Məhkəmə qərarları › İş №2(102)-1713/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1713/2021

22.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1713/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil Əbdül oğlunun, cavabdehin vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3713/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlə 17 iyun 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçı ilə Cavabdeh 17 iyun 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları – 08 avqust 2006-cı il tarixdə X3 və 26 mart 2009-cu il tarixdə X2 doğulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(008)4303/2019 №-li qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Əsədullayev küçəsi ev 15 ünvanında məcburi köçkün kimi məskunlaşmış Cavabdeh ona məxsus olan 5000 manat dəyərin də 1 ədəd 750 əyar Rusiya istehsalı 6 qram brilliant qaşlı üzük, 1 ədəd 583 əyar Rusiya istehsalı 3 qram qızıl sırğa, 1000 manat dəyərində 1 ədəd 750 əyar İtaliya istehsalı 11 qram qolbağ dəsti, 3000 manat dəyərində 750 əyar İtaliya istehsalı 38 qram 1 dəst (sırğa, üzük, qolbağ, boyunbağı), 1 ədəd 750 əyar İtaliya istehsalı olan “Şopard” markalı boyunbağı, 1 ədəd 6,6 qram “Qrazella” markalı klon, 1 ədəd 585 əyar Türkiyə istehsalı 5 qram sep, 1 ədəd 583 əyar 17 qram zümrüd qaşlı boyunbağı, 1 ədəd 583 əyar 9,2 qram brilliant zümrüd qaşlı qolbağ, 1 ədəd 583 əyar Rusiya istehsalı 10 qram brilliant qaşlı nişan üzüyü, 1 ədəd 583 əyar Rusiya istehsalı 11 qram sırğa üzük dəsti, 1 ədəd 583 əyar Rusiya istehsalı 7,3 qram qızıl üzük, 1 ədəd 583 əyar Rusiya istehsalı 8 qram qızıl üzük, 1 ədəd 583 əyar qırmızı qaşlı Türkiyə istehsalı 6,2 qram üzük, 1 ədəd 750 əyar İtaliya istehsalı 9,3 qram moruq bilərzik, 1 ədəd 583 əyar Rusiya istehsalı 4 qram üzük, 1 ədəd 750 əyar İtaliya istehsalı 15 qram mirvari üzük, sırğa, sep, qolbağ dəstinin və ya onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 17 iyun 2006-cı il tarixdə Ağdam rayonu Gülablı ərazi nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 08 avqust 2006-cı il tarixdə X3 və 26 mart 2009-cu il tarixdə X2 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(008)4303/2019 №-li qətnaməsinə əsasən onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların o nun yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh uzun müddət bankda məsul vəzifələrdə işləmiş, maddi imkanları hər zaman yaxşı olmuşdur. Toylarından əvvəl və sonrakı vaxtlarda valideynləri və cavabdehin ailəsi tərəfindən ona hədiyyə olunmuş xeyli qızıl-zinət əşyaları alınmışdır. Sonradan cavabdehin ailəyə olan bağlılığı azalmağa başlamışdır. Həmin ərəfələrdə cavabdeh bütün qızıl əşyalarını götürərək özündə saxlamışdır. Ailənin qorunub saxlanması naminə qızılların cavabdehdə qalmasına dözmüşdür. Lakin nikahları pozularkən cavabdehdən ona məxsus qızıl-zinət əşyalarını geri qaytarmasını tələb etsə də o, qızıl-zinət əşyalar ını geri qaytarmayacağını bildirmişdir. Ona məxsus qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 5000 manat dəyərində 1 ədəd 750 əyar Rusiya istehsalı 6 qram brilliant qaşlı üzük, 1 ədəd 583 əyar Rusiya istehsalı 3 qram qızıl sırğa, 1000 manat dəyərində 1 ədəd 750 əyar İtaliya istehsalı 11 qram qolbağ dəsti, 3000 manat dəyərində 750 əyar İtaliya istehsalı 38 qram 1 dəst (sırğa, üzük, qolbağ, boyunbağı), 1 ədəd 750 əyar İtaliya istehsalı olan “Şopard” markalı boyunbağı, 1 ədəd 6,6 qram “Qrazella” markalı klon, 1 ədəd 585 əyar Türkiyə istehsalı 5 qram sep, 1 ədəd 583 əyar 17 qram zümrüd qaşlı boyunbağı, 1 ədəd 583 əyar 9,2 qram brilliant zümrüd qaşlı qolbağ, 1 ədəd 583 əyar Rusiya istehsalı 10 qram brilliant qaşlı nişan üzüyü, 1 ədəd 583 əyar Rusiya istehsalı 11 qram sırğa üzük dəsti, 1 əd əd 583 əyar Rusiya istehsalı 7,3 qram qızıl üzük, 1 ədəd 583 əyar Rusiya istehsalı 8 qram qızıl üzük, 1 ədəd 583 əyar qırmızı qaşlı Türkiyə istehsalı 6,2 qram üzük, 1 ədəd 750 əyar İtaliya istehsalı 9,3 qram moruq bilərzik, 1 ədəd 583 əyar Rusiya istehsalı 4 qram üzük, 1 ədəd 750 əyar İtaliya istehsalı 15 qram mirvari üzük, sırğa, sep, qolbağ dəsti. Qeyd olunan qızıl-zinət əşyaları ona məxsusdur, həmin qızıllar toy zamanı, toydan sonrakı vaxtlarda valideynləri və cavabdeh tərəfindən hədiyyə olaraq alınmışdır. Hazırda cavabdeh ona məxsus qızıl-zinət əşyalarının bir hissəsini qanunsuz olaraq lombarda girov qoyaraq pul götürmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19 noyabr 2019 -cu il tarixli qətnaməsi ilə (Hakim Z.Hacıyev, iş 2(008)-5676/2019) İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 5000 manat dəyərində 1 ədəd 750 əyar Rusiya istehsalı 6 qram brilliant qaşlı üzük, 1 ədəd 583 əyar Rusiya istehsalı 3 qram qızıl sırğa, 1000 manat dəyərində 1 ədəd 750 əyar İtaliya istehsalı 11 qram qolbağ dəsti, 3000 manat dəyərində 750 əyar İtaliya istehsalı 38 qram 1 dəst (sırğa, üzük, qolbağ, boyunbağı), 1 ədəd 750 əyar İtaliya istehsalı olan “Şopard” markalı boyunbağı, 1 ədəd 6,6 qram “Qrazella” markalı klon, 1 ədəd 585 əyar Türkiyə istehsalı 5 qram sep, 1 ədəd 583 əyar 17 qram zümrüd qaşlı boyunbağı, 1 ədəd 583 əyar 9,2 qram brilliant zümrüd qaşlı qolbağ, 1 ədəd 583 əyar Rusiya istehsalı 10 q ram brilliant qaşlı nişan üzüyü, 1 ədəd 583 əyar Rusiya istehsalı 11 qram sırğa üzük dəsti, 1 ədəd 583 əyar Rusiya istehsalı 7,3 qram qızıl üzük, 1 ədəd 583 əyar Rusiya istehsalı 8 qram qızıl üzük, 1 ədəd 583 əyar qırmızı qaşlı Türkiyə istehsalı 6,2 qram üzük, 1 ədəd 750 əyar İtaliya istehsalı 9,3 qram moruq bilərzik, 1 ədəd 583 əyar Rusiya istehsalı 4 qram üzük, 1 ədəd 750 əyar İtaliya istehsalı 15 qram mirvari üzük, sırğa, sep, qolbağ dəstinin həqiqətən mövcud olmasını, mövcud olsa belə onların cavabdeh tərəfindən onun xəbəri və icazəsi olmadan satılmasını sübut edən əsaslandırıcı dəlilləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, tərəflər arasında nikah pozulsa da, iddiaçı hal-hazıradək cavabdehlə eyni ünvanda, ünvan 1ır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məh kəməsi Mülki Kollegiyasının 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev, iş № 2(103)-3713/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2019-ci il tarixli, 2(008)-5676/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı qeyd edilən qızıl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq edən dəlillərini məhkəməyə təqdim etməmiş, cavabdeh tərəf iddia ərizəsində 10 və 11-ci sıralarda göstərilmiş qızıl-zinət əşyaları mövcud olduğunu, lakin tərəflərin birgə nikahda olduqları dövrdə satılaraq əvəzinə yeni qızıl əşyalarının alındığını bildirmiş, cavabdeh tərəfin izahatında göstərdiklərini tək zib edən hallar sübut olunmamışdır. Belə olan halda, iddiaçının qızıl-zinət əşyaları satılarkən onun xəbəri olmamasını deməsi işə baxan birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq inandırıcı hesab edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Əbdül oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3713/2020 nömrəli iş üzrə 19 noyabr 2019-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə t əqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş və əsassız olaraq sübutların təqdim olunmamasına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil Əbdül oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh vəkili X4 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin t əmin edilməməsini xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda ape llyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti ilə mübahisələndiyi hissə üzrə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyi nə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinin tələbinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qə tnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, işin faktiki halların sadalanması ilə yanaşı, apellyasiya şikayətində göstərilən dəlillərə istinad edərək prosessual hüqu q normalarının pozulmasını və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsini göstərmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tələb edilən qızıl ziynət əşyalarının cavabdehdə qalması, əsassız olaraq saxlaması və geri qaytarılmasından imtina olunması sübut etməli idi. Lakin, iddiaçı istinad etdiyi hallar üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il tarixli Qərarı). Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3713/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar