Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-384/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X7, X16 və X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzillərin mülkiyyətçiyə təhvil verilməsi və kirayə haqlarının ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4 və X10 iştirakları ilə, İddiaçı X7, X16 və X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “mənzillərin mülkiyyətçiyə təhvil verilməsi və kirayə haqlarının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “mənzillərin mülkiyyətçiyə təhvil verilməsi və kirayə haqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən, Cavabdeh MTK şirkəti tərəfindən həmin ərazidə inşa edilmiş binada 66,86 kv.m-dən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı təmirli mənzilləri "xxxx" girişinin, 8-ci mərtəbəsində yerləşən 176 saylı mənzilin və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 saylı mənzilin təmirli şəkildə ona təhvil verilməsi və fevral 2024-cü il tarixindən etibarən müqavilə üzrə hər ay üçün 800 (səkkiz yüz) manat olmaqla bu günə kimi ödənilməyən 6400 manatın alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 384/2025 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küşəsində yerləşən Cavabdeh MTK şirkəti tərəfindən həmin ərazidə inşa edilmiş binada 66,86 kv.m-dən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı, "xxxx" girişinin 8-ci mərtəbəsində yerləşən 176 saylı mənzil və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 saylı mənzil təmirli şəkildə Cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, Cavabdehndən 6400 manat kirayə haqqı tutulub iddiaçıya verilməsi qət edilmişdir.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2(007)- 384/2025 nömrəli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Vəkil Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-384/2025 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilmişdir.
4. Məhkəmə iclası zamanı X7, X16 və X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
İddia ərizənin əsaslandırıldığı hallar:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MTK ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 66,86 kv.m-dən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı "xxxx" girişinin, 8-ci mərtəbəsində yerləşən 176 saylı mənzili və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 saylı mənzili təmirli şəkildə təhvil verməyi və mənzillərin ona təhvil verildiyi günədək hər ay 800 (səkkiz yüz) manat olmaqla kirayə haqqı ödəməyi öhdəsinə götürərək müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən müqavilənin predmetində qeyd edilən ünvanda ev 207, ümumi sahəsi 104 kv.m. olan 6 saylı mənzili sökmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışı (reyestr nömrəsi: **********7- 05101-093003, qeydiyyat nömrəsi: 1********), mülkiyyət hüququnu təsdiq edən sənədi ondan təhvil almışdır. Dəfələrlə cavabdehdən mənzillərin təhvil verilməsini tələb etsə də bir nəticəyə nail ola bilməmişdir. Artıq 6 ildir ki, cavabdeh mənzilləri ona təhvil vermir.
Tərəflərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, orada sakin olub. 2 mənzili var idi. Rasim tikinti sahibi idi. Mənzillərin sahəsinə 20% artıq əlavə olmaqla mənzil verilməli idi. Lakin mənzil verilmədi. xx.xx.2024-cü ildə keçmiş yeznəsi Ruslanla kirayə haqqını almağa getmişdilər. Elmira xanımı və Fuadı da ofisdə görüblər. 15 dəqiqə orada olub. Elmira xanımla orada tanış olub. İşığın yerini axtarırdı ki, yandırsın. O, tapıb işığı yandırdı. MTKdan 800 manat kirayə haqqını almağa gəlmişdilər, lakin vermədilər. MTK nümayəndələrindən Şahin orada idi. Onlara “E” blokunda mənzil verəcəklərini dedilər, onu da vermədilər. "xxxx" blokundan ev veriləcəyini Rasim dedi. Sonra layihə dəyişəndə “E” blokunda arxadan artıq kvadratla mənzil verəcəklərini bildirdilər. “E” bloku ilə müqavilə bağlanmadı. "xxxx" blokunda olan mənzili Mamed adlı prokurora satıblar. "xxxx" blokuna aid müqaviləni MTK-ya qaytardı, “E” blokuna aid müqaviləni isə vermədilər. O, mənzilləri satmayıb heç kimə. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2024cü ildə sonuncu dəfə kirayə haqqı alıb, amma qəbz verməyiblər. 2024-cü ilin fevralında sonra kirayə haqqı verilməyib. İddiaçı mənzilləri satmayıb, MTK "xxxx" blokunda olan mənzillərə dair müqavilələri alıb sonra “E” bloku ilə yeni müqavilə bağlamayıb onunla.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddiaçının "xxxx" banka 25000 manat krediti olub, onu da MTK ödəyib, Hazırda iddiaçının banka borcu yoxdur. Mənzil sökülməmişdən əvvəl layihə fərqli idi. İlkin layihə təsdiq olunmadı, daha sonra təsdiq olunmuş layihədə isə pilləkan əlavə olunduğundan mənzillərin sahəsi düz gəlmədi. Sakinlə aralarında "xxxx" bloku razılaşdırılmışdır. Dəyişiklikdən sonra "xxxx" bloku “E” blokuna dəyişdirilib, lakin müqavilə bağlanmayıb. Tural 155,29 kv.m mənzili xx.xx.2024-cü ildə X9, 71,08 kv.m olan mənzili X2. Fuad da 155,29 kv.m olan mənzili X3. Fuad da maklerdi Turalın tanışı idi, onunla gəlmişdir mənzili də özü alıb satmışdı.
9. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 bildirdi ki, xx.xx.2024-cü ildə maklerdən zəng gəldi ki, ev satılır. Qiyməti yaxşıdı, amma 2-3 günə kimi pulu ödəmək lazımdı. Maklerlə görüşüb ofisə gəldilər. Fuad müəllimlə tanış elədi, Turalı da orada gördü. Makler və Fuadla gedib evə baxdılar. Danışıb razılaşdılar. Pulu Fuada verdi. Şahin də sənədləri və müqaviləni verdi. “E” blokunda, 15-ci mərtəbə 13-cü mərtəbədə 2 otaqlı evə 150000 manat pulu verdi. Fuad dedi evi barter edir. Barter olunan şəxs də Tural idi. Pulu verəndə özü idi, bir də Fuad başqa adam yox idi. Onun makleri dedi ki, Fuad da maklerdir. Fuadla o, Turalla Ruslanı parkda gözləyirdilər. Sonra onlar gələndə Fuad dedi ki, bunlarla iş görür.
10. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X16 bildirdi ki, mənzili Fuaddan alıb, Turalı tanımır.
11. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, o, Mahmudova Elmira və Vəzirzadə Fuadı tanımırdı. Turalın yeznəsi Ruslan zəng vurdu ki, evi satmaq istəyir. Fuad isə zəng vuraraq bildirdi ki, evi alan odur. Evlərin birini Elmira xanımın adına, digərini isə öz adına keçirtdi. Elmira xanım və Fuad gəldi alqı-satqı oldu, 71 m2 sahəsi olan ev Elmira xanımın adına, 155,29 m2 sahəsi olan ev Fuadın adına keçdi. Səhəri gün Fuad Turalın iştirakı olmadan evi başqa adamın adına keçirtdi. Sonradan Tural yığdı ki, bunlar onları aldatdı. Fuad və Elmiranı Turalın vasitəsi ilə tanımışdır. Turalgil ilə müqavilə bağlananda evin layihəsi hazır idi. 155 m2 sahəsi olan ev "xxxx" blokunda, 66 m2 sahəsi olan ev isə “E” blokunda idi. Sonradan Şəhərsalma layihəni qəbul etmədi, çünki yanğın pilləkəni yox idi. Yeni layihə hazır olanda yanğın pilləkəni əlavə olundu və bütün mənzillərin yerləri dəyişdi. 155,29 m2 sahəsi olan ev düşdü “E” blokuna, 66 m2 sahəsi olan ev oldu 71 m2 və “E” blokuna düşdü. Onlar mənzilləri göstərəndə razılaşdılar və açarları da təhvil aldılar. 2024-cü ildə təmir yekunlaşmamışdı. Bəzi mənzillərdə hələ də təmir işləri bitməyib. Həmin mənzillərdə heç kəs yaşamır.
12. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
14. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********77-05101-093003 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1, 6 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
15. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 13 mart 2018-ci il tarixli müqaviləyə əsasən “Tikinti şirkəti” söküntüsü nəzərdə tutulmuş binada "xxxx"yə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış (reyestr nömrəsi: **********77-05101-093003, qeydiyyat nömrəsi: 1********) ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104 kv.m. olan 6 saylı mənzili sökülmək üçün təhvil alıb, “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 66,86 kv.m-dən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı təmirli mənzilləri "xxxx"yə verməyi öhdəsinə götürür. Mülkiyyətçi öhdəsinə götürür ki, bu Müqavilənin imzalandığı tarixdən etibarən 10 (on) gün ərzində ona məxsus mənzili söküntü üçün “Tikinti şirkəti”nə təhvil verəcək, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən mənzili isə qəbul edəcəkdir. “Tikinti şirkəti” həmçinin öhdəsinə götürür ki, mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq 800 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil "xxxx"yə təhvil verilən günədək ödəniləcəkdir. "xxxx"nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcək. “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın "xxxx" girişinin 8-ci mərtəbəsində yerləşən, 176 saylı mənzili və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 saylı mənzili mülkiyyətçiyə təmirli şəkildə təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi (təməli) qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq, müqavilə şərtlərinə əsasən mənzili "xxxx"yə təhvil vermək, müqavilənin 2.2.2-ci bəndinə əsasən bu müqavilənin 1.3-cü bəndində göstərilən kirayə xərcini "xxxx"yə ödəmək “Tikinti şirkəti”nin vəzifəsidir.
16. İddiaçı vəkili və nümayəndəsi tərəfindən Cavabdehnə ünvanlanan 23 sentyabr 2024-cü il tarixli təklifdən görünür ki, xx.xx.2018-ci il tarixdə aralarında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 66,86 kv.m-dən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı "xxxx" girişinin, 8-ci mərtəbəsində yerləşən 176 saylı mənzil və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 saylı mənzilləri təmirli şəkildə təhvil verməyi və mənzillərin təhvil verildiyi günədək hər ay 800 (səkkiz yüz) manat olmaqla kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, artıq 6 ildir ki, mənzilləri təhvil verməmişlər. Bununla yanaşı fevral 2024-cü il tarixdən etibarən hər ay 800 (səkkiz yüz) manat olmaqla ödənilməli olan kirayə haqqını da heç bir səbəb və əsas göstərmədən 8 (səkkiz) aydır ki, ödənişini dayandırmışlar. Buda ümumilikdə 6400 (altı min dörd yüz) manat olmaqla ödənilməyən kirayə haqqının ödənilməsi təmin edilməlidir. Qeyd edilən hal onun hüquqlarının pozulması ilə nəticələnmişdir. xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəlikləri təmin etmələrini, mənzilləri ona təhvil verməyi, 8 ay ödənilməyən ümumilikdə 6400 manatın ödənilməsini təklif edir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olacaq. Məhkəməyə müraciət edəcəyindən müəyyən xərclər ödəməli olacaq. Məktubu alandan sonra mübahisənin 10 günün içərisində həll olunmasını təklif edir. Çəkəcəyi bütün xərclərin onlardan alınmasını məhkəmədən xahiş edəcək. Əks təqdirdə məhkəməyə müraciət olunacaq.
17. 06.10.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 84 manat dövlət rüsumu ödəmişdir.
18. Cavabdeh ilə X11 arasında bağlanmış 08 fevral 2024-cü il tarixli müqaviləyə əsasən İcraçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-cil tarixli, 263 və 264 saylı sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən 353 nömrəli, 155,29 kv.m sahəli mənzili, 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür.
19. 08 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov, Mirəli Qaşqay, X13 prospekti kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasının “E” blok, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində (ümumi 11ci mərtəbə) 155,29 kv.m sahəli 3 otaqlı 353 nömrəli mənzilin dəyərini X11 bütünlüklə ödəmişdir, borcu yoxdur.
20. Cavabdeh ilə X16 arasında bağlanmış 09 fevral 2024-cü il tarixli, 379 saylı müqaviləyə əsasən İcraçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-cil tarixli, 263 və 264 saylı sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən 353 nömrəli, 155.29 kv.m sahəli mənzili, 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür.
21. 09 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov, Mirəli Qaşqay, X13 prospekti kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasının “E” blok, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində (ümumi 11ci mərtəbə) 155,29 kv.m sahəli 3 otaqlı 353 nömrəli mənzilin dəyərini X16 bütünlüklə ödəmişdir, borcu yoxdur.
22. Cavabdeh ilə X7 arasında bağlanmış 08 fevral 2024-cü il tarixli, 378 saylı müqaviləyə əsasən İcraçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-cil tarixli, 263 və 264 saylı sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 13-cü mərtəbəsində yerləşən 382 nömrəli, 71,08 kv.m sahəli mənzili, 2 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür.
23. 08 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov, Mirəli Qaşqay, X13 prospekti kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasının “E” blok, yaşayış mərtəbəsinin 13-cü mərtəbəsində (ümumi 15-ci mərtəbə) 71.08 kv.m sahəli 2 otaqlı 382 nömrəli mənzilin dəyərini X7 bütünlüklə ödəmişdir, borcu yoxdur.
24. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 13 mart 2018-ci il tarixli müqavilənin əslinə qeyd edilmişdir ki, “xx.xx.2024. ləğv olundu keçdi 377 saylı müqaviləyə 155.29 kv.m; 378 saylı müqaviləyə 71.08 kv.m.”
25. 12 mart 2018-ci il tarixində İddiaçı tərəfindən Cavabdehnə ünvanlanan razılıq ərizəsindən görünür ki, İddiaçı ona məxsus Süleyman Rəhimov küçəsi 207, mənzil 6-da yerləşən mənzilin ümumi sahəsi 192 kv.m təşkil edir. Aparılan ölçüyə əsasən və əvəzində 230 kv.m olan mənzillərin ona verilməsi razılığına gəldilər. Onun "xxxx" banka olan borcunun ödənilməsini Cavabdeh öz öhdəliyinə götürdü və onun müqabilində 17 kv.m onun üçün razılaşdırılmış (230 kv.m) sahədən çıxarılaraq ona 213 kv.m sahəli mənzil verilməsinə razılıq verir. Ödənilən məbləğ təqribən 25000 manat təşkil edir.
İşin faktiki halları:
26. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 13 mart 2018-ci il tarixli müqaviləyə əsasən “Tikinti şirkəti” söküntüsü nəzərdə tutulmuş binada "xxxx"yə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış (reyestr nömrəsi: **********77-05101-093003, qeydiyyat nömrəsi: 1********) ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104 kv.m. olan 6 saylı mənzili sökülmək üçün təhvil alıb, “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 66,86 kv.m-dən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı təmirli mənzilləri "xxxx"yə verməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, MTK tərəfindən İddiaçı verilməsi nəzərdə tutulan qeyd olunan mənzillərin layihə dəyişikliyi olduğu üçün verilməsi mümkün olmamış və onların əvəzinə “E” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən 353 nömrəli, 155,29 kv.m sahəli 3 otaqlı mənzili və “E” girişinin, yaşayış mərtəbəsinin 13-cü mərtəbəsində yerləşən 382 nömrəli, 71,08 kv.m sahəli 2 otaqlı mənzili İddiaçı verilməsi razılaşdırılıb. Lakin iddiaçı “E” girişində olan 155,29 kv.m 3 otaqlı mənzili X9, o, da öz növbəsində X12, 71,08 kv.m 2 otaqlı mənzili isə X1. Bundan sonra Cavabdeh ilə arasında bağlanmış 08 fevral 2024-cü il tarixli müqaviləyə əsasən İcraçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-cil tarixli, 263 və 264 saylı sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən 353 nömrəli, 155,29 kv.m sahəli mənzili, 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür. Cavabdeh ilə X16 arasında bağlanmış 09 fevral 2024-cü il tarixli, 379 saylı müqaviləyə əsasən İcraçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-cil tarixli, 263 və 264 saylı sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən 353 nömrəli, 155,29 kv.m sahəli mənzili, 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür. Cavabdeh ilə X7 arasında bağlanmış 08 fevral 2024-cü il tarixli, 378 saylı müqaviləyə əsasən İcraçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-cil tarixli, 263 və 264 saylı sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 13-cü mərtəbəsində yerləşən 382 nömrəli, 71,08 kv.m sahəli mənzili, 2 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 13 mart 2018-ci il tarixli müqavilənin əslinə qeyd edilmişdir ki, “xx.xx.2024. ləğv olundu keçdi 377 saylı müqaviləyə 155.29 kv.m; 378 saylı müqaviləyə 71.08 kv.m.”
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
8.0-cı maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər.
29. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi:
31. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.
32. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 mart 2018-ci il tarixli müqaviləyə əsasən “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın "xxxx" girişinin 8-ci mərtəbəsində yerləşən, 176 saylı mənzili və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 saylı mənzili mülkiyyətçiyə təmirli şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür.
33. Məhkəmə iclasında müəyyən edildi ki, tikiləcək binanın xx.xx.2017-ci il tarixli ilkin layihəsi təsdiq olunmamışdır, daha sonra xx.xx.2019-cu il tarixli layihə təsdiq olunmuşdur. Layihədə pilləkən əlavə olunduğundan mənzillərin sahəsi uyğun gəlməmişdir və sakinlə aralarında bağlanmış müqavilədə nəzərdə tutulan "xxxx" blokundakı mənzillər “E” blokuna dəyişdirilməsi razılaşdırılıb, lakin iddiaçı ilə müqavilə bağlanmayıb. Göründüyü kimi iddiaçıya verilməsi nəzərdə tutulan mənzillər "xxxx" blokunda deyil, “E” blokunda yerləşmişdir. Lakin "xxxx" blokunda yerləşən mənzillərə dair iddiaçı ilə bağlanmış 13 mart 2018-ci il tarixli müqavilənin əslində qeyd edilmişdir ki, “xx.xx.2024. ləğv olundu keçdi 377 saylı müqaviləyə 155.29 kv.m; 378 saylı müqaviləyə 71.08 kv.m.”
34. Bundan başqa iddiaçı iddia tələbində 2024-cü ilin fevral ayından etibarən kirayə haqqının alınıb ona verilməsini tələb edir. Həmçinin iddiaçı məhkəmə iclasında qeyd olunan tarixədək kirayə haqqının aldığını bildirmişdi. Belə olan halda iddiaçı dolayısı ilə ona verilməsi nəzərdə tutulan mənzillərin satdığını etiraf etmiş olur. Belə ki, X11 və X7 ilə qeyd olunan mənzillərə dair müqavilələr xx.xx.2024-cü ildə bağlanmışdır.
35. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X16 bildirdi ki, o, evi X6 almışdır. Cavabdeh ilə X11 arasında bağlanmış 08 fevral 2024-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən 353 nömrəli, 155,29 kv.m sahəli mənzili, 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh ilə X16 arasında bağlanmış 09 fevral 2024-cü il tarixli, 379 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən 353 nömrəli, 155,29 kv.m sahəli mənzili, 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür.
36. Həmçinin Cavabdeh ilə X7 arasında bağlanmış 08 fevral 2024-cü il tarixli, 378 saylı müqaviləyə əsasən İcraçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-cil tarixli, 263 və 264 saylı sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 13-cü mərtəbəsində yerləşən 382 nömrəli, 71,08 kv.m sahəli mənzili, 2 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür.
37. Göründüyü kimi müqavilələr eyni tarixdə bağlanmışdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 bildirdi ki, Turalı həmin gün MTK-nın ofisində görsə də maklerlə birlikdə Fuad və Turalı gözləyiblər, makler onlarla iş gördüyünü bildirib. O, pulu Fuada verən zaman Tural ofisdə idi.
38. Qeyd olunanlardan başqa məhkəmə iclasında İddiaçı "xxxx" girişində yerləşən mənzillərə dair müqavilələri MTK-nın nümayəndələrinin ondan aldığını, əvəzində “E” girişində yerləşən mənzillərin ona verilməsi barədə razılığa gəlmələrini, lakin ona “E” girişində yerləşən mənzillərə dair müqavilələrin verilmədiyini etiraf etmişdir.
39. Hazırda iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən, Cavabdeh MTK şirkəti tərəfindən həmin ərazidə inşa edilmiş binada 66,86 kv.mdən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı təmirli mənzilləri "xxxx" girişinin, 8-ci mərtəbəsində yerləşən 176 saylı mənzilin və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 saylı mənzilin təmirli şəkildə ona təhvil verilməsini xahiş edir. Lakin iddiaçı tələbini əsaslı edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
40. Beləliklə, iddiaçı ilə MTK arasında 13 mart 2018-ci il tarixdə bağlanmış müqavilə ləğv edilib və ona “E” girişindən mənzillərin verilməsi razılaşdırılıb. Həmin mənzillərin iddiaçının iştirakı ilə satılması cavabdeh tərəfindən təqdim olunmuş videogörüntüdən görünür.
41. Bundan əlavə məhkəmə qeyd edir ki, qanunun tələbinə əsasən iddiaçı MTK-da olan payından imtina etməli, MTK isə öz növbəsində digər payçı ilə müqavilə bağlamalı idi. Lakin iddiaçı formal olaraq MTK-da olan payında imtina etmişdir. Belə ki, iddiaçı ilə MTK arasında “E” girişində yerləşən mənzillərə dair müqavilə bağlanmamış və iddiaçı ərizə ilə payında imtina etməmişdir. Lakin MTK-da olan payını MTK-ya qaytarmış və payının dəyərini əldə etmişdir.
42. Məhkəmə iddia tələbinin “fevral 2024-cü il tarixindən etibarən müqavilə üzrə hər ay üçün 800 (səkkiz yüz) manat olmaqla bu günə kimi ödənilməyən 6400 manatın alınıb ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin tarixdən mənzillər başqa şəxslərə satıldığından iddiaçının kirayə haqqını tələb etmək hüququ yoxdur.
43. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
Məhkəmə baxışının hədləri:
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmə xərcləri:
45. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
46. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı X7, X16 və X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “mənzillərin mülkiyyətçiyə təhvil verilməsi və kirayə haqlarının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı X7, X16 və X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “mənzillərin mülkiyyətçiyə təhvil verilməsi və kirayə haqlarının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova