Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1716/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs "xxxx" Şirkətinə qarşı barışıq sazişinin təsdiq edilməsi barədə iş üzrə QƏRARİ (Açar sözlər: barışıq sazişin təsdiq edilməsi) Kateqoriya: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs "xxxx" Şirkətinə qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-188/2024 nömrəli, 24 yanvar 20 24-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi xx.xx.2013-cü il tarixdə "xxxx" Şirkətində (bundan sonra – Şirkət və ya maraqlı şəxs) satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir.
2. Şirkətin xx.xx.2016-cı il tarixli, 50 nömrəli əmri ilə Ərizəçi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində əsasən əmək müqaviləsinə xitam verilmişdir.
3. Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş 26 may 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-01373 nömrəli barışıq sazişinin 2.1-ci bəndinə əsasən “Ərizəçi 1 avqust 2013-cü ildə Şirkətə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və həmin Şirkətdə 2016-cı ilə kimi işləmişdir. 19 aprel 2016- cı il tarixdə Ərizəçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda həmin Şirkətin rəhbərliyi humanizm nümayiş etdirərək, Ərizəçi barəsində Şirkət tərəfindən 19 aprel 2016-cı il tarixli, 50 nömrəli verilmiş əmrinin əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi ilə bağlı mediasiya tələbini Şirkət müsbət qarşılayır və həmin əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə və bunun üçün aidiyyəti orqana müraciət etməyə razıdır.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi (bundan sonra - ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya reyestrində MŞŞ/MT-018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 apardığı mediasiya prosesi nəticəs ində mediator, ərizəçi və Şirkətin direktoru X4 arasında bağlanmış 25 may 2023-cü il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Şirkət tərəfindən könüllü icra edilməyən 2.1.1-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdə "xxxx" şirkətinə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş və 2016-cı ilə kimi həmin şirkətdə işləmişdir. xx.xx.2016-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixli 50 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Həmin vaxtı ona həmin əmrin surəti və əmək kitabçası təqdim edilməmiş və buna görə də o həmin əmri mübahisələndirə bilməmişdir. O, 2023-cü ildə başqa iş yerinə qəbul edilmək istəyərkən ona məlum olmuşdur ki, "xxxx" şirkəti ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Buna görə də o bunu aydınlaşdırmaq üçün "xxxx" şirkətinin rəhbərinə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinin səbəbini soruşduqda "xxxx" şirkətinin direktoru X4 ona bunun silinməsi üçün əlindən gələn köməkliyi etməyə hazır olduğunu bildirmiş və buna görə də aralarında konüllü mediasiya prosesi zamanı 25 iyun 2023-cü il tarixl i barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 2.1. bəndindən görünür ki, Ərizəçi 01 avqust 2013-cü ildə "xxxx" Şirkətinə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və həmin şirkətdə 2016-ci ilə kimi işləmişdir. 19 aprel 2016-ci il tarixdə Ərizəçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda həmin şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəçi barəsində "NUR Company” Şirkəti tərəfindən 19 aprel 2016-cil tarixli, 50 nömrəli verilmiş əmrin, Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi ilə bağlı mediasiya tələbini "xxxx" Şirkəti müsbət qarşılayır və həmin əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə və bunun üçün aidiyyəti orqana müracət etməyə razıdır. Həmin barışıq sazişini n icrası ilə əlaqədar "xxxx" şirkətinin direktoru X1 Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Vəli Quliyevə məktub ünvanlayaraq "xxxx" şirkəti ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin"xxxx" bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli 50 nömrəli əmrin Əmək münasibətləri və məşğulluq alt sistemində silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciətə baxılması nəticəsində X5 Xidməti "xxxx" şirkətinə 13 iyul 2023-cü il tarixli məktub ünvanlayaraq xx.xx.2016-cı il tarixli 50 nömrəli əmrin Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi üçün barışıq sazişinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yeni əmr, ərizə və müvafiq qeydlər əlavə edilməklə əmək kitabçasının surətinin tə qdim edilməsini xahiş edilmişdir. Lakin halhazıradək xx.xx.2016-cı il tarixli 50 nömrəli əmrin Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi üçün qeyd edilən sənədlər "NUR company” şirkəti tərəfindən Dövlət Məsğulluq Xidmətinə təqdim edilməmişdir. 6. 4. "NUR company” tərəfindən verilmiş etiraz ərizəsində göstərilmişdir ki, ərizəyə etiraz edirlər və hesab edirlər ki, ərizədə mübahisə doğuran hallar olduğuna görə xüsusi icraat qaydasında baxılmalı deyildir. Belə ki, ərizədə yanlış olaraq göstərmişdir ki, Maraqlı şəxs tərəfindən verilmiş Ərizəçi əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2016-cı il tarixli 50 nömrəli əmr və əmək kitabçası ona verilmədiyinə görə mübahisələndirə bilməmişdir. Yalnız göstərilən əmr barədə 2023-cü ildə məlumat almışdır. Ərizəçi Maraqlı şəxsndə fəal iyyət göstərdiyi dövrdə onunla Əmək müqaviləsindən əlavə Maddi məsul şəxs kimi müqavilə bağlanaraq ona qaiməyə əsasən əmlaklar verilmişdir. Lakin, təhvil aldığı əmlakları mağazalara paylayaraq satışdan əldə edilən vəsaiti Şirkətin xəzinəsinə ödəmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Ərizəçi qohumlarının xahişini nəzərə alaraq onun şirkətə vurduğu zərər barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edilməmişdir. Bir müddət əvvəl isə Ərizəçi qohumu özünü onun qaynı kimi təqdim edən şəxs onlarla əlaqə saxlayaraq həmin əmr görə onun işə düzələ bilmədiyini bildirmişdir və xahiş etmişdir ki, ona köməklik göstərək. Şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəçi barəsində 19 aprel 2016- ci il tarixli, 50 nömrəli verilmiş əmrin əgər mümkündürsə sistemindən silinməsinə etiraz etmədiyini bildirmişdir. Hal-hazırda isə ərizəçi göstərilən barışıq sazişini əsas tutaraq onun barəsində verilən qanuni və əsasslı əmrin ləğv edilməsini tələb edir. Halbu ki, barışıq sazişində Ərizəçi barəsində əmrin ləğv edilməsindən söhbət getməmişdir orada həmin əmrin sistemdən silinməsinə razı olduqlarını bildirmişlər. Həmin əmr qanuni və əsasslı olduğuna görə onun ləğv edilməsi qeyri-mümkündür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Bütün bunlarla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində göstərilir ki, x üsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir Odur ki, ərizənin baxılmamış saxlayaraq, hüquq haqqında mübahisənin olduğu üçün Ərizəçi ümumi əsaslarla iddia vermək hüququnu izah edilməsini məhkəmədən xahiş etmişlər.
7. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)2222/2023 nömrəli iş üzrə 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elşən Vəliyev) ərizə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmək müqaviləsinin ləğv edilməsi fərdi əmək mübahisələrinin predmetlərindən biri olduğundan işçi pozulmuş hüquqların ın bərpa edilməsi barədə məhkəməyə və ya əmək məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb etməli olmasına baxmayaraq Şirkət tərəfindən 19 aprel 2016-cı il tarixli, 50 nömrəli verilmiş əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə razılığının bildirilməsi ilə bağlı olan qanuna zidd barışıq sazişi bağlanmışdır.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 70, 83, 288, 292-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23, 355-25, 355-26-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi və Şirkətin direktoru arasında mövcud əmək mübahisəsinə dair razılaşma əldə edilmiş və hər iki tərəfin könüllü razılaşması ilə, hər iki tərəfi qane edən şərtlərlə 25 may 2023-cü il tarixli barışıq sazişi imzalanmışdır.
12. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun ərizəsində texniki səhv olaraq o və Şirkətin direktoru arasında bağlanmış 25 may 2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılması əvəzinə 2.1.1-ci bəndinin təsdiq edilməsi qeyd edilmişdir. Odur ki, həmin səhvin texniki səhv olmasını nəzərə alınmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməsi, mediasıya reyestrində MŞŞ/MT-018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 apardığı mediasiya prosesi nəticəsində mediator, ərizəçi və Şirkətin direktoru arasında bağlanmış 25 may 2023-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Şirkət tərəfindən könüllü icra edilməyən 2.1-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-188/2024 nömrəli mülki iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(075)-2222/2023 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Ərizəçi Mediasiya reyestrində MŞŞ/MT-018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş 25 may 2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi barədə ərizəsinin təmin edilməsi, Ərizəçi ilə maraqlı şəxs "xxxx" şirkəti arasında bağlanmış Mediasiya reyestrində MŞŞ/MT018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş 25 may 2023-cü il tarixli barışıq sazişinin - “Ərizəçi 01 avqust 2013-cü ildə "xxxx" Şirkətinə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və həmin şirkətdə 2016-ci ilə kimi işləmişdir. 19 aprel 2016-ci il tarixdə Ərizəçi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal -hazırda həmin şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəçi barəsində "xxxx" Şirkəti tərəfindən 19 aprel 2016-ci il tarixli, 50 nömrəli verilmiş əmrin, Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi ilə bağlı mediasiya tələbini "xxxx" Şirkəti müsbət qarşılayır və həmin əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə razıdır və bunun üçün aidiyyəti orqana müracət etməyə razıdır” məzmunda 2.1-ci bəndinin təsdiq edilməsi, dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun maraqlı şəxs "xxxx" şirkətindən tutulararaq Ərizəçi ödənilməsi qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə ərizəçinin ərizəsində barışıq sazişinin 2.1.1-ci bəndinin təsdiq olunması tələb olunmuşdur. Birinci instansiya məhkəməsi də həmin bəndin təs diq edilməsindən imtina edilməsi barədə qətnamə qəbul etmişdir.
15. Halbuki iş materialları ilə müəyyən olunur ki, Ərizəçi ilə maraqlı şəxs "xxxx" şirkəti arasında bağlanmış Mediasiya reyestrində MŞŞ/MT-018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş 25 may 2023-cü il tarixli barışıq sazişinin 2.1.1-ci bəndi mövcud deyildir. Qeyd edilən sazişdə tərəflərin gəldikləri razılığın mahiyyəti 2.1-ci bənddə göstərilmişdir. Həmin bənd aşağıdakı məzmundadır:
16. Ərizəçi 01 avqust 2013-cü ildə "xxxx" Şirkətinə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və həmin şirkətdə 2016-ci ilə kimi işləmişdir. 19 aprel 2016-ci il tarixdə Ərizəçi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda həmin şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəç i barəsində "xxxx" Şirkəti tərəfindən 19 aprel 2016-ci il tarixli, 50 nömrəli verilmiş əmrin, Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi ilə bağlı mediasiya tələbini "xxxx" Şirkəti müsbət qarşılayır və həmin əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə razıdır və bunun üçün aidiyyəti orqana müracət etməyə razıdır.
17. Ərizəçinin ərizənin məzmununda istinad etdiyi barışıq sazişinin şərtləri də yuxarıda göstərilən məzmundadır.
18. Ərizəçi apellyasiya baxışı zamanı elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, onun ərizəsində texniki səhv olaraq o və "xxxx" şirkətinin direktoru X4 arasında bağlanmış 25 may 2023-cü il tarixli barışıq sazişinin 2.1 -ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılması əvəzinə 2 1.1 -ci maddəsinin təsqdi edilməsi qey d edilmişdir. Odur ki, həmin səhvin texniki səhv olmasını nəzərə alınmasını və Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2(075)-222/2023 saylı qətnaməsinin ləğv edilərək, ərizəmin təmin edilməsini və mediasıya reyestrində MŞŞ/MT-018/202301373 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 apardığı mediasiya prosesi nəticəsində mediator, mən və 'NUR COMPANY” şirkətinin direktoru X4 arasında bağlanmış 25 may 2023-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə "xxxx" şirkəti tərəfindən könüllü icra edilməyən 2.1-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
19. Məhkəmə kollegiyası təsdiq edilməsi tələb olunan barışıq sazişinin bəndinin nömrəsinin 2.1.1 kimi qeyd olunmasını texniki səhv olaraq qəbul etmiş və mübahisəli barışıq sazişinin 2.1-ci bəndinin təsdiq olunması barədə işə baxmışdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi mediasiya prosesində maraqlı şəxslə bağladığı barışıq sazişinin şərtlərinin sonuncu tərəfindən yerinə yetirilmədiyini bildirərək sazişin məcburi icrasının təmin olunması üçün məhkəmə tərəfindən təsdiqlənməsini xahiş etmişdir.
21. Qanuna əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Əgər barışıq sazişinin könüllü ic rasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur.
22. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən əmək mübahisələrinin həllinin məhkəmənin və fərdi əmək mübahisələrini həll edən orqanın səlahiyyəti olduğunu əsas gətirmişdir.
23. Halbuki, “Mediasiya haqqında” Qanunun preambulasında mediasiya mübahisələrin alternativ həlli üsullarından biri kimi təsbit edilmişdir.
24. Mediasiyanın məqsəd və prinsiplərini müəyyən edən həmin Qanunun 4-cü maddəsindən göründüyü kimi, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir.
25. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 26. “Mediasiya haqqında” Qanunun 5.3-cü maddəsinə müvafiq olaraq, mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu Qanunun 28 və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyada n imtina etmək hüquqlarına malikdirlər.
27. Beləliklə, mediasiya tərəflər arasında yaranan mübahisənin məhkəməyə müraciət etmədən daha qısa müddətdə və az məsrəflə, qarşılıqlı razılıq əsasında həll edilməsi məqsədini daşımaqla, məhkəmələrin iş yükünü azaldaraq onların daha səmərəli fəaliyyət göstərməsinə səbəb olur.
28. Göründüyü kimi, mediasiyanın məqsədlərindən biri həll edilməsi məhkəmənin səlahiyyətində olan mübahisələrin məhkəməyəqədər həll edilməsidir. Əmək mübahisələri isə həmin mübahisələr arasında mediasiyadan keçməsi məcburi olan mübahisələr sırasına aid edilmişdir. Belə olan halda, həmin mübahisənin mediasiya qaydasında həlli nəticəsində bağlanmış sazişin qanunazidd hesab olunması mediasiyanın məqsədlərinə zidd olardı.
29. Maraqlı şəxsin apellyasiya şikayətinə etirazına münasibə t bildirərək kollegiya qeyd edir ki, barışıq sazişi ilə maraqlı şəxsin üzərinə götürdüyü öhdəlik mübahisəli əmrin silinməsi ilə bağlı olmuşdur ki, maraqlı şəxsin X5 Xidmətinə göndərdiyi ərizəsi müvafiq əmrin Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsinə köməklik göstərilməsi barədə olmuş, X5 Xidmətinin 13 iyul 2023-cü il tarixli məktubu ilə də həmin müraciətin təmin edilməsi üçün müvafiq sənədlərin təqdim edilməsi xahiş edilmişdir.
30. Əmrin həmin sistemdən silinməsi X5 Xidmətinin səlahiyyətinə aid olduğundan həmin silinmənin təmin edilməsinin hansı qaydada həyata keçiriləcəyi də həmin xidmətin funksiyasına daxildir. Maraqlı şəxs "xxxx" şirkəti mediasiya sazişi ilə müvafiq əmrin həmin sistemdən silinməsinə razı olduğundan silinmənin təmin edilməsi üçün tələb edilən hərəkətlər in edilməsi də həmin öhdəliyə daxildir.
31. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.7, 9.3.1, 33.1, 33.3, 34.1, 34.3, 34.4, 34.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1,9.3, 14.2, 77.1, 88, 217.1, 218.1, 305.1.17,, 355-23.1, 355-23.2, 355-25, 355-26.1, 355-26.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Şirkət (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək müqaviləsinə əsasən işlədiyi Şirkətd ə maddi məsul şəxs olmasına baxmayaraq ərizəsi Şirkətin ona etibar etdiyi əmlaklarımənimsədiyinə görə işdən azad edilmişdir. Lakin 7 ildən sonra güya həmin məsələdən məlumatı olmadığını bildirərək Məhkəməyə yanlış məlumat vermişdir.
34. Şirkət, ərizəçinin qohumu kimi təqdim etdiyi şəxsin xahişini nəzərə alaraq onun vurduğu maddi zərərlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmiş, sonradan isə hümanistik edərək onun işə götürülməsi üçün əgər mümkünsə qanuni əmrin sistemdən silinməsinə etiraz etmədiyini bildirmişdir. Ərizəçi isə ona edilən hümanist mövqeydən suiistifadə etmişdir.
35. Məhkəmə qətnamədə maraqlı şəxsin ərizəyə və apellyasiya şikayətinə edilən etirazda göstərilənlərə münasibət bildirməmişdir. Yalnız ərizəçinin yanlış məlumatlarına əsaslanaraq qanunun tələblərini pozmuşdur.
36. Məhkəmə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv edərək, maraqlı şəxsin üzərinə qanuni əmrin məcburi ləğv edilməsi öhdəliyini qoymuşdur.
37. Məhkəmə, ərizəçinin xx.xx.2024-cü il tarixli ərizəsində texniki səhv kimi qeyd etdiyi mülahizəni qəbul edərək qətnamənin ləğv edilməsinin əsaslarıdan biri kimi qeyd etmişdir.
38. Məhkəmə, texniki səhv kimi qeyd edilən ərizənin birinci instansiya məhkəməsinə təqdim ediməməsinin səbəblərini müəyyənləşdirmədən, dəyişdirilmiş ərizə üzrə qətnamə çıxarmışdır.
39. Məhkəmə ərizəyə və apellyasiya şikayətinə edilən etirazda göstərilən faktlara qiymət verməmişdir.
40. Ərizəçi ərizəni birinci instansiya məhkəməsinə təqdim etməsi mümkün olsa da, həmin ərizəni Apellyasiya Məhkəməsində qətnamə çıxarılmamışdan bir gün əvvəl vermiş və bunun səbəblərini əsaslandırmamışdır.
41. Eyni zamanda xüsusi icraat qaydasında işdə mübahisənin olduğu halda ərizəni baxılmamış saxlayaraq, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnu izah etməmişdir. Məhkəmənin elektron sistemində də, ərizənin xüsusi icraata aid olduğu göstərilmişdir
42. Ərizəçi şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1, 218.3, 361.4, 380.1, 385.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Ərizəçi kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdiriulmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
44. Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır.
45. Maddə 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir.
46. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır.
47. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.
48. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
49. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü ic rasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
50. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
51. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
56. Maddə 305.1.17. Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır.
57. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
58. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
59. Maddə 355-25. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
60. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355 -26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
61. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiyta instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Kollegiya bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən barışıq sazişinin qanuna zidd olması müəyyən edilməmişdir.Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
70. Məhkəmə kollegiyası kassasiya şikayətinin, texniki səhv kimi qeyd edilən ərizənin birinci instansiya məhkəməsinə təqdim ediməməsinin səbəblərini müəyyənləşdirmədən, dəyişdirilmiş ərizə üzrə qətnamə çıxardığı, ərizəçinin ərizəni birinci instansiya məhkəməsinə təqdim etməsi mümkün olsa da, həmin ərizəni apellyasiya məhkəməsində qətnamə çıxarılmamışdan bir gün əvvəl verdiyi və bunun səbəblərini əsaslandırmadığı barədə dəlillərinə əsasən bildirir ki, texniki səhvin apellyasiya instansiyası məhkəməsində düzəldilməsi mülki-prosessual qanunvericilikd ə qadağan edilmir. Apellyasiya instansiyası məhkəməsi də təsdiq edilməsi tələb olunan barışıq sazişinin bəndinin nömrəsinin 2.1.1 kimi qeyd olunmasını texniki səhv olaraq qəbul etmiş və mübahisəli barışıq sazişinin 2.1-ci bəndinin təsdiq olunması barədə işə baxmışdır ki kassasiya kollegiyası da həmin əsaslandırma ilə razılaşır.
71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xüsusi icraat qaydasında işdə mübahisənin olduğu halda ərizəni baxılmamış saxlayaraq, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnu izah etmədiyi barədə dəlilinə əsasən qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və ma raqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.Lakin iş materialları ilə məhkəməyə aid hüquq haqqında mübahisə olması təsdiqlənmir.
72. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs "xxxx" (Maraqlı şəxs) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2024-cü il tarixli 2(107)-188/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.