Məhkəmə qərarları › İş №2(102)-2370/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2370/2025

01.10.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2370/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)825/2025 nömrəli, 7 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2009-cu il tarixdə Cavabdeh (bundan sonra – cavabdeh) ilə rəsmi nikah bağlamış, bu nikahdan iki uşaqları doğulmuş, xx.xx.2022-ci ildə ailə münasibətləri pozularaq nikahları pozulmuşdur.

2. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e2(001)1178/2022 nömrəli xx.xx.2022-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 1671 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən baş layaraq xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Tərəflər birgə nikahda olduqları dövrdə, yəni 28 iyun 2018-ci il tarixdə “Ford Transit” yük markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobili və 28 sentyabr 2020- ci il tarixdə isə “Ford Transit” yük markalı **-TY-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında əldə etmişlər. Nikah pozulduqdan sonra xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh “X29” markalı ** XA *** dövlət nömrə nişanlı avtomibil X2 5000 manata, xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin alq ısatqı müqaviləsi ilə Cavabdeh “X29” markalı ** TY *** dövlət nömrə nişanlı avtomibili X11 6000 manata satmışdır. 4. 20 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin tərtib edilmiş zərərin ödənilməsi ilə razılıq protokoluna əsasən Cavabdeh məzənnə ilə 345000 manat təşkil edən 230000 ABŞ dolları pulunun X15 tərəfindən ələ keçirilməsi ilə bağlı şikayət ərizəsi üzrə Elvin Əliyevin atası Əziz Əliyev Cavabdehla razılığa əsasən 345000 manat zərəri xx.xx.2017-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüş, zərərin ödənilməsinin təminatı olaraq xx.xx.2015-ci il tarixli müqavilə və maliyyə arayışı əsasında "xxxx" MTK- tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsi çərçivəsində Pilot 039/040 ünvanda inşa edilən 1 bloklu, 20 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 226 kv.m olan 63 və 64 saylı mənzillləri Cavabdeh vermişdir. Əziz Əliyev xx.xx.2017-ci il tarixədək 345000 manat pulu ödəyəcəyi halda həmin mənzillərin Cavabdeh tərəfindən geri qaytarılacağı, həmin tarixədək borc ödənilmədikdə isə mənzillərin Cavabdeh saxlanılmaqla, xx.xx.2017-ci ildən onun mülkiyyətinə verilmiş olacağı, mənzilin dəyəri 226.000 manat hesablanmaqla qalan 119.000 manat pulun Əziz Əliyevdən tələb ediləcəyi razılaşdırılmışdır.

5. Kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzili "xxxx" MTK tərəfindən Cavabdeh adına rəsmiləşdirilmişdir.

6. Cavabdeh Səməd oğlu və X16 tərəfindən imzalanmış xx.xx.2016-ci il tarixli aktdan görünür ki, "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsi çərçivəsində Plot 039/040 ünvanda inşa edilən binadan iki ədə mənzilin tikintisi gecikdiyindən 345.000 manat puldan 300000 manat pulu X6 oğlu X3 qəbul etmişdir. Borc məbləğinin yerdə qalan 45000 manat ödənildiyi gün X4 qəbul etdiyi bocun təminatı kimi qəbul etdiyi mənzilə aid müqavilələri Ə.Əliyevə geri qaytarmağı öhdəsinə götürmüşdir. 7. 26 sentyabr 2016-cı il tarixli X16, Cavabdeh və X7 və "xxxx" MTK-nın direktoru X5 arasında tərtib edilmiş “Tərəflərin qarşılıqlı razılaşma Protokoluna” əsasən "xxxx"MTK-ya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər lay ihəsi çərçivəsində Plot 039/040 ünvanda inşa edilən 1 bloklu 20 mərtəbəli yaşayış binasında Cavabdeh adına rəsmiləşdirilmiş 63 və 64 saylı mənzillərdən Cavabdeh notarial qaydada imtina ərizəsi yazaraq imtina edəndən və mənzillər tam azad olandan sonra X16 və atası X6 qalıq borcu olan 45000 manat Cavabdeh ödəyəcəkdir. "xxxx" MTK-nın direktoru X5 öz öhdəsinə götürür ki, Cavabdeh adından notarial qaydada imtina ərizəsi daxil olana qədər 63 və 64 saylı mənzillər digər ada rəsmiləşdirilməyəcəkdir. 8. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin sorğusuna ünvanladığı cavab məktubundan qeyd edilmişdir ki, "xxxx" MTKyə məxsus Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsi çərçivəsində Pilot 039/040 ünvanda inşa edilən 1 bloklu, 20 mərtəbəli yaşayış binasında "xxxx" MTK-nın təsisçilərindən biri X8 atası X17 "xxxx" MTK-ya müraciət edərək oğlu X13 ilə Cavabdeh arasında borc mübahisəsi olduğundan onun binada götürdüyü işlər və təchiz etdiyi materiallar qarşılığında ona çatacaq 15-ci mərtəbədə 63 və 64 saylı mənzillərin Cavabdeh adına rəsmiləşdirməyi xahiş etmişdir. xx.xx.2015-ci il tarixdə 016-ER 013 saylı müqavilə ilə mənzillər Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu günədək həmin mənzillər Cavabdeh adınadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, iddia tələbinin həcminin artırılması və iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizələrlə məhkəməyə müraciət edərək, son olaraq tərəflərin birgə nikah dövründə əldə etdikləri 06 fevral 2015-ci il tarixli müqavilə ilə və eyni tarixli 003 nömrəli maliyyə arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzillər üzərində uşaqların iddiaçının yanında qalmasını nəzərə alaraq mənafelərinə uyğun 2/3 hissəsinə; birgə nikah dövründə əldə etdikləri “Ford Transit” yük avtomobili **-XA-*** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manatın və “Ford Transit” yük avtomobili **-TY-*** dövlət qeydiyyat nömrəli yük avtomobiliin satışından əldə olunmuş 6000 manatın 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikah dövründə keçmiş həyat yoldaşı Cavabdeh külli miqdarda pulunu X15 ələ keçirmişdir. İşin araşdırılması Azərbaycan Respublikasının DİN-in Müətəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ararşdırılmış və X8 vurduğu ziyan qarşlığında onun atası X17 ilə Cavabdeh arasında razılaşma əldə edilmişdir. Həmin razılığa əsasən 06 fevral 2015-ci il tarixli müqavilə ilə və eyni tarixli 003 nömrəli maliyyə arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzili Cavabdeh vermişdir. Hal-hazırda bina t am olaraq tiklimiş və yaşayış üçün təhvil verilmişdir. Bundan başqa birgə nikah dövründə əldə etdikləri “Ford Transit” yük avtomobili 99-XA364 dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili **-HG-*** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili **-TY-*** dövlət qeydiyyat nömrəli yük avtomobilləri hazırda Cavabdeh mülkiyyətindədir. Nikah pozulduqdan sonra isə cavabdehin adına olan avtomobillər iddiaçıdan xəbərsiz satılmış və onların satışından əldə olunmuş pulun 1/2 hissəsinə mülkiyyət hüququ tanınmalıdır. Bundan başqa, kiçik qızı X14 uşaqlıqdan dil qüsuru xəstəliyi ilə anadan olmuşdur. Hazıra kimi danışmaqda çətinliklər çəkir. "xxxx" MMC-də psixoloq, Refleksoloq, Duyubütünləmə, Sensor xidmətləri mütəmadi olaraq alır. Bu səbəbdən hesab edir ki, birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak üzərində paylar müəyyən edilərkən uşaqların mənafeyi üstün tutulmaqla iddiaçıya 2/3 hissədə pay ayrılmalıdır. Hazırda iddia tələbinin, daşınmaz əmlak hissəsində uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissə pay hüququnun tanınmasını istədiyindən iddia tələbinin həcmini azaldaraq iddianın daşınar əşyalar hissəsində beş avtomobildən imtina edərək yalnız “Ford Transit” yük avtomobili **-XA-*** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manatın və “Ford Transit” yük avtomobili **-TY-*** dövlət qeydiyyat nömrəli yük avtomobiliin satışından əldə olunmuş 6000 manatın 1/2 hissəsinə pay hüququnun tanınmasını iddiaçı tələb edir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Əyyub oğlu iddia tələbini qəbul etməyərək rədd edil məsini məhkəmədən xahiş etmiş və eyni zamanda bildirmişdir ki, sözügedən hər iki mənzillər cavabdehə borcun əvəzi olaraq MTK tərəfindən verilmişdir, yəni cavabdeh ilə MTK arasında bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşımışdır. Tərəflərin arasında olan razılığa əsasən qeyd edilən borcun 300.000 manat olan hissəsi ödənmiş, yerdə qalan 45.000 manat olan hissəsi isə iddiaçının razılığı ilə cavabdehə ödəndikdən sonra, cavabdeh tərəflər arasında olan razılığa əsasən mənzilləri geri qaytaracağını bildirmişdir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008) 2374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Cəfərli Nilufər) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəflərin birgə nikah dövründə əldə etdikləri “X2 9” markalı **-XA-*** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manat pul vəsaitinin 2500 manat olan hissəsi və “Ford Transit” yük markalı **-TY-*** dövlət qeydiyyat nömrəli yük avtomobilin satışından əldə olunmuş 6000 manat pul vəsaitinin 3000 manat olan hissəsi tutularaq İddiaçı ödənilməsi, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etmiş olduqları Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı mənzillərin 1/2 hissəsində İddiaçı pay hüququnun tanınması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi “Ford Transit” yük markalı 99- XA-364 dövlət qeydiyyat nömrəli avtomo bilin satışından əldə olunmuş 5000 manatın və “Ford Transit” yük markalı **-TY-*** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 6000 manatın 1/2 hissəsinə pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarından da məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar, onlar birgə nikahda olduğları dövürdə yəni 28 iyun 2018-ci il tarixdə “Ford Transit” yük markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobili və 28 sentyabr 2020-ci il tarixdə isə “Ford Transit” yük markalı **-TY-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında əldə etmişlər. Lakin tərəflər arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Məhz tərəflər arası nda bağlanmış nikah pozulduqdan sonra cavabdeh birgə nikah dövründə əldə edilmiş avtomobilləri alqı-satqı müqaviləsi əsasında üçüncü bir şəxslərə satmış və satışdan əldə edilmiş pul vəsaitindən iddiaçıya hər hansı bir məbləğ verilməsinə dair sənəd məhkəməyə təqdim edilməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddia tələbi avtomobillərin satışından əldə olunmuş vəsaitin bölünməsi hissəsində təmin edilməli, Cavabdeh “Ford Transit” yük markalı **-XA-*** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manatın 2500 manat olan hissəsi və “Ford Transit” yük markalı **-TY-*** dövlət qeydiyyat nömrəli yük avtomobilin satışından əldə olunmuş 6000 manatın 3000 manat olan hissəsi tutularaq İddiaçı ödənilməlidir.

15. Birinci instansiya məhkəməsi iddia tələbinin 06 fevral 2015-ci il tar ixli müqavilə ilə və eyni tarixli 003 nömrəli maliyyə arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzillər üzərində uşaqların iddiaçının yanında qalmasını nəzərə alaraq mənafelərinə uyğun 2/3 hissəsinə pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli məktubundan da göründüyü kimi sözügedən mənzillər tərəflərin birgə nikah dövüründə, yəni xx.xx.2015-ci il tarixdə cavabdehin sözügedən MTK-da göstərmiş olduğu xidmətin qarşılığında ona ödənilməli olan pul məbləği qarşılığında verilmiş olduğu müəyyən edildiyindən iddiaçının sözügedən əmlaka pay hüququ tanınmalıdır. Lakin iddiaçı məhkəməyə müraciət edərək sözügedən mənzillərə tərəflərin birgə nikahından doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılmasını və uşaqlardan birinin nitqində hər hansı bir qüsurlu olmasını əsas gətirərək pay hüququnun 2/3 hissədə tanınmasını xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, sözügedən halların yetkinlik yaşına çatmayan uşaqların diqqətəlayiq mənafeyinə əsas olmadığından iddia tələbi bu hissədə qismən 1/2 hissədə təmin edilməlidir.

16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2,34.1, 36.1, 36.3, 37,37.5-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birin ci icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı qanunun tələb etdiyi qaydaya uyğun olaraq valideyn kimi uşaqların tərbiyəsi, inkişafı və sağlamlığı ilə məşğul olduğu üçün gəlir əldə etmək imkanında deyil. Azyaşlı övladlarını sağlam yetişdirib cəmiyyətə yararlı fərdə çevirmək üçün onların inkşafı ilə məşğuldur. Lakin, məhkəmə iddiaçının bu öhdəliklərini, çətin vəziyyətini diqqətəlayiq qiymətləndirməyib və diqqətəlayiq olmamasını hər hansı bir meyarla əsaslandırmayıb. Ona görə də, birinci instansiya məhkəməsi Azərbaycan Respublik asının Ailə məcəlləsinin 37.2-ci maddəsinin mübahisəyə tətbiq etməməklə “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarındakı göstərişlərini, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddəsinin tələblərini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbini pozmuşdur. Həmçinin cavabdeh tərəfindən təsdiq edən subutlarını təkzib edən başqa sübutlar məhkəməyə təqdim edə bilməyib, həmçinin iddiaçının diqqətəlayiq vəziyyətinin qiymətləndirilməsinə etiraz edilməmişdir. Məhkəmə isə iddiaçının Ailə Məcəlləsində nəzərdə tutulmuş diqqətəlayiq vəziyyətinin olmamasını tutarlı dəlillərlə əsaslandıra bilməmişdir. Yalnız bir cümlə qeyd etməklə kifayətlənmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh maddi imkanı və aylıq qazancı yüksəkdir. Halhazırda onun adına və onun yaxınlarının adına rəsmiləşdirdiyi lakin, onun özünə məxsus çox sayda daşınar və daşınmaz əmlaklar var. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli “Kooperativ Binada Mənzil Tikinti Haqqında” Müqavilədən görünür ki, cavabdehın mülkiyyətində hal-hazırda xx.xx.2015- ci il tarixdə 339.000 (üç yüz otuz doqquz min) manat dəyərində alınmış mənzil var və bundan başqa ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi, həmçinin, X9 küçəsi, ev 14 ünvanda yerləşən 39 nömrəli mənzil də cavabdehin mülkiyyətindədir. Bundan əlavə, “Range Rover” markalı yeni buraxılışlı avtomobili var. Eyni zamanda Cavabdeh atasına məxsus Bakıxanov Çörək Zavodunda və "xxxx" MMC və ona bağlı 2 mərtəbəli supermarketdə İcraçı direktor vəzifəsində çalışaraq aylıq qazancı 7.000-10.0 00 manat təşkil edir. Məhkəmə tərəflərin maddi vəziyyətini qiymətləndirərkən qeyd edilən halları nəzərə almamışdır.

19. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək və iş üzrə iddianın tam olaraq rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı da məlum olmuşdur ki, cavabdehin nümayəndəsi mübahisəli avtomobillərin formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. İş materiallarından da göründüyü kimi reallıqda avtomobillər çörək zavoduna məxsus olmuşdur və həmin daşınar əmlaklar bölünə bilməz. Bundan başqa işin faktiki hallarından da göründüyü kimi, mübahisəli mənzillər heç zaman cavabdehin mülkiyyətində olmamış, yalnız borcun təminatı qism ində təqdim edilmişdir. Cavabdeh isə protokolda göstərilən dövrdə borcludan alınmalı olan vəsaiti qəbul etmiş, yalnız 45.000 manatlıq az bir hissə qalmışdır. Qanunvericiliyin tələbi baxımından da həmin mənzillərin cavabdehin mülkiyyəti hesab edilməsi üçün müvafiq maliyyə arayışı və pay haqqının tam şəkildə ödənilməsini təsdiq edən müvafiq sənədlərin olması nəzərdə tutulur. Cavabdeh isə həmin mənzillərin pay haqqını MTK-ya ödəmədiyindən, əksinə ERA-2014 MTK-dan 300.000 manat pul vəsaitini qəbul etdiyi üçün həmin mənzillər Cavabdeh mülkiyyəti hesab edilə bilməz. İddia həmin hissələrdə tam və düzgün araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə isə "xxxx" MTK tərəfindən sorğuya əsasən təqdim edilmiş məktuba və məktuba əlavə edilmiş digər sübutlara heç bir hüquqi qiymət verməyərək maddi normaların tələblərini pozmuşdur. İddiaçının tələbinin qismən təmin olunması zamanı məhkəmə iddiaçının qeyd etdiyi mənzillərin cavabdehin adına borcun təminatı olaraq müvəqqəti verildiyini, mənzillərin təminat olaraq göstərildiyi pul məbləğinin cavabdeh tərəfindən nikah dövründə qaytarıldığını tam araşdırmamışdır. Həmçinin nəqliyyat vasitələrinin siyahısından da göründüyü kimi həmin əmlaklar hamısı kiçik qabaritli yük maşınları olmaqla formal olaraq Cavabdeh adında olmuş əslində isə müəssisəyə məxsus olmaqla yükdaşımada istifadə edildiyini aydınlaşdırmamışdır.

21. Apellyasiya baxışı zamanı X17 və "xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdirlər. 22. 3-cü şəxs X17 izahatında bildirmişdir ki, mənzillərin müqaviləsi borcun qaytarılmasına t əminat kimi cavabdehin adına yazılmış, borcun 300000 manat hissəsi cavabdehə qaytarımış, 45000 manat bu günədək qaytarılmamışdır., Lakin hazırda o həmin borcu qaytarmağa hazırdır. 23. 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, mənzilləri borc əvəzində girov kimi Əziz Əliyevin göstərişi ilə cavabdehin adına yazmış, bildiyinə görə 300000 manat borc qaytarılmış, qalan pul isə borc kimi qalıb. Mənzillər bü günədək cavabdehin adınadır. Əziz Əliyev tərəfindın ona hər hansı başqa göstəriş verilməyib.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-825/2025 nömrəli, 7 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi) V.Sadıqov və S.Bəhramzadə) iddiaçı və cavabdeh tərəfi ndən verilmiş ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin azyaşlı övladlarını sağlam yetişdirib cəmiyyətə yararlı fərdə çevirmək üçün onların inkşafı ilə məşğul olmaq kimi öhdəliklərini, çətin vəziyyətini diqqətəlayiq qiymətləndirməməsi və diqqətəlayiq olmamasının hər hansı bir meyarla əsaslandırmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, o, Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən hər hansı bir üstün mənafeyinə dair məhkəməyə hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı da həmin halların mövcudluğu aşkar edilməmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlil ləri ilə də razılaşmamış və qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahda olduqları dövrdə yəni 28 iyun 2018-ci il tarixdə “Ford Transit” yük markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobili və 28 sentyabr 2020-ci il tarixdə isə “Ford Transit” yük markalı **-TY-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında əldə etmişlər.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış nikah pozulduğdan sonra isə cavabdeh birgə nikah dövründə əldə edilmiş avtomobilləri alqısatqı müqaviləsi əsasında üçüncü bir şəxslərə satmış və satışdan əldə edilmiş pul vəsaitindən iddiaçıya hər hansı bir məbləğ verilməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir.

28. Cavabdeh apellyasiya şikayətində qeyd edilən mənzillərin onun adına borcun təminatı olaraq müvəqqəti verildiyini, mənzillərin təminat olaraq göstərildiyi pul məbləğinin ona nikah dövründə qaytarılmasının tam araşdırmamasını göstərsə də, məhkəmə kollegiyası hesab etmişdir ki, bu halların mövcuduğuna dair iş materiallarındakı sübutlar həmin mənzilin 1/2 hissəsinə iddiaçının mülkiyyətinə tanınması üçün əsasdır. İş materiallarından görünür ki, "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli məktubuna əsasən məktubda qeyd edilən mənzillər tərəflərin birgə nikah dövüründə, yəni xx.xx.2015-ci il tarixdə cavabdehin sözügedən MTK-da göstərmiş olduğu xidmətin qarşılığında ona ödənilməli olan pul məbləği əvəzində verilmişdir. Verilən borcun qaytarılmayan hissəsi 45000 manatdır. Başqa sözlə borcun tam qaytarılmaması da işin mübahisəsiz hal larındadır.

29. Məhkəmə kollegiyası mübahisəli mənzillərlə bağlı öz mövqeyini onunla əsaslandırmışdır ki, borc məbləği verilərkən artıq iddiaçının mübahisəli evə 1/2 hissədə hüququ yaranmışdır. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının mübahisəli əmlaka pay hüququnun tanınması barədə düzgün nəticəyə gəlmiş. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.1, 32.2.2, 33.4, 36.1, 36.3,37.1, 37.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Şikayət belə əsaslandırılmışdır ki, indiki halda isə cavabdeh yaşayış sahəsinə pay haqqını tam ödəməmiş, MTK tərəfindən maliyyə arayışı verilməmişdir. Demək ki, yaşayış sahəsinə mülkyyət hüququ əldə etməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edilən mənzillərin onun adına borcun təminatı olaraq müvəqqəti verildiyini, mənzillərin təminat olaraq göstərildiyi pul məbləğinin onun tərəfindən nikah dövründə qaytarılmasının tam araşdırmamasını göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, bu halların mövcuduğuna dair iş materiallarındakı sübutlar həmin mənzilin 1/2 hissəsinə iddiaçının mülkiyyətinə tanınması üçün əsasdır. Halbuki, iş üzrə üçüncü şəxsin izahatı da cavabdehin mövqeyi ilə üst-üstə düşür və gələcəkdə təmin edilməsi mümkün olmayan qanunsuz və əsassız qətnamənin qəbuluna səbəb ola bilər. Məhkəmə isə əsassız olaraq cavabdehin borcun təminatı olaraq qəbul etdiyi mənzilləri birgə nikah dövründə əldə etdiyi əmlak kimi qiymətləndi rərək iddiaçının pay hüququnu tanımışdır. Bununla da Mənzil Məcəlləsinin 112 və Mülki Məcəllənin 225-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsinin mövqeyini davam etdirərək üçüncü şəxs Əziz Əliyevin və "xxxx" MTK-nın direktorunun izahatına hüquqi qiymət verməmişdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. b)

34. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

36. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

37. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

38. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

39. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

40. Maddə 32.2.1. Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nət icəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

41. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

42. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövr ündə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

43. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

44. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli qərarı

45. Bənd 4.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan aktivlərin siyahısı Ailə Məcəlləsinin 32.2-ci maddəsində göstərilmişdir: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.

46. Bənd 4.3. Nəzərə alınmalıdır ki, bu siyahı məhdudlaşdırıcı deyil, sadalayıcı mahiyyətdədir və konkret işin hallarından asılı olaraq qanunda nəzərdə tutulan şərtlərə cavab verən digər aktivlər də ər-arvadın ümumi birgə əmlakı sayıla bilər.

47. Bənd 4.15. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur.

60. Məhkəmə kollegiyası hesab edir ki, birgə nikah dövründə cavabdehə 345.000 manat borcun əvəzində verilən mübahisəli mənzillər ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan aktiv hesab olunur. Cavabdeh mənzilllərin borcun qaytarılmasının təminatı üçün ona verildiyini, həmin borcun 300.000 manat hissəsinin xx.xx.2016-ci il tarixdə ona geri qaytarıldığını, qalıq qalan 45000 manat qaytarıldıqdan sonra həmin mənzilləri 3-cü şəxs Əziz Əliyevə qaytarmalı olduğunu bildirsə də, məhkəmə kollegiyası həmin dəlilləri inandırıcı hesab etmir.

61. Belə ki, xx.xx.2016-ci il tarixdə 300.000 manat borc geri qaytarıldığı halda, həmin mənzillərə dair müqavilənin bü günədək cavabdehin adında qalması, bu günədək 3-cü şəxs Ə.Əliyevin qalıq 45.000 manat borcu qaytararaq mənzili geri istəməkdə maraqlı olmam ası, həmçinin bu qətnamədən kassasiya şikayəti verməməsi ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün cavabdehin borcun qaytarılması görüntüsü yaratmaq istəməsi qənaətinə gəlməyə əsas verir.

62. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

63. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MP M-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

66. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyə n etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-825/2025 nömrəli, 7 aprel 2025ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar