Məhkəmə qərarları › İş №2(102)-1743/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1743/2023

23.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1743/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ( Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə) Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1222/2022 saylı mülki iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) mərhum qardaşı X3 arvadı olmuşdur. Onların birgə nikahından xx.xx.1997-ci il tarixdə X9 adlı bir uşaqları olmuşdur.

3. X10 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, ondan miras qalan, ünvan 1 ünvanında yerləşən evə dair xx.xx.2000-ci il tarixdə hazırki iş üzrə iddiaçı və onun övladı X4 adına birinci növbədə vərəsələr kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

4. Qeyd olunan vəsiyyətnamə əsasında həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə iddiaçı və onun övladı X4 adına rəsmiləşdirilmişdir. 5. xx.x x.2000-ci il tarixdə iddiaçının adından X6 etibarnamə verilərək ünvan 1 ünvanında yerləşən evdən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi sonuncuya etibar edilmişdir. Həmin etibarnamə əsasında ünvan 2 ünvanında yerləşən ev cavabdehə satılmış və bununla əlaqədar bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi Oğuz rayon Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir.

6. Alqı-satqı müqaviləsini satıcı qismində iddiaçının adından X12 imzalamışdır. Bundan sonra qeyd olunan fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırkı iş üzrə cavabdehin adına rəsmiləşdirilmişdir. Evin yerləşdiyi 504,38 kv.metr həyətyanı torpaq sahəsinə də aqrar islahat komis siyasının müvafiq qərarı ilə hazırkı iş üzrə cavabdehin adına hüquq müəyyənedici sənəd tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, əri X10 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Hazırda mübahisə olunan ünvan 1 ünvanında yerləşən, sahəsi 59.3 kv.metr olan ev mərhum ərinin şəxsi mülkiyyətində olmuşdur. Əri vəfat etdikdən sonra o, ərindən miras qalmış evi və torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyəndə ərinin qardaşı, yəni hazırki iş üzrə cavabdeh və anası ona bildirmişlər ki, oğlu Ruslan yetkinlik yaşına çatanadək miras əmlak hesab olunan ev heç kimin adına rəsmiləşdirilməsin, Ruslan yetkinlik yaşına çatdıqdan sonra ev onun adına rəsmiləşdirilər. O da gələcəkdə miras evin oğlunun adına rəsmiləşdiriləcəyinə inandığı üçün buna razılıq vermişdir. 2021-ci ilin yay aylarında miras əmlakla bağlı Qəbələ “ASAN Xidmət” Mərkəzinə müraciət edərkən ona bildirmişlər ki, müvafiq sorğulara cavab alındıqdan sonra vərəsəlik şəhadətnaməsi verilə bilər. Təxminən, 1 ay sonra Qəbələ “ASAN Xidmət” Mərkəzinə dəvət olunmuş və həmin vaxt ona bildirilmişdir ki, onun adına artıq vərəsəlik şəhadətnaməsi verilmişdir və o, həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edərək evə dair Çıxarış sənədi ala bilər. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edən zaman isə məlum olmuşdur ki, cavabdeh onun xəbəri olmadan evi öz adına rəsmiləşdirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə müraciət etmiş, həmin orqandan ona verilən sənədlərdən məlum olmuşdur ki, cavabdeh onun xx.xx.2000-ci il tarixdə Oğuz rayon Notariat X1 verdiyi etibarnamədən istifadə edərək xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuşdur. O, yalnız mərhum ərindən qalmış avtomobilin satılması ilə bağlı etibarnamə vermişdir. X7 isə tanımır, həmin şəxsə hər hansı etibarnamə və tapşırıq verməmişdir. O, ümumiyyətlə ərindən qalan miras əmlakla bağlı notariat o rqanına müraciət etməmiş, vərəsəlik şəhadətnaməsi almamışdır. Belə ki, mərhum ərinin anası və hazırki iş üzrə cavabdehlə aralarında olan razılaşmaya əsasən oğlu Ruslan 18 yaşına çatanadək heç buna ehtiyac olmamalı idi. Cavabdeh həmin etibarnaməni ondan mərhum ərindən miras qalmış avtomobilin satılması üçün istəyib almışdır. Onun mərhum ərindən miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini satmaq fikri olmamışdır. Həmin əsaslara görə hesab edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və qeyd olunan evin hüquqi statusu əvvəlki vəziyyətinə qaytarılmalıdır.

9. Sonradan iddiaçı tələbinin həcminin artırılması və əlavə cavabdehin cəlb olunması barədə ərizə verərək, oğuz rayonu Dövlət Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 №-li etibarn amənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən evə aid xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 №-li etibarnamə əsasında X12 ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi xidmətlə bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Oğuz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(107)- 56/2022 saylı qərardadı ilə, iddiaçının cavabdehə qarşı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbinin həcminin artırılması və əlavə cavabdehin cəlb olunması barədə verilmiş ərizə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qaytarılması qərara al ınmışdır.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, iddiaçının mərhum əri Habil Mabudov və hazırki iş üzrə cavabdeh onun arvadının qardaşlarıdırlar. İddiaçının onun adına verdiyi etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən evə dair cavabdeh ilə iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə satıcı iddiaçının adından etibarnamə əsasında o özü imza etmişdir. Onun adına etibarnamə verilən vaxtlarda iddiaçı Bakı şəhərində yaşayırdı və bildiyinə görə etibarnaməni də Bakı şəhərindən vermişdir. Belə ki, həmin etibarnaməni ona cavabdeh təqdim etmişdir. İddiaçı onun adına etibarnamə verərkən o, iddiaçını görməmiş və iddiaçı ona etibarnamə əsasında konkret olaraq hər hansı işi görməyi, notariat əməliyyatını həyata keçirməyi şəxsən tapşırm amışdır. Ancaq o, ailənin yaxın adamı kimi həmin evin cavabdehin adına rəsmiləşdirilməsinə ümumi razılığın olduğunu bilmişdir. Bundan sonra onlar notariat orqanına gedib həmin fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlamışlar. Fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanması nəticəsində alıcı tərəfindən ona hər hansı məbləğ ödənilməmiş, o da iddiaçıya evin alqı-satqısına görə hər hansı məbləğ verməmişdir.

12. İddiaçının vəsatəti əsasında xx.xx.2000-ci il tarixli etibarnamədə “İddiaçı” sözlərinin, həmin sözlərin qarşısında olan imzanın kim tərəfindən icra edildiyini, həmin imzanın iddiaçı tərəfindən qəsdən dəyişdirilməklə təhrif olunmuş şəkildə icra edilibedilmədiyini dəqiqləşdirmək üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xəttşünaslıq eksper tizasının xx.xx.2022-ci il tarixli 4/518 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adından verilmiş xx.xx.2000-ci il tarixli etibarnamədə “İddiaçı” sözləri, həmin sözlərin qarşısında olan imza iddiaçı tərəfindən icra edilmişdir. Həmin imzanın qəsdən dəyişdirilməklə icra olunması əlamətləri aşkar edilməmişdir.

13. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyul 2022-ci il tarixli, e-2(054)-56/2022 nömrəli qətnaməsi ilə (hakim K.Süleymanov) iddia tələbi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi iddiaçının iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməzdən əvvəl iştirak etdiyi məhkəmə prosesində verdiyi izahatda göstərdiyi, X7 tanımadığı, həmin şəxsə hər hansı etibarnamə və tapşırıq vermədiyi, ümumiyyətlə, evi satmaq fikrində olmadığı bar ədə xüsusatlara münasibət bildirərək qeyd etmişdir ki, həmin xüsusatlar cavabdehin dəlilləri ilə yanaşı, məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə təkzib edilmiş, yəni xx.xx.2000-ci il tarixli etibarnamədə olan yazıların və imzanın məhz iddiaçının özü tərəfindən icra edildiyi təsdiq edilmişdir. Eyni zamanda, iddiaçı yalnız mərhum ərindən qalmış avtomobilin satılması ilə bağlı etibarnamə verdiyini, cavabdehin həmin etibarnaməni ondan qeyd olunan avtomobilin satılması üçün istəyib aldığını, ümumiyyətlə, onun ərindən miras qalan evi satmaq niyyətində olmadığını, mərhum ərinin anası və hazırki iş üzrə cavabdehlə aralarında olan razılaşmaya əsasən həmin şəxslərin onun oğlu Ruslan 18 yaşına çatanda evin onun adına rəsmiləşdiriləcəyini vəd etdiklərini iddia etsə də, bunu sübut edə bilməmişd ir. Məhkəməyə təqdim edilən və məhz iddiaçı tərəfindən imzalanmış olduğu sübuta yetirilən etibarnamədə isə etibarnamənin konkret olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sərəncam verilməsi (o cümlədən evin satılması) məqsədi ilə verildiyi müəyyən olunur.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı iddianın predmetinə aid olan fərdi yaşayış evindən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi ilə əlaqədar 2020-ci ildə digər şəxsə etibarnamə verməsi, o vaxtdan indiyədək keçən 22 ilə yaxın müddət ərzində qeyd olunan etibarnaməni, həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsini və etibarnamənin doğurduğu digər nəticələri, habelə, evin cavabdehin mülkiyyətində və faktiki sahibliyində olmasını mübahisələndirməməsi də onun etibarnamə verilən vaxtda həmin evin satılmasına razı olduğunu deməyə əsas verir. Hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunduğu, həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsasların mövcud olmadığı işin faktiki halları ilə müəyyən edilmişdir. İddiaçı isə hazırki iddiasında mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb ola biləcək hər hansı halların mövcud olduğunu məhkəmə iclasında sübut edə bilməmişdir.

16. Eyni zamanda, birinci instansiya məhkəməsi iddiaçı tərəfin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi, iddiaçı onun adına etibarnamə verərkən onun iddiaçını görmədiyi və iddiaçı ona etibarnamə əsasında konkret olaraq hər hansı işi görməyi, notariat əməliyyatını həyata keçirməyi şəxsən tapşırmadığı, həmin etibarnaməni ona cavabdehin təqdim etdiyi barədə xüsusatları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1 və 362.1-ci maddələrinin tələbləri baxımından həmin etibarnamə əsasında bağlanmış əqdin etibarlılığının şübhə altına alınması üçün əsas hesab etməmişdir. Evin alqı-satqı müqaviləsinin bağlanması nəticəsində alıcı tərəfindən iddiaçını etibarnamə ilə təmsil edən şəxsə hər hansı məbləğ ödənilməməsi və həmin şəxsin də iddiaçıya evin alqı-satqısına görə hər hansı məbləğ verməməsi isə hazırki iş üzrə mübahisə predmetinə aid olmayıb, qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına əsas deyildir.

17. Birinci instansiya məhkəməsi tərəflərin dəlillərinə məcmu halında işin faktiki halları və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlmişdir ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı əsaslar mövcud olmadığına görə məhkəmə iddia tələbinin ünvan 1 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilməməlidir.

18. Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisə predmetinə aid olan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması barədə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı iddia tələbinin həmin hissəsinin əsası kimi də alqı-satqı müqaviləsinin etibarsızlığına i stinad etmişdir. Qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı qanuni əsaslar mövcud olmadığından və iddia tələbinin həmin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı hissəsinin də heç bir hüquqi əsası yoxdur.

19. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 362.1, 394-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edi lməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı Oğuz şəhərindəki evdə yaşamaq istəmədiyi üçün onların Rusiya Federasiyasındakı evi satıldıqdan sonra mərhum ərinin dayısı Bakı şəhərindəki evi almışdır. İşin bu halı cavabdehin məhkəmədə verdiyi izahatında da öz təsdiqini taparaq sübut olunmuşdur. Belə ki, qətnamənin 3-cü səhifəsinin 2-ci abzasında göstərildiyi kimi cavabdeh bildirir ki, mərhum qardaşı Habilin Rusiya Federasiyasında faktiki olaraq evi olmuşdur. 1998-ci ildə qardaşı Habil vəfat etmişdir. Habilin vəfatından sonra onun Rusiya Federasiyasındakı evi satılmış və əldə olunmuş vəsaitlə onun ailəsinə ev almaq qərarına gəlmişlər. İddiaçı Oğuz şəhərindəki evi istəmədiyi, ona Bakı şəhərindən ev alınmasını təkidlə i stədiyi üçün iddiaçıya Bakı şəhərindən ev alınmışdır. Göründüyü kimi iddiaçı üçün Bakı şəhərində alınmış evin dəyərinin, onun mərhum həyat yoldaşına məxsus olmuş, Rusiya Federasiyasındakı mənzilin satışından əldə edilmiş vəsait hesabına alınması işin mübahisəsiz halıdır. Cavabdeh isə ona mərhum ərinin adına Rusiya Federasiyasının Surqut şəhərində minik avtomobili qaldığını bildirmiş, o da həmin işlə bağlı Rusiya Federasiyasında yaşayan şəxsə etibarnamə vermişdir. Avtomobillə bağlı etibarnamə verdiyi şəxsin adı Ramazan olmuş, soyadı və digər məlumatları isə hazırda xatırlamır. Oğuz şəhərindəki evin satılması ilə bağlı onun yanımda heç vaxt danışıq və ya razılaşma olmamışdır. O, həmin evin mərhum ərinin adına olduğunu bilmiş, ancaq evin onun öz adına necə rəsmiləşdirildiyindən və satıldığınd an xəbəri olmamışdır. O, Kamal Yusifov adlı şəxsi görməmiş, ona etibarnamə verdiyini belə xatırlamır. Kamal Yusifov məhkəmədə verdiyi izahatında iddiaçının fikirlərini təsdiqləyərək bildirmişdir ki, iddiaçı tərəfindən ona hazırda mübahisələndirilən evin satışı və ya digər formada özgəninkiləşdirilməsi ilə bağlı hər hansı bir tapşırıq verilməmişdir. O, sadəcə cavabdehin xahişi ilə notariat ofisinə gələrək alqısatqı müqaviləsini imzalamış, bunun müqabilində cavabdehdən pul almamış, iddiaçıya pul verməmişdir. Cavabdeh özü də məhkəmədə verdiyi izahatında göstərmişdir ki, hazırda mübahisələndirilən fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsi zamanı bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsində evin dəyəri 18.000.000 (on səkkiz milyon) manat göstərilsə də, pul ödəməmişdir. İ ddiaçının oğlu Ruslan 1997-ci ildə anadan olmaqla, 2015-ci ildə 18 yaşı tamam olmuş və yetkinlik yaşına çatmışdır. Ancaq atasının vəfat etməsi, həmçinin, digər ailə qayğıları və problemləri səbəbindən oğlunun 18 yaşı tamam olduqdan dərhal sonra sənədləşmə işlərinə başlaya bilməmişdir. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən iş materiallarına əlavə edilmiş sübutlara, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlara, o cümlədən məhkəmədə verilmiş şahid ifadələrinə deyil, özü tərəfindən irəli sürülmüş fikirlərə hüquqi qiymət vermişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin istinad etdiyi xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 №-li etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbinin həcminin artırılması barədə ərizəni məhkəmə bilərəkdən əsassız olaraq geri qa ytarmış, bu barədə iddiaçıya qəbul etdiyi qərardadı rəsmi qaydada təqdim etməyərək, gələcəkdə belə bir qanunsuz və əsassız qətnamə qəbul etməsinə özlüyündə şərait yaratmışdır.

22. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-1222/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə, (hakimlər X11 (sədrlik edən və məruzəçi), X8 və X13) apellyasiya şikayəti təmin edilməmişdir.

23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırkı iddianın predmetinə aid olan fərdi yaşayış evindən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi ilə əlaqədar 2020-ci ildə digər şəxsə etibarnamə verməsi, o vaxtdan indiyədək keçən 22 ilə yaxın müddət ərzində qeyd olunan etibarnaməni, həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsini və etibarnamənin doğurduğu digər nəticələri, habelə, evin cavabdehin mülkiyyətində və faktiki sahibliyində olmasını mübahisələndirməməsi də onun etibarnamə verilən vaxtda həmin evin satılmasına razı olduğunu deməyə əsas verir. İş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunduğu, həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsasların mövcud olmadığı işin faktiki halları ilə müəyyən edilmişdir. İddiaçı isə hazırkı iddiasında mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb ola biləcək hər hansı halların mövcud olduğunu məhkəmə iclasında sübut edə bilməmişdir. Odur ki, məhkəmə kolle giyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

24. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 359.1, 362.1, 394, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin t əmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi iddiaçının qanun pozuntusu ilə əlindən alınmış mülkiyyət hüququnun pozulduğunu nəzərə almamışdır. Məhkəmələr iş materiallarında olan və məhkəmə prosesi zamanı toplanmış faktlara deyil, cavabdehin mülahizələrinə mötəbər sübut kimi qiymət verərək, tərəflərin məhkəmə və qanun qarşısında bərabərlik hüququnu pozmuş, faktlar əsasında qətnamə qəbul etməmişlər. Barəsində şikayət olunan məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində maddi hüquq normasının tələbləri pozulmuş, iddiaçının iradə ifadəsinin, mülkiyyət hüququnun və mülkiyyət hüquqlarının məhkəmə müdafiəsinin pozulmasına səbəb olan səhv normalara istinad olunmuşdur. Hər iki instansiya məhkəməsi pozun tuya yol verərək, göstərilən əmlak üzərində sərəncam verilərkən, himayədə olan yetkinlik yaşına çatmayan şəxsin əmlakı üzərində sərəncam verilməsi üçün müvafiq qurumun razılığının alınmadığına qiymət verməmiş, bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

28. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri poz maqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

31. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçünc ü şəxsə təqdim edə bilər.

32. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

33. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi faktiki hallar öz təsdiqini tapmamış, mübahisəli daşınmaz əşyaya sərəncam verilməsi haqqında təmsil olunana verilmiş etibarnamədəki imzanın iddiaçının özü tərəfindən icra edilməsi məhkəmə ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Belə olan halda, iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb ola biləcək hər hansı halın mövcud olduğunu sübut edə bilməmişdir.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1222/2022 nömrəli mülki iş üzrə 8 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar