Məhkəmə qərarları › İş №2(102)-1751/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1751/2021

07.04.2021 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1751/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi xna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması, sahənin boşaldılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi xnun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x0 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh LPO “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında 30 noyabr 2012-ci il tarixdə bağlanmış İcarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı tərəfindən Bakı şəhəri, Zahid Xəlilov (Salamzadə) küçəsi, 539-cu məhəllə, ev 2 “C”, 4 və 5-ci girişin kürsü mərtəbəsində ümumi sahəsi 650 kv.metr sahə icarəçi İflas Prosesində olan “xxxx” ASC-nin ləğvedicisi “xxxx” MMC-yə hər təqvim ayı üçün icarə haqqının məbləği vergi də daxil olmaqla 2.000 (iki min) manat olmaqla icarəyə verilmişdir.

2. İddiaçı, qeyd edilən müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəm əsinə müraciət edərək (iddia tələbi dəqiqləşdirilmişdir), cavabdeh İflas prosesində olan “xxxx” ASC-nin ləğvedicisi xndan hazırkı vaxtadək 35 ay ödənilməmiş 70.000 (yetmiş min) manat pulun, çıxarılacaq qətnamə icra olunanadək hər təqvim ayı üçün 2000 (iki min) manat pulun tutularaq, ona ödənilməsi və ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, ev 2 “C” 4 və 5-ci girişlərin kürsü mərtəbəsindən cavabdehə məxsus əmlakların boşaldılaraq qeyri-yaşayış sahəsinin onun əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx’'ASC-nin ləğvedici "xxxx “ MMC-nin səlahiyyətli şəxsi ilə 2017-ci il yanvar ayından etibarən aylıq icarə haqqı nın ödənişi edilməmişdir. Dəfələrlə xəbərdarlıq (pretenziya) olunmasına baxmayaraq, cavabdeh ödəniş etməkdən yayınır. İcarəyə götürülmüş obyektin aylıq məbləğinin ödənilməməsi, əşyaların boşaldılması üçün icarə obyektini icarəyə verə bilmədiyindən ona külli miqdarda maddi zərər vurulmuşdur. 2017-ci ilin yanvar ayından ödənişlər həyata keçirilmir və onun mülkiyyətində olan qeyri-yaşayış sahəsi boşaldılıb təhvil verilmir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh tərəfindən 2017-ci ilin yanvar ayında icarə münasibətlərinə xitam verilməsi barədə iddiaçıya məktub göndərilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 26 noyabr 2019-cu il tarixli, 2(004)-2870/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin tələblərinə görə icarəyə əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2018-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl olunaraq, cavabdehə bildiriş ünvanlanaraq, 22 aylıq icarə haqqının ödənilməsi tələb edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseyn (sədrlik edən və məruzəçi), H.Həmidov və V.Ağayev) 13 avqust 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. LPO “xxxx” ASC-nin ləğvedicisi x kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə çıxarılmış qətnamələr maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhk əməsinin 25 iyul 2012-ci il tarixli Qətnaməsinə əsasən “xxxx” ASC müflis elan olunmuş və “xxxx” ASC-yə ləğvedici qismində “X1 Company” MMC təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1.2-ci maddəsinin tələblərinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarsı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. İşə baxan Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov ilk əvvəl yuxarıda göstərilən hüquq normalarının tələblərini rəhbər tutaraq qəbul etdiyi Yasamal rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(004)-7558/2018 nömrəli qərardadı ilə İddiaçı cavabdeh iflas prosesində olan “xxxx” ASC-nin ləğvedici “X1 Company” MMC-yə qarşı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etsə də, sonradan bir müddət ke çdikdən sonra iddiaçı tərəfindən təkrar verilmiş eyni məzmunlu və eyni tələbli ərizəni icraata qəbul edərək işə mahiyyəti üzrə baxmışdır. Bu hal apellyasiya şikayətində qeyd edilmişdir, lakin apellyasiya instansiyası məhkəməsi bu hala münasibət bildirməmişdir.“xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi x tərəfindən “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC arasında bağlanmış 30 noyabr 2012-ci il tarixli icarə müqaviləsinə 2017-ci ilin yanvar ayından birtərəfli qaydada xitam verilməsi haqqında iddiaçıya cavab məktubunda rəsmi məlumatın verilməsi barədə və bu sübutun mülki işin materiallarında mövcud olması barədə cavabdehin nümayəndəsinin məhkəmə gedişi zamanı məhkəməyə verdiyi məlumatlar da işə baxan hakim tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə iddiaçının etirazında qeyd edilmişdir ki, iddianın ləğvetmə prosesinə nəzarət edən məhkəmədə deyil, mülki məhkəmə icraatında qaldırılması qanuni və əsaslıdır. Həmçinin tələb ləğv prosesində olan hüquqi şəxsə qarşı deyil, məhz xna qarşı yönəldilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 685.2.1. Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə Kirayəyə v erən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.

16. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

17. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

18. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

19. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəs i haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. B elə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

26. Hazırkı işdə iddiaçının bildirdiyi hallardan görünür ki, iddiaçı ilə “xxxx” ASCnin ləğvedicisi “xxxx” MMC arasında aylıq ödənişi 2.000 manat olmaqla sahənin icarə müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək sahəni icarəyə götürənin istifadəsinə vermiş, lakin cavabdeh 2017-ci ilin yanvar ayından ödənişləri həyata keçirməmişdir. Hazırda adı çəkilən bankın ləğvedicisi xdur. Belə olan halda, iddiaçının icarə haqlarının və zərərin əvəzinin ödənilməsi, sahənin boşaldılması tələbləri yuxarıda qeyd edilən maddi-hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 15-19).

27. Kollegiya kassatorun dəlillərini əsaslı saymır ona görə ki, sözügedən icarə müqaviləsi fəaliyyət göstərən bankla bağlanmış, lakin sonradan ləğv prosesinə girmiş banka qarşı yönəlmiş pul tələbi mahiyyətində deyil. Həmin müqavilə iddiaçı ilə iflas proseduruna başl anmış bankın ləğvedicisi arasında bağlanmış əqdir. Bununla da artıq ləğv prosesində olan bankın ləğvedicisi “xxxx” MMC təmsil etdiyi bank üçün müqavilə bağlamaqla öhdəlik götürmüşdür. Beləliklə, həmin icarə müqaviləsi bankın iflas proseduruna başlanılmasından sonra elə onun ləğvedicisi tərəfindən bağlandığı üçün həmin əqddən irəli gələn və icra edilməmiş pul tələbləri iflas prosedurunda həll edilməli olan kreditor tələbləri kimi qiymətləndirilə bilməz.

28. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: LPO “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x0 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar