Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3010/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdlərin etibarsızlığı, yeni inşa olunan binada mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətl i Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3020/2025 nömrəli, 2025-ci il 10 iyun tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 22 mart 2009-cu il tarixli, 49 nömrəli müqavilə ilə "xxxx" MTK ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 4-cü giriş, 6-cı mərtəbə, 263 saylı mənzi lini “Payçı” İddiaçı təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 2. 16 iyul 2010-cu il tarixdə bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 138 nömrəli müqavilə ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasından dəyəri X6 tərəfindən tam ödənilməklə alınmış 1 otaqlı, 51,4 kv.m olan, 263 saylı mənzil X7 adına keçirilmişdir. 3. 16 avqust 2012-ci il tarixdə bağlanmış Yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 130 nömrəli müqaviləsi ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxx x" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında X7 adına olan 1 otaqlı, 51,4 kv.m olan, 263 saylı mənzil Cavabdeh2 adına keçirilmişdir. 4. 24 iyun 2013-cü il tarixli, 27 nömrəli müqavilə ilə "xxxx" MTK ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, yaşayış binasında 4-cü giriş, 6-cı mərtəbə, 263 saylı mənzilini “Payçı” İddiaçı təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 5. 24 iyun 2013-cü il tarixli müqaviləyə əlavə olan protokol ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən binada yerləşən İV giriş, 6-cı mərtəbə, 263 saylı mənzilin dəyərinin ödəni lməsi “Payçı” İddiaçı ilə razılaşdırılmışdır (ilkin ödənişin məbləği 18.144 manat, ödənilməli qalıq məbləği – 2.416 manat). 6. "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13M saylı yaşayış binasının İV giriş, 6 mərtəbə, ümumi sahəsi 51,4 kv.m olan, 1 otaqlı, 263 saylı mənzilin ümumi dəyərindən 18.144 manatın İddiaçı tərəfindən ödənilməsi barədə 24 iyun 2013-cü il tarixli, 27 nömrəli, 1.000 manatın ödənilməsi barədə 29 avqust 2013-cü il tarixli, 148 nömrəli və 1.416 manatın ödənilməsi barədə 25 sentyabr 2013-cü il tarixli, 165 nömrəli maliyyə arayışları, həmçinin mənzilin dəyərinin tam ödənilməsi barədə 25 sentyabr 2013-cü il tarixli, 50 nömrəli maliyyə arayışı verilmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 m art 2015-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı "xxxx" MTK-nın cavabdeh X3 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə iddiaçının iddiadan imtina edilməsi qəbul edilmiş və mülki iş üzrə icraata həmin hissədə hissəvi xitam verilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbi təmin edilmiş, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M saylı evin, İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 otaqlı, ümumi sahəsi 51,4 kv.m olan mənzilə sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzilə köçürülməklə, mənzildə yaşamasına və mənzildən istifadə etməsinə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası və Ali Məhkəmənin Mülki Kollegiyasının müvafiq qərarları ilə dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 13 M, mənzil 263 saylı mənzilə köçürülməsi barədə 15 noyabr 2023-cü il tarixli akt tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni G ünəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının evi Cavabdeh2 tərəfindən zəbt edilmişdir. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2013-cü il tarixli maliyyə arayışına əsasən, həmin mənzilin tam dəyəri iddiaçı tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. 22 mart 2009-cu il tarixli müqavilə təsdiq edir ki, həmin mənzilin tikintisi cavabdeh şirkətlə iddiaçı arasında razılaşdırılmışdır. O, həmin mənzildə 11 ildir ki, təmir işləri edib yaşayır. Cavabdeh2 iddiaçının mənzilinə köçürülməsinə dair məhkəmə qərarının əsasını təşkil edən müqavilə saxta olduğu üçün onun həmin müqavilənin etibarsızlığı f aktını yeni açılmış hal üzrə qaldırmaq hüququ vardır. Hazırda isə həmin hüquqi proseduranın tərkib elementi olaraq, onun həmin mənzilə mülkiyyət hüququnun tanınmasına zərurət yaranmışdır.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(010)716/2024 nömrəli qətnaməsi ilə (hakim F.Rzayeva) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli, 2(010)-287/2015 nömrəli qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin edilmiş, onun mübahisə predmeti olan mənzilə sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzilə köçürülməklə, mənzildə yaşamasına və mənzildən istifadə etməsinə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırıl ması qət edilmişdir. Həmin məhkəmə aktı apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qətnamə icraya yönəldilmiş və 15 noyabr 2023-cü il tarixli akta əsasən Cavabdeh2 mübahisə predmeti olan mənzilə köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh2 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mübahisəli mənzilə dair sahiblik və istifadə hüququ tanınmışdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun hansı andan yaranması üçün ona dair tam pay haqqının hansı tarixdə ödənildiyini müəyyənləşdirmək mütləqdir. Belə ki, həmin mənzilə dair cavabdeh "xxxx" MTK həm iddiaçı ilə, həm də X10 ilə müqavilə bağlamışdır. İşdə olan materiallarla iddiaçı tərəfindən tam pay haqqının 25 sentyabr 2013cü il t arixdə, X10 isə 16 iyul 2010-cu il tarixdə ödənilməsi müəyyən olunur. Kooperativin keçmiş üzvü olmuş X10 ilə hazırkı üzvü olan Cavabdeh2 arasında mübahisə predmeti olan mənzili ilə bağlı mübahisə olmamışdır.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.2-ci, Mülki Məcəllənin 6.1.4, 146.1, 146.2, 178.1, 178.8-ci, Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 82.3, 88, 107, 119.1, 216-220-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. İddiaçı apellyasi ya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2(105)-5444/2024 nömrəli qətnaməsi ilə (hakim X.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Abdıyev və F.Qasımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişidirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13 M saylı evin, İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 otaqlı, ümumi sahəsi 51,4 m2 olan mənzilə hazırkı iş üzrə Cavabdeh2 sahiblik və istifadə hüququnun tanınması barədə qüvvədə olan məhkəmə aktları mövcuddur.
18. Hazırkı halda İddiaçı işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malikdir. Konstitusiya Məhkəməsinin “M.İbrahimovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli Qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 iyun 2017-ci il tarixli qərarında şərh olunanlardan göründüyü kimi, qanunverici bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcud olmamasını təmin etmək məqsədi ilə qanuni qüvvəyə minmiş qətnamələrə yuxarı instansiya məhkəmələri tərəfindən yenidən baxılması imkanını nəzərdə tutur. Belə ki, MPM-in 423.2ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər.
19. Qeyd olunanlara əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, hazırda mübahisələndirilən mənzillə bağlı cavabdeh X2 və istifadə hüququnun tanınması barədə qüvvədə olan məhkəmə qətnamələri mövcud olduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan halların araşdırılması qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipinə zidd olmaqla məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilməməsi ilə nə ticələnir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Prosessual Məcəllənin 6.1.4, 14.2, 77.1, 217.4, 385.2, 422, 423.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi, Vəkil1 Mali oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Həmçinin verilən suallara cavab olaraq iddiaçının nümayəndəsi göstərmişdir ki, Cavabdeh2 iddiası üzrə Azərbaycan Respublikası Ali Mə hkəməsinin Mülki kollegiyasının qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət olunsa da, ərizə müddətin ötməsi əsası ilə qaytarılmışdır. Mübahisəli mənzil hazırda iddiaçının sahibliyindədir və həmin mənzildə yaşayır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və İ.Ə.Şəfiyev) 2(102)-343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2(103)-5444/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsin ə qaytarılmışdır.
24. Məhkəmə tərkibi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qətnaməsinə istinadı əsassız olmuşdur. Belə ki, həmin qətnamənin qəbulu üçün əsas olmuş mülki iş üzrə tərəf kimi "xxxx" MTK və Cavabdeh2 iştirak etsələr də, İddiaçı işə cəlb olunmamış və mübahisəli predmet üzrə məsələ həll edilərkən iştirakı təmin edilməmişdir. Odur ki, həmin qətnamə preyudisiallığın subyektiv həddi üzrə hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair iddiaçının və ya Cavabdeh2 üstün hüquqlarının olmasına Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qətnaməsi nəzərə alınmadan hüquqi qiymət verilməli idi.
25. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarına əsasən iddiaçı ilə cavabdeh MTK arasında eyni mənzilə dair 2 müqavilə: 22 noyabr 2009-cu il və 24 iyun 2013-cü il tarixli müqavilələr bağlanmışdır.
26. Bundan başqa, müəyyən olunmuşdur ki, iddiaçı faktiki olaraq mübahisəli mənzildə yaşamaqla, həmin mənzil sahibliyində və istifadəsindədir. İddiaçı mənzilin sahibliyinə 2009-cu ildə verilməsini, 2010-cu ildə isə mənzili təmir edərək, orada yaşamasını bildirir. Cavabdeh2 isə etirazında mənzili 2012-ci ildə almaqla, iddiaçı ilə MTK arasında müqavilənin 2013-cü ildə bağlanmasını göstərmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi işin bu ziddiyyətli hallarını, o cümlədən iddiaçı ilə iki müqavilə bağlanmasının səbəbini araşdırmamış, mənzilin iddiaçının sahibliyinə nə vaxt təhvil verilməsini müəyyən etməmişdir.
27. Qeyd olunmuşdur ki, hazırkı halda cavabdeh tikinti şirkəti təşkilatı-hüquqi formasına görə kooperativ olsa da, onun tərəflərlə olan müqavilə münasibətləri kooperativlə üzvləri arasında olan münasibətlərə tam uyğun gəlmir. Belə ki, həm iddiaçı, həm də cavabdehlə bağlanmış müqavilələrin məzmununa görə MTK təsisçilərinin və payçıların vəsaiti hesabına çoxmənzilli yaşayış binası inşa etməyi və həmin binada olan mübahisəli mənzili payçı kimi qeyd olunmuş tərəflərə təhvil verilməsini öhdəsinə götürmüşdür. Halbuki, Mülki Məcəllənin 109.1 və 109.2-ci maddələrinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak p ay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.
28. Hazırkı halda iddiaçı və cavabdehin kooperativ üzvü kimi qəbul edilməsinin əsasları (onların üzvlük haqqı ödəmələri, buna münasibətdə kooperativin fəaliyyətindən dividend almaları, kooperativin üzvü kimi nizamnamədə göstərilmələri) müəyyən olunmamışdır. Əksinə, tərəflərlə bağlanmış müqavilələr yalnız binanın inşası və konkret mənzilin təhvil verilm əsi ilə məhdudlaşır. Belə olduğu halda, məhkəmə kollegiyasının qənaətinə əsasən Mülki Məcəllənin 404-cü maddəsinə əsasən hazırkı mübahisənin həlli üçün podrat münasibətlərini tənzimləyən maddi hüquq normalarının tətbiqi nəzərdən keçirilə bilər.
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, qanunvericiliyin inkişafı da, bu istiqamətdə olmuşdur. Belə ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin 01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyasına görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Lakin həmin maddənin hazırkı redaksiyasına əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib his səsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Göründüyü kimi, qanunverici hazırda çoxmənzilli yaşayış binalarında mənzillərin satılması ilə münasibətləri tikinti şirkətinin təşkilatı-hüquqi formasından asılı olmadan podrat münasibətləri kimi qiymətləndirir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Təkrar apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, mənzili 2009-cu ildə alıb, 2010-cu ildən orada yaşayır. Müxtəlif vaxtlarda mənzili 2013-cü ildə əldə etməsi barədə bildirdikləri savadsızlığından olub, həm də ki, 2009-cu il m üqaviləsini sonradan sənədlərin içərisindən tapmışdır. Mənzilini 2013-cü ildə tam təmir etdirib, 20.000 manatdan artıq təmirə pul xərcləmişdir, həmin vaxtdan da fasiləsiz olaraq mənzilində yaşayır, yalnız 2023-cü ildə icraçılar gələndə ona məlum olub ki, Nazimin də bu mənzilə müqaviləsi var, hesab edir ki, Nazimin müqaviləsi saxtadır, çünki 2012-ci ildən mənzil alan şəxs on ildən artıq bir müddətdə mənzilinə gəlməmiş, maraqlanmamış, bu ola bilməz, demək ki, onun müqaviləsi sonradan düzəldilmişdir, odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bununla belə, iddiaçı mənzilin 2009-cu ildə alınması halında, ödəmələrin 2013-cü ildə həyata keçirilməsi, mənzilə dair hər hansı ödəmənin olmadığı halda hansı əsasla 2010-cü ildə mənzilin ona təhvil verilməsi və mənzilində təmir iş lərinin aparılmasına dair verilən sualları ağlabatan və inandırıcı şəkildə izah edə bilməmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, mənzil MTK tərəfindən iddiaçıya təhvil verilib, iddiaçı mənzilə qanuni əsaslarla yiyələnib, mənzilini tam təmir edərək 15 ildir həmin mənzildə fasiləsiz və mübahisəsiz olaraq yaşayır, Cavabdeh2la MTK arasında mübahisəyə dair qətnamənin hazırkı iş üzrə preyudisial olmadığını Ali Məhkəmə öz qərarında qeyd etmişdir, Cavabdeh2 MTK-dan zərər tələb edə bilər, odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında cavabdeh MTK-nın nümayəndəsi Ə.Qənbərov bildirmişdir ki, iddiaçı mənzili 2009-cu ildə alıb, həmin müqavilədəki imza ona məxsusdur, iddiaçı 2010-cu ildən orada yaşayır, iddiaçı ilə 2013-cü il tarixli müqaviləni binanın hazırkı sahibi olan "xxxx" MMC-nin rəhbərliyi təşkil edib. Bununla belə, Ə.Qənbərov mənzilin dəyərinin yalnız 2013-cü ildə ödənildiyi halda, iddiaçının 2010-cu ildə hansı əsasla mənzilə buraxılması, onun mənzildə təmir aparması ilə bağlı suallara ağlabatan və məntiqli bir izah verə bilməmişdir.
33. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş və bildirmişlər ki, iddiaçının 2009-cu il tarixli müqqaviləsi MTK-nın sədri olan Ə.Qənbərov tərəfindən arxa tarixə tərtib olunmuşdur, bu həm də onunla sübut olunur ki, MTK-nın Cavabdeh2 arasında müqavilənin eti barsızlığına dair uzun müddət davam edən məhkəmə mübahisəsində Ə.Qənbərov belə bir müqavilənin olmasını bildirməmişdir, halbuki 2009-cu il tarixli həmin müqavilə həqiqətən də olmuş olsaydı, onda MTK asanlıqla Cavabdeh2 müqaviləsinin etibarsızlığına nail ola bilərdi. Həmin prossesi uduzan MTK bunun müqabilində Cavabdeh2 müqaviləsindən qabaq tarixə müqavilə “təşkil etmək”lə ona mənzil verməkdən yayınmaq istəyir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qüvvədə olan qətnaməsi ilə də Cavabdeh2 həmin mənzilə dair MTK ilə bağlanmış müqaviləsi etibarlı əqd kimi tanınmışdır. Demək ki, həmin mənzil iddiaçıya deyil, Cavabdeh2 məxsusdur.
34. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" MMC-nin direktoru R.Əsədullazadə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, onun rəhbəri olduğu MMC uzun uzadı məhkəmə çəkişmələrindən sonra nəhayət ki, 2023-cü ildə mübahisəli mənzilin də olduğu binaya sahibliyini təmin etmişdir. Onlar binanı təhvil alarkən sənədlər içərisində iddiaçının həmin mənzilə dair xx.xx.2013-cü il tarixli müqavilə olmuşdur, iddiaçı ilə MTK arasında xx.xx.2009-cu il tarixli müqavilə mövcud olmamışdır, MTK-nın sədri Ə.Qənbərovla onların arasında uzun müddətdir ki, davam edən çoxsaylı mübahisələr var, onlar düşməndirlər, bu səbəbdən də Ə.Qənbərov hazırda da saxta sənədlərdən istifadə etməklə onlara mane olur, iddiaçıya aid olan 2009cu il tarixli həmin müqaviləni də Ə.Qənbərov sonradan təşkil etmişdir, iddiaçının özü telekanallara verdiyi müsahibələrdə, eləcə də dövlət orqanlarına yazdığı rəsmi ərizələrdə mənzili m əhz 2013-cü ildə aldığını bildirmişdir, bununla belə nümayəndə bildirdi ki, mənzil iddiaçıya həqiqətən də 2013-cü ildə təhvil verilmiş və iddiaçı həmin mənzili təmir edərək həmin vaxtdan fasiləsiz olaraq mənzildə yaşayır.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3020/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbləri təmin edilərək, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı mənzi lə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh2 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı həmin binada, yaxud MTK-nın inşa etdiyi başqa binada eyni ölçüdə olan başqa mənzilin verilməsi və ya müqavilədə göstərilən mənzilin hazırkı dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasının izah edilməsi, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (100+50=150) 150 manat dövlət rüsumu Cavabdeh1 Mənzil Tikinti Kooperativindən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
36. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd etmişdir ki, İddiaçı həmin işə cəlb olunmadığından və mübahisəli predmet üzrə məsələ həll edilərkən iştirakı təmin edilmədiyindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il t arixli qətnaməsi hazırkı iş üzrə preyudisial hesab edilmir. Hazırkı mülki iş materiallarına əsasən iddiaçı ilə cavabdeh MTK arasında eyni mənzilə dair 2 müqavilə: 22 noyabr 2009-cu il və 24 iyun 2013-cü il tarixli müqavilələr bağlanmışdır. Bundan başqa, müəyyən olunur ki, iddiaçı faktiki olaraq mübahisəli mənzildə yaşamaqla, həmin mənzil sahibliyində və istifadəsindədir. İddiaçı mənzilin sahibliyinə 2009-cu ildə verilməsini, 2010-cu ildə isə mənzili təmir edərək, orada yaşamasını bildirir. Cavabdeh2 isə etirazında mənzili 2012-ci ildə almaqla, iddiaçı ilə MTK arasında müqavilənin 2013-cü ildə bağlanmasını göstərmişdir.
37. Bundan başqa, mülki iş materiallarında olan xx.xx.2013-cü il tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı ilə iddiaçı tərəfindən tam olaraq pay haq qının xx.xx.2013-cü il tarixində ödənilməsi sübuta yetirilir. Həmçinin iddiaçının özünü təqdim etdiyi Baş Prokurorluğa ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayət ərizəsinin surətində də iddiaçı mənzili 2013-cü ildə aldığını qeyd etmişdir.
38. Məhkəmə onu da nəzərə almışdır ki, oturuşmuş təcrübəyə əsasən MTK-dan mənzil alanlara məhz mənzilin dəyərini tam ödədikdən sonra onlara təmir üçün icazə verilir. İddiaçı hər nə qədər 2010-cu ildən mənzilə köçdüyünü qeyd etsə də, o, mənzilin tam olaraq pay haqqını maliyyə arayışına əsasən xx.xx.2013-cü il tarixdə ödədiyindən, bu, elə həmin tarixdən də onun mənzili təmir edərək köçməsi qənaətinə gəlməyə əsas verir. Bu baxımdan işə təkrar apellyasiya qaydasında baxılarkən aparılmış araşdırmalarla iddiaçı ilə cavabdeh MTK arasında həmin mənzilə dair həq iqi və etibarlı müqavilənin məhz 24 iyun 2013-cü il tarixdə bağlanması qənaətinə gəlinmişdir. Bununla da müəyyən olunmuşdur ki, həmin mənzilə dair İddiaçı ilə MTK arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilə görünüş üçün bağlanmış uydurma əqd olmaqla əhəmiyyətsizdir.
39. Beləliklə də müəyyən olunmuşdur ki, həmin mənzilə dair iki etibarlı müqavilə mövcuddur: iddiaçı ilə MTK arasında bağlanmış 24 iyun 2013-cü il tarixli müqavilə və MTK və X10 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilə (MTK ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilə ilə pay haqqı Cavabdeh2 keçmişdir).
40. Kollegiya belə qənaətə gəlmişdir ki, iddiaçı ilə mənzilə dair müqavilə Cavabdeh2la bağlanılan müqavilədən sonrakı tarixdə olsa da, həmin mənzil 2013-cü ildən iddiaçının sahiblik və i stifadəsində olduğundan, o, mənzili həmin vaxtdan təmir edərək uzun müddət və fasiləsiz və mübahisəsiz orada yaşadığından, MM-in 452.1-ci maddəsinin tələbləri baxımından həmin mənzilə onun sahiblik və istifadə hüququnun tanınması barədə iddiası əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, Cavabdeh2 da həmin mənzilə dair etibarlı müqaviləsi mövcud olduğundan, ona, MTK-ya qarşı həmin binada, yaxud MTK-nın inşa etdiyi başqa binada eyni ölçüdə olan başqa mənzilin verilməsi və ya müqavilədə göstərilən mənzilin hazırkı dəyərinin ödənilməsini tələb etmək hüququna malik olması izah edilməlidir.
41. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 15, 29, 43-cü, Mülki Məcəllənin 5.3, 152.1, 157.1, 157.2, 157.8, 385.1, 385.2, 386.1, 404.1, 404.2, 442, 452.1, 452.2, 752.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)- 287/2015 nömrəli qətnaməsində qeyd edilmişdir ki, mülki işin materiallarında olan "xxxx" MTK-nın 68 saylı, 16 iyul 2010-cu il tarixli arayışından aydın olur ki, X1 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzilinin dəyərini tam ödəmiş və keçən müddət ərzində kooperativ üzvü kimi kooperativdən çıxarkən ona payının ödənilməməsi ilə bağlı nə "xxxx" MTK-ya, nə də ki, yeni payçı Cavabdeh2 qarşı tələb irəli sürməyərək payının dəyərinin ödənilməməsini mübahisələndirməmişdir. Qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X10 "xxxx" MTK-da olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzildən ibarət pay haqqını tam ödədikdən və bu barədə müvafiq maliyyə arayışı aldıqdan sonra "xxxx" MTK-nın razılığı ilə öz payını kooperativin digər üzvü olan Cavabdeh2 vermişdir. Kooperativin keçmiş üzvü olmuş X10 i lə hazırki üzvü olan Cavabdeh2 arasında 13M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzili ilə bağlı mübahisə yoxdur. Mübahisəli mənzilə ilk olaraq cavabdehin sahiblik hüququnun yarandığı hazırkı məhkəmə qətnaməsi ilə də birbaşa təsdiq olunmaqdadır. Lakin bu hal apellyasiya məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır.
44. Bundan əlavə, işə yenidən baxan apellyasiya məhkəmə kollegiyası cavabdehin mənzilə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmış sahiblik və istifadə hüququnu nəzərə almadan Mülki Məcəllənin 152-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur.
45. Həmçinin, məhkəmədə İddiaçı mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun 2009-cu il tarixindən, yəni onun həmin mənzildə yaşamağa başladığı vaxtdan yara ndığı iddia etsə də, məhkəmə bununla razılaşmayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında müəyyənləşdirilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sər əncam vermək hüququnu əldə edirlər. Belə ki, mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun hansı andan yaranması üçün ona dair tam pay haqqınının hansı tarixdə ödənildiyini müəyyənləşdirmək mütləqdir. İş materiallarından görünür ki, həmin mənzilə dair cavabdeh "xxxx" MTK həm İddiaçı ilə, həm də X10 ilə müqavilə bağlamışdır. İşdə olan materiallarla İddiaçı tərəfindən tam pay haqqının xx.xx.2013-cü il tarixdə, X10 isə xx.xx.2010-cu il tarixdə ödənilməsi müəyyən olunur. Həsənzadə Elçin pay haqqını tam ödədikdən və bu barədə müvafiq maliyyə arayışı aldıqdan sonra "xxxx" MTK-nın razılığı ilə öz payını kooperativin digər üzvü olan Cavabdeh2 vermişdir. Kooperativin keçmiş üzvü olmuş X10 ilə hazırki üzvü olan Cavabdeh2 arasında 13M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaql ı, ümumi sahəsi 51.4 kv.metr olan mənzili ilə bağlı mübahisə olmamışdır. Göründüyü kimi mübahisəli mənzilə ilk olaraq cavabdehin sahiblik hüququ yaranmışdır. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi işin bu halına düzgün hüquqi qiymət verməmişdir.
46. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 261.0.2ci maddəsinin də tələbini pozmuşdur. Belə ki, tərəflər eyni olmasa da, mübahisə predmeti eynidir və mübahisə predmeti barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Belə olan halda, məhkəmələr işin icraatına xitam verilməsi barədə qərardad çıxarmalı idilər, lakin bunu etməmişlər. Həmçinin məhkəmə tərəfləri yetərincə dinləməmiş, tərəflərin dəlillərini lazımınca araşdırmamış, sadəcə tərəflərin nümayəndələrinin vermiş olduqları izahatlarla kifayətlənmiş, cavabdehin sübutlarının araşdırılmasında, şahidlərinin dindirilməsində maraqlı olmamış, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
47. İddiaçı birinci məhkəmə proseslərinə cəlb edilmədiyindən o, iş üzrə sonuncu Ali məhkəmənin qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət etməli idi və hüquqi əsaslar müəyyən edilsəydi, Ali məhkəmənin sədrinin təqdimatı əsasında şikayət Ali məhkəmənin Plenumunun iclasına çıxarıla bilərdi. Lakin bunlar olmamışdır. Son olaraq qeyd edilmişdir ki, hazırda mübahisələndirilən mənzillə bağlı cavabdeh X2 və istifadə hüququnun tanınması barədə qüvvədə olan məhkəmə qətnamələri mövcud olduğundan, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan halların araşdırılması qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipinə zidd olmaqla məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilməməsi ilə nəticələnmişdir.
48. Həmçinin qeyd olunmalıdır ki, işə baxmış ali məhkəmə kassasiya şikayətini təmin edib işi yeni apellyasiya baxışına qaytararkən qərarında məcburi göstərişlər qoysa da, işə yenidən baxan apellyasiya məhkəməsi həmin məcburi göstərişləri icra etmədən əsassız qətnamə çıxarmışdır ki, bu da qətnamənin yenidən kassasiya məhkəməsində ləğvi üçün birbaşa əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan R espublikasının Konstitusiyası
50. Maddə 60.Hissə İ.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
52. Maddə 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
53. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
54. Maddə 404.1.Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
55. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
56. Maddə 452.1.Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
57. Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. Maddə 76.2.Bu m əlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.4.Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 416.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.
65. Maddə 418.1.Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
66. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
67. Bənd 1.Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
68. Bənd 2.2.Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
69. Bənd 2.4.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
70. Bənd 17.Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya baxışının hədləri:
71. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbin ə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
72. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassato r tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, iddiaçı ilə mənzilə dair müqavilə Cavabdeh2la bağlanılan müqavilədən sonrakı tarixdə olsa da, həmin mənzil 2013-cü ildən iddiaçının sahiblik və istifadəsində olduğundan, o, mənzili həmin vaxtdan təmir edərək uzun müddət və fasiləsiz və mübahisəsiz orada yaşadığından, MM-in 452.1ci maddəsinin tələbləri baxımından həmin mənzilə onun sahiblik və istifadə hüququnun tanınması barədə iddiasının əsaslı olması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaq la, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
76. Kassasiya şikayətinin dəlilləri cavabdehin etirazında olan dəlillərlə eynilik təşkil etmiş, sonuncu apellyasiya baxışında həmin dəlillər tam olaraq qiymətləndirilmişdir. Kassasiya şikayətində qeyd edilən digər dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
77. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hər tərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
78. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3020/2025 nömrəli, 2025-ci il 10 iyun tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.