Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1745/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli tam orta məktəbə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 2 83 nömrəli tam orta məktəbə qarşı “ işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1050/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən kassasiya şikayətinə dair işə 11 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt şəhər idarəsindən Sumqayıt şəhər prokurorluğuna Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin ibtidai sinif müıllimi X3 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tər əfindən Sumqayıt şəhərində təşkil olunmuş sertifikasiya imtahanında iştirak etmədiyi halda ona nazirlik tərəfindən xx.xx.2022-c il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə daxil olmuş məlumat “Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların qeydiyyatı kitabında” qeydə alınmış və məlumat üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır.
2. Bakı şəhəri 283 nömrəli məktəbin xx.xx.2024-cü il tarixli, 82 nömrəli əmrinə əsasən həmin məktəbdə ibtidai sinif müəllimi işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
3. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 283 nömrəli məktəbə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məqtəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş məktubda Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbin müəllimi X3 xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında araşdırma aparıldığı bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya imtahanında İ.Teymurovanın yerinə digər şəxs imtahanda iştirak etmiş və 40 bal toplamış, bu da öz növbəsində təhsilverələrin sertifikatlaşdırılması prosesinə təsir etmiş, müəllim adına və nüfuzuna ziyan vermişdir. Qeyd olunanları nəzərə alaraq məktəbin rəhbərliyinə ibtidai sinif müəllimi İddiaçı barəsində müvafiq intizam tənbehinin görülməsi tapşırılmışdır.
4. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 283 nömrəli məktəbə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məqtəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş məktubda Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbin müəllimi X3 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında araşdırma aparıldığı bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya imtahanında İ.Teymurovanın yerinə digər şəxs imtahanda iştirak etmiş və 40 bal toplamış, bu da öz növbəsində təhsilverələrin sertifikatlaşdırılması prosesinə təsir etmiş, müəllim adına və nüfuzuna ziyan vermişdir. Qeyd ounanları nəzərə alaraq məktəbin rəhbərlinə ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə müvafiq tədbirlərinin görülməsi tapşırılmışdır.
5. Sumqayıt şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Azə rbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt şəhər idarəsindən Sumqayıt şəhər prokurorluğuna Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X3 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhərində təşkil olunmuş sertifikasiya imtahanında iştirak etmədiyi halda ona nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılmış, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Bir inci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli tam orta məktəbə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 82 nömrəli əmrin ləğv edilməsini, onun həmin məktəbdə ibtidai sinif müəllimi işinə bərpa olunmasını, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 283 saylı tam orta məktəbində ibtidai sinif müəllimi işləmiş və artıq uzun müddətdir ki, tədrislə məşğuldur. O, hər zaman işinə vicdanla yanaşmış və ona heç bir zaman rəhbərlik tərəfindən irad belə bildirilməmişdir. Sumqayıt şəhər 22 nömr əli tam orta məktəbin məllimi olan X1 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi və onun əvəzinə digər şəxsin, guya onun iştirak etməyi barədə olunan şikayət əsasında dindirilmişdir. Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırma nəticəsində faktlar öz təsdiqini tapmamışdır. Lakin buna baxmayaraq rəhbərlik yalnız aparılan araşdırmanı əsas götürmüş, işin nəticəsinə baxmadan təcili onun işdən azad olunmağı barədə qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsi 283 saylı tam orta məktəbin direktoruna ona sertifikasiya imtahanında başqa bir müəllimənin yerinə imtahanda iştirak etməyi ilə bağlı intizam tənbehi verilməsi barədə məktub ünvanlamış, daha sonra isə xx.x x.2024-cü il tarixdə yenə də Bakı şəhəri üzrə Təhsil İdarəsi 283 saylı tam orta məktəbin direktoruna eyni məzmunlu məktub ünvanlayaraq yenə də onun guya başqa bir müəllimənin əvəzində sertifikasiya imtahanında iştirak etməyi ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə müvafiq tədbir görülməsinə dair 3-29-59/2-2304/2024 nömrəli məktub ünvanlamışdır. Məktəbin direktoru Fuad Babayev dərhal HİK-nin xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasının 12 saylı protokoluna əsasən onun işdən azad olunmağı barədə qərar qəbul etmişdir. Göründüyü kimi heç bir sübut olmadan, yalnız araşdırmanın aparıldığı müddətdə nəticəni gözləmədən onu qanunsuz olaraq işdən azad etmişlər. Həm də bir əmələ görə həm intizam təhbehi, həm də işdən azad olunmağına dai r qərar qəbul edilmişdir. O, işdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. O hesab edir ki, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Cavabdehlə arasında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Cavabdeh Bakı şəhəri 283 nömrəli tam orta məktəbin nümayəndəsi X4 iddia tələbini qəbul edərək tələbinin təmin edilməs ini xahiş etdi. Eləcə də bildirdi ki, iddiaçı məktəbin ən savadlı, aktiv müəllimlərindən biridir. İstər müəllim kollektivi arasında, istərsə də şagirdlər və valideynlər arasında hörmət qazanmışdır.
11. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(001)-5619/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, (hakim L.M.Məmmədova) iddiaçının cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli tam orta məktəbə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddia tələbinin təmin edilməsi, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 82 nöm rəli əmrinin ləğv edilməsi, iddiaçının Bakı şəhəri 283 nömrəli tam orta məktəbində əvvəlki vəzifəsinə bərpa edilməsi, Bakı şəhəri 283 nömrəli tam orta məktəb tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli məktəbindən müştərək qaydada 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, əmrin əsasını təşkil edən hallar Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun deyil və əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni hesab edilə bilməz.
14. İddiaçının sertifikasiya imtahanı nda başqa bir müəllimin yerinə imtahanda iştirak etməyi ilə bağlı məlumat öz əksini tapmadığından cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul olunmasına baxmayaraq onun barəsində intizam tənbehinin tətbiq edilməsi və əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunmasını barədə əmr verilmişdir.
15. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya eyni əmələ görə həm intizam tənbehi tətbiq edilmiş, həm də əmək müqavilləsinə xitam verilmişdir.
16. Halbuki, Azərbaycan Respublikası Əməm Məcəlləsinin 189-cu maddəsinin 12-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə b ilməz.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci və 8-ci hissələrinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinə, 84-cü maddəsinin 1-ci hissəsinə,189-cu maddəsinin 12-ci hissəsinə Mülki Prosessual Məcəllənin 14.2,76.1, 76.2., 77.1, 88, 101.3,119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən narazı qalan cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(001)-5619/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və yerinə iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikay əti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəməyə təqdim edilmiş “İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2024-cü MŞB-10-2024-00459 nömrəli arayışdan müəyyən olunur ki, cavabdeh qismində yalnız Bakı şəhəri 283 nömrəli orta məktəbi qeyd etmişdir, yəni Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu mediasiya sessiyasından xəbəri olmamışdır və onlara bildiriş göndərilməmişdir. İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə ”xx.xx.2024- cü MŞB-10-202400459 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı tərəf yalnız “işə bərpa” xahişi ilə müraciət etmişdir. Yəni ki, iddiaçı məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir və bu səbəbdən hazırda məhkəmə qaydasında həmin tələbi mübahisələndirməyi qanunamüvafiq deyildir. Bak ı şəhər Binəqədi rayon məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Belə ki, Sertifikasiya prosesində baş verən hadisələrə dair təqdim edilmiş sübutlar, xüsusilə cavabdeh tərəfin və Təhsil Nazirliyinin rəsmi məktubları, qərarın qəbulunda lazımi şəkildə nəzərə alınmamışdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, guya məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya eyni əmələ görə həm intizam tənbehi tətbiq edilmiş, həm də əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçıya qarşı xx.xx.2024-cü il tarixli 82 saylı əmrdən başqa heç bir əmr tətbiq edilməmişdir. Bundan əlavə qərar qəbul edilərkən iş materiallarını və tərəflərin mövqelərini kifayət qədər hərtərəfli araşdırılmamışdır. İddiaçının fəaliyyətinin təhsil sistemində nüfuza zərər vurduğu sübuta yetirilmişdir və bu, əmək müqaviləsinin ləğvi üçün kifayət qədər əsas olmuşdur.
20. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsindən əsas narazı olduqları məqamın məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı olduğunu, mediasiya arayışından da göründüyü kimi iddiaçının tələbinin konkret olaraq işə bərpadan ibarət olduğunu, lakin məhkəmə tərəfindən məcburi iş buraxmaya görə əmək haqqı məbləğinin hesablanaraq iddiaçıya ödənilməsinin qət edildiyi, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahi ş etmişdir.
21. Bakı şəhəri 283 nömrəli məktəbin xx.xx.2024-cü il tarixli, 82 nömrəli əmrinə əsasən həmin məktəbdə ibtidai sinif müəllimi işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Müqaviləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmiş. Əsas kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/2-1571/2024 və xx.xx.2024-cü il tarixli 329-59/2-2304/2024 nömrəli məktublarını, Bakı şəhəri üzrə 283 nömrəli tam orta məktəbin X2 xx.xx.2024-cü il tarixində keçirilmiş iclasının 12 nömrəli protokolundan çıxarış göstərilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki kollegiyasının 2(103)-1050/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi ilə, (hakimlər – F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), A.N.İmanov, M.A.Məmmədov) cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin 2(001)-5619/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya məhkəməsi rayon məhkəməsinin mpövgeyi ilə razılaşaraq mövqeyini belə əsaslandırmışdır ki, cavabdehi apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmir.
24. Cavabdeh apellyasiya şikayətində, eyni zamanda məhkəmə iclasında verdiyi izahatında iddiaçının iddia tələbinin yalınz işə bərpa olması barədə arqumentinə münasibətdə qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin xahiş etdi hissəsində aydın şəkildə görülür ki, iddiaçının iddia tələbi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi olmuş, həmçinin o da qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə görə məhkəmələr tərəfindən işə bərpa tələbi barədə işlərə baxılarkən fiziki şəxsin işə bərpası ilə yanaşı məcburi iş buraxma dövrü üçün əmək haqqı məbləğinin ödənilməsi barədə qətnamə qəbul edir.
25. Belə ki, əmək qanunvericiliyinə görə: “əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır”.
26. Apellyasiya şikayətinin digər dəlili olan cavabdeh tərəfin və Təhsil Nazirliyinin rəsmi məktublarının qərar qəbul edərkən məhkəmə tərəfindən nəzər ə alınmaması ilə bağlı məsələyə münasibətdə isə qeyd edilməlidir ki, ilk növbədə Təhsil Nazirliyi rəsmi məktub göndərməmişdən öncə hüquq mühafizə orqanlarında araşdırmanın başa çatmasını gözləməli idi və araşdırma zamanı işəgötürənin məktəb olduğu, Təhsil İdarəsinin məktubunun hüquqmüəyyənedici sənəd olması sübuta yetirilməmiş, məktəbin isə şikayət vermədiyi müəyyən edilmişdir. Belə ki, sertifikasiya prosesində baş vermiş hadisələrlə bağlı Sumqayıt Rayon Prolururluğunda araşdırılma aparılmış və cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. Belə olduğu halda işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə 70-ci maddənin ç bəndi ilə ləğv edilməsi üçün hər hansı əsas qalmamış və apellyasiya şikayətində cavabdeh tərəfindən qeyd edildiyi “İddiaçının fəaliyyətinin təhsil sistemind ə nüfuza zərər vurduğunun sübuta yetirilməsi” öz təsdiqinin tapmamışdır.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 35.1., 35.6, 35.8-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsi 70-ci maddəsinin ç bəndinə, 71.2., 71.3, 72., 83.1., 83.2.,83.3., 83.4., 84.1., 84.2 və 84.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2., 77.1., 81, 88., 218.3 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
28. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi (vəki Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-1050/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilm əməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırmışdır ki, iddiaçı məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir və bu səbəbdən hazırda məhkəmə qaydasında həmin tələbi mübahisələndirməyi qanunamüvafiq deyildir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Belə ki, Sertifikasiya prosesində baş verən hadisələrə dair təqdim edilmiş sübutlar, xüsusilə cava bdeh tərəfin və Elm və Təhsil Nazirliyinin rəsmi məktubları, qərarın qəbulunda lazımi şəkildə nəzərə alınmamışdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, guya məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya eyni əmələ görə həm intizam tənbehi tətbiq edilmiş, həm də əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçıya qarşı xx.xx.2024cü il tarixli 82 saylı əmrdən başqa heç bir əmr tətbiq edilməmişdir. Bundan əlavə qərar qəbul edilərkən iş materiallarını və tərəflərin mövqelərini kifayət qədər hərtərəfli araşdırılmamışdır. İddiaçının fəaliyyətinin təhsil sistemində nüfuza zərər vurduğu sübuta yetirilmişdir və bu, əmək müqaviləsinin ləğvi üçün kifayət qədər əsas olmuşdur. İşə baxan apellyasiya instansiya məhkəməsi bütün sadalanan normaların tələblərini pozmuşdur. Qan unvericiliyin tələblərinə əsasən Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur.
30. Kassasiya şikayətinin əsası kimi “Məhkəmə qətnaməsi haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 05 noyabr 2005-ci il tarixli qərarına, Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 28 və 29.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.1-ci maddələrinə istinad etmişdirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
32. Maddə 35.1. Əmək fərdi və ictimai rifahın əsasıdır.
33. Maddə 35.6 Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
34. Maddə 35.8. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
35. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
36. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsa sla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
38. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi ist isna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində iş əgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
46. Maddə 83. 1.Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
47. Maddə 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndiri lmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.
48. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
49. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
50. Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı;əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
51. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məluma tlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
52. Maddə 84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək mün asibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır
59. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyaçı məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
66. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
67. Beləliklə də, məhkəmə kol legiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1050/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.