Məhkəmə qərarları › İş №2(102)-1728/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1728/2023

23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1728/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar Nümayəndə1 və İddiaçı3 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi, deliktdən yaranan öhdəliklər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçılar Nümayəndə1 və İddiaçı3 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı “maddi-mənəvi ziyan və torpağın əkinə yararlı vəziyyətə salınması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(107)1384/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsi İddiaçı1, X1 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Həmin torpaq sahəsində iddiаçılаrın аnаsı İddiaçı1 arpa əkmiş və 1559 manat pul xərcləmişdir. İddiаçılаrın аnası vəfаt etmiş, onun digər vərəsələri həmin torpaq sahəsindən imtina etmişlər və hazırda həmin torpağın mülkiyətçiləri Nümayəndə1 və İddiaçı3dır.

3. Azərbaycan Melorasiya və X5 Səhmdar Cəmiyyəti və C avabdeh2 tərəfindən su anbarının daşdırılması nəticəsində iddiаçılаrın mülkiyətində olan X2 qərarı əsasında verilmiş torpaq sahəsi su altında qalaraq yararsız hala düşmüş, əkilən arpa məhsulu isə tamamilə məhv olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdehlər) və Cavabdeh2ndən ona vurduqları maddi ziyana görə 1559 manat, əldən çıxmış faydaya görə 5441 manat, mənəvi ziyana görə 10000 manat, dövlət rüsumu üçün ödədiyi 30 manat pul vəsaitinin tutularaq ona ödənilməsi, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 vəsaiti hesabına Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin (bundan sonra – torpaq sahəs i) əkinə yararlı vəziyyətə salınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İşə məhkəmədə baxılarkən İddiaçı1 27 oktyabr 2021-ci il tarixdə vəfat etmiş, onun hüquqi varisləri olan Nümayəndə1 və İddiaçı3 iddiaçının onlarla əvəz edilməsini və prosesin davam etdirilməsini xahiş etmişlər. Torpaq sahəsinin hazırda mülkiyyətçiləri Nümayəndə1 və İddiaçı3 (bundan sonra – iddiaçılar) MPM-in 58 və 261.0.7-ci maddələrinin tələbləri baxımından İddiaçı1 ilə əvəz etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, əkin işlərinin aparılması ilə bağlı 1559 manat vəsait xərclənmişdir. Belə ki, torpaq sahəsinin 1 hektarına 1-ci şum üçün 30 manat, 2-ci şum üçün 25 manat, 1 hektara bir dəfə mala üçün 10 manat, bir dəfə toxum səpini üçün 10 manat, 1 hektara 200 kq toxum üçün 124 manat, 1 hektara 100 kq slitera kübrəsi üçün 53 manat, slitera kübrəsinin səpilməsi üçün 3 manat, 5 hektara 150 kq amafos kübrəsi üçün 111 manat, 5 hektara zərərvericilərə qarşı dərman üçün su ilə birlikdə 50 manat, zərərvericilərə qarşı dərmanın səpilməsi üçün 3 manat, 5 hektara alaq otlarına qarşı dərman üçün su ilə birlikdə 93 manat, alaq otlarına qarşı dərmanın səpilməsi üçün 3 manat xərclənmişdir. Azərbaycan Melorasiya və X5 Səhmdar Cəmiyyəti və Cavabdeh2 yarıtmaz işi nəticəsində torpaq sahəsi su altında qalaraq yararsız hala düşmüş, əkilən arpa məhsulu isə tamamilə məhv olmuşdur. 2020-ci ildə taxılla bağlı məhsuldarlıq qənaətbəxş olmuş, 1 ha ərazidən 3500 kq arpa məhsulu əldə edilmişdir. 1 kq arpanın qiyməti isə 0,4 manat təşkil etmişdir. 5 h a ərazidən isə 17500 kq arpa məhsulu əldə edə bilərdi, 17500 kq arpa məhsulunun dəyəri isə 7000 manat təşkil edir. Həmin 7000 manatdan da onun çəkdiyi 1559 manat xərc çıxıldıqdan sonra o, 5441 manat gəlir əldə edəcəkdi. Cavabdehlər bu qanunsuz hərəkətləri ilə ona maddi ziyanla yanaşı həm də çox böyük mənəvi ziyan vurmuşlar.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının əkib becərdiyi və məhsul əldə edəcəyini iddia etdiyi sahə onlara məxsus deyildir. Həmin sahə vaxtı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 12 sentyabr 1986-cı il 289 nömrəli qərarına əsasən Şəki rayonunun Cəyirli kəndi ərazisində ümumi su tutumu 1,23 mln kbm olan su anbarının tikintisi üçün həmin ərazidə yerləşən “M.F.Axundov” adına kolxozun, “Şəfəq” kolxozunun, “Ordjonikidze" adına sovxozun və dövl ət meşə fondunun ərazilərindən ümumilikdə 104.73 ha, o cümlədən 82,91 ha su anbarının tikintisinə torpaq sahəsi ayrılmışdır. Tikintisi 1986-1989-cu illərdə aparılmış su anbarında əsas qurğular olan torpaq bənd və birləşmiş su keçirici qurğu vasitəsi ilə “Cəyirli arx” torpaq kanalının su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Cəyirli su anbarında yenidənqurma işləri 2014-cü ildən başlayaraq hissəhissə 2021-ci ilin fevral ayına qədər davam etdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş, su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadə edilməsi qaydalarının 15;22:23 maddələrinə əsasən su anbarı su ilə tam dolduqdan onun su səthindən güzgü sahəsi boyu 80 metr mühafizə zolağı nəzərdə tutulur. Bu zolaqda hər hansı əkin işlərinin aparılmasına icazə verilmir. Göstərmişdir ki, 1997-ci ildə torpaq islahatları aparılarkən Cəyirli su anbarının tikintisi üçün vaxtı ilə yuxarıda qeyd etdikləri qərarlara əsasən ayrılmış torpaq sahələri aidiyyatı üzrə qrumlar tərəfindən nəzərə alınmamış və bələdiyyə onları öz torpaqları kimi istifadə etməyə qərar vermişdir.

8. Məhkəmənin qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli 10/941, 9/927, 7/140 nömrəli rəyində qeyd edilmişdir ki, torpaq sahəsi naturada faktiki istifadə üzrə təqdim olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Torpaq sahəsinin əkinə qismən yararsız olduğu müəyyən olun muşdur. Belə ki, həmin torpaq sahəsinin əkinə yararlı hala salınması üçün yararsız hala düşmüş münbit qatın texnika ilə yığılması, ərazidən çıxarılan torpaq həcmində münbit torpağın əraziyə daşınması, tökülmüş torpağın hamarlanması və sair aqrotexniki tədbirlər həyata keçirilməlidir. Torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsi məqsədi ilə lazımi aqrotexniki qulluq üçün 19500 manat maliyyə vəsaiti tələb olunur. Bura daxildir: - Yararsız hala düşmüş münbit qatın texnika ilə toplanması: 1 hektar üçün 200 manat olmaqla, 5 hektar üçün 1000 manat; - Toplanmış torpağın yük maşınlarına yüklənməsi və ərazidən daşınması: 1 hektar üçün 1750 manat olmaqla, 5 hektar üçün 8750 manat; - Ərazidən çıxarılan torpaq həcmində münbit torpağın təkrarən əraziyə daşınması: 1 hektar üçün 1800 manat olmaqla, 5 h ektar üçün 9000 manat; - Tökülmüş torpağın hamarlanması: 1 hektar üçün 150 manat olmaqla, 5 hektar üçün 750 manat.

9. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 sentyabr 2022-ci il tarixli, 2(075)-43/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin edilmiş, cavabdehlərdən maddi ziyana görə 1559 manat, əldən çıxmış faydaya görə 5441 manatın alınaraq iddiaçılara verilməsi, cavabdehlərin vəsaiti hesabına iddiaçılara məxsus torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınması, ödənilən dövlət rüsumunun və ekspertiza tədqiqatının dəyərinin tərəflər arasında bölünməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehlərin təqsirli hərəkətinin olması, yəni iddiaçıların istifadəsində olan torpaq sahəsinin hər hansı bir hüquqi əsası olmadan yararsız hala salınması müəyyən edilmişdir. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə, mütəxəssis və ekspert rəyləri ilə tam şəkildə öz təsdiqini tapmışdır. İddiaçılar qüvvədə olan çıxarışa əsəsən mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edirlər. Bu isə, onu deməyə əsas verir ki, iddiaçılar həm ziyan vurulan anda həm də halhazırda istifadə etdikləri torpaq sahəsinin qanuni sahibləri olmuşlar və cavabdehlər tərəfindən onlara vurulan zərərin əvəzini tələb etməkdə haqlıdırlar.

11. Bundan başqa iddiaçılar mənəvi zərər tələbinə dair əsaslandırılan halların nədən ibarət olması, hansı fiziki və mənəvi sarsıntıların keçirilməsi, habelə keçirdiyi fiziki və mənəvi sarsınt ıların nədə ifadə olunması, bunların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 140, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4, 14.2, 77.1, 88, 101.3, 107, 115.0.1, 119.1, 217.3, 217.4, 218.3-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi” haqqında 03 noyabr 2008-ci il tarixli qərarı, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq ed ilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin oxşar mübahisələri üzrə qərarlarındakı hüquqi mövqelərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qəbul etdiyi qətnamə fərziyyələrə əsaslanmış, heç bir əsaslı sübut və ya dəlilə istinad edilməmişdir. İddiaçı1 torpaq sahəsində 2020-ci ilin payızında 2021-ci ilin məhsulu üçün səpilmiş arpa sahəsində görülmüş işlərə sərf edilən xərclərə dair Şəki DAİM tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 5 hektar arpa sahəsində gördüyü aqrotexniki tədbirlər üçün 1806 manat vəsait xərcləmişdir. Birinci instansiya məhkəməsi hazırki iddia tələbi ilə ətraflı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-1384/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Günay Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisədirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh tərəf isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişlər.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 72-ci maddələri, «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 21.1, 21.2, 140, 152.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri, MPM-in 4, 14.2, 77.1, 88, 101.7, 103.1, 217.3, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin oxşar mübahisələri üzrə qərarlarındakı hüquqi mövqelərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (vəkili Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri apelyasiyanın də lilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən heç bir xüsusatı araşdırmamış, həmin hallara heç bir hüquqi qiymət verməmiş, yalnız birinci instansiya məhkəməsinin qətnaməsində göstərdiyi halları yenidən qeyd etməklə öz qətnaməsində sadalamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki h üquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yox lanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apel lyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

41. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm alıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1384/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar