləğv etmək və iddiaçı işə çıxdığı tarixdə yeni sərəncam qəbul etmək imkanı olmuş, lakin bunu etməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 379-cu “Mediasiya haqqında” Qanunun 21 və 35-ci, Əmək Məcəlləsinin 70, 71, 79, 296, 300-cü, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv, iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti apellyasiya şikayətini dəlilləri ilə eyni məzmunda əsaslandrılmışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1287/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6247/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmuş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
32. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - iş materiallarından görünür ki, iddiaçı ilə olan əmək müqaviləsinə işəgötürənin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə xitam verilmiş, bu zaman qanunvericiliyə görə işəgötürənin təşəb büsü ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilənədək tətbiq edilməli qaydalara riyaət olunmuşdur; - əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli sərəncam verilərkən iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətinin olmaması barədə Bakı Baş Səhiyyə Mərkəzi” X20 14 nömrəli Birləşmiş Şəhər xəstəxanasının Poliklinikası tərəfindən verilmiş xəstəlik vərəqəsini təqdim etmiş, işə baxan məhkəmələr həmin sənədi mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, həmin sənədin saxta olmaması məhkəmə araşdırmaları nəticəsində və Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarı ilə müəyyən edilmişdir, iddiaçının 04 noyabr 2022-ci il tarixdə iş yerində olması onun müəyyən səbəblərdə n (məsələn şəxsi əşya götürmək və s.) iş yerinə gəlməsi onun iş yerində olması və əmək fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirilə bilməz, çünki iddiaçının həmin gün əmək fəaliyyəti məşğul olması barədə cavabdeh tərəf sübutlar təqdim edə bilməmişdir: - qeyd edilməlidir ki, iddiaçının barəsində olan xəstəlik vərəqəsinin faktiki vəziyyəti əks etdirməməsi, xəstəlik vərəqəsində göstərilən tarixlərdə, yəni 2, 3 və 4 noyabr 2022-ci il tarixlərdə iddiaçının əmək qabiliyyətli olmaqla iş saatlarında iş yerində olması, iddiaçının adına olan xəstəlik vərəqəsini faktiki vəziyyəti əks etdirməməsi, saxta olması barədə apellyasiya şikayətində göstərilən və işə baxılan zaman cavabdeh tərəfin irəli sürdüyü dəlillərə apellyasiya məhkəməsi əhəmiyyət verməmiş, bu barədə təqdim olunmuş sübutlara tam və h ərtərəfli baxmamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir; - iş materiallarına görə X13 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərində və videokamera görüntülərində iddiaçının 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün iş yerində olması müəyyən edilmiş, iddiaçının özü də bu halı qismən təsdiq etmişdir; - X13 aparatının İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da iddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə və sonrakı günlərdə Akademiyaya əmək qabiliyyətsiziyinə dair vərəqənin (tibbi sənədin) olması barədə hər hansı bir məlumat verməmiş və bu haqda heç bir müvafiq sənəd təqdim etməmişdir; - iddiaçının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə əmək qabiliyyətsiziy inə dair tibbi sənəd yalnız hazırkı iddia tələbi ilə müraciət edərkən məhkəməyə təqdim olunmuş, iddia ərizəsinə əlavə edilmişdir; - cavabdehin müraciətinə əsasən iddiaçının adına verilmiş xəstəlik vərəqəsi ilə bağlı araşdırma aparılmış, Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə xəstəlik vərəqəsi verilərkən Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 saylı qərarı ilə təsdiq olunmuş və hazırda qüvvədə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi haqqında Təlimat”ın tələblərinin sahə həkimi tərəfindən pozulmaması, sözügedən xəstəlik vərəqəsinin saxta olmasının müəyyən edilməməsi əsası ilə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilmiş, həmin qərarda həmçinin hazırkı iş üzrə qanuni qüvvəyə minməmiş Səbail Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsinə istinad olunmuşdur; - Akademiyanın “Baş Səhiyyə Mərkəzi” X20 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasına qarşı hazırkı iş üzrə iddiaçının adına verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin barədə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edilmişdir; - iddiaçı 18 oktyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda baş mütəxəssis (əlavə), sonradan isə X6 baş mütəxəssis işləmişdir. İşə baxan məhkəmələr onun 04 noyabr 2022-ci il tarixdə əlavə iş yerində əmək fəaliyyəti ilə məşğul olmadığını müəyyən etməmişlər: - göründüyü kimi iddiaçının onunla olan əmək müqaviləsinə xitam verilən zaman iş yerində əmək fəaliyyəti ilə məşğul olmasına əsas verə biləcək hallar vardır. Məhkəmə həmin halları nəzərə almadan, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin yalnız xəstəlik vərəqəsi ilə təsdiq olunmasını əsas gətirərək iddianın təmin olunması barədə nəticəyə gəlsə də, cavabdehin müraciətinə əsasən prokurorluq orqanlarında aparılmış araşdırmanın, yəni Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı cinayət işinin başlanmasının rədd olunmasına dair qərarın son nəticəsini və Akademiyanın “Baş Səhiyyə Mərkəzi” X20 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasına qarşı hazırkı iş üzrə iddiaçının adına verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin etibarsız hesab olunması barədə iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin qərarını gözləmədən məhkəmənin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. ç) Apellyasiya instansiyası məhkəm əsindəki ikinci icraat
33. Təkrar apellyasiya baxışı zamanı iş üzrə icraat dayandırımmışdır. Əsas: Akademiyanın “Baş Səhiyyə Mərkəzi” X20 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasına qarşı hazırkı iş üzrə iddiaçının adına verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin etibarsız hesab olunması barədə iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
34. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(112)-4211/2024 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» publik hüquqi şəxsə qarşı (üçüncü şəxs İddiaçı cəlb edilməklə) “tibb vərəqəsinin hüquqi qüvvəsi olmayan etibarsız sənəd hesab olunması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
35. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3061/2024 nö mrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(112)-4211/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2939/2024 nömrəli xx.xx.2024-tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3061/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir.
37. Apellyasiya icraatı təzələnmişdir.
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-297/2025 nömrəli, 3 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya m əhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov, Məmməd Məmmədov)
39. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən X13 aparatının İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da iddiaçının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə və sonrakı günlərdə Akademiyaya əmək qabiliyyətsiziyinə dair vərəqənin (tibbi sənədin) olması barədə hər hansı bir məlumat vermədiyi və bu haqda heç bir müvafiq sənəd təqdim etmədiyi göstərilmişdir. xx.xx.2022-ci il tarixdə əmək qabiliyyətsiziyinə dair tibbi sənəd hazırkı iddia tələbi ilə müraciət edərkən məhkəməyə təqdim olunmuş, iddia ərizəsinə əlavə edilmişdir.
40. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı özü də ona ünvanlanan 19 sentyabr 2022-ci il tarixli X5 Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə X13 aparatının strukturunda dəyişiklik edilməsinin qeyd edilməsini bildirmişdir. Həmin qərarın 1-ci bəndi ilə X13 aparatının rəhbərinin xidməti ləğv edilmiş və bununla əlaqədar olaraq əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunacağı barədə iddiaçıya xəbərdarlıq edilmişdir. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi ləğv edilməsi işəgötürənin hüququdur və qanunvericiliyə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilənədək tətbiq edilməli qaydalara işəgötürən tərəfindən riayət olunmuşdur.
41. A zərbaycan Respublikası Ali Məhkəməsinin hazırki işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə yenidən apellyasiya icraatı zamanı araşdırılası məsələlər sırasına dair qeyd edilmişdir ki, 2, 3 və 4 noyabr 2022-ci il tarixlərdə iddiaçı əmək qabiliyyətli olmaqla iş saatlarında iş yerində olması, iddiaçının adına olan xəstəlik vərəqəsini faktiki vəziyyəti əks etdirməməsi, saxta olması barədə apellyasiya şikayətində göstərilən və işə baxılan zaman cavabdeh tərəfin irəli sürdüyü dəlillərə apellyasiya məhkəməsi əhəmiyyət verməmişdir. Digər tərəfdən kassasiya instansiya məhkəməsi iş materiallarına görə özü təsdiq etmişdir ki, X13 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərində və videokamera görüntülərində iddiaçının 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün iş y erində olması müəyyən edilmiş, iddiaçının özü də bu halı qismən təsdiq etmişdir. X13 aparatının İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da iddiaçının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə və sonrakı günlərdə Akademiyaya əmək qabiliyyətsiziyinə dair vərəqənin (tibbi sənədin) olması barədə hər hansı bir məlumat verməmiş və bu haqda heç bir müvafiq sənəd təqdim etməmişdir.
42. İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə əmək qabiliyyətsiziyinə dair tibbi sənəd yalnız hazırkı iddia tələbi ilə müraciət edərkən məhkəməyə təqdim olunmuş, iddia ərizəsinə əlavə edilmişdir. Kassasiya instansiyasının göstərişini formalaşdıran əsaslar isə işə baxan məhkəmələrin iddiaçının 04 noyabr 2022-ci il tarixdə əlavə iş yer ində əmək fəaliyyəti ilə məşğul olmadığını müəyyən etməməsi, iddiaçının onunla olan əmək müqaviləsinə xitam verilən zaman iş yerində əmək fəaliyyəti ilə məşğul olmasına əsas verə biləcək halların olması və həmin halları nəzərə almadan əmək qabiliyyətinin müvəqqəti itirilməsinin yalnız xəstəlik vərəqəsi ilə təsdiq olunmasının əsas gətirilməsinin yolverilməz olması olmuşdur.
43. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, hazırki işdə kassasiya instansiya məhkəməsinin göstərişlərinin əsası iddiaçının əmək qabiliyyətsizliyinə dəlalət edən həqiqi halların müəyyən edilməsinə yönəlmişdir. Bu yöndə də müəyyən edilmişdir ki, məhz kassasiya məhkəməsi tərəfindən təsdiq edilmiş əmək qabiliyyətsiziyinə dair vərəqənin (tibbi sənədin) olması barədə hər hansı bir məlumat verməyən iddiaçının iş yeri nə gələrək başqa fəaliyyətlə məşğul olduğunu sübut etmək vəzifəsi məhz onun özünə aiddir ki, o da bunu sübut etməyə cəhd etməmişdir.
44. Beləliklə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq aparılmış araşdırma nəticəsində tibbi vərəqənin saxtalığı və qeydiyyatı barədə mötəbər sübutların mövcudluğu müəyyən edilməsə də, iddiaçı özü əmək qabiliyyətini müvəqqəti itirən statusunda olduğu zaman işə gəlib-getməsini inkar etməmiş, lakin işəgötürəni məlumatlandırmasını qeyd etsə də, bunu sübut edə bilməmişdir. Cavabdeh isə əksinə, bu halları təkzib edən arayışlar təqdim etmişdir.
45. Qeyd edilməlidir ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan edilməsi işəgötürən tərəfindən qəbul edilmiş qərarın qəbul edilməsi dövrünü əhatə edir. İddiaçı barədə əmrin verilməsi proseduru ümumi ixtisarla bağlı qərarın verilməsi zamanından başlamış və iddiaçı bu prosedur barədə məlumatlı olmuşdur. Bununla belə, iddiaçı cavabdehi məlumatlandırmamaqla və öz aktiv həyat tərzini davam etdirməklə, əmək qabiliyyətini müvəqqəti itirən şəxs kimi davranmamış, peşəkar hüquqşünas kimi qanunun bu normasının təsiri altında (hüquqdan) sui-istifadəyə şərait yaradan münasibətlərə rəvac vermişdir. Buna görə, işəgötürənin bu dəlillərə müvafiq əmrinin ləğvinə əsaslar müəyyən edilmir.
46. Digər dəlillər isə cavabdehin təqdim etdiyi sübutlarla təkzib edilir və ümumiyyətlə kassasiya instansiya məhkəməsinin göstərişləri həddinə aid deyildir.
47. Apellyasiya instansiya məhkəməsi vurğulamışıdr ki, Az ərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Həmçinin nülki qanunvericiliyin tələblərinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
48. Əmək qanunvericiliyinin tələblərinə əsasən, istər işçilər, istər iş əgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
49. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70, 71, 77, 78, 79, 80, 310-cu, Mülki Məcəllənin 560-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. İddiaçı (vəkil: Vəkil2) kassasiya şikayəti verər ək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almalıdır ki, xəstənin xəstəlik vəziyyəti müşahidə, güman, ehtimal, məntiqsiz və qərəzli yanaşma metodları ilə deyil, qanunvericiliklə həkim tərəfindən həyata keçirilən müayinə və müalicə hərəkətlərinin nəticəsi olaraq tərtib olunmuş və qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş sənədlərlə müəyyən olunur. İddiaçı fərdi əmək müqaviləsi ilə işləmişdir. Lakin iddiaçının üzv olduğu X3 iştirakı ilə heç bir yığıncağı keçirilməmiş və o, elə bir yığıncağa dəvət olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində də X7 iddiaçının işdən azad olunmağına razılığının olmaması xüsusi olaraq qeyd edilib. Cavabdehin nümayəndəsi məhkəmədə etiraf etmişdir ki, Ak ademiyanın prezidenti iş başında olduğu halda iddiaçının işdən azad olunmağı barədə Sərəncama Akademiyanın vitse-prezidenti vəzifəsini icra edən şəxs imza etmişdir. İddiaçının çox saylı xahiş və tələblərinə baxmayaraq,məhkəmə bu ciddi qanun pozuntusuna da hüquqi qiymət verməmişdir. İşəgötürən iddiaçının əmək müqaviləsini ləğv etməzdən əvvəl həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq (28 aprel 2021-ci il tarixdən 04 noyabr 2022ci ilədək bir ildən beş ilədək əmək stajı olduğu üçün) Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən dörd təqvim həftəsi əvvəl rəsmi xəbərdar etməli idi. Lakin iddiaçıya işəgötürən tərəfindən qanunvericiliklə rəsmiləşdirilmiş rəsmi xəbərdarlıq təqdim edilməmişdir. İddiaçıya yalnız nömrəsi, tarixi, işdən çıxma tarixi və s. olmayan xəbərdarl ığın rəsmiləşdirilməmiş layihəsi təqdim edilib (həmin layihə iddia ərizəsinə əlavə olunub). Cavabdehin sonradan düzəliş edib məhkəməyə təqdim etdiyi xəbərdarlıqda hətta tələsib Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə zidd olaraq xəbərdarlıq müddətini dörd həftə əvəzinə qanunsuz olaraq altı həftə və əmək müqaviləsinə xitam veriləcəyi günü qanunsuz olaraq 31 oktyabr 2022-ci il yazıb. Bu da ixtisar prosesi zamanı əmək qanunvericiliyinin normasının ciddi pozulması və qanunvericiliyinin tələblərinin düzgün tətbiq edilməməsi deməkdir. Məhkəmə bu nüansa da hüquqi qiymət verməmişdir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab sonuncu iş günü, yəni xx.xx.2022-ci il tarixində ödənilməli idi. Lakin işçiyə son haqq-hesab xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Bu da qanunvericil iyin tələbinin, işçinin hüququnun pozulmasıdır ki, məhkəmə bu məsələyə də münasibət bildirməmişdir. Nəticədə formal bir nəticəyə gəlmişdir. B) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Cavabdeh kassasiya şikayətinə vermişdir. Etirazda göstərilmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 11. (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. Maddə 71 (1). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 77 (1). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilmə lidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77(2). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 78 (1). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəka rlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 78 (2). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Maddə 80 (1). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfind ən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X7 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə
310. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəm əsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Kassasiya şikayətində qətnamənin tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
56. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almı şdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
59. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3948-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.
60. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyə rləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
61. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
62. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib. Üstəlik, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırki iş üz rə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.
63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işçinin müəyyən üzrlü səbəbdən (məsələn: xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və s.) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddətinin qurtarmasına görə ləğv olunmasına işçinin işə çıxmasından sonrakı bir həftə ərzində yol verilir (ƏM, maddə 73, hissə 2). Normanın məqsədi göstərilən səbəblərdən işə çıxa bilməyən (iş yerində olmayan) işçini qorumaqdır. Buna görə də, bu qaydanın tətbiq edilməsi üçün normadakı zəruri dispozisiya şərti işçinin xəstəlik vərəqəsinin olması deyil, işçinin özünün iş yerində olmamasıdır. Odur ki, mübahisəli əmr çıxarılarkən işçi iş yerində olmuşsa, xəstəlik vərəqəsinin mövcudluğu ƏM-in 73-cü maddəsinin 2-ci hissəsinin tətbiqi nə əsas ola bilməz.
64. Qeyd edildiyi kimi əmrin çıxarıldığı gün iddiaçı iş yerində olmuşdur. Bu faktı iddiaçı özü də etiraf etmişdir. Belə olan halda, xəstəlik vərəqəsinin mövcud olması səbəbindən həmin vaxt iş yerində olmuş işçinin əmək müqaviləsinin müddətin bitməsinə görə ləğv edilməsi barədə əmrin qanunsuz sayılmaması barədə gəlinən nəticə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur.
65. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-297/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.