Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1720/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" məhdud məsuliyyətli cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına qarşı iddiaya dair iş üzrə QƏRARİ Açar sözlər: ipotekaya xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseyno v Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7377/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" MMC-nin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı 23.08.2019-cu il tarixli 01 №-li bildirişin surətindən görünür ki, sifarişçiyə, tələbkara və borcluya İddiaçı məxsus Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin (ilkin satış qiyməti 126000 manat olmaqla) satılması üçün açıq hərracın keçirilməsinin vaxtı (23.09.2019-cu il tarixində) barədə məlumat verilmişdir. “Birja Yenilikləri” qəz etinin 06 sentyabr-12 sentyabr 2019-cu il tarixli buraxılışının çıxarışından görünür ki Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin ilkin satış qiyməti 126000 manat müəyyən edilməklə, açıq hərracın 23 sentyabr 2019-cu il tarixində keçiriləcəyi qeyd edilmişdir. "xxxx" MMC-nin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı 27.09.2019-cu il tarixli 02 №-li bildirişin surətindən görünür ki, sifarişçiyə, tələbkara və borcluya İddiaçı məxsus Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin (ilkin satış qiyməti 126000-15%=107100 manat olmaqla) satılması üçün açıq hərracın keçirilməsinin vaxtı (07.10.2019-cu il tarixində) barədə məlumat verilmişdir. “Birja Yenilikləri” qəzetinin 27 sentyabr-03 oktyabr 2019-cu il tarixli buraxılışının çıxarışından görünür ki, 23 sentyabr 2019-cu il tarixə təyin olunmuş hərrac baş tutmadığından Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin satış qiyməti 107100 manat müəyyən edilməklə, açıq hərracın 07 oktyabr 2019-cu il tarixində keçiriləcəyi qeyd edilmişdir. "xxxx" MMCnin ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ünvanladığı 08.11.2019-cu il tarixli təklif məktubunun surətindən görünür ki, İddiaçı məxsus ipoteka yüklü Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzili “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 80325 manat olmaqla ipoteka saxlaya na təklif olunmuşdur. Hərrac Təşkilatının 20 noyabr 2019-cu il tarixli, 75/01 nömrəli hərracın yekunları barədə protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 7 saylı evin 41 saylı mənzili Bakı Apelyasiya Məhkəməsinin 2(103)11658/2018 nömrəli, 25.10.2018-ci il tarixli icra vərəqəsinin, Nəsimi rayon İcra və probasiya şöbəsinin 13804-104840/19/5-6 nömrəli, 07.08.2019-cu il tarixli sifariş məktubunun və ləğv prosesində olan "xxxx" QSC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 126000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 15 faiz endirimlə 107100 manat, ipoteka predmetinin “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiyməti 80325 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ləğv prosesində olan "xxxx" QSC əmlakı qəbul edərək balansına götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə) ipotekaya xitam verilməsi və dövlət reyesterində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin ipoteka qoyulmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(004)-137/2017 saylı qətnaməsi ilə "xxxx" MMC-nin 649237 manat məbləğində borcunun iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi qət edilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsinin 07.08.2019-cu il tarixli sifariş məktubuna əsasən iddiaçının mülkiyyətində olan həmin mənzilin açıq hərracda satılması həyata keçirilmişdir. Birinci hərrac 23 sentyabr 2019-cu il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi 07 oktyabr 2019-cu il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən sonra da hərrac baş tutmamış və nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka predme ti banka təklif olunmuşdur. İkinci hərracdan sonra 5 ay müddət keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməsi qanuna zidd olmuşdur, “İpoteka haqqında” Azərbaycan Respubikası Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipotekaya xitam verilməli idi. Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş N 2(006)-340/2021) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı tələbini cavabdehin təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini əldə etməməsi ilə əsaslandırsa da, işin hallarından göründüyü kimi, cavabdeh 08 noyabr 2019-cu il tarixində ona təklif olunan mənzili (cavabdehin hərracın baş tutmaması barədə daha əvvəldən məlumatlı olmasına dair hər hansı sübut müəyyən edilməmişdir) 20 noyabr 2019-cu il tarixində əldə etməklə bunun üçün qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü müddətini ötürməmişdir. Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il Qərarına istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətində işin faktiki hallarının düzgün müəyən edilməməsi barədə dəlillər irəli sürülməklə yanaşı əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallar ını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.İbayev-sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Rəşad Həsənov, iş N 2(103)-7377/2021) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qənaətini birinci instansiya məhkəməsi ilə eyni məzmunda əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır, mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasına və ya dəyişdir ilməsinə səbəb ola bilməz. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.5, 43.7, 43.8-ci maddələrinə istinad etmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və göstərilmişdir ki, qətnamə “İpoteka haqqında” qanunun 43.8, 48.1.5 və MPM-nin 13.7-ci maddələrinin tələlərinin pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tə ləbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində h ərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqı nda məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac dig ər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il Qərarı. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, “affırmanti, non neganti incumbiti probation” (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri iddianın və apelyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmələr haqlı olaraq ipotekanın predmeti olan mənzilin hərrac təşkilatı tərəfindən tələbkar banka 08 noyabr 2019-cu il tarixdə təklif olunması, bank tərəfindən həmin mənzilin 20 noyabr 2019cu il tarixdə əldə edilməs i “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8ci maddəsinin tələblərinə zidd olmaması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsi mülki kollegiyasının 2(103)-7377/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.