Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1750/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının yenidən hesablanıb ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-484/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də çalışmışdır. 2. 23.01.2023-cü il tarixdə İddiaçı tərəfindən "xxxx" ASC-nə ünvanlanmış məktuba əsasən, o, "xxxx" ASC-nin X1 işlədiyi 2006-2023-cü illərdə iş vaxtının və iş vaxtından artıq işlənmiş saatların əmək haqqının ödənilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir.
3. AR ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı qeyd etdiyi məsələrlə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 4. "xxxx" ASC-nin 2023-cü ilin yanvar ayının iş saatının istifadəsinin hesabatının tabelinə əsasən, İddiaçı 8 gün işdə olmuşdur. 5. "xxxx" ASC-nin 2023-cü ilin fevral ayının iş saatının istifadəsinin hesabatının tabelindən görünür ki, İddiaçı 8 gün işdə olmuşdur. 6. "xxxx" ASC-nin 2023-cü ilin mart ayının iş saatının istifadəsinin hesabatının tabelindən görünür ki, İddiaçı mart ayında işdə olmamışdır. 7. "xxxx" ASC-nin 2023-cü ilin aprel ayının iş saatının istifadəsinin hesabatının tabelindən görünür ki, İddiaçı aprel ayında işdə olmamışdır. 8. "xxxx" ASC tərəfindən 2021-ci ilin mart ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin mart ayında 264 saat çalışmışdır. 9. 06.02.2023-cü il tarixli Çıxarışdan görünür ki, İddiaçı yanvar ayı üçün 391.93 manat əmək haqqı ödənilmişdir. 10. 03.03.2023-cü il tarixli Çıxarışdan görünür ki, İddiaçı fevral ayı üçün 144.45 manat əmək haqqı ödənilmişdir. 11. xx.xx.2023-cü il xx/xx-01469 nömrəli əmrə əsasən, İddiaçı ə mək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 12. "xxxx" ASC tərəfindən 2021-ci ilin aprel ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2021-ci ilin aprel ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2021-ci ilin may ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2021-ci ilin may ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2021-ci ilin iyun ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2021-ci ilin iyun ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2021ci ilin iyul ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2021-ci ilin iyul ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2021-ci ilin sentyabr ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2021-ci ilin sentyabr ayında 240 saat çalışmışdır. "xxxx" AS C tərəfindən 2021-ci ilin oktyabr ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2021-ci ilin oktyabr ayında 240 saat çalışmışdır. 13. "xxxx" ASC tərəfindən 2021-ci ilin noyabr ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2021-ci ilin noyabr ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin fevral ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2022-ci ilin fevral ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin mart ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2022-ci ilin mart ayında 240 saat çalışmışdır. 14. "xxxx" ASC tərəfindən 2022-ci ilin aprel ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2022-ci ilin aprel ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin may ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2022- ci ilin may ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin iyun ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2022-ci ilin iyun ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022- ci ilin avqust ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2022-ci ilin avqust ayında 504 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin sentyabr ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2022-ci ilin sentyabr ayında 600 saat çalışmışdır. 15. "xxxx" ASC tərəfindən 2022-ci ilin oktyabr ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2022-ci ilin oktyabr ayında 624 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin noyabr ayı üçün verilmiş yol vərəqələrinə əsasən, İddiaçı 2022-ci ilin noyabr ayında 600 saat çalışmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Bi rinci instansiya məhkəməsində icraat
16. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə 01 yanvar 2002-ci ildən 01 yanvar 2023-cü il tarixədək işlədiyi iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehdə 1999-cu ildən sürücü işləmişdir. İşlədiyi xx.xx.2002-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövrdə iş vaxtından artıq işləmişdir. Lakin, iş vaxtından artıq vaxt ərzində görülən işin əmək haqqı ona ödənilməmişdir. Həftəlik iş norması 40 saat və ona müvafiq olaraq aylıq iş norması 160170 saat müəyyən edilsə, o təxm inən hər ay 250 saat işləmişdir. Bununla da hər ay təxminən 70-80 saat iş vaxtından artıq işləsə də işlədiyi iş vaxtından artıq işlərin əmək haqqı ona ödənilməmişdir. Bu hal onun əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Pozulmuş hüquqlarının bərpası üçün cavabdehə 23 yanvar 2023-cü il tarixində ərizə ilə müraciət etsə də müraciətinə bu günə kimi cavab verilməmişdir. İş vaxtından artıq vaxt ərzində görülən işin əmək haqqının ödənilməsi barədə X2 Xidmətinə müraciət etmişdir. Cavabdehdə xx.xx.2002-ci ildən xx.xx.2023-cü ilə kimi olan minik avtomobili üçün yol vərəqələrində iddiaçının hər ay neçə saat işlədiyi öz əksini tapmışdır. Lakin həmin yol vərəqələrini cavabdeh ona verməkdən imtina edir. Qeyd edilənləri nəzərə alaraq o, cavabdehdən 01 yanvar 2002-ci ildən 01 yanv ar 2023-cü ilə kimi işlədiyi iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, 2002-ci ildən xəbəri olduğu halda məhkəməyə 2023-cü ildə müraciət etmişdir. Bu səbəbdən də iddia müddətinin keçməsi əsas tutularaq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-193/2024 nömrəli iş üzrə 2 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia qismən təmin edilərək, iddiaçıya cavabdeh tərəfindən iddiaçının iş vaxtından artıq işlədiyi hər saata, ümumilikdə (264 - 160) + (12 x 240 – 12 x 160) + (504 - 160) + (2 x 600 – 2 x 160) + (624-160) = 2752 saata görə əmək haqqının hesablanaraq ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh ərizəsində həqiqətən iddiaçıya iş vaxtından artıq görülmüş işlərə görə əmək haqqı ödənilmədiyini qeyd edir. Məhkəmə cavabdehin ərizəsini qismən əsaslı hesab etmişdir. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan məhkəmə iddiaçının tələbini 19 iyun 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi tarixə 14 aprel 2023-cü il tarixə qədər əsaslı hesab edir.
21. Yuxarıda qeyd edildiyi kimi 2023- cü il üzrə iddiaçıya əmək haqqları ödənildiyindən iddia yalnız 2021 və 2022-ci illər üçün əmək haqqının tutulması hissəsin də təmin etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı 2021-ci ilin mart ayında 264, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr aylarında 240 saat, 2022-ci ilin fevral, mart, aprel, may, iyun aylarında 240 saat, avqust ayında 504 saat, sentyabr ayında 600 saat, oktyabr ayında 624 saat, noyabr ayında 600 saat çalışmışdır. Bununla da iddiaçının işçi kimi hüquqları pozulmuşdur.
22. Belə ki, Əmək Məcəlləsinə əsasən həftəlik iş vaxtının norması 40 saatdan, aylıq 160 saatdan artıq ola bilməz. Lakin iddiaçı aylıq 240 saat və daha çox işləmiş və ona əlavə gördüyü işə görə əmək haqqı verilməmişdir.
23. Ona görə də məhkəmə qeyd etmişdir ki, iddia qismən təmin edilməli, ona cavabdeh tərəfindən iş vaxtından artıq işlədiyi hər saata (264 - 160) + (12 x 240 – 12 x 160) + (504 160) + (2 x 600 – 2 x 160) + (624-160) = 2752 saata görə əmək haqqı ödənilməlidir.
24. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 88, 89, 99, 100, 102, 154, 172-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissəsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə işə baxılan zamanı azadlıqdan məhrumetmə yerində cəza çəkdiyindən məhkəmə prosesindən xəbəri olmamışdır. AR Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən 3 illik iddia müddətinə istinad edərək düzgün olmayan qətnamə qəbul etmişdir. 3 illik iddia müddəti öhdəlik münasinətlərindən irəli gələn müqavilələrə aid edilir. Əmək mübahisələrinə isə 3 illik iddia müddətinin tətbiq edilməsi qanunsuzdur. İşə baxılması zamanı Mülki Məcəllənin 384.04-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüquqlarının hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən nməhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
27. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilən hissəsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, iş materia llarında olan cavabdehin “Dispetçer jurnalında” öz əksini tapan iddiaçının 2021 və 2022-ci illərin müvafiq ayları üzrə idarə etdiyi avtomobilin gün ərzində olan kilometraj göstəricilərinə nəzər yetirilsə, məlum olur ki, iddiaçı ona təhkim edilmiş avtomobillə gün ərzində ortalama 50-60 kilometr məsafə qət etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının avtomobili qeyd olunan müddət ərzində ortalama 60-70 km/saat sürətlə idarə etdiyini və günlük orta hesabla 50-60 km məsafə qət etdiyini nəzərə alsaq, onun gün ərzində həmin məsafəni qət etmək üçün 8 saatlıq iş normasından artıq işləməsi ağlabatan görünmür. Bu səbəbdən iddiaçıya 2021 və 2022-ci illərin müvafiq ayları üzrə iddiaçıya verilən yol vərəqələri heç də onun həmin vaxtlarda faktiki olaraq iş vaxtından artıq işləməsinə dəlalət etmi r. Əmək qanunverciliyinin istinad etdiyimiz normasından da aydın olur ki, əmək haqqı-müvafiq iş vaxtı ərzində işçinin faktiki gördüyü işə (göstərdiyi xidmətlərə) görə verilən ödəncdir. Lakin məhkəmə iş üzrə bütün sübutları tam və hərtərəfli araşdırmadan, sadəcə yol vərəqələrinə əsasən iddiaçının iş vaxtından artıq işləməsi qənaətinə gəlmişdir.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-484/2025 nömrəli mülki iş üzrə 22 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-193/2024 nömrəli, 2 avqust 2024-cü il tarixli qətnaməsinin dəyişdiri lməsi, iddiaçıya cavabdeh tərəfindən 31 may 2022-ci il tarixdən 2023-cü ilin yanvar ayına qədər olan iddiaçının iş vaxtından artıq işlədiyi hər saata görə əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisənin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməyərək, öz mövqeyini düzgün əsaslandırmamış gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Əmək münasibətlərinə dair mülki qanunvericilikdə nəzərədə tutulan iddia müddəti düzgün tətbiq edilməyərək məbləğin hesablanmasına dair nəticədə yanlışlığa yol verilmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının iş vaxtından artıq işlədiyi 2021-2023-cü illər üzrə hər saata görə hesablanan əmək haqqına dair hissədə dəyişdirilməlidir.
31. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı cavabdehdə 1999-cu ildən sürücü işləmişdir. İşlədiyi xx.xx.2002-ci ildən xx.xx.2023-cü ilə kimi olan dövrdə iş vaxtından artıq işləmişdir. Lakin iş vaxtından artıq vaxt ərzində görülən işin əmək haqqı iddiaçıya ödənilməmişdir. O, həftəlik iş normasının 40 saat və ona müvafiq olaraq aylıq iş norması 160-170 saat müəyyən edilsə də, təxminən hər ay 250 saat işlədiyini bildirmişdir. Bununla da hər ay təxminən 70-80 saat iş vaxtından artıq işləsə də işlədiyi iş vaxtın dan artıq işlərin əmək haqqı iddiaçıya ödənilməmişdir. Bu hal iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Lakin birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin tənzimlənməsində iddia müddətinin tətbiqinə dair normanı düzgün tətbiq etməmişdir.
32. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyi ni yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
34. Lakin hazırkı işin hallarına əsasən i ddiaçı hazırkı iddia tələbi ilə mediasiya təşkilatına 31 may 2022-ci il tarixdə müraciət etmişdir. Belə olduğu təqdirdə yuxarıda qeyd edilən qanunvericilik normalarına istinadən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün iddia müddətinin axımı 31 may 2022-ci il tarixdən başlayır. İş materiallarında olan sənədlərdən də (yol vərəqələri və tabellər) görünür ki, iddiaçı yalnız 2022-2023-cü illərdə işlədiyi dövrlər üçün sübutlar təqdim etmişdir. Bundan əlavə təqdim edilmiş ödəniş cədvəllərindən 2023-cü ilin yanvar və fevral ayları üçün cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənildiyi görünür. Bu aspektdən çıxış etdikdə o cümlədən iddiaçının 2022-ci ilin may ayında mediasiya təşkilatına müraciət etdiyini və iddiaçıya 2023-cü ilin yanvar ayın dan ödənişlərin olunduğunu nəzərə aldıqda 2022-ci ilin may ayından 2023-cü ilin yanvar ayına qədər işlədiyi iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün iddiaçıya əmək haqqının ödənilməsini şərtləndirir.
35. İddiaçı 2022-ci ilin may, iyun aylarında 240 saat, avqust ayında 504 saat, sentyabr ayında 600 saat, oktyabr ayında 624 saat, noyabr ayında 600 saat çalışmışdır. Bununla da iddiaçının işçi kimi hüquqları pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinə əsasən həftəlik iş vaxtının norması 40 saatdan, aylıq 160 saatdan artıq ola bilməz. Lakin iddiaçı aylıq 240 saat və daha çox işləmiş və ona əlavə gördüyü işə görə əmək haqqı verilməmişdir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməmə li, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-193/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, iddiaçıya cavabdeh tərəfindən 31 may 2022-ci ildən 2023-cü ilin yanvar ayına qədər olan iddiaçının iş vaxtından artıq işlədiyi hər saata görə əmək haqqı hesablanaraq ödənilməlidir.
37. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89.1, 89.2, 89.3, 99.1, 100, 102, 154, 172, 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi b arədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iş materiallarında olan yol vərəqələri və tabellərə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı 2022-ci ilin may, iyun aylarında 240 saat, avqust ayında 504 saat, sentyabr ayında 600 saat çalışmışdır. Bununla da iddiaçının işçi kimi hüquqları pozulmuşdur. Əmək Məcəlləsinə əsasən həftəlik iş vaxtının norması 40 saatdan, aylıq 160 saatdan artıq ola bilməz. Lakin iddiaçı aylıq 240 saat və daha çox işləmiş və ona əlavə gördüyü işə görə əmək haqqı verilməmişdir. Bu səbəbdən də cavabdeh təşkilat tərəfindən 31 may 2022-ci il tarixdən 2023-cü ilin yanvar ayına qədər olan iddiaçının iş vaxtından artıq işlədiyi hər saata görə əmək haqqı hesablanaraq ödənilməlidir. Kassasiya şikayəti verən cavabdeh aşağıda qeyd olunanlara əsasən məhkəmənin bu mövqeyi ilə razı deyildir: İş materiallarında olan "xxxx" ASC-nin “Dispetçer jurnalında” öz əksini tapan iddiaçının 2021 və 2022-ci illərin müvafiq ayları üzrə idarə etdiyi avtomobilin gün ərzində olan kilometraj göstəricilərinə nəzər yetirirsə, məlum olur ki, iddiaçı ona təhkim edilmiş avtomobillə gün ərzində ortalama 50-60 kilometr məsafə qət etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının avtomobili qeyd olunan müddət ərzində ortalama 60-70 km/saat sürətlə idarə etdiyini və günlük orta hesabla 50-60 km məsafə qət etdiyini nəzərə alınsa, onun gün ərzində həmin məsafəni qət etmək üçün 8 saatlıq iş normasından artıq işləməsi ağlabatan görünmür. Bu səbəbdən hesab etmişlər ki, iddiaçıya 2021 və 2022-ci illərin müvafiq ayları üzrə idd iaçıya verilən yol vərəqələri heç də onun həmin vaxtlarda faktiki olaraq iş vaxtından artıq işləməsinə dəlalət etmir. Belə ki, əmək qanunverciliyinin istinad etdikləri normasından da aydın olur ki, əmək haqqı— müvafiq iş vaxtı ərzində işçinin faktiki gördüyü işə (göstərdiyi xidmətlərə) görə verilən ödəncdir. Apellyasiya məhkəməsinin istinad etdiyi tabel və yol vərəqələrində göstərilən məlumatlar isə heç bir halda iddiaçının faktiki işlədiyi vaxtını əks etdirən mötəbər sübut kimi çıxış edə bilməz. Lakin apelyasiya məhkəməsi iş üzrə qeyd edilmiş bu hallara ümumiyyətlə münasibət bildirməmiş, sadəcə iddiaçının izahatına və yol vərəqələrinə əsasən iddiaçının iş vaxtından artıq işləməsi qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, həmçinin bütün sübutların məcmusu üzrə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından sübutların qiymətləndirməsini düzgün aparmamış və bu hal öz növbəsində əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
41. Maddə 89.1. Tam iş vaxtı - müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
42. Maddə 89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
43. Maddə 89.3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
44. Maddə 99.1. İş vaxt ından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
45. Maddə
100. Əsasən hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
46. Maddə
102. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.
47. Maddə
154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işə götürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
48. Maddə
172. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
49. Maddə 296. (2-ci hissə) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
50. Maddə 296. (3-cü hissə) Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
51. Maddə 296. (7-ci hissə) Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Cavabdehin kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansi yası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
60. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
61. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərs ə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
62. Belə ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehdə 1999-cu ildən sürücü işləmişdir. İşlədiyi xx.xx.2002-ci ildən xx.xx.2023-cü ilə kimi olan dövrdə iş vaxtından artıq işləmişdir. Lakin iş vaxtından artıq vaxt ərzində görülən işin əmək haqqı iddiaçıya ödənilməmişdir. O, həftəlik iş normasının 40 saat və ona müvafiq olaraq aylıq iş norması 160-170 saat müəyyən edilsə də, təxminən hər ay 250 saat işlədiyini bildirmişdir. Bununla da hər ay təxminən 70-80 saat iş vaxtından artıq işləsə də işlədiyi iş vaxtından artıq işlərin əmək haqqı iddiaçıya ödənilməmişdir. Bu hal iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Lakin birinci instansiya məhkəməsi tərəflər ara sında yaranmış münasibətlərin tənzimlənməsində iddia müddətinin tətbiqinə dair normanı düzgün tətbiq etməmişdir.
63. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunverici həmçinin işəgötürənin mə hkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
64. Apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpası nı təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
65. Lakin, hazırkı işin hallarına əsasən iddiaçı hazırkı iddia tələbi ilə mediasiya təşkilatına 31 may 2022-ci il tarixdə müraciət etmişdir. Belə olduğu təqdirdə yuxarıda qeyd edilən qanunvericilik normalarına is tinadən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün iddia müddətinin axımı 31 may 2022-ci il tarixdən başlayır. İş materiallarında olan sənədlərdən (yol vərəqələri və tabellər) görünür ki, iddiaçı yalnız 2022-2023-cü illərdə işlədiyi dövrlər üçün sübutlar təqdim etmişdir. Bundan əlavə təqdim edilmiş ödəniş cədvəllərindən 2023-cü ilin yanvar və fevral ayları üçün cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənildiyi görünür. Bu aspektdən çıxış etdikdə o, cümlədən iddiaçının 2022-ci ilin may ayında mediasiya təşkilatına müraciət etdiyini və iddiaçıya 2023-cü ilin yanvar ayından ödənişlərin olunduğunu nəzərə aldıqda 2022-ci ilin may ayından 2023-cü ilin yanvar ayına qədər işlədiyi iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün iddiaçıya əmək haqqının ödənilməsini şərtləndirir.
66. İddiaçı 2022-ci ilin may, iyun aylarında 240 saat, avqust ayında 504 saat, sentyabr ayında 600 saat, oktyabr ayında 624 saat, noyabr ayında 600 saat çalışmışdır. Bununla da iddiaçının işçi kimi hüquqları pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinə əsasən həftəlik iş vaxtının norması 40 saatdan, aylıq 160 saatdan artıq ola bilməz. Lakin iddiaçı aylıq 240 saat və daha çox işləmiş və ona əlavə gördüyü işə görə əmək haqqı verilməmişdir. Ona görə də iddiaçıya cavabdeh tərəfindən 31 may 2022-ci ildən 2023-cü ilin yanvar ayına qədər olan iddiaçının iş vaxtından artıq işlədiyi hər saata görə əmək haqqı hesablanaraq ödənilməlidir.
67. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə ra zılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" ASC-n in kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2(103)-484/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.