Məhkəmə qərarları › İş №2(102)-343/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-343/2025

03.03.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-343/2025 03.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdlərin etibarsızlığı, yeni inşa olunan binada mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğ lunun katibliyi, İddiaçı və nümayəndəsi, Vəkil Mali oğlunun, Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2(103)5444/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 22 mart 2009-cu il tarixli, 49 nömrəli müqavilə ilə "xxxx" MTK ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 4-cü giriş, 6-cı mərtəbə, 263 saylı mənzilini “Payçı” İddiaçı təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməy i öhdəsinə götürmüşdür. 2. 16 iyul 2010-cu il tarixdə bağlanmış Yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 138 nömrəli müqavilə ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasından dəyəri X3 tərəfindən tam ödənilməklə alınmış 1 otaqlı, 51,4 kv.m olan, 263 saylı mənzil X4 adına keçirilmişdir. 3. 16 avqust 2012-ci il tarixdə bağlanmış Yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 130 nömrəli müqaviləsi ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında X4 adına olan 1 otaqlı, 51,4 kv.m olan, 263 saylı mənzil Cavabdeh2 adına keçirilmişdir. 4. 24 iyun 2013-cü il tarixli, 27 nömrəli müqavilə ilə "xxxx" MTK ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, yaşayış binasında 4-cü giriş, 6-cı mərtəbə, 263 saylı mənzilini “Payçı” İddiaçı təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 5. 24 iyun 2013-cü il tarixli müqaviləyə əlavə olan protokol ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən binada yerləşən İV giriş, 6-cı mərtəbə, 263 saylı mənzilin dəyərinin ödənilməsi “Payçı” İddiaçı ilə razılaşdırılmışdır (ilkin ödənişin məbləği - 18.144 manat, ödənilməli qalıq məbləği – 2.416 manat). 6. "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13M saylı yaşayış binasının İV giriş, 6 mərtəbə, ümumi sahəsi 51,4 kv.m olan, 1 otaqlı, 263 saylı mənzilin ümumi dəyərindən 18.144 manatın İddiaçı tərəfindən ödənilməsi barədə 24 iyun 2013-cü il tarixli, 27 nömrəli, 1.000 manatın ödənilməsi barədə 29 avqust 2013-cü il tarixli, 148 nömrəli və 1.416 manatın ödənilməsi barədə 25 sentyabr 2013-cü il tarixli, 165 nömrəli maliyyə arayışları, həmçinin mənzilin dəyərinin tam ödənilməsi barədə 25 sentyabr 2013-cü il tarixli, 50 nömrəli maliyyə arayışı verilmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı "xxxx" MTK-nın cavabdeh X2 və digərlərinə qarşı “mü qavilənin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə iddiaçının iddiadan imtina edilməsi qəbul edilmiş və mülki iş üzrə icraata həmin hissədə hissəvi xitam verilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbi təmin edilmiş, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M saylı evin, İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 otaqlı, ümumi sahəsi 51,4 kv.m olan mənzilə sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzilə köçürülməklə, mənzildə yaşamasına və mənzildən istifadə etməsinə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası və Ali Məhkəmənin Mülki Kollegiyasının müvafiq qərarları ilə dəyişdirilmədən saxlanılmışdır.

8. Bak ı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 13 M, mənzil 263 saylı mənzilə köçürülməsi barədə 15 noyabr 2023-cü il tarixli akt tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı mənzilə iddiaçını n sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının evi Cavabdeh2 tərəfindən zəbt edilmişdir. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2013-cü il tarixli maliyyə arayışına əsasən, həmin mənzilin tam dəyəri iddiaçı tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. 22 mart 2009-cu il tarixli müqavilə təsdiq edir ki, həmin mənzilin tikintisi cavabdeh şirkətlə iddiaçı arasında razılaşdırılmışdır. O, həmin mənzildə 11 ildir ki, təmir işləri edib yaşayır. Cavabdeh2 iddiaçının mənzilinə köçürülməsinə dair məhkəmə qərarının əsasını təşkil edən müqavilə saxta olduğu üçün onun həmin müqavilənin etibarsızlığı faktını yeni açılmış hal üzrə qaldırmaq hüququ vardır. Hazırda isə həmin hüquqi proseduranın tərkib elementi ola raq, onun həmin mənzilə mülkiyyət hüququnun tanınmasına zərurət yaranmışdır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(010)716/2024 nömrəli qətnaməsi ilə (hakim F.Rzayeva) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli, 2(010)-287/2015 nömrəli qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin edilmiş, onun mübahisə predmeti olan mənzilə sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzilə köçürülməklə, mənzildə yaşamasına və mənzildən istifadə etməsinə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin məhkəmə aktı apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdiril mədən saxlanılmışdır. Bundan sonra qətnamə icraya yönəldilmiş və 15 noyabr 2023-cü il tarixli akta əsasən Cavabdeh2 mübahisə predmeti olan mənzilə köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh2 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mübahisəli mənzilə dair sahiblik və istifadə hüququ tanınmışdır.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun hansı andan yaranması üçün ona dair tam pay haqqının hansı tarixdə ödənildiyini müəyyənləşdirmək mütləqdir. Belə ki, həmin mənzilə dair cavabdeh "xxxx" MTK həm iddiaçı ilə, həm də X6 ilə müqavilə bağlamışdır. İşdə olan materiallarla iddiaçı tərəfindən tam pay haqqının 25 sentyabr 2013-cü il tarixdə, X6 isə 16 iyul 2010-cu il tarixdə ödənilməsi müəyyən olunur. Kooperativin keçmiş üzvü olmuş X6 ilə hazı rkı üzvü olan Cavabdeh2 arasında mübahisə predmeti olan mənzili ilə bağlı mübahisə olmamışdır.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.2-ci, Mülki Məcəllənin 6.1.4, 146.1, 146.2, 178.1, 178.8-ci, Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 82.3, 88, 107, 119.1, 216-220-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barəd ə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2(105)-5444/2024 nömrəli qətnaməsi ilə (hakim X.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Abdıyev və F.Qasımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişidirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13 M saylı evin, İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 otaqlı, ümumi sahəsi 51,4 m2 olan mənzilə hazırkı iş üzrə Cavabdeh2 sahiblik və istifadə hüququnun tanınması barədə qüvvədə olan məhkəmə aktları mövcuddu r.

18. Hazırkı halda İddiaçı işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malikdir. Konstitusiya Məhkəməsinin “M.İbrahimovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli Qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 iyun 2017-ci il tarixli qərarında şərh olunanlardan göründüyü kimi, qanunverici bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcud olmamasını təmin etmək məqsədi ilə qanuni qüvvəyə minmiş qətnamələrə yuxarı instansiya məhkəmələri tərəfindən yenidən baxılması imkanını nəzərdə tutur. Belə ki, MPM-in 423.2ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər.

19. Qeyd olunanlara əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, hazırda mübahisələndirilən mənzillə bağlı cavabdeh X1 və istifadə hüququnun tanınması barədə qüvvədə olan məhkəmə qətnamələri mövcud olduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan halların araşdırılması qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipinə zidd olmaqla məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilməməsi ilə nəticələnir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Prosessual Məcəllənin 6.1.4, 14.2, 77.1, 217.4, 385.2, 422, 423.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı, Mənzil Məcəlləsinin 113, 146-cı, Mülki Məcəllənin 178.8-ci, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77, 88, 217, 218-ci maddələrinin tələbləri pozulmuşdur.

23. Belə ki, ape llyasiya instansiyası məhkəməsi Cavabdeh2 iddiası üzrə məhkəmə aktlarına istinad etsə də, həmin işlərə baxılarkən iddiaçının işə cəlb olunmamasını, iddiaçının mübahisəli mənzilə faktiki olaraq 2009-cu ildən sahiblik etməyini nəzərə almamışdır. Onun faktiki yaşadığı mənzilinin kənar bir şəxslə "xxxx" MTK arasında gedən məhkəmə çəkişməsindən xəbəri olmamış, qərəzli şəkildə tərəf kimi işdə iştirak etməyə cəlb olunmamış, bu isə onun hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsinə və məhkəmə araşdırmasının ədalətli olmamasına gətirib çıxarmışdır. İddiaçı mənzili təmirsiz almış, sonra mənzildə əsaslı təmir etdirmiş, kommunal xətləri çəkdirmiş, yaşayışa yararlı vəziyyətə gətirmiş və 2010-cu ildən fasiləsiz həmin mənzildə yaşayır. Əgər Cavabdeh2 mənzil i 2012-ci ildə almışdırsa, 2016-cı ilə qədər, eləcə də, 2015-2016-cı ildə gedən məhkəmə araşdırması zamanı hansı səbəbdən məhkəməyə bildirməmişdir ki, həmin mənzildə İddiaçı adlı bir adam yaşayır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı mənzilin dəyərini tam şəkildə ödəmiş və borcu yoxdur. Bu isə o deməkdir ki, mənzil üzərində İddiaçı istifadə və sahiblik hüququ yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Kassasiya instansiyası məhkəməsi hazırkı işə Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsinə əsasən məhkəmə iclasında baxılmasını zəruri bilmişdir.

26. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi, Vəkil Mali oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təm in edilməsini xahiş etmişlər. Həmçinin verilən suallara cavab olaraq iddiaçının nümayəndəsi göstərmişdir ki, Cavabdeh2 iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət olunsa da, ərizə müddətin ötməsi əsası ilə qaytarılmışdır. Mübahisəli mənzil hazırda iddiaçının sahibliyindədir və həmin mənzildə yaşayır.

27. Cavabdeh2 məhkəməmə iclaslarında, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X3 isə əvvəlki məhkəmə iclaslarında vəkilsiz iştirak etdikləri üçün Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən işə həmin şəxslərin izahatları alınmadan baxılmışdır.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada mə lumatlandırılmalarına baxmayaraq, cavabdeh MTK-nın nümayəndəsi sonuncu məhkəmə iclasına, üçüncü şəxsin nümayəndəsi isə məhkəmə iclaslarına gəlməmiş, vəkillərin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəm ədə müdafiəsinə təminat verilir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tə rəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kredit orundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi s übutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildi kdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini rədd edərkən, mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvədə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilə Cavabdeh2 sahiblik və istifadə hüququ tanındığı halda, İddiaçı iddiası təmin oluna bilməz.

37. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə bilavasitə istinad etməsə də, faktiki olaraq hazırkı mübahisənin həlli üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 m art 2015-ci il tarixli qətnaməsinin preyudisiallığını qəbul etmişdir.

38. Həmin maddənin dispozisiya şərtlərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

39. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prose si iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

40. Məhkəmə kollegiyası razılaşır ki, hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması, nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.

41. Lakin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən e dilmiş olmalıdır; bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır.

42. Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyekti v həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir.

43. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qətnaməsinə istinadı əsassız olmuşdur. Belə ki, həmin qətnamənin qəbulu üçün əsas olmuş mülki iş üzrə tərəf kimi "xxxx" MTK və Cavabdeh2 iştirak etsələr də, İddiaçı işə cəlb olunmamış və mübahisəli predmet üzrə məsələ həll edilərkən iştirakı təmin edilməmişdir. Odur ki, həmin qətnamə preyudisiallığın subyektiv həddi üzrə hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir.

44. Bu səbəbdən, məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair iddiaçının və ya Cavabdeh2 üstün hüquqlarının olmasına Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qətnaməsi nəzərə alınmadan hüquqi qiymət verilməli idi.

45. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarına əsasən iddiaçı ilə cavabdeh MTK arasında eyni mənzilə dair 2 müqavilə: 22 noyabr 2009-cu il və 24 iyun 2013-cü il tarixli müqavilələr bağlanmışdır.

46. Bundan başqa, müəyyən olunur ki, iddiaçı faktiki olaraq mübahisəli mənzildə yaşamaqla, həmin mənzil sahibliyində və istifadəsindədir. İddiaçı mənzilin sahibliyinə 2009-cu ildə verilməsini, 2010-cu ildə isə mənzili təmir edərək, orada yaşamasını bildirir.

47. Cavabdeh2 isə etirazında mənzili 2012-ci ildə almaqla, iddiaçı ilə MTK arasın da müqavilənin 2013-cü ildə bağlanmasını göstərmişdir.

48. Lakin, apellyasiya instansiyası məhkəməsi işin bu ziddiyyətli hallarını, o cümlədən iddiaçı ilə iki müqavilə bağlanmasının səbəbini araşdırmamış, mənzilin iddiaçının sahibliyinə nə vaxt təhvil verilməsini müəyyən etməmişdir.

49. Qeyd olunmalıdır ki, hazırkı halda cavabdeh tikinti şirkəti təşkilatı-hüquqi formasına görə kooperativ olsa da, onun tərəflərlə olan müqavilə münasibətləri kooperativlə üzvləri arasında olan münasibətlərə tam uyğun gəlmir.

50. Belə ki, həm iddiaçı, həm də cavabdehlə bağlanmış müqavilələrin məzmununa görə MTK təsisçilərinin və payçıların vəsaiti hesabına çoxmənzilli yaşayış binası inşa etməyi və həmin binada olan mübahisəli mənzili payçı kimi qeyd olunmuş tərəflərə təhvil verilməsini öhdəsinə götürmüşdür.

51. Halbuki, Mülki Məcəllənin 109.1 və 109.2-ci maddələrinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.

52. Hazırkı halda iddiaçı və cavabdehin kooperativ üzvü kimi qəbul edilməsinin əsasları (onların üzvlük haqqı ödəmələri, buna münasibətdə kooperativin fəaliyyətindən dividend almaları, kooperativin üzvü kimi nizamnamədə göstərilmələri) müəyyən olunmur.

53. Əksinə, tərəflərlə bağlanmış müqavilələr yalnız binanın inşası və konkret mənzilin təhvil verilməsi ilə məhdudlaşır.

54. Belə olduğu halda, məhkəmə kollegiyasının qənaətinə əsasən Mülki Məcəllənin 404-cü maddəsinə əsasən hazırkı mübahisənin həlli üçün podrat münasibətlərini tənzimləyən maddi hüquq normalarının tətbiqi nəzərdən keçirilə bilər.

55. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, qanunvericiliyin inkişafı da, bu istiqamətdə olmuşdur.

56. Belə ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin 01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyasına görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

57. Lakin, həmin maddənin hazırkı redaksiyasına əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hiss əni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

58. Göründüyü kimi, qanunverici hazırda çoxmənzilli yaşayış binalarında mənzillərin satılması ilə münasibətləri tikinti şirkətinin təşkilatı-hüquqi formasından asılı olmadan podrat münasibətləri kimi qiymətləndirir.

59. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfind ən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

61. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

62. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

63. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obye ktiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, o cümlədən tərəflər arasında olan hüquq münasibətlərinin həqiqi mahiyyətini müəyyən etməli, həmin hüquq münasibətlərə uyğun maddi hüquq normalarını tətbiq etməklə, mübahisənin ədalətli həllini təmin etməlidir.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2(103)-5444/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar