Məhkəmə qərarları › İş №2(102)-1745/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1745/2022

16.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1745/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10479/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: İddiaçı "xxxx" ASC-n in İnkişaf və İnvestisiya Departamentinin Tikinti və Yenidənqurma İdarəsində aparıcı mühəndis vəzifəsində işləmiş və ASC-nin sədrinin 15 yanvar 2021-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə həmin gündən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi ştatın ixtisar olunmasına istinad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Departament ləğv edilərkən cavabdeh tərəfindən işsiz qalmayacağı ona vəd edilsə də, işlə təmin olunmamasına və bu zaman ehtiyatda olan zabit olmaqla Qarabağ müharibəsinin veteranı olmasının nəzərə alınmamasını, ixtisarın Əmək Məcəlləsinin 78-ci maddə sinin 2-ci bəndinin, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə zidd olmasını əsas göstərməklə 15 yanvar 2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunmaqla işdən azad edilməsi ilə əlaqədar işləmədiyi müddət ərzində ona dəymiş 5232 manat məbləğində maddi ziyanın və 50000 manat məbləğində mənəvi ziyanın "xxxx" ASCdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4225/2021 nömrəli, 31 avqust 2021ci il tarixli qətnaməsi ilə (hakim: C.C.Musayeva) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin onun işdə saxlanılmağa üstünlük hüququnun olmasının nəzərə alınmadan, işdə olan sübutlara düzgün qiymət verilmədən, maddi v ə prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iş üzrə əsaslandırılmış yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10479/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4225/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı qətnamənin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi barədə kassasi ya şikayəti vermiş və şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 "xxxx" bəndi İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə görə işçilərin sayı və y a ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi İnkişaf və İnvestisiya Departamenti bütövlükdə ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı ol duqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. İşdən görünür ki, cavabdeh tərəfindən 08 sentyabr 2020-ci il tarixdə iddiaçıya ASC üzrə qəbul edilmiş 13 avqust 2020-ci il tarixli əmrlə işlədiyi Departamentin ləğv edilməsi və bununla əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. 30 noyabr 2020-ci il tarixdə ASC X1 ləğv edilmiş Departamentin işçiləri, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra ASC-nin sədrinin 15 yanvar 2021-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "x xxx" bəndi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə görə 70-ci maddənin "xxxx" bəndi ilə əmək müqaviləsi ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxma müavinəti ödənilməlidir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 15 yanvar 2021-ci il tarixli əmrdə iddiaçıya orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdənçıxma müavinətinin, son haqq-hesabın və istifadə olunmamış məzuniyyət üçün əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. İşin göstərilən halları iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinin pozulması qanunun tələbinə uyğun olmuşdur. Cavabdeh tərəfindən i ddiaçının sonradan işə götürülməməsi həmin əmrin qanunsuz olması üçün əsas vermədiyindən kollegiya kassasiya şikayətinin bununla əlaqədar dəlillərini əsassız sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10479/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar