Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1732/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6296/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti tərə findən verilmiş kassasiya şikayətinə dair işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 27 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir 2. "İddiaçı" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30.04.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. 3. "İddiaçı" ASC ilə Cava bdeh1 arasında bağlanmış 30.04.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq Cavabdeh1 ona məxsus olan “İnfinity G37” minik markalı, **ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilini ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. 4. "İddiaçı" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 15 noyabr 2019-cu il tarixinə Banka 2593,52 ABŞ dolları məbləğində faiz borcu, 5,72 ABŞ dolları cərimə borcu, ümumilikdə 2599,24 ABŞ dolları məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
6. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 30 aprel 2015-ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-dən 24 ay müddətində qaytarılmaq üzrə illik 27%-lə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit vəsaiti almışdır. Verilmiş kreditin təminatı olaraq cavabdehə məxsus olan 2012-ci il buraxılışlı, TİP: Sedan, Ban: XXXXX, mühərrik № XXXXX, qara rəngli, «İNFİNİTİ G37» minik markalı, XXXXX dövlət qeydiyyat nişanlı avtomobil tərəflər arasında bağlanmış 30 aprel 2015-ci il tarixli, XXXX saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASCyə ipoteka (girov) qoyulmuş, ipoteka müqaviləsi dövlət qeydiyyat orqanında qeydiyyata alınmış və bu barədə qeyd av tomobilin qeydiyyat şəhadətnaməsinə də işlənmişdir. Bundan başqa, verilmiş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 30 aprel 2015-ci il tarixli, XXXXX saylı üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımı qaydada icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kreditin geri ödənişini müqavilənin bağlandığı tarixdən 07.06.2017-ci il tarixinədək gecikmələrə yol verməklə həyata keçirmiş və həmin tarixdən bu günə qədər müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmir. Hazırda cavabdehin İddiaçı ASC-yə 2593, 52 ABŞ dolları faiz, 5,72 ABŞ dolları cərimə olmaqla, cəmi 2599,24 ABŞ dolları məbləğində borcu qalmışdır.Tərəflərindən pr etenziya qaydasına riayət edilərək, 30 aprel 2015-ci il tarixli, XXXXX saylı ipoteka müqaviləsi üzrə "ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildiriş" ipoteka qoyana poçt vasitəsi ilə göndərilmişdir. Bundan əlavə, 18.11.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nə Cavabdeh1 seriya AB № XXXX saylı Azərbaycan Respublikası Nəqliyyat X1 əsasən məxsus olan 2012-ci il buraxılışlı, TİP: Sedan, Ban: XXXXXX, mühərrik № XXXX, qara rəngli, «İNFİNİTİ G37» minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı "ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasına dair" ərizə ilə müraciət edilmişdir və həmin ərizə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 18.11.2019-cu il tarixdə qəbul edilərək qeydiyyata alınmışdır. Göstərilənlərə ə sasən Cavabdeh1 ilə bağlanılmış 30 aprel 2015-ci il tarixli, XXXXX saylı kredit müqaviləsinə əsasən 2593 (iki min beş yüz doxsan üç) ABŞ dolları 52 (əlli iki) sent faiz, 05 (beş) ABŞ dolları 72 (yetmiş iki) sent cərimə, cəmi 2599 (iki min beş yüz doxsan doqquz) ABŞ dolları 24 (iyirmi dörd) sent kredit borcunun ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə və ödənilmiş 30,40 (30 manat dövlət rüsumunun, 40 qəpik xidmət haqqı) məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq "İddiaçı" ASC- yə ödənilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus 2012-ci il buraxılışlı, TİP: Sedan, Ban: XXXXXX, mühərrik № XXXXX, qara rəngli, «İNFİNİTİ G37» minik markalı, **ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğin cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir
7. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş N 2(006)-1156/20) İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 Banka olan borcunu tam şəkildə qaytarmışdır. Hazırda Cavabdeh1 “İddiaçı" ASC qarşısında borc öhdəliyi yoxdur. Məhkəmə qeyd olunanlara qiymət verərək, ha belə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, cavabdehlərdən 30.04.2015-ci il tarixli, XXXX saylı kredit müqaviləsi üzrə borc öhdəliyi olmadığı halda, pul tələb edilməsi əsassızdır
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 425.2, 1091.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1, -cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6296/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 Banka olan və hazırkı iddia ilə tələb olunan faiz borcunu tam şəkildə qaytarmışdır. Hazırda Cavabdeh1 “İddiaçı" ASC qarşısında faiz borc öhdəliyi yoxdur.
13. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlmişdir ki, cavabdehlərdən 30.04.2015-ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsi üzrə faiz borc öhdəliyi olmadığı halda, iddianı haqlı olaraq təmin etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəl illəri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur
16. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlu matlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üç ün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə 23. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.. (maddə 390.1) 24. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən i rəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425) 25. əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.. (maddə 1091.1) Mülki Prossesual Məcəllə
26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
29. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
31. Kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6296/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.