Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1740/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-**/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddi açı Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8498,71 ABŞ dolları məbləğində əsas borc, 269,34 ABŞ dolları məbləğində faiz borcu, 8875,79 ABŞ dolları məbləğində cərimə borcu və müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz borc olmaqla 77,88 ABŞ dolları məbləğində borc olmaqla, cəmi 17721,72 ABŞ dolları məbləğində borcun tutulması, Cavabdeh1 iddiaçının xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 4074,50 manat əsas, 338,67 manat faiz, 2821,51 manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 407,98 manat borc olmaqla, cəmi 7641,66 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 dövlət rüsumunun tutulması, itutmanın Cavabdeh1 məxsus olan ünvan1 ünvanında yerləşən yaşayış sahəsi 48.23 kv.m, yardımçı sahəsi 26,4 kv.m, ümumi sahəsi 74,63 kv.m olan 4 otaqdan ibarət mənzilin hərracdan satışından əldə olunan vəsait hesa bına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan1 ünvanında yerləşən yaşayış sahəsi 48.23 kv.m, yardımçı sahəsi 26,4 kv.m, ümumi sahəsi 74,63 kv.m olan 4 otaqdan ibarət mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ******/İ-15 nömrəli b aş kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə illik 36 faizlə, 60 ay müddətinə 100.000 manat və onun valyuta ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. Baş kredit müqaviləsi əsasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli ****/SME-**** nömrəli kredit müqaviləsinə əsasən illik 22 faizlə, 36 ay müddətinə 31.850 ABŞ dolları məbləğində kredit; xx xxxx 2015-ci il tarixli *****/15 nömrəli kredit müqaviləsi üzrə isə illik 6 faizlə 36 ay müddətinə 15.000 manat kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixdə, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin müddəti isə xx xxxx 2018-ci il tarixdə bitmişdir. Baş kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə borcal an Cavabdeh1 mülkiyyətindəki ünvan1 ünvanında yerləşən yaşayış sahəsi 48,23 kv.m, yardımçı sahəsi 26,4 kv.m, ümumi sahəsi 74,63 kv.m olan 4 otaqdan ibarət mənzili xx xxxxxx 2015-ci il tarixli ***** №-li sonrakı ipoteka müqaviləsi ilə yüklü etmiş, həmçinin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında xx xxxxxx 2015-ci il tarixli *****/***** saylı zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Həmçinin kredit razılaşmasına əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. xx xxxxxx 2015-ci il tarixli və xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. xx xxxxxx 2020-ci il tarixinədək Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8498.71 ABŞ dolları məbləğində əsas borc, 269,34 ABŞ dolları məbləğində faiz borcu, 8.875,79 ABŞ dolları məbləğində cərimə borcu və müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020- ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 77,88 ABŞ dolları məbləğində borc olmaqla, cəmi 17.721,72 ABŞ dolları məbləğində borcu vardır. xx xxxxxx 2020-ci il tarixinədək Cavabdeh1 xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 4.074,50 manat əsas, 338,67 manat faiz, 2.821,51 manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 407,98 manat borc olmaqla, cəmi 7.641,66 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır və bu səbəbdən də qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün reyestr orqanına ərizə göndərilmiş və bildiriş müvafiq qaydada qeydiyyata alınmışdır. Müddə tin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirməmişdir. Ağcəbədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2(017)-*****/2020 nömrəli qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2015-ci ii tarixi. *****/15 nömrəli kredit müqaviləsi üzrə 4074,50 manat məbləğində əsas, 338,67 manat məbləğində hesablanmış faiz, 50 manat məbləğində dəbbə pulu, xx.xx.2015-ci il tarixli, 001/***** nömrəli kredit müqaviləsi üzrə 8498,71 ABŞ dolları məbləğində əsas, 269,34 ABŞ dolları məbləğində hesablanmış faiz, 100 ABŞ dolları məbləğində dəbbə pulu, həmçinin 16 manat dövlət rüsumunun alınaraq Ləğv prosesində olan «xxxx» ASC-yə ödənilməsi, iddia tələbinə Cavabdeh2 aid hissədə xitam verilməsi, t utmanın ilkin satış qiyməti 60600 manat müəyyən edilməklə, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 48,23 kv.m, yardımçı sahəsi 26,4 kv.m, ümumi sahəsi 74,63 kv.m olan 4 otaqdan ibarət mənzilə yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakların açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan puldan Cavabdeh1 banka olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan - Cavabdeh1 verilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaş ayan digər şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış sahəsinin boşaldılması və Ləğv prosesində olan «xxxx» ASC-yə təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, ******/İ-*** nömrəli baş kredit müqaviləsinin bağlanması, xx.xx.2015-ci il tarixli ***/***** nömrəli kredit müqaviləsinə əsasən illik 36 ay müddətinə 31850 ABŞ dolları məbləğində kredit alması, kreditdən istifadəyə görə illik 22 faiz ödəməyi öhdəsinə götürməsi; xx.xx.2015-ci il tarixli *****/15 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 15000 manat kredit alması, kreditdən istifadəyə görə illik 6 faiz ödəməyi öhdəsinə götürməsi onun müqavilə öhdəliklərini yerinə y etirməməsi və kredit razılaşmasına əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq ipoteka qoyulması, həmçinin bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanması sübuta yetir. Həmçinin müəyyən olundu ki, Cavabdeh2 xx xxxxxxxx 2019-cu il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, Cavabdeh1 banka olan 8498,71 ABŞ dolları kredit borcu üzrə 8875,79 ABŞ dolları, 4074,50 manat əsas kredit borcu üzrə isə 2821,51 manat pulu hesablaması ədalətli deyil. Kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərin cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən 8875,79 ABŞ dolları və 282 manat cərimə növündə dəbbə pulu tələbi qismən təmin edilməklə, müvaf iq olaraq 100 ABŞ dolları və 50 manat məbləğində cərimə növündə dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, fərdi yaşayış evi hərracda satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli, yaşayış sahəsindən çıxarılaraq mənzil boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərdən iddiaçının xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 77,88 ABŞ dolları məbləğində borc, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 407,98 manat borc hesablanaraq tutulması hissəsində qiymət verərək hesab edir ki, həmin tələb dəqiq olmadığı, heç bir sübuta söykənməyən mücərrəd xarakter daşıdığı üçün iddia həmin tələb hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən hakim iş üzrə tərəflərdən biri şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 öldüyünə və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilmədiyinə görə iddia tələbi ona aid hissədə xitam verilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310.2, 317.1, 319.1, 385.1, 442, 443.1, 445.1, 448.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.2, 47.5, 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 261.0.7 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və şikayət verilən hissələrdə iddia tələbinin tam təmin edilməməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zəki Babayev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Nüsrət Mirzəyev) xx.xx.2020-ci il tarixli, 2(106)-****/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyər ək, Ağcəbədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(017)-*****/2020 saylı qətnaməsinin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, zamin olan Cavabdeh2 xx xxxxxxxx 2019-cu il tarixdə ölmüş, iddiaçı ləğv prosessində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mərhum Cavabdeh2 hüquqi varisini müəyyən etmək istiqamətində heç bir hərəkət etmədən, digər cavabdehlərlə yanaşı borcun ölmüş şəxsdən, yəni mərhum zamin olan Cavabdeh2 tutulması barədə əsassız iddia qaldırmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş ****/**** saylı, xx xxxxxx 2015-ci il tarixli, ***/SME-*** saylı xx xxxxxx 2015ci il tarixli və ***/***/**** saylı xx xxxx 2015-ci il tarixli kredit müqavilələrini əsas götürməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən müqavilə şərtlərinə əməl olunmaması, iddia tələbinə Cavabdeh2 aid hissədə isə xitam verilməsi barədə qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Fərid Əliyevin apelyasiya şikayətinin cərimə borcunun az hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, ləğv prosesində olan “xxxx” ASC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğinə görə 8.875,79 ABŞ dolları və 2.821,51 manat cərimə borcu tələb olunsa da, birinci instansiya məhkəməsi tərəfindən 2204-14-AYİB saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin 2.5-ci bəndinə uyğun olaraq 100 ABŞ dolları və 50 manat məbləğində cərimənin cavabdehdən tutulması qanuni və əsaslıdır. Məhkəmə kollegiyasının mövqeyinə görə apelyasiya şikayətində zaminliyə xitam verilməsi, illik 5 faiz hissədə borcun təmin edilməməsi və cərimənin azaldılması hissələrində əsassız olduğuna görə qətnamənin ləğv edilməsi xahiş olunsa da, həmin tələblər əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Fərid Əliyev apelyasiya şikayətində MPM-nin 261.0.7-ci maddəsinə əsasən məhkəmənin, Cavabdeh2 zaminliyinə xitam verməsini əsassız hesab etsə də, iddiaçı ləğv prosessində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu zamin olan Cavab deh2 xx xxxxxxxx 2019-cu il tarixdə ölməsini bildiyi halda, onun hüquqi varisini müəyyən etmək istiqamətində heç bir hərəkət etməmiş, digər cavabdehlərlə yanaşı borcun qanunsuz olaraq ölmüş şəxsdən, yəni mərhum zamin olan Cavabdeh2 da tutulması barədə əsassız iddia qaldırmışdır. Bundan başqa cavabdehlərdən əsas borcla yanaşı kifayət qədər yüksək olan faiz və cərimənin ödənilməsi təmin edilməsi təmin edildiyi halda, iddiaçının illik 5 faiz hissədə borcun təmin edilməməsi tamamilə əsassız olmaqla əsassız varlanmağa çalışmasını təsdiq edir. Bu səbəbdən də iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Fərid Əliyevin apelyasiya şikayətində göstərdiyi dəlillər əsasızdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı işti rakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsi halı bu iş üzrə düzgün tətbiq edilməmişdir. Bu maddədə söhbət prosessual hüquq varisliyindən gedir. Mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdikdə iş üzrə icraata xitam verilə bilməz. Bank ilə Cavabdeh2 arasında hüquq münasibəti kredit və ya borc tələbi ilə bağlı hüquq münasibəti o lduğuna görə iş üzrə icraata xitam verilməsi düzgün deyildir. Daha sonra məhkəmə bu halda icraatı dayandırmaq əvəzinə icraata xitam verməklə bankın mövqeyinə zərər vurmuşdur. Digər tərəfdən qeyd olunmalıdır ki, məhkəmə qətnaməsini cərimə hissəsində azaldarkən Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsaslanmışdır. Həmin maddənin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini-“tənasüb müəyyənləşdirilərkən həm kreditorun əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki müəyyən edilmiş dəbbə pulu tələb edilən cərimə borcu ilə tənasübsüz azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Daha sonra məhkəmə qətnaməsində gecikdirilən vaxt üçün hesablanan illik 5 faiz borcları təmin etməyərkən əsas kimi qeyd etmişdir ki, iddiaçının bu tələbi mücərrəd xarakter daşıyır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gə lməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsin ə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 261.0.7. hakim iş üzrə tərəflərdən biri şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş icraata xitam verir. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnam ə zaminliyə xitam verilməsi, illik 5% faiz borcunun tutulmasının təmin edilməməsi və cərimənin azaldılması hissələrində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissələrdə ləğvi xahiş edildiyindən məhkəmə aktı yalnız həmin hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayə tinin zaminliyə xitam verilməsi barədə dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, iddiaçı ləğv prosessində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mərhum Cavabdeh2 hüquqi varisini müəyyən etmək istiqamətində heç bir hərəkət etmədən, digər cavabdehlərlə yanaşı borcun ölmüş şəxsdən, yəni mərhum zamin olan Cavabdeh2 tutulması barədə əsassız iddia qaldırmışdır. Bu səbbədən kasasiya şikayətinni zaminliyə xitam verilməsi ilə əlaqədar dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cərimə borcunun azaldılması və illik 5% faiz borcunun tutulmasının təmin edilməməsi barədə kasasiya şikayətinin də lilləri üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, cərimə borcunun azaldılması zamanı apelyasiya kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinin pozuntusuna yol verməmiş, əksinə, maddənin tələblərinə uyğun olaraq tənasüb prinsipinə əməl etməklə cərimə borcu məbləğini azaltmışdır. İllik 5% faiz borcunun tutulmasının təmin edilməməsinə gəldikdə isə qeyd edilməlidir ki, apelyasiya kollegiyasının qeyd etdiyi kimi, mövcud tələb üzrə tələb edilən faiz məbləği kifayət qədər yüksək məbləğ təşkil etdiyi halda, cavabdehdən əlavə illik 5% faiz borcunun da tələb edilməsi iddiaçı tərəfin əsassız varlanmaq niyyətini ifadə etməkdədir ki, bununla bağlı da kasasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə k ollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən (zaminliyə xitam ver ilməsi, illik 5% faiz borcunun tutulmasının təmin edilməməsi və cərimənin azaldılması) hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.