Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1713/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X3rşı iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X3rşı “ödənilməmiş əmək haqqı, məzuniyyət və mükafat pulunun ödənilmə si” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2025-ci il tarixli 2(103)-968/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsinə əsasən, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya"nın ümumi şöbənin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 9.085,20 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 13.085,20 manat məbləğində pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən ödənilməsi qət edilmişdir. 2. 29.09.2022-ci il tarixli, **********4 nömrəli əmrlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2022-ci il tarixli 2(102)-3564/2022 saylı qərarının icrasını təmin etmək məqsədi ilə 6 nömrəli qeyd ləğv edilmişdir. 3. 01.12.2022-ci il tarixli, **********4 nömrəli əmrlə İddiaçı xx.xx.2021-ci il tarixli, **********4 nömrəli əmrə edilmiş dəyişikliyə uyğun olaraq Azərbaycan Resp ublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin, “b” bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edilməklə) tutduğu vəzifədən azad edilmişdir. 4. xx.xx.2022-ci il tarixli, **********6 nömrəli əmrə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin, “f” bəndinə əsasən hüquq kadr və sənədlərlə iş departamentinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)- 2464/2023 saylı qərardadının əsaslandırıcı hissəsində göstərələnlərin icrasını təmin etmək məqsədi ilə 15 yanvar 2021-ci il arixindən, 22 dekabr 2022-ci il tarixinədək olan dövr iş stajına daxil edilmişdir. 6. xx.xx.2023-cü il tarixli, 3-17-6/3-477/2023 nömrəli əmrə əsasən, İddiaçı əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir.
7. İddiaçı üçün hesablanmış işdən azad olunduğu xx.xx.2020-ci il tarixli son haqqhesab cədvəlinə istinadən, aprel, may və iyun (2020-ci il) ayları üçün hesablanmış əmək haqqı 1500 manat, cəmi hesablanmış məbləğ 1500 manat olmaqla, son hesaba düşən gün (3 aylıq) 7.5 manat hesablanmışdır. Bir günə düşən məbləğ 16,45 manat, cəmi hesablanmış məbləq isə 123,36 manat müəyyən edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)1727/2021 saylı qərardadından görünür ki, İddiaçı qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi üzrə təmin edi lmiş tələb üzrə işə bərpa olunması hissəsində hansı müddətlər iş stajına əlavə edilərək qeyd aparılması, buraxılmış müddətin hansı müddətlər hesab olunması və buraxılmış müddət üzrə əmək haqqının (elektron sistemdə aylıq 1000 manat göstərilib, lakin görmədiyi müqaviləsində cavabdeh bildirir ki, əmək haqqı 500 manat olmuşdur) hansı məbləğdə ödənilməsinə izah verilməsini xahiş etmiş və məhkəmənin qeyd edilən qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)- 1727/2021 saylı qətnaməsinə izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2464/2023 saylı qərardadına əsasən, İddiaçı şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001 )-1727/2021 saylı qərardadı ləğv edilmiş, qətnaməyə izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilməmiş və qərardadın əsaslandırıcı hissəsində göstərilən məcburiliyini tərəflər və icra məmurunun nəzərə alması qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, “göründüyü kimi, tərəflər arasında olan mübahisə və qətnaməyə izah verilməsi şəklində həll olunması xahiş edilən məsələ əslində, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən işçinin başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının məbləği, hansı ki, iddiaçı hesab edir ki, bu məbləğ 1000 manatdır, cavabdeh tərəf isə hesab edir ki, bu məbləğ 500 manatdır, ştatın ixtisar edildiyi 2021-ci ilin yanvar ayından (təxmini tarix) qətnamənin qismən icra edildiyi xx.xx.2022 -ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilməli olub-olmadığı, həmin dövrün iş stajına daxil edilib-edilmədiyi ilə bağlı olmuşdur. Yəni cavabdeh faktiki olaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə əsasən əmək haqqı 500 manatdır və əmək müqaviləsinin əmək haqqı barədə müddəası bunu deməyə əsas verir, iddiaçı isə əksini iddia edir. Göründüyü kimi burada mübahisənin predmeti başqadır və yeni iddianın əsasını təşkil edir. Çünki cavabdeh nə apellyasiya şikayətinin, nə kassasiya şikayətinin dəlillərində, iddiaçı isə iddia tələbində əmək müqaviləsinin həmin müddəası ilə bağlı məsələni mübahisələndirməmişdir. Bundan başqa ikinci məsələ ştatın ixtisarından qətnamənin icra edildiyi və işçinin başqa vəzifəyə bərpa olunduğu günədək olan dövr üçün hüquqi tənzimləmə ilə bağlıdır. Çünki c avabdeh nə apellyasiya şikayətinin, nə kassasiya şikayətinin dəlillərində bu barədə heçnə bildirməmişdir, hansı ki, ştat artıq ixtisar edilmişdir. Odur ki, bu məsələ də qətnaməyə izah verilməsi barədə prosessual qaydaya uyğun tənzimləmə imkanı xaricindədir.
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2464/2023 saylı qərardadında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi də haqlı olaraq göstərib ki, qətnaməyə izah verilməsi dedikdə qətnamədəki qeyri-müəyyənlik və ya anlaşılmazlıq oradakı hüquqi terminlərin və ifadələrin yerində, dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, anlaşılmayan, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunmasını nəzərdə tutulur. Ancaq birinci instansiya məhkəməsi ərizəni rədd edərkən rəddin əsasını düzgün müəyyən etməmişdir. Əvvəla ona görə ki, tərəflər arasında qətnamənin icrası ilə bağlı mübahisə ola bilməz. Çünki, qətnamə dövlətin adından qəbul edilir və məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurunun tələbləri də Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Başqa sözlə cavabdehin-icra sənədi üzrə icraatda borclunun qanuni qüvvədə olan icra sənədinin icrasına hansısa formada etiraz edə yaxud bundan imtina edə bilməz. Çünki, bu hal hüquqi məsuliyyət yaradar. İkincisi, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən iddiaçının başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı, yəni məcburi iş buraxma müddəti üçün, əmək müqaviləsinin əsassı z ləğv edildiyi tarixədək aldığı əmək haqqı ilə eyni məbləğdə ödənilməlidir, bir şərtlə ki, həmin müddətdə məcburi iş buraxma müddətində qeyd olunan vəzifə üzrə əmək haqqını məbləği artırılmamış yaxud azalmamış olsun. Üçüncüsü, ştatın ixtisar edildiyi 2021-ci ilin yanvar ayından (təxmini tarix) qətnaməni qismən icra edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilməli olub-olmadığı, həmin dövrün iş stajına daxil edilib-edilməməsi məsələsi də izah qaydasında həll edilməli məsələ deyildir. Çünki, qətnamədə bu məsələ konkret və dəqiq göstərilib. Məcburi iş buraxma müddətində ştatın ixtisar edilməsi həqiqi olsa belə bu hal iddiaçıya həmin dövr üçün əmək haqqının ödənilməməsi üçün əsas ola bilməz. Qeyd olunduğu kimi bu dövrdə əmək haqqının ödənilməməsi və həmin dövrün i ş stajına daxil edlməməsi qətnamənin mahiyyətinə ziddir və onun məcburiliyinə xələl gətirə bilər. Dördüncüsü, dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamənin məcburi icrası ilə əlaqədar tərəflər arasında hansısa “mübahisə” olsa belə bu hal heç bir halda yeni iddianın predmeti yaxud əsasını təşkil edə bilməz. Tərəflərin qeyd olunan məsələləri iddia ərizəsində, apellyasiya və kassasiya şikayətində mübahisələndirməmək də yeni müstəqil iddianın irəli sürülməsi üçün əsas ola bilməz. Çünki, bu hallar qanuni qüvvəyə minmiş qətnamənin sabitliyinə, məcburiliyinə və dayanıqlığına xələl gətirə bilər.
11. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ-nin İddiaçı iyul 2020-ci ildən yanvar 2021-ci il tarixədək hesablanmış əmək haqqı üzrə reyestr cədvəlinə istinadə n, İddiaçı hesablanmış əmək haqqı üzrə 4267,00 manat, gəlir vergisi 366,38 manat, DSMF üzrə 120,51, işsizlik sığortası 0,5% - 21,33 manat, həmkarlar 1% 40,00 manat, icbari tibbi sığorta 2% - 25,34 manat, ümumi 573,56 tutulub, 3696,43 manat məbləğində pul ödənilmişdir.
12. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş cədvəlinə istinadən, mütəxəssis İddiaçı iyul 2020-ci il tarixdən 2021-ci yanvar ayınadək aylıq əmək haqqısı 500 manat olmaqla, ümumilikdə 4267,00 manat əmək haqqı hesablanmış, 573,56 manat (DSMF, Sığorta, Tibbi Sığorta tutularaq) tutulmuş və 3693,43 manat məbləğində vəsait ödənilmişdir.
13. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ-nin İddiaçı xx.xx.2021-ci il tarixdən, 28 dekabr 2022 -ci il tarixədək hesablanmış aylıq 500 manat məbləğində əmək haqqı üzrə reyestr cədvəlinə istinadən, İddiaçı hesablanmış əmək haqqı üzrə 11376,98 manat, gəlir vergisi 938,78 manat, DSMF 3 % üzrə 341,31, işsizlik sığortası 0,5% - 56,88 manat, həmkarlar 2% - 113,77 manat, icbari tibbi sığorta 2% - 227,54 manat, əvvəlcədən ödənilmiş 853,68 manat, ümumi 2531,96 tutulub, 8845,02 manat məbləğində pul ödənilmişdir. 14. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, İB**********_433265_221221 nömrəli ödəniş tapşırığına əsasən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən İddiaçı 3693,43 manat məbləğində ödəniş edilmişdir. 15. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, İB**********_433265_230410 nömrəli ödəniş tapşırığına əsasən, Əmək Bazarı və Sosial Müd afiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən İddiaçı 8845,02 manat məbləğində ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 11.732 (on bir min yeddi yüz otuz iki) əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişlərinin, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabını n sığorta hissəsinə əlavə edilməsinə və mediasiya üçün ödənilmiş 60 manat rüsumun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh bir müddət müxtəlif bəhanələrə gətirərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsinin icrasını qəsdən yubatmış və nəhayət ki, icra sənədi qismən, yəni əmrin ləğv edilərək işə bərpa hissəsində və buraxılmış əmək haqqı üzrə aylıq əmək bildirişində göstərilən 1000 (bir min) manata uyğun deyil, aylıq 500 (beş yüz) manat uyğun ödənilərək təmin edilmiş və o, xx.xx.2022-ci il tarixində 3 (üç) ay müddətinə kadr və sənədlərlə iş departamentinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmişdir. Müqavilə bitdikdən sonra yenidən müqavilə bağlanmadan 3 (üç) ay müddətinə uzadılmışdır. Növbəti 3 ayın tamamında, yəni xx.xx.2023-cü il tarixində yenədə əvvəlki əsaslarla əmək müqaviləsinin bitməsi əsası ilə hansı ki, o, əsas artıq bütün məhkəmə instansiyalarında əsassız sayılmış, o, yenidən işə bərpa edilmişdir. Bildirir ki, icra sənədinə hazırda xitam verilməmiş və icra məmurunun icraatındadır. Onuda məhkəmənin nəzərinə çatdırır ki, o, məcbur olub buraxılmış müddət üçün əmək haqqının 1000 manata uyğun ödənilməsi, məzuniyyət, mükafat və s. ödənişlərin düzgün hesablanaraq ödənilməsi məqsədi ilə Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsinə izah verilməsi barədə müraciət et miş, Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(001)- 1727/2021 saylı qərardadı ilə ərizə təmin edilməmiş, həmin qərardaddan apelyasiya şikayəti vermiş və ərizəsi təmin edilərək qərardad ləğv edilmişdir. Lakin əmək haqqının hansı məbləğə uyğun ödənilməsi hissəsində izahını istədiyi hissəsinə Apellyasiya Məhkəməsi bu halın yeni iddianın predmeti olduğunu qeyd etmişdir. Bundan sonra o, gözləmişdir ki, cavabdeh əmək haqqı əmək bildirişinə uyğun olaraq ödəyəcəklər. Əmək haqqını tam ödəmədikləri üçün məcburi olaraq məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh onun işə qəbul olunduğu tarixdən yəni, xx.xx.2020-ci il tarixdən cavabdehə yeni bağladığı müqavilə tarixinədək, yəni xx.xx.2022-ci il tarixinədək ödənilməmiş hər aya münasibətdə 500 manat yenidən hesablanaraq ödəni lməlidir. Bundan əlavə olaraq həmin müddətlər üzrə işçilərə ödənilmiş mükafat məzuniyyət və s. ödənişlərdə hesablanaraq ona ödənilməlidir. Beləliklə, qanunvericiliyin normalarına əsasən işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsində digər şərtlərlə yanaşı əmək haqqı və ona əlavələr mütləq göstərilməli və həmin əmək müqaviləsinin bağlanması işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Məhz bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minir. Həmçinin onuda qeyd edir ki, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsi cavabdeh tərəfindən sistemə daxil edilmiş və həmin sistemdə əmək müqaviləsi bildirişində iddiaçının aylıq əmək haqqı məbləği 1000 manat olaraq göstərilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, əmək qanunvericiliyində işçinin əsas h üquqlarından biri də işçinin onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, hahelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etməkdir. O, arayış alarkən aylıq əmək haqqının məbləği 1000 manat olaraq göstərilmiş, başqa sözlə cavabdeh məhz ona aylıq 1000 manat əmək haqqı ödəyəcəyini vəd etmişdir. Çünki, işəgötürən məhz əmək müqaviləsinə uyğun məlumatları sistemə daxil edə bilər. Məhz həmin məlumatların düzgünlüyü mühüm əhəmiyyət kəsb edir, belə ki, həmin məlumatlar əsasında işçi zəruri sosial, iqtisadi (kredit və sair) və digər münasibətlərdə aktiv iştirakçıya çevirilir. Belə olan halda göstərilənləri nəzərə alaraq ilk növbədə hesab edir ki, onun əmək haqqısı 1000 manat məbləğində müəyyən edilməli və ona münasibətdə ödənilməmiş əmək haqqı hesa blanaraq ona ödənilməlidir. Beləliklə, onun 1000 manat məbləğində əmək haqqısından yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən tutmalar aparılarsa aşağıdakı məbləğ nəzərə alınmalıdır: Vergiyə cəlb olunan məbləğ 2500 manatadək olduqda (vergiyə cəlb olunan məbləğ 200) 14%). 1000-200 (vergidən azad olunan məbləğ)=800, 800x14%=112 manat; DSMF ayırmaları – hesablanan aylıq əmək haqqı 3%, 1000x3%=30 manat; işsizlikdən sığorta haqqı – hesablanan aylıq əmək haqqı 0,5%, 1000x0,5%=5 manat. Göründüyü kimi, onun 1000 manat əmək haqqısından qanunvericiliklə nəzərdə tutulan ödənişlər çıxıldıqdan sonra (1000-112-30-5), ona qalan əmək haqqı məbləği 853 manat təşkil edir. Məhkəmənin nəzərinə çatdırır ki, ona ümumilikdə 30 aya münasibətdə 30x853=25.590 manat ödənilməli idi. Lakin ona həmin dövrlə r üçün cavabdeh cəmi 13858 manat əmək haqqı ödəmişdir. Belə olan halda cavabdeh ona 25590-13858=11732 manat əmək haqqı hesablayaraq ödəməlidir. Eyni zamanda da, həmin dövrlər üçün məzuniyyət, əlavə mükafatlar və s. ödənilməlidir.
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, e-2(001)- 418/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş (əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişləri) 11012 (on bir min on iki) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi və cavabdehdən tutulmuş 11012 manat məbləğində olan pul vəsaitinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022ci il tarixədək ödənilməli olan sığorta ödənişinə hesablanaraq fərdi hesabın sığorta hissəsinə əlavə edilməsi, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat məbləğində pul vəsaitinin, 40 (qırx) manat hissəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 10 (on) manat hissəsinin İddiaçı, 90 (doxsan) manat hissəsinin isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; Müxbir hesab Az 41NABZ 013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-1, 9, 43, 55, 154.1, 156.1,157.3, 157.5, 172.1, 172.4, 178.1,296-cı maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1, 101.1-1, 102.1.6-cı maddələrinə, “Sosial sğorta” haqqında Azə rbaycan Respublikası Qanununun 14.3, 14.3.1, 14.3.2-ci maddələrinə, “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 9.0.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 101.7, 103.1, 119.1, 218.3, 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(001)- 418/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-968/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001) 418/2024 nömrəli qətnaməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən İddiaçı xeyrinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün əmək haqqının tutulması və ödənilməli olan sığorta ödənişinin hesabla naraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-968/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qərardadı ilə (hakimlər – S.R.Səlimova (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001) 418/2024 nömrəli qətnaməsi “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş (əmək haqqı, məzuniyyət v ə mükafat pulu ödənişləri) pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi və cavabdehdən həmin dövrə görə tutulan pul vəsaitinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinə hesablanaraq fərdi hesabın sığorta hissəsinə əlavə edilməsi” hissəsində ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X3rşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişlərinin, xx.xx.2020-ci il tarixd ən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsinə dair tələbləri üzrə icraata xitam verilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının qeyd olunan iddia tələblərini irəli sürməkdə hüquqi marağı məcburi iş buraxma dövründə ona ödənilməli olan əmək haqqının işəgötürən tərəfindən əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi bildirişində qeyd etdiyi aylıq əmək haqqının 1000 manat olan məbləği ilə hesablanmasından ibarətdir.
24. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2464/2023 saylı qərardadından aydın müəyyən olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ərizənin rədd etməsinin əsası ilə razı laşmadığından icra sənədi üzrə tələbkar İddiaçı şikayətini qismən təmin edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1727/2021 saylı qərardadını ləğv etmiş, qətnaməyə izah verilməsi barədə İddiaçı ərizəsini yeni əsaslarla təmin etməmiş, həmin əsasları qərardadında aydın şəkildə şərh etmiş və qərardadın əsaslandırıcı hissəsində göstərilənlərin məcburiliyinin icra sənədi üzrə tərəflərin və icra məmurunun nəzərə almalı olmalarını qeyd etmişdir. Birinci instansıya məhkəməsi isə həmin qərardadda qeyd olunan apellyasiya instansiya məhkəməsinin deyil, birinci instansiya məhkəməsinin əsaslanmasına istinad etməklə qeyd olunan iddia tələbləri ilə bağlı iddia ərizəsini icraatına qəbul etmişdir.
25. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsindən görünmüşdür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ləğv edilib İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilərkən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının da cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən ödənilməsi qət edilmişdir.
26. Kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin qeydinə əsasən, “Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
27. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qət naməsi olduğu halda, bu qətnamə əsasında verilmiş icra sənədi üzrə tərəflərin hesablanmalı olan əmək haqqının məbləği ilə bağlı yaranmış mübahisədən irəli gələn “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı və sair” tələbləri ilə bağlı iddia ərizəsini icraatına qəbul edib mahiyyəti üzrə baxmaqla birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarının tələblərini pozmuşdur.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 7, 9, 6, 42, 44, 46, 49, 83, 132, 134, 157, 172, 177, 300-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 17 mart 2025, 2(103)-968/2025 saylı qərardadının ləğv olunması, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə baxışa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandıırlmışdır ki, məhkəmənin mövqeyi yalnız Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103) 2464/2023 saylı qərardadı olmuşdur ki, həmin qərardadda yazılmışdır ki, tərəflər arasında qətnamənin icrası ilə bağlı mübahisə ola bilməz. Çünki, qətnamə dövlətin adından qəbul edilir və məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurunun tələbləri də Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Başqa sözlə cavabdehi n-icra sənədi üzrə icraatda borclunun qanuni qüvvədə olan icra sənədinin icrasına hansısa formada etiraz edə yaxud bundan imtina edə bilməz. Çünki, bu hal hüquqi məsuliyyət yaradar. İkincisi, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən iddiaçının başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı, yəni məcburi iş buraxma müddəti üçün, əmək müqaviləsinin əsassız ləğv edildiyi tarixədək aldığı əmək haqqı ilə eyni məbləğdə ödənilməlidir, bir şərtlə ki, həmin müddətdə məcburi iş buraxma müddətində qeyd olunan vəzifə üzrə əmək haqqını məbləği artırılmamış yaxud azalmamış olsun. Üçüncüsü, ştatın ixtisar edildiyi 2021-ci ilin yanvar ayından (təxmini tarix) qətnaməni qismən icra edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək h aqqının ödənilməli olub-olmadığı, həmin dövrün iş stajına daxil edilib-edilməməsi məsələsi də izah qaydasında həll edilməli məsələ deyildir. Çünki, qətnamədə bu məsələ konkret və dəqiq göstərilib. Məcburi iş buraxma müddətində ştatın ixtisar edilməsi həqiqi olsa belə bu hal iddiaçıya həmin dövr üçün əmək haqqının ödənilməməsi üçün əsas ola bilməz. Qeyd olunduğu kimi bu dövrdə əmək haqqının ödənilməməsi və həmin dövrün iş stajına daxil edlməməsi qətnamənin mahiyyətinə ziddir və onun məcburiliyinə xələl gətirə bilər. Dördüncüsü, dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamənin məcburi icrası ilə əlaqədar tərəflər arasında hansısa “mübahisə” olsa belə bu hal heç bir halda yeni iddianın predmeti yaxud əsasını təşkil edə bilməz. Tərəflərin qeyd olunan məsələləri iddia ərizəsində, apellyasiya və kassasiya şikayətində mübahisələndirməmək də yeni müstəqil iddianın irəli sürülməsi üçün əsas ola bilməz. Çünki, bu hallar qanuni qüvvəyə minmiş qətnamənin sabitliyinə, məcburiliyinə və dayanıqlığına xələl gətirə bilər.” Lakin bu qərardadın olmasına baxmayaraq cavabdeh yenə də öz bildiyi kimi yəni əmək haqqını 1000 manatdan deyil, 500 manatdan hesablayaraq ödəniş etmişdir. İcra məmuru isə qətnaməyə verilmiş izahla bağlı qərardadda məhkəmə hər bir tələbə aydınlıq gətirsədə əmək haqqının hansı sənəd əsasında və nə qədərdən ödənilməsinə aydınlıq gətirmədiyindən tərəflər arasında olan mübahisə olaraqda qalmışdır. Məhkəmənin bildirdiyi kimi olsa idi belə ki, icra məmurunun işidi, yenədə məhkəmə tərəfimiz tərəfindən verilən qətnamənin izahına eyni qaydada fikir bildirəcəkdi və əm ək haqqı ödənilməsi hansı sənəd əsasında və necə aparılmalı olduğu mübahisəli qalacaqdı.
10. Kassasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir sənəd əsasında və necə aparılmalı olduğu mübahisəli qalacaqdı.
31. Bütün bu səbəblərdən, Bakı Apellyasiya Məhkəməsinin qərardadda göstərdikləri əsasla icraata xitam verilməsi əsassızdır. Belə ki Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(001)-1727/2021 saylı qərardadında qeyd edildiyi kimi tərəflər arasında olan mübahisə və qətnaməyə izah verilməsi şəklində həll olunması xahiş edilən məsələ əslində, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən işçinin başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının məbləği, hansı ki, iddiaçı hesab edir ki, bu məbləğ 1000 manatdır, cavabdeh tərəf isə hesab edir ki, bu məbləğ 500 manatdır, ştatın ixtisar edildiyi 2021-ci ilin yanvar ayından (təxmini tarix) qətnamənin qismən icra edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilməli olub olmadığı, həmin dövrün iş stajına daxil edilib-edilmədiyi ilə bağlı olmuşdur. Yəni cavabdeh faktiki olaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə əsasən əmək haqqı 500 manatdır və əmək müqaviləsinin əmək haqqı barədə müddəası bunu deməyə əsas verir, iddiaçı isə əksini iddia edir. Göründüyü kimi burada mübahisənin predmeti başqadır və yeni iddianın əsasını təşkil edir. Çünki cavabdeh nə apellyasiya şikayətinin, nə kassasiya şikayətinin dəlillərində, iddiaçı isə iddia tələbində əmək müqaviləsinin həmin müddəası ilə bağlı məsələni m übahisələndirməmişdir. Bu səbəbdən də hesab edirik ki, mübahisələndirilən Qərardad AzərbaycanRespublikasının Mülki Prosessual Məcəlləsinin 261-ci Maddəsi ilə uzlaşmadığından ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilmədən, qərardadın isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
33. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmadığından qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müə yyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, hüququnun pozulduğunu iddia edən subyektin əmlak tələbinə (vindikasiya iddiası) məhkəmədə baxılması üçün iddia olunan predmetlə bağlı tərəflər arasında mübahisə olmalıdır.
40. Eyni zamanda MPM-nin 261.0.2-ci maddəsi eyni predmet barəsində eyni tərəflər arasında eyni əsaslar üzrə mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu təqdirdə həmin mübahisəyə yenidən baxılmasını istisna edir.
41. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. (Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarı)
42. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi ilə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələbi təmin edildiyindən həmin dövr üçün əmək haqqı ödənilməsi barədə tələbə yenidən baxıla bilməz.
43. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2025-ci il tarixli, 2(103)968/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.