Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1734/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb olunmaqla) qarşı iş üzrə QƏRARI (Açar sözlər: ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılmasının şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübashisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb olunmaqla) “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 12 fevral tarixli 2(103)-1393/2025 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış və həmin nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. 2. "xxxx" ASC ilə Cavabdeh arasında 5-xx-xx-2016-RA-BM saylı, 10 iyun 2016-cı il tarixli təminatlı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank borcluya müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində tikilməkdə olan bina 1, blok 1, mərtəbə 4, ümumi s ahəsi 69,75 kv.m. ibarət 2 otaqlı 14 nömrəli mənzilin alınması üçün 240 ay müddətinə, illik 8% hesablanmaqla 69050 manat məbləğində kredit vermişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit 240 ay müddətinə verilib.
3. Həmin tarixdə - 10 iyun 2016-cı ildə "xxxx" MTK ilə Cavabdeh arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmış, "xxxx" MTK E.Xəlilov 1 (S.Qocayev 142) saylı küçəsində inşa edilən (inşa edilmiş) 3 girişli 13 mərtəbəli yaşayış binasında giriş 1, mərtəbə 4, ümumi sahəsi 69,75 kv.m. ibarət 2 otaqlı, 14 saylı təmirsiz mənzili Cavabdeh təhvil verməyi, Cavabdeh isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
4. Qeyd olunan müqavilənin 3.2-ci bəndinə əsa sən müqavilə qiymətinin 7675 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 69050 manat isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilməlidir. 5. "xxxx" ASC-nin 15 oktyabr 2024-cü il tarixə olan maliyyə arayışına əsasən, 5-xxxx-2016-RA-BM saylı, 10 iyun 2016-cı il tarixli təminatlı kredit müqaviləsi üzrə 15 oktyabr 2024-cü il tarixə borc 51701.36 manat təşkil edir. Kreditin müddəti 10 iyun 2036-cı il tarixdə bitəcəkdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 16 oktyabr 2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, 1 4 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdeh (bundan sonra mətndəcavabdeh) qarşı (Azərbaycan Beynəlxalq Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok mənzil 14-də 1/3 pay olmaqla mülkiyyət hüququnun tanınması, eyni zamanda 50 manat iddia ərizəsinin hazırlanması üçün, 61 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun da cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddi a tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2017-ci il tarixində nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X1 adlı övladı anadan olmuşdur. Nikahları məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, mənzil 14 (bundan sonra mübahusəli mənzil) nikahdan əvvəl -xx.xx.2016-ci ildə illik 8 faiz ilə alınmış olsa da, mənzil ipoteka krediti ilə (69050 manata) alınmış, ipoteka kreditinin aylıq ödənişləri (aylıq ödəniş 568,57 manat təşkil etmişdir.) birlikdə ödənilmişdir. Aralarındakı nikah pozulduğundan və həmin müddətdə ipoteka ödənişləri birlikdə ödədiyindən hesab edir ki, sözügedən mənzil birgə mülkiyyət hesab edilməlidir və paylar müəyyən edilməlidir. Hal-hazırda banka olan borc 52575 manat təşkil edir. Buna görə də hesab edir ki, mübahisəli mənzilin 1/13 hissəsində onun payı müəyyən edilməlidir. Bildiyi qədərilə hal-hazıra qədər banka 40.000 manatdan artıq pul ödənilib. Sözügedən mənzili də anası təmir etdirmişdir, təmir xərci ilə bağlı anası tərəfindən cavabdehə qarşı iddia qaldırmışdır, sözügedən iddia Yasamal Rayon Məhkəməsinin icraatındadır. Bununla belə hesab edir ki, ipoteka ödənişləri tərəfindən birlikdə ödənildiyi üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, mənzil 14 -də onun da payı var. O, banka olan borcu da nəzərə almaqla həmin payı 1/3 olaraq qiymətləndirir.
9. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçı ilə faktiki olaraq 2021-ci ilin avqust ayında ay rılmışdır. Daşınmaz əmlakı ilkin ödəniş və bankdan götürülmüş kredit hesabına əldə etmişdir. Krediti 2036-cı ilədək hər ay 560 manat olmaqla ödəyir. Əmlakı nikahdan əvvəl əldə etmişdir. Bu səbəbdən iddianı qəbul etmir. Lakin nikah dövründə banka ödənilmiş pulun yarısını ödəməyə etiraz etmir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş edib.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(004)-4364/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (G.V. Babazadə) iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlak nikahdan əvvəl cavabdehin MTK-ya ödədiyi 7650 manat ilkin ödəniş və bankdan kredit müqaviləsi əsasında götürülmüş 69050 manat məbləğində vəsait hesabına alınmışdır.
12. Belə olan halda məhkəmə hesab edib ki, daşınmaz əmlak nikahdan əvvəl cavabdehin bankdan götürdüyü kredit hesabına əldə edildiyindən, həmin əmlaka payın müəyyən edilməsi barədə ərizə təmin edilməməlidir.
13. Eləcə də məhkəmə qeyd edib ki, İddiaçı birgə nikah dövründə onun tərəfindən 5xx-xx-2016-RA-BM saylı, 10 iyun 2016-cı il tarixli təminatlı kredit müqaviləsi üzrə banka ödənilmiş məbləğin tutulması ilə bağlı iddia qaldırmaq hüququ izah edilməlidir. 14.Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1, 225.4, 666.1, 666.2-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 35, 36.3, 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(004)-4364/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mənzil nikah dövründən əvvəl alınıb, lakin mənzilə görə ödənilən ipoteka müqaviləsindən irəli gələn xərclər birgə təsərrüfat dövründə qarşılanmışdır.
17. İddiaçının nümayəndəsi iclasdan öncə məhkəməyə ərizə ilə müraciət edərək işin barışıqla həll olunma imkanının mövcud olmasını nəzərə alaraq iclasın təxirə salınm asını xahiş etsə də, apellyasiya baxışında iştirak edərək bildirmişdir ki, tərəflər nikaha daxil olan ərəfədə evin təmiri aparılmışdır və bunu o özü aparmışdır. Bu barədə hazırki iş üzrə cavabdehə, yəni kürəkəninə qarşı ayrıca iddia da qaldırmışdır. Həmin iş üzrə ekspertiza təyin olunmuşdur. Tərəflər arasında nikah 2023-cü ildə pozulsa da, qızı 2021-ci ildə öz evlərinə qayıdıb. Evin ödənişləri birgə edilib.
18. Cavabdeh şikayətin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mənzil nikahdan öncə alınıb. Evin təmirini iddiaçının anası edib. Birgə nikah dövründə ipoteka müqaviləsi çərçivəsində ödənilmiş məbləğin yarısını ödəməyə hazırdır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixi 2(103)-139 3/2025 nömrəli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), C.Musayeva, F.Abdıyev ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin 2(004)-4364/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət etmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, mübahisəli mənzil hələ tərəflər nikaha girmədən öncə cavabdeh tərəfindən alınmışdır.
21. Mübahisəli mənzilin tərəflərin birgə təsərrüfatdan irəli gələn ümumi gəlirlər hesabına əldə olunmasına münasibətdə isə kollegiya qeyd edib ki, istər tərəflərin izahatlarında, istərsə də apelyasiya icraatı zamanı məlum olmuşdur ki, mülkiyyətin əldə olunması birgə gəlirlər hesabına baş verməmişdir.
22. Bundan əlav ə, iddiaçının nümayəndəsi, yəni anası belə öz izahatında bildirmişdir ki, mənzilə dair tikinti xərcləri onun tərəfindən (ana tərəfindən) qarşılanmışdır və cavabdeh tərəfindən də bu fakt mübahisələndirilmir. Lakin hazırda müvafiq məsələyə digər məhkəmə icraatı çərçivəsində hüquqi qiymət verildiyindən kollegiya bu məsələyə münasibət bildirilməsini zəruri hesab etmir.
23. Apelyasiya şikayətinin əsaslandırılması qismində iddiaçı tərəfindən qeyd olunan ipoteka müqaviləsindən irəli gələn ödənişlərin birgə təsərrüfat dövrünə təsadüf etməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edib ki, cavabdeh də öz izahatında bildirmişdir ki, birgə nikah dövründə ipoteka müqaviləsi çərçivəsində ödənilmiş məbləğin yarısını iddiaçıya ödəməyə hazırdır və iddiaçının müvafiq tələblə ayrıca olaraq iddia qaldırmaq hü ququ vardır.
24. Beləliklə, nikaha qədər tərəflərə məxsus olan və ya nikah dövründə onlardan birinin hədiyyə, vərəsəlik və s. əvəzsiz əqdlər üzrə əldə etdiyi əşya ərin və ya arvadın şəxsi mülkiyyəti hesab olunur. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 225.1, 225.4, 666.1, 666.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsi 32.1, 32.2.2, 34.1, 35, 36.3, 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1393/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ev təmirsiz şəkildə alınmış, bütün təmir xərclərini anası tərəfindən ödənilmişdir. Təmir xərclərinin qaytarılması tələbi ilə bağlı iş Yasamal Rayon Məhkəməsinin icraatındadır və təmir xərclərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edlərək iş üzrə icraat dayandırılmışdır. Nikah müddətində cavabdeh uzun müdət işsiz olmuş, kredit tərəflərindən birlikdə ödənilmiş və kredit ödənişlərini edərkən evin pulunu ödədiyini düşünərək etmişdir. Evin hazırkı qiyməti 180.000 manatdan artıqdır. Ev üçün ödədiyi pul bu illər ərzində öz dəyərini itirmiş, cavadehin isə ödədiyi məbləğ dəyər qazanmışdır. Birinci instansiya məhkəməsində evin hazırki bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertizanın keçirilməsini xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmişdir. Faktiki olaraq iddiaçı 2021-ci ilin sentyabrın 27-də evdən çıxmışdır.
28. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 35-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3-cü maddələrinə istinad edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
31. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
32. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmla kının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
33. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi
34. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəz ərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri 2 üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
35. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı ol mayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
36. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
37. Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
38. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
39. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
43. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
44. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətini iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Avropa İnsan Hüquqlar ı Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
51. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya mə hkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
52. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
53. İşin məhkəmələr tərəfindən müəyyən olunan halları bu qərarın 1-6-cı paraqraflarında əksini tapmışdır. Müəyyən edilmişdir ki, nikah müddətində əldə edilmiş əmlak kimi payları müəyyən olunması tələb edilən mənzil, tərəflər nikaha daxil olandan əvvəl, 10 iyu n 2016-cı il tarixli müqavilə əsasında alınmış, mənzilin qiymətinin 7675 manat hissəsi alıcının şəxsi vəsaiti hesabına, qalan 69050 manat isə eyni tarxdə alıcının "xxxx" ASC ilə bağlanmış 5-xx-xx-2016-RA-BM saylı kredit müqaviləsi əsasında aldığı kreditlə ödənilmişdir.
54. Kredit müqaviləsi üzrə mənzilin alınması üçün verilən 69050 manat məbləğində borcin illik 8 faiz dərəcəsi ilə 240 ay müddətinə ödənilməsi şərtləndirilmişdir. Tərəflər evləndikdən sonra həmin müqavilə üzrə borcun ödənilməsi davam etdirilmişdir və 15 oktyabr 2024-cü il tarixə borc 51701.36 manat təşkil edir.
55. Qeyd olunmalıdır ki, mübahisəli mənzil əldə edilən zaman Mülki Məcəllənin qüvvədə olmuş 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxsl ər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 feveral 2018-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 142) ilə 178.8-ci maddə yeni redaksiyada verilmişdir).
56. Göründüyü kimi cavabdeh mübahisəli mənzilə nikahdan əvvəl mülkiyyət hüququ əldə etmişdir.
57. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.
58. Nikah müddətində əldə olunmuş əmlak Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qeyd olunmalıdır ki, ərarvadın nikah müqaviləsi bağlamaqla birgə mülkiyyətin qanuni rejimini dəyişib birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək hüququ vardır (Ailə Məcəlləsinin 38.2-ci maddəsi). Lakin hazırki işdə tərəflərin arasında nikah müqaviləsi bağlanmamışdır və onların birgə əmlakının qanuni rejimi tətbiq olunmalıdır. Ona görə də mübahisəli mənzil nikahdan əvvəl əldə edildiyinə görə, ərin əmlakı sayılır.
59. Bu halda iddia tələbi üzrə düzgün nəticəyə gəlmək üçün, nikahdan əvvəl bank krediti əsasında alınmış əmlakın dəyərinin bir hissəsinin nikah müddətində ödənilməsi halında, əmlakın ümumi əmlak hesab olunmasının mümkün olub olmamasının qanuni əsaların yoxlanılması zəruridir.
60. Bu baxımdan, işin halları Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri əsasında təhlil edilə bilər. Belə ki, həmin normada ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılmasının mümkünlüyü təsbit edilərək deyilir ki, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
61. Göründüyü kimi bu normada nikahdan əvvəl bank krediti əsasında alınmış əmlakın dəyərinin bir hissəsinin nikah müddətində ödənilməsi, ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması üçün dispozisiya şərti kimi müəyyən edilməmişdir. Buna görə də iddia tələbini rədd edən apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. Qeyd olunmalıdır ki, i şin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 12 fevral tarixli 2(103)1393/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.