Məhkəmə qərarları › İş №2(102)-174/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-174/2024

22.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-174/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras payının müəyyən edilməsi və bağışlama müqaviləsinin ləğvi tələbinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-765 /2023 nömrəli iş üzrə 23 avqust 2023-cü il tarixli qərardadından İddiaçı1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzili X5 adına olmuşdur.

2. X8 xx.xx.1996-cı ildə ölmüş, mübahisəli mənzili nəvəsi İddiaçı2 vəsiyyət etmişdir.

3. X5 əri X6 xx.xx.2005-ci ildə ölmüşdür.

4. X6 öz payını 12 iyun 2004-cü il tarixdə qızı Cavabdeh vəsiyyət etmişdir.

5. Mübahisəli mənzilə İddiaçı2 1/2 hissə, Cavabdeh 1/2 hissə daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır.

6. İddiaçı2 öz payını xalası, hazırkı iş üzrə Cavabdeh 26 aprel 2007-ci il tarixdə bağışlamış və mənzil xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.

7. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 2932/2006 nömrəli iş üzrə 14 iyul 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin iş üzrə 18 yanvar 2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzilinin 1/2 hissəsinə İddiaçı2, 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınmış, həmin mənzilin göstərilən paylarla dövlət reyestrində İddiaçı2 və Cavabdeh adına qeydiyyata alınması Mingəçevir şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 6K-2898 nömrəli iş üzrə 26 dekabr 2006-cı il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 14 iyul 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzilində atası X3 1/2 hissə miras payına İddiaçı1 1/4 hissə miras payının müəyyən olunması, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzilinə olan İddiaçı2 1/2 hissə bağışlanmış payının Cavabdeh geri alınması, Mingəçevir şəhəri 2 nömrəli Notariat kontorunda bağlanmış 26 aprel 2007-ci il tarixli 4Ə/1-154 nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. Mingəçevir Şəhə r Məhkəməsinin (hakim Ə.Hüseynov) 2(051)-113/2023 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... ilk növbədə iddia tələbinin mübahisəli Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzilinə İddiaçı1 ¼ miras payının müəyyən olunması hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, hal-hazırda mübahisəli miras əmlak vərəsəlik üzrə və bağışlama müqaviləsi əsasında tam mülkiyyət hüquq üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, İddiaçı1 həmin mənzilin tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsini və onun miras əmlaka pay hüququnun olmasını iddia etməsə də əmlakın dövlət qeydiyyatına alınması üçün əsas olan vərəsəlik şəhadətnaməsi və çıxarış mübahisələndirilmədiyi üçün, həmin sənədlər qüvvədə oluduğu halda iddiaçının miras əmlaka payını tələb etməsi əsassızdır və hal-hazırda İddiaçı1 həmin tələb üzrə subyektiv hüququ yoxdur. Bundan başqa məhkəmə Məhkəmə İddiaçı2 iddiasına qiymət verərkən iddia tələbi hədiyyətinin geri qaytarılmasını qeyd etsə də işin hallarından da müəyyən olunur ki, iddia bağışlamadan imtina edilərək hədiyyənin geri alınması tələbidir. Odur ki, məhkəmə İddiaçı2 iddia tələbinə Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzilinə olan İddiaçı2 ½ hissə bağışlanmış payının bağışlamaqdan imtina edərək Cavabdeh geri alınması və Mingəçevir şəhər 2 nömrəli Notariat Kontorunda bağlanmış 26 aprel 2007-ci il tarixli, 4Ə/1-154 nömrəli bağışlama müqaviləsini ləğv edilməsinə hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Qanunvericiliyi bağışlamaqdan imtinanın və bağışlama müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir.... İş materiallarından və məhkəmə araşdırmasının nəticələrindən də görünür ki, qanunvericiliklə müəyyən edlmiş bağışlamaqdan imtina edərək geri alınmasına və müqavilənin ləğvi üçün əsas verən həmin hallar mövcud deyil və iddiaçı həmin halların mövcudluğu barəsində məhkəməyə sübutlar təqdim edə bilmədi. Həmçinin bağışlama müqaviləsi üzrə şərtlər və öhdəliklər mövcud deyildir. Bağışlama müqaviləsi tərəflərin iradə ifadəsi ilə notariat kontorunda yazılı surətədə tərbib edilmiş, tərəflərin iradə ifadəsi yoxlanılmış və təsdiq edilmişdir və hədiyyə alan hədiyyəni qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəd ə də əsassızdır və bağışlama müqailəsinin ləğvi üçün əsaslar yoxdur.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar apellyasiya şikayəti vermişlər.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-765/2023 nömrəli iş üzrə 23 avqust 2023-cü il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və E.Hüseynov) İddiaçı1 Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzilində miras payının müəyyən olunması tələbinə aid hissədə, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, iş üzrə icraata xitam verilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “Göründüyü kimi, İddiaçı1 Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzilində miras payının müəyyən olunması ilə bağlı məsələyə məhkəmə qaydasında baxılmış, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 14 iyul 2006-cı il tarixli 2932/2006 nömrəli qətnaməsi qəbul edilmiş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2006-cı il tarixli 6K-2898 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.... Göstərilən müddəaların mənasından göründüyü kimi hazırki iş üzrə iddia tələbinin İddiaçı1 Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzilində miras payının müəyyən olunması hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzilində miras payının müəyyən olunması tələbinə yenidən məhkəmə icraatı qaydasında baxıla bilməz, birinci instansiya məhkəməsi iddianı həmin hissədə icraata qəbul edərək, mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarını pozmuşdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan İddiaçı1 ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2006-cı il tarixli qərarı mərhum X4 miras qalmış əmlakın bölgü sü ilə əlaqədar olmuşdur. Hazırkı iddianın həmin iddia ilə heç bir bağlılığı yoxdur. Məhkəmə Ali Məhkəmənin qərarını qərardada daxil etsə də, onun məzmununu araşdırmadığından səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərard adı olarsa; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı ta mamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 4 17.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində qərardadın ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİ YA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərardadının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları mülki məhkəmə icraatının gedişatını, həmçinin, mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.

26. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına ca vab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır.

27. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzg ün tətbiq edilməlidir.

28. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, yenidən qaldırılan iddianın yolverilməzliyi ilə bağlıdır. Belə ki, qeyd olunan hallarda yenidən verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar məhkəmənin icraatına qəbul edildiyi halda isə MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir (§20).

29. İşdən məlum olur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMKnın 2932/2006 nömrəli iş üzrə 14 iyul 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, Mingə çevir Şəhər Məhkəməsinin 18 yanvar 2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzilinin 1/2 hissəsinə İddiaçı2, 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınmış, Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 6K-2898 nömrəli iş üzrə 26 dekabr 2006-cı il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 14 iyul 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları əsassız sayır. Belə ki, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin 13 nömrəli mənzilində miras paylarının müəyyən olunması ilə bağlı məsələyə məhkəmə qaydasında baxılmış, bu barədə qəbul edilmiş qətnamə qanuni qüvvəyə minmişdir. Bu da öz növbəsində o deməkdir ki, İddiaçı1 eyni mənzilə miras payının müəyyən olunması tələbinə aid hissədə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.

31. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-765/2023 nömrəli iş üzrə 23 avqust 2023-cü il tarixli qərarda dı dəyişiklik edilmədən saxlanılsın. İddiaçır İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar