Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3506/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən alınaraq qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2963/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Baladadaşeva (İsmayılova) X78 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, X12 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İddiaçı X4 qanun üzrə yeganə vərəsəsidir. 2. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin V tikilisindəki 3/12 hissə X4 (hazırda reyestrdə açıq qalmış), 3/12 hissə Cavabdeh (Ağayeva X31 vərəsəsi) mülkiyyətində olmuş, cavabdeh öz əmlakının 2/12 hissəsini özgəninkiləşdirmiş, hazırda cavabdehin mülkiyyətində V tikilisinin 1/12 hissəsi qalmışdır.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1302/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmış, işdə iştirak edən şəxslərə qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqları izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, arvadı X2 yeganə vərəsəsi olaraq ona miras qalmış, mülkiyyəti sayılan ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.m yaşayış sahəsindən, 65.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinin Cavabdeh və digərlərinin qanunsuz sahibliyindən alınması, həmin hissənin onun istifadəsinə verilməsi və buna maneənin cavabdehə və digərlərinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.m yaşayış sahəsindən, 65.3 kv.m köməkçi sahədən ibarət olan fərdi ya şayış evinin 3/12 hissəsi vəfat etmiş arvadı X3 miras qalmış və uzun sürən məhkəmə mübahisələri üzrə iddiaçı 1-ci dərəcə vərəsə hesab olunmuşdur. Cavabdeh miras əmlak olan fərdi yaşayış evinin 3/12 hissəsini onun iradə və istəyinə zidd olaraq qanunsuz şəkildə zəbt edib özünün qanunsuz sahibliyində saxlayaraq, ona aid mülkiyyətə daxil olmağına, sahibliyinə mane olmuşdur.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, Gülnaz Baladadaşevanın iddiası əsasında İddiaçı evdən istifadə hüququ itirilmişdir. İşə baxılan 4-5 il ərzində İddiaçı Gülnaz Baladadaşeva ilə nikahda olduğunu deməmişdir. Onların nikahları saxtadır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X15 izahat verərək bildirmişdir ki, o, evi in ternet saytlarının birində görmüşdür, bəyənmişdir. Elşən adlı bəydən evi almışdır. Sənədləşmə işləri rəsmi qaydada notariusda olmuşdur. Notariusda evin girovda olub- olmamasını soruşduqda ona girovda deyil demişdirlər. Bir müddət həmin evdə yaşadıqdan sonra Cavabdeh onu narahat etməyə başlamışdır. Tez-tez gəlib deyirdi ki, bura söküləndə ona xəbər versin. Sonra İddiaçı gəldi ki, bu evdən çıxmalıdır. O, evi 2020-ci ildə almışdır. Bir mərtəbəli evdir. 1 otağı var. Orada hal-hazırda nə iddiaçı, nə də cavabdeh yaşamır. Ümumiyyətlə, orada boş ev yoxdur. Evin hərəsində başqa adamlar yaşayır. Cavabdeh orada 1/12 payı olduğunu bilmirdi.
8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X28 izahat verərək bildirmişdir ki, evi 2020-ci ildə anası almışdır. Sonra onun adına keçirtmişdir. Sənədləşmə işlə ri rəsmi qaydada notariusda olmuşdur. Ev 1 otaqlı, 14 kv.metrlik evdir, evin pulunu da banka köçürmüşlər. Evi Vəzir bəy adlı şəxsdən almışdır. Cavabdeh ümumiyyətlə tanımır, onun orada evi yoxdur, sənəd üzərində payının olmasından da xəbəri olmamışdır.
9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X39 izahat verərək bildirmişdir ki, o, 5 ildir ki, həmin evdə yaşayır. İndiyə kimi bütün kommunal xərcləri özü ödəmişdir. Cavabdehin həmin həyətdə evi yoxdur, onu heç vaxt görməmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-418/2025 nömrəli iş üzrə 10 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Həbibə Miriyeva).
11. Məhkəmə sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-8/4-17-8785/2024 nömrəli məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X60 (xx.xx.1969-cu ildə vəfat etmişdir) və Lətifə Əlirəhman qızı (xx.xx.1987-ci ildə vəfat etmişdir) olan xx.xx.1952-ci il təvəllüdlü Gülnaz Baladadaşevanın, xx.xx.1950-ci il təvəllüdlü Akif Baladadaşevin (xx.xx.1951-ci ildə vəfat etmişdir) və xx.xx.1953-cü il təvəllüdlü Ramiz Baladadaşevin (xx.xx.1998-ci ildə vəfat etmişdir) doğumunun qeydiyyatı haqqında məlumat aşkar edilmişdir. Gülnaz Baladadaşeva xx.xx.2006-cı ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində İddiaçı ilə nikaha daxil olmuş, xx.xx.2009-cu ildə onun ölümü ilə nikaha xitam verilmişdir. Bildirilmişdir ki, “Elektron notariat” informasiya si stemində aparılmış araşdırma nəticəsində Gülnaz Baladadaşevanın adından vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, mərhumun adına xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisində vərəsəlik işi açılmış, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq müvafiq sənədlər Dövlət notariat arxivindən əldə oluna bilər.
12. Məhkəmənin sorğusuna cavab olaraq AR İN yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 nömrəli ev tarixsiz olaraq X70, X43, X55, X56, X35, Xədicə Ələsgər qızının, X75 və X71 adlarına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 1 s aylı DNK-nın 2 KN “N”-3256 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/16 hissəsi X44 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 1 saylı DNK-nın 2KN “N”-3257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/16 hissəsi X44 adına qeydiyyatdan keçmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-11/2008 nömrəli xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən evin V tikilisindən 1/12 hissəsi X33, V tikilisindən 1/12 hissəsi X29, V tikilisindən 1/12 hissəsi X24, V tikilisindən 1/12 hissəsi X8, V tikilisindən 1/12 hissəsi X16, V tikilisindən 1/12 hissəsi X11, V tikilisindən 3/12 hissəsi X5 və V tikilisindən 3/12 hissəsi X23 adlarına qeydiyyatdan keçmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3678/2010 nömrəli xx.xx.2010-cu il tarixli qətnam əsinə əsasən evin V tikilisindən 3/12 hissəsi X23 adına qeydiyyatdan keçmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1614/2010 nömrəli xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən evin A və B tikilisindən 4/6 hissəsi X44 adına qeydiyyatdan keçmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2756/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən evin V tikilisindən 3/12 hissəsi X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 2V-15 reyestr nömrəli xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin V tikilisindən 3/12 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 3 saylı NK-nın 4Ə-157 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən evin V tikilisindən 3/12 hissəsi X21 adına qeydiyyatdan keçmi şdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2246/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı və X21 adlarına verilmiş çıxarışlar etibarsız hesab edilmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 2V-40 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin V tikilisindən 3/12 hissəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin 4Ə-310 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin V tikilisindən 1/24 hissəsi X34, V tikilisindən 1/24 hissəsi X25 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin 4Ə-669 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin V tikilisindən 1/24 hissəsi X17 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 1 4 saylı notariat ofisinin 4Ə-741 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin V tikilisindən 1/12 hissəsi X18 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin 4Ə-967 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin V tikilisindən 1/24 hissəsi X26 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin 4Ə-1151 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin V tikilisindən 1/12 hissəsi X9 adına qeydiyyatdan keçmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1929/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən evin A və B tikililəri X44 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 29 saylı notariat ofisinin 4Ə-325 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləs inə əsasən evin V tikilisindən 1/24 hissəsi X19 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 nömrəli evin V tikilisindən 1/12 hissəsi X29, V tikilisindən 1/12 hissəsi X24, V tikilisindən 1/12 hissəsi X8, V tikilisindən 1/12 hissəsi X16, V tikilisindən 1/12 hissəsi X11, V tikilisindən 1/12 hissəsi X33, V tikilisindən 3/12 hissə (açıq qalır) X5, V tikilisindən 1/12 hissəsi Cavabdeh, V tikilisindən 1/24 hissəsi X26, V tikilisindən 1/12 hissəsi X9, V tikilisindən 1/24 hissəsi X19, A və B tikililəri X44 mülkiyyətlərindədir
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iş üzrə iddia predmeti ilə bağlı mülki hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. İşin hallarından mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının mübahis əli əmlak üzərində hər hansı əşya və s. digər əmlak hüquqları yaranmamışdır.
14. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Baxılan işdə iddiaçının mübahisəli evə dair hazırkı tələbi o halda qorunmağa layiq mənafe hesab olunar ki, daşınmaz əmlakın ona məxsus olduğunu, yəni, ona münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun.
15. Hazırkı işin hallarından isə qeyd edilənlər məcmu halda müəyyən edilməmişdir. Beləliklə, işin faktiki halları, toplanmış sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alan məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçının cavabdehə qarşı tələbinin qanu ni və faktiki əsasları mövcud deyildir. İddiaçı özünə məxsus olmayan (üzərində hər hansı əşya hüquqları yaranmamış) əmlakdan cavabdehin və digər şəxslərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqlara malik deyildir.
16. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə rədd olunmalıdır.
17. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, iddiaçının subyektiv hüququ olsaydı belə, iddia əsaslı sayıla bilməzdi. Belə ki, iddiaçı, Cavabdeh və qeyrilərinə qarşı tələb irəli sürərək onların mübahisəli əmlakı zəbt etdiklərini iddia edir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X36 (X5 bacısı) vəfat etdiyindən Bakı şəhəri 13 saylı DNK-nın 2V-40 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanu n üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X20 miras qalmış evin V tikilisindən 3/12 hissəsi oğlu Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarından görünmüşdür ki, Cavabdeh anasından miras qalmış və mülkiyyətinə keçmiş əmlak üzərində sərəncam verərək V tikilinin 3/12 hissəsindən 1/24 hissəni X40, 1/24 hissəsi X30, 1/12 hissəsi X1, qalan 1/12 hissəsi öz mülkiyyətində qalmışdır. Proses iştirakçılarının izahatları əsasında müəyyən olunmuşdur ki, cavabdehin həmin tikilidə 1/12 hissədə payı olsa belə, faktiki olaraq orada yaşamır. Ona görə onun iddiaçıya məxsus olduğu iddia edilən əmlakı zəbt etməsi ehtimalı da istisna olunur. Bunun əksini təsdiq edən sübutları isə iddiaçı məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddia tələbinin əmlakın digər şəxslərin qanunsuz sahibliy indən alınması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, digər şəxslərin kimliyi konkret olaraq göstərilmədiyindən, bu baxımdan qeyri-müəyyən tələb üzrə qətnamə çıxarılması yolverilən olmadığından iddia tələbinin həmin hissədə təmin edilməsi mümkün deyildir.
18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152, 157, 1133-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiası üzrə tətbiq etdiyi maddi hüquq normalarının tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, mirasın faktiki qəbulu üçün nəzərdə tutulmuş müddətə dair Mülki Məcəllənin müvafiq norması qüvvədən düşüb və eləcə də qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə (Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1302/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı) qənaət belədir ki,... onun qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqları itirilməyib. Məhkəmə isə vərəsəlik hüququnun olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi işin hallarını, tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməmiş və nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər sübutu təqdim etməmişdir. Əksinə qanuni qüvvəsini almış məhkəmə aktı əsasında arvadının sağ old uğu dövrdə iddiası əsasında mübahisəli evə istifadə hüququnun itirilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1302/2024 nömrəli xx.xx.2024-cü il tarixli mübahisəli məsələ üzrə yekun, qanuni qüvvəyə minmiş qərardadında isə bildirmişdir ki,... işdən göründüyü kimi, onun qayınatası, eləcə də həyat yoldaşı miras qalmış əmlak üzərində mülkiyyət (əşya) hüquqlarını dövlət qeydiyyata aldırmadan (həmin hüququ təsdiq edən çıxarış almadan) vəfat etmişlər. Belə olan halda, o, qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqlarını özündə saxlayır. Hazırkı mübahisənin əsasını mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin öt ürülməsinin üzrlü hesab edilməsi təşkil etmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi artıq o, 1-ci dərəcə vərəsə hesab olunur.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2963/2025 nömrəli mülki iş üzrə 15 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – “arvadı X2 yeganə vərəsəsi olaraq ona miras qalmış, mülkiyyəti sayılan ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.m yaşayış sahəsindən, 65.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinin digərlərinin qanunsuz sahibliyindən alınması, həmin hissənin onun istifadəsinə verilməsi və buna maneənin törədilməsinin digərlərinə qadağan edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2963/2025 nömrəli mülki iş üzrə 15 iyul 2025-ci il tarixli qətnaməsi ilə İddiaçın tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı «əmlakın qanunsuz sahiblikdən alınaraq istifadəsinə qaytarılması» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Fuad Babayev).
23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ond an ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi həm məzmun, həm də hüquqi əsaslandırma baxımından ziddiyyətlidir və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərlə də uzlaşmır.
24. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il Qərarında təsbit edilmiş hüquqi mövqenin həmin dövrdə məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq edildiyini nəzərə alan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası xx.xx.2012-ci il tarixli 2(103)-626/2012 nömrəli qərardadı ilə həmin Qərarın tə sviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqenin iddiaçının tərəf olduğu vərəsəlik münasibətlərinə şamil edildiyini təsbit etmişdir.
25. Hazırkı işin materiallarından görünmüşdür ki, İddiaçı xx.xx.2006-cı il tarixində X13 ilə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. X13 xx.xx.2009-cu il tarixində beyin insultu keçirməsi nəticəsində vəfat etmişdir. İddiaçının birinci növbəli vərəsə olaraq tanınmasına zəmin yaradan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1302/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında əks olunmuş hüquqi mövqe barəsində çıxarılmış digər məhkəmə aktlarına da zidd olmamışdır.
26. İddiaçı arvadından miras qalmış əmlaka dair vərəsəlik hüququnun tanınması istiqamətində məhkəməyə müraciətlərinin uğursuz olması qənaətinə gələn birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır.
27. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələ ndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
28. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)-4598/2012 nömrəli qərardadı ilə maraqlı şəxs Ağayeva X32 qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayətinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-1279/2012 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı ərizəsi hüquq haqqında mübahisənin olması əsası ilə baxılmamış saxlanılmışdır.
29. Məhkəmənin istinad etdiyi MPM-in 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıx arır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir.
30. Beləliklə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)-4598/2012 nömrəli qərardadı ilə iddiaçının (istinad olunan mülki işdə ərizəçinin) miras əmlaka hüququnun olmaması faktı yox, təsdiq edilməsi xahiş edilən hüquqi əhəmiyyətli faktdan asılı olan əmlak hüquqları barəsində mübahisənin mövcudluğu müəyyən edilmişdir. Həmin qərardad ilə faktiki vəziyyət sıfırlanmış, əsasında yaranmış hüquqi nəticələr isə digər məhkəmə aktları ilə ləğv edilmişdir.
31. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası xx.xx.2021-ci il tarixli 2(103)-7932/2021 nömrəli qətnaməsi ilə iddiaçıya verdiyi iddianın uğurlu olmaması; mübahisə edilən daşınmaz əmlak (payı) üzrə v ərəsəlik hüquqlarının tanınması, mirası qəbulu faktının təsdiqi üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsinin zəruri olduğu izah edilmiş, bu növ tələb iddianın baxış predmeti olmadığından onun müzakirəsinin də prosessual cəhətdən yolverilməz olduğu qeyd edilmişdir. Məhkəməyə növbəti dəfə müraciət edən iddiaçı mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir.
32. Göründüyü kimi işin materiallarına əlavə edilən məhkəmə aktlarından heç biri ilə iddiaçının vəfat etmiş arvadının ölümü nəticəsində açılmış əmlaka dair vərəsəlik münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması, başqa sözlə müvafiq mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi hallar müəyyən edilməmişdir.
33. Gülnaz Baladadaşevanın sağlığında verdiyi iddiası əsasında İddiaçı mübahisəli evdən istifadə hüququnun itirilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktının hazırkı mülki işin predmeti olan vərəsəlik hüququna əsaslanan mülki hüquq münasibətlərini mübahisələndirməyə iddiaçının subyektiv hüququnun olmamasının təsdiqi kimi nəzərə alınması əşya hüquqlarının yaranması əsaslarının müxtəlifliyi prinsipinə ziddir. İddiaçı Gülnaz Baladadaşeva ilə xx.xx.2006-cı ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş, xx.xx.2009-cu ildə onun vəfatı ilə nikahlarına xitam verilmişdir. İddiaçı Gülnaz Baladadaşevanın birinci növbəli vərəsəsi hesab edilir.
34. Hazırkı vəziyyətdə Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 nömrəli evin V tikilisindən 1/12 hissəsi X29, V tikilisində n 1/12 hissəsi X24, V tikilisindən 1/12 hissəsi X8, V tikilisindən 1/12 hissəsi X16, V tikilisindən 1/12 hissəsi X11, V tikilisindən 1/12 hissəsi X33, V tikilisindən 1/12 hissəsi Cavabdeh, V tikilisindən 1/24 hissəsi X26, V tikilisindən 1/12 hissəsi X9, V tikilisindən 1/24 hissəsi X19, A və B tikililəri X44 mülkiyyətindədir. V tikilisindən mərhum X5 3/12 hissəsi açıq qalmaqda davam edir.
35. Cavabdehin anasının vaxtilə həmin paya iddia etməsi ilə əlaqədar olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3678/2010 nömrəli xx.xx.2010-cu il tarixli qətnaməsi maraqlı şəxs İddiaçı apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)-626/2012 nömrəli qərardadı ilə ləğv edilmiş, ərizəçi X5 Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 nömrəli evin V tikilisindən X5 3/12 hissəsini qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizəsi hüquq haqqında mübahisənin olması əsası ilə baxılmamış saxlanılmışdır. Hazırda X5 bacısı X6 vərəsəsi olaraq cavabdehin baxış predmeti olan 3/12 hissəyə hər hansı tələbinin olmaması məhkəmə iclasında verdiyi izahata əsasən öz təsdiqini tapmışdır.
36. Beləliklə də yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının - Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 nömrəli evin V tikilisindən mərhum X10 məxsus olmuş və hazırda açıq qalan 3/12 hissəyə dair müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməsini istisna edən, onun subyektiv hüquqa malik olmadığını müəyyən edən və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1302/2024 nömrəli xx.xx.2024-c ü il tarixli qərardadı ilə onu qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüququndan məhrum edən hər hansı əsas müəyyən edilməmişdir.
37. Belə olan halda iddiaçının əşya-hüquqi iddialara aid olan əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası) ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. O, mərhum X3 vərəsəlik qaydasında ona keçmiş Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 nömrəli evin V tikilisindən (dövlət reyestrində açıq qalan) 3/12 hissəyə olan əşya hüquqlarını üçüncü şəxslərin müdaxilələrindən məhkəmə qaydasında müdafiə etmək üzrə subyektiv hüquqa malikdir. İddia ərizəsindən də göründüyü kimi tələbin mah iyyəti iddiaçının vərəsəlik qaydasında mülkiyyətinə keçən əmlakdan məhrum olmaqla, həmin əmlakın onun sahibliyinə verilməsindən ibarətdir.
38. Bununla belə iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının faktiki sahiblikdən məhrum olduğu mübahisəli əmlak cavabdehin sahibliyində deyildir. O, mövcud vəziyyətdə mübahisəli əşyanı sahibliyində saxlamaqla iddiaçının sahiblik hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradan şəxs deyildir. Belə ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı iclasında cavabdehin verdiyi izahatlardan görünmüşdür ki, o, mərhum Ağayeva X27 vərəsəlik qaydasında 2V-40 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən evin V tikilisindən ona qalmış hissənin bir qismini satmış, hazırda mülkiyyətində qalan 1/12 hissəsi adındadır, onun baxış predmeti olan 3/12 hissəyə hər hansı tələbi yoxdur, evin V tikilisindən ümumiyyətlə istifadə etmir.
39. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi hazırda iddiaçıya məxsus yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyində olması, cavabdehin həmin sahədən istifadə etməsi və mövcud vəziyyətdə bu sahəni iddiaçıya təhvil verməkdən imtina etməsi halları öz təsdiqini tapmamışdır.
40. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 1133, 1134, 1145, 1166, 1159, 1243, 1255-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsin ə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Mülki Məcəlləsinin 157.1 və 157.2-ci, Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiası üzrə Cavabdeh mərhum Ağayeva X27, vərəsəlik qaydasında 2V-40 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yə əsasən evin V tikilisindən qalmış miras əmlakın ölçüsü, ümumi əmlakın 3/12-si qədərdir, miras əmlaka aid hissənin tərkibində olduğu, ünvan 2 ünvanında, 0,0255 ha torpaq sahəsində yerləşən ümumi əmlakın ölçüsü isə 97 kv.m yaşayış sahəsindən, 65.3 kv.m köməkçi sahədən ibarətdir. Belə olduğu halda cavabdehə çatası miras payın ölçüsü olaraq 97 + 65.3=162.3 kv.metr-in 3/12-si qədər müəyyən edilir, yəni 162.3: 12 x 3 = 40.57 kv.metr. Cavabdeh ona çatan hissənin bir qismini də satmışdır. Məhkəmənin iddianın rədd etməsi barədə qənaətini düzgün müəyyən edə bilməsi üçün ilk növbədə hazırda cavabdehin və onun satmış olduğu şəxslərin istifadəsində olan ərazilərə ya yerində baxış keçirməli idi və yaxud da məhkəmə ekspertizası təyin etməklə həmin ərazilərin ümumi ölçüsünü dəqiqləşdirməli idi ki, bun u etməmişdir. Belə ki, cavabdehin hazırda faktiki istifadəsində qalan ərazi 50 kv.metrdən artıqdır. Satmış olduğu hissələrin isə hər birinin ölçüsü 50-60 kv.metrdən az deyil. Məhz cavabdehin istifadəsində olan hissənin faktiki ölçüsünün ona qanunla çatası pay hissənin ölçüsündən iki- üç dəfə artıq olması cavabdeh qanunsuz olaraq ona aid hissəni zəbt edib və buna görə də iddiası üzrə cavabdehdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
45. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
46. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
47. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
48. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
49. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılma sı üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
50. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyy ətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
51. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
52. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətini ilə qismən razılaşaraq hesab edir ki, aşağıdakılara əsasən qətnamə ləğv edilərək iş yenidən baxılması üçün qaytarılmalıdır.
62. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.2009cu il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsəsi olduğu hazırkı iş üzrə preyudisial xarakter daşıyan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1302/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən edildiyindən onun ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.m yaşayış sahəsindən, 65.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinin vərəsəlik qaydasında ona keçdiyi işin mübahisəsiz halı kimi qəbul edilməlidir.
63. Lakin kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.m yaşayış sahəsindən, 65.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinin Cavabdeh qanunsuz sahibliyindən alınması, həmin hissənin onun istifadəsinə verilməsi və buna maneənin cavabdehə və digərlərinə qadağan edilməsi barədə iddia tələbinə düzgün hüquqi qiymət verməmiş, həmin tələb üzrə araşdırma tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun aparılmamışdır.
64. Hər bir iddia tələbinin hüquqi əsası tərəflərin bildirdikləri faktiki hallara görə müəyyənləşdirilməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin hüquqi əsasını MM-nin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı halda iddia ərizəsinin məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının arvadı X14 və Cavabdeh ünvan 1 ünvanda yerləşən V tikilisinin paylı mülkiyyətçiləri olmuşlar. Belə olan halda cavabdehin həmin fərdi yaşayış evinin bir hissəsindən istifadəsi və sahibliyi mülkiyyət hüququndan irəli gəldiyindən qanunsuz hesab edilə bilməz. İddiaçı cavabdeh tərəfindən fərdi yaşayış evinin ona aid hissəsinin zəbt edildiyini və mülkiyyət hüq uqunun həyata keçirilməsinə maneə yaradıldığını iddia etdiyindən mübahisə MM-nin paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə ilə bağlı münasibətləri tənzimləyən normaları (215.1, 215.2-ci maddələr) tətbiq edilməklə həll edilməli, bu zaman ilk öncə ünvan 1 ünvanda yerləşən evin V tikilisinin (işdəki çıxarışlara əsasən 4 otaqlı, 67.5 kv.m yaşayış sahəsi, 25.1 kv.m köməkçi sahəsi olan) mərhum X7 mülkiyyətində olmuş 3/12 hissəsinin digər paylı mülkiyyətçilərin razılığı ilə naturada ayrılaraq onun istifadəsinə verilib-verilmədiyi, naturada ayrılmışsa evin hansı hissəsi olduğu (V tikilisinin mülkiyyət hüququ ilə qeydə alınmış sahələrinin texniki pasportlarının olub-olmadığı araşdırılaraq), həmin hissənin sahəsi və hazırda cavabdehin həmin sahədən istifadə edib-etmədiyi (faktiki olar aq hazırda istifadə etməsə belə əşyalarının olub-olmadığı) müvafiq prosessual hərəkətlər həyata keçirilməklə (yerində müayinə, ekspertiza və s) müəyyən edilməlidir. Əgər məhkəmə tərəfindən araşdırma nəticəsində iddiaçıya vərəsəlik qaydasında keçmiş əmlak hal-hazıradək naturada ayrılmadığı və hazırkı iddia ərizəsini irəli sürməklə iddiaçının əmlakdan istifadə qaydasının müəyyən edilməsini deyil, öz payının naturada ayrılmasını xahiş etdiyi müəyyən edilərsə bu halda tələbə MM-nin 220-ci maddəsinin tələblərinə müvafiq hüquqi qiymət verilməlidir.
65. Mübahisələndirilən qətnamədə məhkəmə iddiaçının faktiki sahiblikdən məhrum olduğu mübahisəli əmlakın cavabdehin sahibliyində olmadığının iş materialları ilə müəyyən edildiyini qeyd etsə də, paylı mülkiyyətdə olan fərdi yaşayış tərəflərin hər bir inin faktiki sahibliyində olmuş hissəsini, o cümlədən iddiaçıya aid hissənin zəbt edilmədiyini cavabdehin öz izahatından başqa hansı sübutlar əsasında müəyyən etdiyini əsaslandırmamış, qətnamə MPM-nin 217.1-ci maddəsinin tələbinə uyğun tərtib edilməmişdir.
66. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbi üzrə qanunun tələbinə uyğun tam araşdırma aparılmadığı üçün əmlakın paylı mülkiyyətçiləri arasında əmlakdan istifadə ilə bağlı mübahisə həll edilməmiş qalmış, nəticədə iddiaçıya münasibətdə ədalətli məhkəmə araşdırması prinsipi təmin edilməmişdir.
67. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2963/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qətnaməs i ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
68. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2963/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.