Məhkəmə qərarları › İş №2(102)-1745/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1745/2024

13.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1745/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: servitut (servitutun müəyyən olunması), hamının buraxılması üçün açıq olan torpaq sahələrindən istifadə ilə bağlı mübahisələr. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğluna qarşı “ümumi istifadədə olan yoldan istifadəyə maneələrin arada n qaldırılması və yolun girişinə quraşdırılmış qapıların götürülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-137/2024 nömrəli iş üzrə 9 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 Muxrəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda 0,06 hektar torpaq sahəsində yerləşən 142 kvadratmetr fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. 2. 09 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, İddiaçı3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı4 bağışlamışdır. 3. ünvan 2 ünvanda 0,026 hektar torpaq sahəsində yerləşən 152,17 kvadratmetr fərdi yaşayış e vi İddiaçı4 mülkiyyətindədir.

4. Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, 60 ünvanda 0,034 hektar torpaq sahəsində yerləşən 127,9 kvadratmetr fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. 5. ünvan 3 ünvanda 0,06 hektar torpaq sahəsində yerləşən 137,3 kvadratmetr fərdi yaşayış evi Cavabdeh1 Muxrəddin oğlunun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (sonradan əsl İddiaçı4 ilə əvəz edilmişdir, həmçinin Şəki şəhər Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar) iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) ölçülərinin müəyyən edilməsi və həmin yoldan iddiaçıların sərbəst şəkildə istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması, ünvan 5 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) girişinə quraşdırılmış böyük və kiçik qapıların götürülməsi və həmin qapıların götürülməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneənin aradan qaldırılması və ünvan 5 ünvanlarında yerləşən, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 məxsus fərdi yaşayış evlərin ə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yoluna (dalan) Cavabdeh2 tərəfindən yığılmış tikinti materiallarının, avtomobil ehtiyyat hissələrinin, karton qutuların, həmçinin yolun (dalanın) daralmasına səbəb olan digər əşyaların cavabdehin hesabına götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia ərizəsi işin faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlu 2021-ci ildə 40 ildən artıq ümumi istifadədə olan, Şəki şəhəri Nəriman Nərimanov küçəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evlərinin arxa hissəsindən keçən yolu (dalanı) zəbt etmək istəmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, İddiaçı3, Cavabdeh2 v ə Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsində yol olubolmaması haqqında məlumat verilməsini xahiş etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 24 may 2021-ci il tarixdə verilmiş **********47 saylı cavabda kadastr və daşınmaz əmlakın qeydiyyatı xəritəsinə əsasən, İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsinin yol olduğu və həmin hissədəki torpaq sahəsinin onların xüsusi mülkiyyətində olmadığı bildirilmişdir. Cavabdeh2 həmin yolun (dalanın) özünə məxsus evin arxa hissəsindən keçən hissəsinə tikinti materialları, avtomobil ehtiyat hissələri, karton qutular, digər əşyalar və tullantılar yığmaqla daraltmışdır. Cavabdeh2 ümumi istifadədə olan həmin yola yığdığı tikinti materialları, avtomobil ehtiyat hissələri, karton qutular, digər əşyalar və tullantıların götürülməsinə köməklik göstərilməsi üçün Şəki şəhər-rayon Polis şöbəsinə müraciət olunmuş, lakin mülki mübahisə olduğu bildirilərək məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Cavabdeh1 yolun (dalanın) özünəməxsus həyətyanı torpaq sahəsi ilə sərhəddində divar və ya hər hansı nişan olmadığından həmin hissənin sərhəddinin tanıdılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və həmin xidmətin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət olunmuş, xidmətin 12 saylı Şəki Ərazi idarəsinin əməkdaşları tərəfindən yolun sərhədləri tanıdılmış, Cavabdeh1 həmin vaxt dəvət edilsə də, gəlməmişdir. Lakin yolun (dalanın) sərhədlərini əks etdirən hər hansı sxem təqdim edilməmiş, məhkəməyə müraciət etmələri tövsiyyə edilmişd ir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********67 saylı məktubunda və xidmətin 12 saylı Şəki Ərazi idarəsinin xx.xx.2021-ci ii tarixli, **********09 saylı məktubunda da elektron kadastr məlumat bazasına əsasən İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsindəki torpaq sahəsinin ümumi istifadədə olan yol olmaqla bələdiyyə mülkiyyətində olduğu bir daha göstərilmişdir. Cavabdeh1 2022-ci ilin fevral ayının sonlarında həmin yolun(dalanın) özünəməxsus olan həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin arxasından keçən hissəsini zəbt etmək məqsədilə yolun (dalanın) girişinə mişar daşı tökərək yolu (dalanı) bağlamış, Şəki rayon Prokurorluğuna, Şəki şəhər-rayon Polis şöbəsinə, Şəki Bələdiyyəsinə, Fövqəladə Hallar Naz irliyinin 112 xidmətinə müraciətlərindən sonra xx.xx.2022-ci il tarixdə Şəki Bələdiyyəsinin və Şəki şəhər-rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yolun(dalanın) açılması təmin edilmişdir. Bələdiyyə mülkiyyətində olan həmin yolun (dalanın) girişində hazırda darvaza və piyada qapısı da vardır. Həmin darvaza və qapı uzun illər əvvəl mərhum X3 tərəfindən qoyulmuşdur. Həmin darvaza və qapı gündüz vaxtları örtülü, axşamlar isə bağlı saxlanılır. Cavabdeh1 və Cavabdeh2 darvaza və qapının götürülməsinə maneə törədirlər ki, bu da son nəticədə yolun (dalanın) digər istifadəçiləri olan onlara də, maneə yaradır. Evlərinə gələn qonaqlar da normal şəkildə gəlib-gedə bilmirlər. Çingiz və Azər onlara məxsus evlərə gələn insanları “bura yol deyil” deyərək geri qaytarmağa çalışırlar.

8. Mülki işə m əhkəmədə baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 məhkəməyə ərizə təqdim edərək ümumi istifadədə olan yolun girişinə quraşdırılmış böyük və kiçik qapıların iddiaçıların öz hesabına götürülməsinə etiraz etmədiklərini bildirmişlər.

9. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)-62/2023 saylı qərardadı ilə ünvan 5 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) ölçülərinin müəyyən edilməsi hissəsi üzrə icraata xitam verilmişdir.

10. Həmçinin Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)62/2023 saylı qərardadı ilə iddia tələbi “yolun (dalanın) daralmasına səbəb olan digər əşyaların cavabdehin hesabına götürülməsi” hiss əsində baxılmamış saxlanılmışdır.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahat verərək göstərmişdir ki, Reyestr Xidməti tərəfindən Cavabdeh2 xx.xx.2018-ci il tarixdə verilmiş "Texniki pasport"a əsasən, iddiaçıların yol hesab etdikləri Azərin evinin arxası solu və sağı qonşu ərazilər, qarşısı isə küçə göstərilmiş və küçəyə çıxış darvazası da, orada qeyd edilmişdir. Google.com/maps saytında açılan xəritədə iddiaçıların evlərinə gedən yolun cavabdehlər Çingizin və Azərin evlərinin arxası yox, əksinə, qarşıdakı dalandan olması göstərilmişdir, bu da Reyestr Xidməti tərəfindən verilən arayışları təkzib edir. Google.com/maps saytında açılan xəritədə istənilən adamın, indiki halda iddiaçıların və Azərin evlərini qeyd edib, onların evlərinə gedən yol sorğusu verilir, sistem özü sorğuya cav ab olaraq, evlərə gediş yolunu təqdim edir. Buradan da məlum olur ki, iddiaçıların evlərinə gediş yolu qarşıdakı dalandandır və bu, təkzib olunmaz sübutdur. Reyestr Xidmətinin elektron baza sistemindəki xəritədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evlərinin arxasındakı ərazilərin küçə və ya dalan olması yox, sadəcə, bələdiyyəyə məxsus olması göstərilmiş, bu da Reyestr Xidmətinin məhkəməyə təqdim etdiyi arayışda ümumi istifadədə olan yol olması anlamına gəlmir. Reyestr Xidmətinin məhkəməyə təqdim etdiyi arayışda göstərilən ölçülər, Cavabdeh1 Reyestr Xidməti tərəfindən verilmiş texniki pasportdakı ölçülərlə və Reyestr Xidmətinin elektron baza sistemindəki xəritədəki ölçülərlə uyğunsuzluq təşkil edir, bu da arayışın hansı əsasda tərtib edilməsi sualını ortaya çıxarır. Cavabdeh1 istifadəsində olan 0.072 ha (720 kv.m) torpaq sahəsi daxilindəhər hansı sərhəd göstərici tikili olmadığı üçün, sənədlə verilmiş 0,06 ha sahənin sərhədləri Reyestr Xidməti tərəfindən özbaşına təyin edilmiş və bu da Cavabdeh1 verilmiş texniki pasportda öz əksini tapmışdır. İddiaçıların evlərinə su-kanalizasiya və elektrik xəttləri cavabdehlərin evlərinin arxasındakı ümumi istifadədə olan yoldan yox, qarşıdakı dalandan çəkilmişdir, bu da, o deməkdir ki, iddiaçıların evlərinə gedən əsas yol qarşıdakı dalandır. Qarşıdakı dalana öz həyətindən Cavabdeh2 darvaza, Bəhərçin və İddiaçı1lar isə öz həyətlərindən piyada giriş qapısı qoymuşlar və dalandan maneəsiz istifadə edə bilirlər. Fövqəladə hadisə zamanı iddiaçıların evlərinə yanğınsöndürən maşının, həmçinin təcili yardım maşınının iddia olunan ümumi istifadədə olan yoldan yox, yalnız qarşıdakı dalandan yaxınlaşması mümkündür. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Müxrəddin oğlu X4 ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, qeyd olunan əraziyə onun tərəfindən tikinti materialları, avtomobil ehtiyyat hissələri, karton qutuları yığılmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2023-cü il tarixli, 10/197 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən sxemdə göstərilən 1 və 2 yoluna çıxış mövcuddur, lakin İddiaçı3 1 yoluna çıxışı var. Cavabdehlər Cavabdeh2 1 və 2 yoluna çıxışı var, Ca vabdeh1 Muxrəddin oğlunun 1 yoluna və N.Nərimanov küçəsinə çıxışı var (sxem mütəxəssis rəyinə əlavə edilmişdir).

14. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli, 10/5528 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən sxemdə göstərilən 1 və 2 yoluna çıxış mövcuddur lakin, İddiaçı4 1 yoluna çıxışı vardır və sözügedən yolların ölçüləri sxemdə öz əksini tapmışdır. (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). İddiaçı4 məxsus olan 60d nömrəli fərdi yaşayış evinin və cavabdehlər Cavabdeh1 Muxrəddin oğlu və Cavabdeh2 evlərinin arxa hissəsindən ümumi istifadədə olan yol olmaqla Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi mövcuddur. Sözügedən yolun başlanğıcında Şəki şəhəri, N.Nərimanov küçə sinə açılan hissəsində bir ədəd darvaza və bir ədəd giriş qapısı mövcuddur və Cavabdeh1 Muxrəddin oğlunun mülkiyyətində olan torpaq sahəsində yerləşmir.

15. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(075)-62/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddianın qismən təmin edilməsi, ünvan 5 ünvanlarında yerləşən, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadədə olan yoldan iddiaçıların sərbəst şəkildə istifadə etmələrinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması, həmin yolun girişinə quraşdırılmış böyük və kiçik qapıların iddiaçıların vəsaiti hesabına götürülməsi və həmin qapıların götürülmə sinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması, həmin yola Cavabdeh2 tərəfindən yığılmış tikinti materialları, avtomobil ehtiyyat hissələri və karton qutuların Cavabdeh2 öz hesabına götürülməsi, Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)-62/2023 saylı qərardadı ilə iddia tələbinin “ünvan 5 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) ölçülərinin müəyyən edilməsi” hissəsində xitam verilməsinin nəzərə alınması, Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)-62/2023 saylı qərardadı ilə iddia tələbinin “yolun (dalanın) daralmasına səbəb olan digər əşyaların cavabdehin hesabına götürülməsi” hissəsində baxılm amış saxlanılmasının nəzərə alınması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi, məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən açılması tələb edilən yol bələdiyyənin mülkiyyətində olmaqla ümumi istifadədə olan yol olduğu üçün həmin yolun cavabdehlər tərəfindən qanunsuz zəbt edilməsi, həmçinin həmin yoldan istifadəyə maneələr yaradılması iddiaçıların hüquqlarını pozur. Cavabdehlərin həmin ərazinin bələdiyə mülkiyətində olsa da, ümumi istifadə üçün nəzərdə tutulmuş yol olmamasına dair bildirdikləri ekspertizanın rəyi ilə və iş materialları ilə təkzib olunur. Yola qoyulmuş qapı iddiaçıların mülkiyyətlərində olan daşınmaz əmlakdan sərbəst istifadəyə maneə yaradır. Bu hal iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə də, təsdiq olunur. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, ümumi istifadədə olan yola yığılmış tikinti materiallarının, avtomobil ehtiyyat hissələrinin, karton qutuların götürülməsini iddiaçılar tələb etməkdə haqlıdırlar.

17. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyin də əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

18. Məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə həmin rəylə razılaşmış və rəyi sübut növü kimi qəbul etmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 158.1.2 və 158.2-ci maddələrinə və “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh1 Muxrəddin oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin olunması hissəsində ləğv olunması və iddia tələbinin təmi n olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli qətnaməni iddianın qismən təmin edilməsi hissəsində tamamilə qanunsuz və əsassız hesab edir. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarının tələblərini pozmuş, qanunu səhv təfsir etmiş, sübutları əlaqəli şəkildə şərh etməmiş, təqdim edilmiş sübutların qəbul edilməməsinin səbəblərini qətnamədə aydın izah etməmiş, dəlillərini cavablandırılmamış, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Tərəfindən məhkəməyə ekspertiza rəyini təkzib edən və mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan yol olmadığını təsdiq edən sübutlar təqdim edilmiş və izahatlar verilmişdir: 1) Cavabdeh1 Muxrəddin oğlunun istifadəsində olan 0,072 ha (720 kvm ) torpaq sahəsi daxilində hər hansı sərhəd göstərici tikili (hasar və s) yoxdur (şəkil 7 əlavə olunur), sərəncamla ona ayrılmış 0,06 ha torpaq sahəsinin sxemi, künc nöqtələrinin koordinatları olmadığından, onun istifadə etdiyi sahənin sərhədləri reyestr idarəsi tərəfindən özbaşına təyin edilmiş və bu da ona verilmiş texniki pasportda (2011-ci il) öz əksini tapmışdır. Sual olunur: Reyestr idarəsi sahənin sxemi, günc nöqtələrinin koordinatları olmadığı halda bu sərhədləri necə təyin etmişdir? Sualın cavabı: ondan əvvəl 2010-cu ildə İddiaçı2 fərdi yaşayış evinə və torpaq sahəsinə reyestr idarəsindən texniki pasport almış, həmin texniki pasportda göstərilən sxemə istinad edərək ona texniki pasport hazırlanmışdır (2011-ci il). Bəs İddiaçı2 yaşayış evinə və torpaq sahəsinə texniki pasport hansı sənədə əsasən verilib? Məsələ bundadır ki, İddiaçı2 2010-cu ildən əvvəl, yəni 1981- ci ildə aldığı texniki pasportda ərazisinin hər tərəfinin qonşu olduğu göstərilmişdir (sənədin surəti iş materiallarında var), yəni ki, 2010-cu ildə sənəd verilərkən 1981-ci ildə verilən sənədə istinad edilməmişdir və bütün qanunsuzluqlar da elə ordan başlamışdır. - Google.com/maps saytında açılan xəritədə iddiaçıların evlərinə gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evlərinin arxası yox, əksinə qarşıdakı dalandan olması göstərilmişdir (xəritədən çıxarışlar əlavə olunur). Həmin saytda açılan xəritədə iddiaçıların və cavabdehin evlərini qeyd edib, onların evlərinə gedən yol sorğusu verildikdə sistem özü sorğuya cavab olaraq evlərə gediş yolunu təqdim edir. Buradan da məlum olur ki, iddiaçıların evlə rinə gediş yolu qarşıdakı dalandır və bu təkzib olunmaz sübutdur. - Reyestr İdarəsindəki elektron baza sistemindəki xəritədə cavabdehlər Çingiz Məmədli və Cavabdeh2 evlərinin arxasındakı ərazilərin küçə və ya dalan olması yox, sadəcə bələdiyyəyə məxsus olması göstərilmiş, bu da İdarənin məhkəməyə təqdim etdiyi arayışda “ümumi istifadə olan yol” olması anlamına gəlmir (xəritədən çıxarış əlavə olunur, şəkil-6). - İddiaçıların evlərinə su, kanalizasiya və elektrik xətləri cavabdehlərin evlərinin arxasındakı ərazidən yox, qarşıdakı dalandan çəkilmişdir, bu da o deməkdir ki, iddiaçıların evlərinə gedən yol qarşıdakı dalandır (şəkil 8-9). - Qarşıdakı dalana öz həyətindən Cavabdeh2 darvaza, Bəhərçin və Pərviz Məmədovlar isə öz həyətlərindən piyada giriş qapısı qoymuşlar və onlar dalandan maneəsiz istifadə edirlər (şəki 10-11). - Cavabdeh1 Muxrəddin oğluna məxsus ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə xx.xx.2011-ci il tarixli texniki pasportda göstərilən ərazinin sxemi heç bir sənədə istinad edilmədən, mülkiyyət sahibi olan Cavabdeh1 Muxrəddin oğlunun iştirakı olmadan kimlərinsə (iddiaçıların) istəyi və təkidi ilə tərtib olunmuşdur. - Cavabdeh2 məxsus ünvan 6 ünvanına xx.xx.2018-ci il tarixdə verilmiş (inv.7446) texniki pasportda yaşayış evinin sağı, solu və arxası qonşu, qapısı isə küçə olaraq göstərilmiş, lakin Şəki Rayon Məhkəməsinə 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən göndərilən sxemdə evin arxası yol kimi təqdim edilmişdir. (texniki pasportun surəti əlavə olunur, şəkil-1). - 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində (məhkəmə qətnamə qəbul etdikdən (7 gün sonra) Şəki Rayon Məhkəməsinə göndərilən “ümumi istifadədə olan yolun“ künc nöqtələrinin koordinatları cavabdehlərin iştirakı olmadan yalnız iddiaçıların iştirakı ilə təyin edilmişdir. Bu koordinatların əhatə etdiyi ərazi bələdiyyə mülkiyyətinə aid olmaqla bərabər Cavabdeh1 sənədlə ayrılmış 600 kv.m ərazinin bir hissəsini də əhatə edir, yəni koordinatlar düzgün təyin edilməmişdir. - 12 saylı Şəki Ərazi İdarəsinin elektron bazasında olan və Cavabdeh1 Muxrəddin oğluna məxsus ərazinin Şəki Rayon Məhkəməsinə təqdim edilmiş sxemi (ərazi 864, tərtib olunub xx.xx.2015-ci il) Şəki Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Halbuki, bu sxem elektron bazada mövcuddur. - Lakin məhkəmə nədənsə tərəfindən təqdim olunmuş izahatlarını, sübutlarını nəzərə almamış, yalnız natamam və anlaşılmaz o lan ekspert rəyini (həmin rəydən xx.xx.2023-cü il tarixində Məhkəmə Ekspertiza Mərkəzinə şikayət ərizəsi vermişdir və həmin ərizənin surətini elektron məhkəmə sistemində yerləşdirmişdir) və iddiaçıların izahatlarını əsas götürərək qanunsuz (ədalətsiz) qətnamə çıxarmışdır. Onların dəlilləri, sübutları isə ümumiyyətlə nəzərə alınmamış, qəbul edilməmiş, qəbul edilməməsinin də səbəbləri qətnamədə göstərilməmişdir. İşdən göründüyü kimi iddiaçılar tərəfindən açılması tələb edilən yol bələdiyyə mülkiyyətindədir. Sual olunur: iddiaçıların həmin mübahisəli torpaq sahəsi ilə bağlı hansı hüquqları vardır? İddiaçılar hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdirlərmi? Yuxarıda qeyd edilən maddələrin tələbindəndə göründüyü kimi hazırkı iddianı qaldırmaq üçün yalnız torpaq sahəsinin mülkiyyət çisi olan bələdiyyə subyektiv hüquqa malikdir. Tərəfindən şifahi vəsatət verilərək yerində baxış keçirilməsi məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə nədənsə vəsatətini təmin etməmiş, təmin etməməsinin də səbəbini izah etməmişdir. Ekspert rəy verməmişdən əvvəl mübahisəli torpağa baxış keçirməmiş, yalnız reyestrin verdiyi rəylə kifayətlənmişdir. - Məhkəmə tərəfindən bələdiyyə prosesə cəlb edilməmiş, torpaq sahəsinin ümumi istifadədə olan yol olub-olmadığı barədə rəy alınmamışdır. Göründüyü kimi dəlilləri, sübutları məhkəmə tərəfindən qəbul edilməmiş və qəbul edilməməsinin səbəbi qətnamədə izah edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməmişdir. Bütün göstərilənlərə əsasən iddianın əsaslı olduğu öz təsdiqini tapmır. Lakin, məhkəmə tərəfindən iddia qismən təmin edilmişdir. Onu da qeyd edir ki, məhkəmə iddianı təmin etməsini məhkəmə qətnaməsində lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə qətnaməsində yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nitəcəyə gəlməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Bütün bunlar ona qarşı hüquq pozuntusunun olmasından və davam etməsindən xəbər verir. Halbuki, bu qəbildən olan işlər üzrə Şəki Apellyasiya Məhkəməsinin mövqelərini göstərən kifayət qədər əsaslandırılmış məhkəmə qətnamələri vardır. Həmin qətnamələrlə hazırki qətnamənin müqayisəsi və bütün göstərdikləri məhkəmə tərəfindən obyektiv məhkəmə araşdırmasını n aparılmasını şübhə altına alır. Hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən də işə yenidən baxılaraq apellyasiya şikayəti təmin ediləcəkdir. İddia tələbinə hüquq normalarının müddəaları düzgün tətbiq edilməmişdir. Həmçinin qeyd olunmuşdur ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında ziddiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmiş, zidiyyətli məqamlara diqqət yetirilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanuns uz və əsassız qətnamə çıxarılmışdır.

22. İddiaçılar apellyasiya şikayətinə qarşı göndərdikləri yazılı etirazlarında Cavabdeh1 apellyasiya şikayətində göstərdiklərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-137/2024 nömrəli 9 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaş araq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəməyə ekspertiza rəyini təkzib edən və mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan yol olmadığını təsdiq edən sübutların təqdim edilməsi, torpaq sahəsi daxilində hər hansı sərhəd göstərici tikili, hasar və sairin olmaması, reyestr idarəsində sahənin sxemi, gün nöqtələrinin koordinatları olmadığı halda bu sərhədlərin necə təyin edilməsi, 2010-cu ildə sənəd verilərkən 1981-ci ildə verilən sənədə istinad edilməməsi, Cavabdeh1 Muxrəddin oğluna məxsus ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə xx.xx.2011-ci il tarixli texniki pasportda göstərilən ərazinin sxemi heç bir sənədə istinad edilmədən, mülkiyyət sahibi olan X1 iştirakı ol madan kimlərinsə (iddiaçıların) istəyi və təkidi ilə tərtib olunması, Cavabdeh2 məxsus ünvan 6 ünvanına xx.xx.2018-ci il tarixdə verilmiş texniki pasportda yaşayış evinin sağı, solu və arxası qonşu, qapısı isə küçə olaraq göstərilməsi, lakin Şəki Rayon Məhkəməsinə 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən göndərilən sxemdə evin arxasının yol kimi təqdim edilməsi, yəni koordinatların düzgün təyin edilməməsi, 12 saylı Şəki Ərazi İdarəsinin elektron bazasında olan və Cavabdeh1 Muxrəddin oğluna məxsus ərazinin Şəki Rayon Məhkəməsinə təqdim edilmiş sxeminin məhkəmə tərəfindən araşdırılmaması, torpaq sahəsinin ümumi istifadədə olan yol olub-olmadığı barədə rəy alınmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadının icrası üzrə verilmiş Azə rbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli, 10/5528 nömrəli rəyində qeyd olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən sxemdə göstərilən 1 və 2 yoluna çıxış mövcuddur lakin, İddiaçı4 1 yoluna çıxışı vardır və sözügedən yolların ölçüləri sxemdə öz əksini tapmışdır. (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). İddiaçı4 məxsus olan 60d nömrəli fərdi yaşayış evinin və cavabdehlər Cavabdeh1 Muxrəddin oğlu və Cavabdeh2 evlərinin arxa hissəsindən ümumi istifadədə olan yol olmaqla Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi mövcuddur. Sözügedən yolun başlanğıcında Şəki şəhəri, N.Nərimanov küçəsinə açılan hissəsində bir ədəd darvaza və bir ədəd giriş qapısı mövcuddur və Cavabdeh1 Muxrəddin oğlunun mül kiyyətində olan torpaq sahəsində yerləşmir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin yalnız natamam və anlaşılmaz olan ekspert rəyini əsas götürərək qanunsuz (ədalətsiz) qətnamə çıxarması, yalnız reyestrin verdiyi rəylə kifayətlənməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

26. Ekspertin rəy verməmişdən əvvəl mübahisəli torpağa baxış keçirməməsinə dair dəlilinə də münasibət bildirən məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspertiza tədqiqatının aparılması üçün ekspertə mülki iş materialları və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssis rəyi də təqdim edilmişdir. Təqdim edilmiş materiallar rəy verilməsi üçün kifayət etdiyi halda yalnız mübahisəli əraziyə ekspertin yerində baxış keçirtməməsi ekspertiza tədqiqatının nəticəsinin doğru olmaması qənaətinə gəlməyə əsas vermir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 istifadəsində olan 0,072 ha (720 kvm) torpaq sahəsi daxilində hər hansı sərhəd göstərici tikili, hasar və sairənin olmaması, reyestr idarəsində sahənin sxemi, günc nöqtələrinin koordinatları olmadığı halda b u sərhədlərin necə təyin edilməsi, 2010-cu ildə sənəd verilərkən 1981-ci ildə verilən sənədə istinad edilməməsinə dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən 15 noyabr 2011-ci il tarixdə verilmiş **********82-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda 0,06 hektar torpaq sahəsində yerləşən 137.3 kvadratmetr fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. Həmçinin həmin ünvan üzrə Cavabdeh1 adına verilmiş inventar nömrəsi 8231 olan fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Cavabdeh1 məxsus sənəd üzrə torpaq sahəsinin həcmi 0,06 ha olduğu kimi faktiki istifadəsində olan torpaq sahəsinin həcmi də 0,06 hektardır. Həmin texniki pasportun situasiya planına dair hissəsində də Şəki şəhəri N.Nərimnanov k üçəsindən Cavabdeh1 məxsus torpaq sahəsinin üst hissəsində yol sahəsinin olması müəyyən edilir. Sonradan texniki və yaxud hüquqmüəyyənedici sənəd verilərkən əvvəlki sənədə istinad edilməməsinə gəlincə, tədqiqat qüvvədə olan sonuncu sənədlər əsasında aparılmışdır və yekun sənəd verilərkən əvvəlki sənədlərə istinad edilməməsi məsələsinin ayrıca icraatda mübahisələndirilməsi imkanları istisna edilmir.

28. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin Google.com/maps saytında açılan xəritədə iddiaçıların evlərinə gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evlərinin arxası yox, əksinə qarşıdakı dalandan olmasının göstərilməsi, iddiaçıların evlərinə gediş yolunun qarşıdakı dalandan olması, Reyestr İdarəsindəki elektron baza sistemindəki xəritədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evlərinin a rxasındakı ərazilərin küçə və ya dalan olması yox, sadəcə bələdiyyəyə məxsus olması göstərilməsi, bunun da İdarənin məhkəməyə təqdim etdiyi arayışda “ümumi istifadə olan yol” olması anlamına gəlməməsi, iddiaçıların evlərinə su, kanalizasiya və elektrik xətlərinin cavabdehlərin evlərinin arxasındakı ərazidən yox, qarşıdakı dalandan çəkilməsi, iddiaçıların evlərinə gedən yolun qarşıdakı dalan olmasına dair dəlillərinə də münasibət bildirərək qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Beləliklə daşınmaz əmlakın d övlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılır və müvafiq qaydada sənədləşdirilir. Yəni daşınmaz əmlakların yerləşmə əraziləri barədə ən dolğun məlumatlar ilk növbədə həmin Xidmətin bazasında toplanır. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı mübahisəyə baxılarkən Google.com/maps saytından deyil, daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş məlumatlara istinad edilməsində doğru nəticəyə gəlmişdir. Mübahisəli məsələ üzrə ekspertiza tədqiqatı zamanı da ekspert iş materialında olan Google.com/maps sayt məlumatlarına deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin baza məlumatlarına istinad edilməsini doğru hesab etmişdir.

29. Məhkəmə qeyd etmişdir ki, ekspertiza tədqiqatı ilə, işdə olan sənədlərdlə, yerində baxış keçirilməsi ilə iddiaçılardan İ ddiaçı2 və İddiaçı1 mülkiyyətlərinə olan torpaq sahələrinə digər bir ərazidən də yol sahəsinin olması müəyyən edilməsinə, həmçinin iddiaçıların evlərinə su, kanalizasiya və elektrik xətlərinin cavabdehlərin evlərinin arxasındakı ərazidən yox, qarşıdakı dalandan çəkilməsi Cavabdeh1 Muxrəddin oğluna iddiaçıların məhz mübahisəli yoldan da istifadə etmələrinə maneçilik yaratmasına əsas vermir.

30. Məhkəmə apellyasiya şikayətinin açılması tələb edilən yolun bələdiyyə mülkiyyətində olması, iddiaçıların həmin mübahisəli torpaq sahəsi ilə bağlı hansı hüquqlarının olması, hazırkı iddianı qaldırmaq üçün yalnız torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyənin subyektiv hüquqa malik olması, məhkəmə tərəfindən bələdiyyənin prosesə cəlb edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişd ir ki, birinci instansiya məhkəməsi tərəfindən Şəki şəhər Bələdiyyəsi maraqlı şəxs kimi cəlb edilmişdir. Kollegiya qeyd etmişdir ki, mübahisəli yolun yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmasına baxmayaraq, həmçinin iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulduğundan iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən buna subyektiv hüquqları olmuşdur.

31. Məhkəmə apellyasiya şikayətinin tərəfindən şifahi vəsatət verilərək yerində baxış keçirilməsinin xahiş edilməsi, lakin məhkəmənin vəsatətini təmin etməməsi, təmin etməməsinin səbəbini izah etməməsinə dair dəlilinə də münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilmiş, baxış zamanı ünvan 7 ünvanlarında yerləşən to rpaq sahələrinin qapılarının mübahisəli dalana açılması və həmin dalanın (yolun) Şəki şəhəri N.Nərimanov küçəsindən giriş hissəsində, Cavabdeh1 Muxrəddin oğlunun həyətinə doğru açılan hissədə darvazanın və kiçik qapının mövcud olduğu müəyyən edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin məhkəmə tərəfindən təqdim olunmuş izahatlarının, sübutlarının nəzərə alınmaması, iddiaçıların izahatları əsas götürülərək qətnamə çıxarılması, onların dəlillərinin, sübutlarının ümumiyyətlə nəzərə alınmaması, qəbul edilməməsi, iddianın əsaslı olduğunun öz təsdiqini tapmaması, məhkəmənin iddianı təmin etməsini məhkəmə qətnaməsində lazımi qaydada əsaslandırmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddi anın Cavabdeh1 Muxrəddin oğluna qarşı təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, iddianın Cavabdeh1 Muxrəddin oğluna qarşı təmin edilmiş hissəsində ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 170.1 və 170.2-ci maddələri və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18, 84 və 111-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh1 Muxrəddin oğlu (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilərək, işin yenid ən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.12-ci maddəsində qurğunun anlayışı verilmişdir. Həmin anlayışa əsasən, yol da müəyyən funksional təyinata malik olan və bina sayılmayan qurğu hesab edilir. Hal-hazırkı iddia tələblərinin predmetini təşkil edən torpaq sahəsi yol deyildir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş ƏMDX DƏKR publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən mübahisə üzrə mütəxəssis rəyi verilməsinə baxmayaraq, mübahisəlitorpaq sahəsinin stasus olaraq elektron baza (xəritə) məlumatlarında necə nəzərdə tutulduğuna dair konkret aydınlaşdırma aparılmamışdır. Halbuki ilk növbədə müəyyən edilməli olan hal bu olmalı idi. Belə ki, mübahisəli torpaq sahəsi yol deyil, dalan deyil, bütün tərəflərin faktiki sahibliyində olan əlavə torpaq sahəsidir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və həm iş üzrə iddiaçıların, həm də iş üzrə cavabdehlərin faktiki sahibliyində olan hissələrdən ibarətdir. İddiaçılar öz faktiki sahibliyində olan hissəyə toxunmadan, cavabdehlərin faktiki sahibliyində olan hissədən yol kimi istifadə etmək niyyətindədirlər və bunun üçün iddia tələblərində həmin hissəni yol kimi qələmə verməklə məhkəmədə yalnış təsəvvür yarada bilmişlər. Mübahisəli torpaq sahəsi yol olmadığı üçün istinad etdiyimiz normanın tələblərinə də cavab vermir, yəni müəyyən funksional təyinata malik deyil. Buna görə də məhkəmənin “yol” adlandırdığı bu torpaq sahəsində yolun əsas atributlarından biri sayılan ünvanı yoxdur. Məhkəmə bu xüsusatı müəyyən etməmiş, tərəflərin faktiki sahibliyində olan əlavə torpaq sahəsinə yol kimi yanaşdığına görə yekunda səhv nəticəyə gəlmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə “tətbiq edilən hüquq” bölməsində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsaslanmışdır ki, iddianın predmeti ilə bu normanın məzmunu tamamilə fərqlidir və bu baxımdan hal-hazırkı mübahisəyə bu normanın tətbiqi mümkünsüzdür.

37. Bundan əlavə, işə baxan məhkəmələr tərəfindən ilk növbədə iddiaçıların iddia qaldırmağa subyektiv hüququnun olub-olmadığı müəyyən edilməli idi. İddiaçıların ünvanının digər yerdən, rəsmi mövcud olan Nərimanov küçəsindən olması ilə bağlı cavabdeh tərəfindən fikir bildirilmişdir. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi və mütəxəssis rəyinə əlavə edilmiş cizgilərdən aşkar görünür ki, cavabdehlərdən Cavabdeh2 məxsus evin arxasına düşən hissədə mübahisəli torpaq sahəsi kifayət qədər dardır və oradan hər hansı nəqliyyat vasitəsinin keçməsi mümkünsüzdür. Belə olan halda, iddianın təmin edilməsi belə, iddiaçılara “yol” adlandırdıqları torpaq sahəsindən yol kimi istifadə etmək imkanı yaratmır. Parametrlərinə görə yolun ən azı 3 metr eni olmalıdır. Əks halda həmin sahədən yol kimi istifadə edilməsi mümkünsüz olacaq. Fikrimizcə, ekspertiza rəyinin nəticəsi olaraq, məhkəmə ilk növbədə mübahisələndirilən torpaq sahəsinin texniki parametrlərini əsas götürməklə (ensiz olmasını nəzərə alaraq) iddiaçıların subyektiv hüququnun olmadığı qənaətinə gəlməli idi. Məhkəmə bunu etməmiş, açılmasın ı qət etdiyi “yolun” onsuz da istifadəyə yararsız olacağı faktını nəzərdən qaçırmışdır.

38. İşdə olan ekspertiza rəyinin tədqiqində məhkəmə səthi yanaşma nümayiş etdirmiş, 101.7-ci maddənin tələblərinə uyğun olaraq, ekspert rəyinə digər sübutlarla yanaşı qiymət verilməli olduğunu nəzərdən qaçırmışdır. Eyni zamanda, ekspertiza rəyi ilə tanış olduqda, əlavə suallar meydana çıxır, belə ki, mübahisəli torpaq sahəsinin bəzi hallarda yol, bəzi hallarda dalan kimi qiymətləndirilməsinin nə hüquqi, nə də texniki əsasının müəyyən edilməsi istiqamətində hər hansı bir addım atılmışdır. İş üzrə cavabdehlərin əsas arqumenti mübahisəli torpaq sahəsinin yol olmamasıdır. Məhkəmə həmin arqumentə əsaslandırılmış qiymət verməli, yəni həm ekspertiza vasitəsilə texniki baxımdan mübahisəli torpaq sahəsinin yol o lub-olmadığı sualına aydın, əsaslandırılmış cavab almalı, həm də hüquqi baxımdan mübahisəli torpaq sahəsinin yol olub-olmadığını əsaslandırmalı idi. Bu mövqe prosessual qanunvericilikdə təsbit olunmuşdur (MPM 217-ci maddə). Apellyasiya instansiyası məhkəməsi bunu etməmiş, cavabdeh tərəfin əsas arqumentinə (mübahisəli torpaq sahəsinin yol olmaması) ümumiyyətlə münasibət bildirməmişdir. Daha doğrusu, həmin arqumenti heç bir dəlil gətirmədən sadəcə qəbul etməmişdir. Halbuki “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə əsasən, cavabdehin arqumentinə əsaslı münasibət bildirmədiyindən, rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə tərəfindən əlavə məhkəmə ekspertizası təyin edilməli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçılar cavabde hin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

42. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

43. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləmə lidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

44. Maddə

18. Cavabdeh1 Muxrəddin oğlu

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerl əşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istir ahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri;[17] yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya v ə digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.

3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir.

45. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə öd ənilir.

4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.

6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

46. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı Cavabdeh1 Muxrəddin oğlu tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. Cavabdeh1 Muxrəddin oğlunun kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələ blərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəl illərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Muxrəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(107)-137/2024 nömrəli iş üzrə 9 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar