Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5516/2022 18.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mənəvi zərərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzillərin və qarajların təhvil verilməsi, kirayə haqqının ödənilməsi və mənəvi ziyanın tutulması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3649/2 022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə 18 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarını və Bakı şəhəri, Nərimanov rayon İcn Hakimiyyəti Başçısının 18 yanvar 2017-ci il tarixli, 37 saylı sərəncamını əsas tutaraq, bir tərəfdən ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh MMC adından (hazırda MTK) onun direktoru X1 və digər tərəfdən ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamış İddiaçı1 və İddiaçı2 arasında 12 aprel 2017-ci il tarixdə 069, 070 və 071 nömrəli müqavilələr bağlanılmışdır.
2. Müqavil ələrin 1.1.2-ci bəndlərinə görə Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan, İddiaçı2 qonşu olmaqla daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli mənzili İddiaçı1; 3. ünvan 3 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan, İddiaçı1 ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisini əmlakın faktiki sahəsindən 20% miqdarında əlav ə, yəni ümumi sahəsi 62 kv.metr təmirli mənzili İddiaçı2; 4. ünvan 3 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan 46,75 kv.metr sahədən ibarət qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın -İ (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.metr olan, 2 ədəd (cəmi 48 kv.metr) təmirli qarajı İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götümüşdür.
5. Müqavilə üzrə tikintinin müddəti 24 ay müəyyən edilmişdir. 6. 069 və 070 nömrəli Müqavilələrin 1.1.3-cü maddəsinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı1, İddiaçı2 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İd diaçı1 kompensasiya şəklində aylıq 500 manat, İddiaçı2 isə 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilkin ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. 7. 069, 070 nömrəli Müqavilələrin 2.2.4-cü, 071 saylı Müqavilənin 2.2.2-ci bəndinə əsasən Cavabdeh MMC (MTK) yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddərinə qədər başa çatdıraraq Müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili, qarajı iddiaçılara təhvil verməyi öhdəsinə götürür və təhvil-təslim “Tərəflər”in imzası ilə təsdiq olunan aktla rəsmiləşdirildikdən sonra baş tutmuş hesab edilir. 8. 069 və 070 nömrəli Müqavilələrin 6.4-cü bəndinə, 071 nömrəli Müqavilənin 6.3-cü bəndinə əsasən Cava bdeh MMC (MTK) yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsinin qoyulması və 069 və 070 nömrəli Müqavilələrin 6.4-cü, 071 nömrəli Müqavilənin 6.3-cü bəndində göstərilən müddətin başlanması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verir. “Tikinti təşkilatı” tərəfindən belə məlumat verilmədikdə tikintinin başlama tarixi bu Müqavilənin imzalanma tarixindən hesablanılır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC tərəfindən İddiaçı1 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaq la, cəmi 4740 manat məbləğində pulun ödənilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı2 2020-ci ilin yanvar avqust ayları üçün ödənilməmiş 3200 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 300 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3840 manat məbləğində pulun ödənilməsi qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-853/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4900/2021 nömrəli iş üzrə 28 sentybar 20 21-ci il tarixli qərarı ilə Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə (MTK) qarşı iddia ərizəsi ilə, sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan – İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) v erilməsi, Cavabdeh MMC (MTK) iləİddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli ikiotaqlı mənzilin İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 0.71 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmrili qarajların İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyi Cavabd eh MTK-nın üzərinə qoyulması, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 5000 manatın və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul, cəmi 13340 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi; 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6400 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 500 manatın və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun, cəmi 11740 manat məbləğində pulun Cavabdeh MTK-dən tutuluraq İddiaçı2 ödənilməsi barədə qətanmə qəbul edilməsini xahiş etmişlər.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərinə əsasən həmin mənzillər və qarajlar 12 aprel 2019-cu il tarixədək təhvil verilməli idi. Lakin, nəinki mənzillər və qarajlar təhvil verilməyib, eyni zamanda əlavə problemlər yaradılıb. Yalnız 2020-ci ilin fevral ayının sonunda İddiaçı2 onlara müraciətindən sonra mənzilə baxa biləcəyinə icazə verilmiş, sonuncu da həmin mənzillərə 2020-ci ilin mart ayının əvvəlində əmlak eksperti ilə birlikdə gedərək baxmışdır. Baxış zamanı mənzillərin layihəyə uyğun olmadığı, bir otaqlı mənzilin sonradan daxildən bölünərək kiçik nəfəslik qoyulmuş tam bağlı ikinci otağın yaradılması hesabına iki otaqlıya, eyni qaydada iki otaqlı mənzildə layihədənkənar hörgü hesabma kiçik nəfəslik qoyulmuş tam bağlı üçüncü otağm yaradılması hesabına üç otaqlıya çevrildiyi məlum olmuş və bu barədə əmlak üzrə ekspertin müvafiq rəyləri vardır. Cavabdeh MMC (MTK) u zun müddət və hazırda kirayə haqqı da ödəməmişdir. Onlar sonsuza qədər kirayələrdə yaşaya bilməzlər. Artıq Cavabdeh MMC (MTK) onlara qarşı qanunsuz hərəkətlərindən usanmışlar. Dəfələrlə MTK-nın ünvan 5 ünvanında yerləşən ofisinə gedərək müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Tələb etmələrinə baxmayaraq onlara verilməli olan mənzillərin layihələrini göstərməkdən imtina etmişlər. Hər ikisi yaşlı və xəstə olmaqla təqaüdçüdürlər. Aldıqları pensiya məbləği hazırda yaşadıqları mənzilin kirayə haqqının ¼ %-dən də azdır. Cavabdeh MTK onları çox ağır vəziyyətə salıb. Hər ikisi ali məktəb müəllimləri olmuşlar. Pensiyaları heç dərmanlarına da çatmır. İddiaçı2 karsinoma xəstəliyinə tutulub, kimya və şüa terapiyası almaq məcburiyyətində qalmışdır. Xəstəlikləri bir tərəfdən, digər tərəfdən də stress içərisində ümidsiz vəziyyətə düşmüşlər. Onların sağlamlıq vəziyyətləri Cavabdeh MTK ilə mübarizə aparmağa imkan vermir. Cavabdeh MTK hüquqlarının müdafiə edilməsi üçün iddiaçıları vəkillə müqavilə bağlamaq, 620 manat xidmət haqqı, 40 manat dövlət rüsumu, cəmi 660 manat pul ödəmək məcburiyyəti qarşısında qoymuşdur.
14. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə4 iddianı qəbul etməyərək, öz izahatında bildirmişdir ki, tikilmiş binada müqavilələrdə nəzərdə tutulan ölçülərdə mənzillər mövcud deyil, onların əvəzinə MMC digər ölçülərdə olan mənzilləri iddiaçəlara təhvil verməyə hazırdı. Həmçinin qarajlar da hazır vəziyyətdədir və təhvil verilə bilər.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-106/2022 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qə tnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan – İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli ikiotaqlı mənzilin İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçin in, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 0.71 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmrili qarajların İddiaçı2 sahiblik vəstifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8.000 (səkkiz min) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 8.340 (səkkiz min üç yüz qırx) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi, 2020-ci ilin sentyabr a yından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6.400 (altı min dörd yüz) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 6.740 (altı min yeddi yüz qırx) manat məbləğində pul Cavabdeh MTK-dan tutuluraq İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdeh Poleks MMC Müqavilərin şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş müddətlərə mənzilləri və qarajı iddiaçılara təhvil vermir, öz üzərinə götürdüyü öhdəliklərini icra etməkdən boyun qaçırdır. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir.
17. Məhkəmə iddia ərizəsinin mənəvi zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçılara ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçılar onlara mübahisə ilə bağlı müəyyən məbləğdə mənəvi zərər vurulduğunu bildirsələr də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədilər.
18. Məhkəmə, iddiaçıların kirayə haqqının tutulması ilə bağlı qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək İddiaçı1 8000 manat, İddiaçı2 isə 6400 manat ödənilməmiş kirayə haqqı təşkil edir. Bundan başqa hüquqi yardıma görə 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat ödənilmişdir. Həmin tələblər iş materialları ilə sübut olunduğuna görə, iddia həmin hissələrdə də təmin olunmalıdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 331.1, 389.1, 390.1, 405.1, 406.3, 407.2, 425.1, 425.2, 426.1, 426.2, 427.1, 427.4, 441.1, 441.3 və 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin iddia tələblərinin təmin edilmədiyi mənəvi zərərə dair hissədə ləğv edilməsini, iddia tələblərinin mənəvi zərərə dair hissədə də təmin edilərək, mənəvi zərərə görə 5000 manatın cavabdehdən tutularaq iddiaçılara ödənilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
21. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırırlar ki, Cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, xəstə və y aşlı vaxtlarında hüquqlarının müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etməkləri, artıq məhkəmə prosesinin 2 ildən artıq davam etməsi, ağır maddi vəziyyətə düşməkləri və s. onların psixikalarına çox böyük mənfi təsir göstərmiş, özlərinə, etdikləri hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdeh tərəfindən onlara vurulmuş mənəvi ziyanı simvolik olaraq 10000 manat məbləğində qiymətləndirərək, məhkəmədən həmin məbləğin 5000 manatı cavabdehdən tutularaq İddiaçı1, 5000 manatı isə İddiaçı2 ödənilməsini xahiş etmişlər.
22. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, digər sakinlərlə olduğu kim i iddiaçılar ilə də müqavilə imzalanmış, sahib olduqları mənzillərin əvəzinə daha geniş sahəyə malik olan mənzillərin onlara təhvil verilməsi üçün xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmiş, lakin iddiaçılar tərəfindən həmin mənzillərin təhvil alınmasından imtina edilmişdir. İddiaçılara müqavilədə verilməsi nəzərdə tutulmuş sahədən daha artığı təqdim olunsa da, onlar bunu qəbul etmir, səbəb kimi isə həmin mənzillərdə olan otaq saylarının onları qane etmədikləri bildirilir. Eyni zamanda qeyd edirlər ki, təmirli mənzillərlə yanaşı, müqavilədə nəzərdə tutulmuş qarajlar da hazır vəziyyətdədir və istədikləri zaman iddiaçılara təhvil verilə bilər. Göründüyü kimi, əsassız varlanmaq niyyəti ilə həmin mənzillərin və qarajların təhvil alınmasından boyun qaçırılır və hüquqlarından suii stifadə edə rək, məhkəmə müraciət edib təhvil alınmalı olan vaxtdan bu günə qədər olan kirayə haqqı tələb edilir. Cavabdeh MTK olaraq iddiaçılara sahib olduqları mənzillərin dəyərinin nağd şəkildə verilməsi, həmçinin həmin ərazidə müqavilələrdə göstərilən sahələrə uyğun olaraq yeni mənzillərin alıb verilməsi də təklif olunur. Lakin iddiaçılar əsassız varlanma niyyətlərindən əl çəkməyərək, təklifləri qəbul etmir və kirayə haqqını almaq üçün tam təmirli mənzilləri qəbul etməkdən imtina edirlər.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3649/2022 nömrəli iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Azər Hüseynov və Rafael Eyvazov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmışdır.
25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçılara müqavilə şərtinə uyğun mənzil təqdim etmədiyi iş materialları, o cümlədən əvvəlki məhkəmə mübahisələri ilə müəyyən olunmuşdur. Apellyasiya baxışı zamanı da iddiaçılara pul məbləğinin təklif olunması barədə razılaşma üçün vaxt verilmiş, lakin Cavabdeh MMC olaraq iddiaçılara sahib olduqları mənzillərin dəyərinin nağd şəkildə verilməsi ilə bağlı apellyasiya baxışı zamanı da cavabdeh hər hansı real təklif irəli sürməmiş, iddiaçılar isə yaşlı və xəstə olduqları üçün mənzil axtarıb tapmaq iqtidarında olmadıqlarını da bildirmişlər.
26. Cavabdeh MMC-nin həmin ərazidə müqavilələrdə göstərilən sahələrə uyğun olaraq yeni mənzill ərin alıb verilməsinin də təklif olunması dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasındakı müqavilədə yalnız mənzillərin deyil, qarajların da Cavabdeh MMC tərəfindən iddiaçılara təhvil verilməsi öhdəliyi nəzərdə tutulmuşdur. Lakin cavabdeh göstərilən vəziyyətdə öhdəliyin hansı qaydada icrası üçün real təkliflərdən çıxış etməyərək kifayət qədər yaşlı şəxslər olan iddiaçılar üçün çətin vəziyyət yaratmışdır.
27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.2, 405.1, 406.3, 407.2, 425.1, 425.2, 426.1, 426.2, 427.1, 427.4, 441.1, 441.3, 442-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçılar (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələblərinin təmin edilmədiyi mənəvi zərərə dair hissədə ləğv edilməsinə, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin mənəvi zərərə dair hissədə də təmin edilərək, mənəvi zərərə görə 5000 manatın cavabdehdən tutularaq İddiaçı1, 5000 manatın isə İddiaçı2 ödənilməsinə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul ediməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mənəvi ziyanın tutulması hissədə iddia tələbini rədd etməkdə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Prosessual Məcəllə
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən yalnız mənəvi zərərin tutulmasının rədd edilməsi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - yəni mənəvi ziyanın tutulmasının rədd edilməsi hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1000 manat mənəvi zərər tutularaq İddiaçı1 və 1000 manat mənəvi zərər tutularaq İddiaçı2 ödənilməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya baxışının həddlərini iddia tələbinin cavabdehdən iddiaçıların xeyrinə mənəvi zərərinin tutulmasının rədd edilən hissəsi təşkil edir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verməmiş, tələbin təmin olunan hissəsini mübahisələndirməmişdir. İddiaçılar isə qətnaməni yalnız mənəvi ziyanın tutulmasının rədd olunması hissəsində mübahisələndirirlər.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin cavabdehdən mənəvi zərərin tutulması hissəsində işin hallarına düzgün qiymət verməmiş, məhkəmə tədbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmişdir.
41. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, i şgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəməni n mülahizəsinə görə müəyyən olunmalıdır.
42. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələ nməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqəni n olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər.
43. Baxılan işin mübahisələndirilməyən hallarına əsasən, iddiaçılar ilə cavabdeh MTK arasında yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi ilə bağlı müqavilələr 2017-ci ildə bağlanmışdır. Həmin vaxtdan hazırki vaxtadək cavabdeh müqavilə üzrə üzrərinə düşən öhdəlikləri vaxtında icra etməmişdir.
44. Nəzərə alınmalıdır ki, iddiaçılardan İddiaçı1 1951-ci il təvəllüdlü olmaqla 71 yaşı, İddiaçı2 isə 1956-ci il təvəllüdlü olmaqla 66 yaşı var. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, iddiaçıların xəstə və yaşlı vaxtlarında hüquqlarının müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etmələri, məhkəmə mübahisələrinin illərlə davam etməsi və bu müddət ərzində kirayədə yaşamaları iddiaçıların psixikalarına mənfi təsir göstərmişdir.
45. Cavabdehin iddiaçılara müqavilə şərtinə uyğun mənzil təqdim etmədiyi iş materialları, o cümlədən əvvəlki məhkəmə mübahisələri ilə müəyyən olunmuşdur. Apellyasiya baxışı zamanı da iddiaçılara pul məbləğinin təklif olunması barədə razılaşma üçün vaxt verilmiş, lakin cavabdeh iddiaçılara sahib olduqları mənzillərin dəyərinin nağd şəkildə verilməsi ilə bağlı apellyasiya baxışı zamanı da hər hansı real təklif irəli sürməmiş, iddiaçılar isə yaşlı və xəstə olduqları üçün mənzil axtarıb tapmaq iqtidarında olmadıqlarını da bildirmişlər.
46. Belə olan halda cavabdehin hərəkətləri iddiaçıların mənəvi zərərə məruz qalmalarını, onlar ın uzun sürən məhkəmə mübahisələrindən və yaşadıqları bu hadisələrdən mənəvi izdirab keçirmələrini, mənəvi sarstıntı və izdirab keçirmələrini qaçılmaz etmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi bu hissədə iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən iddiaçıların məhkəməyə heç bir sübut təqdim etməmələrini göstərmişdir.
48. Lakin işin yuxarıda qeyd edilən halları bu barədə əlavə sübuta ehtiyac olmadan ididaçıların mənəvi zərərə məruz qalmaları qənaətinə gəlməyə əsas verir.
49. Mənəvi zərərə görə iddiaçların tələb etdiyi məbləğlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 10000 manatın iddiaçların xeyrinə tutulması, onların pozumuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşmələrinə xidmə t etmiş olacaqdır ki, bu da mənəvi zərərlə bağlı institutun məqsədlərinə ziddir.
50. Belə ki, hazırki işdə iddiaçıların tələblərinin digər hissələri də məhkəmələr tərəfindən təmin edilmiş, bu isə onların məruz qaldıqları mənəvi zərəri qismən kompensasiya etmişdir.
51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mənəvi zərərin həddinin hər bir iddiaçıya ayrı-ayrılıqda 1000 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir.
52. İş üzrə əlavə araşdırılmalı hallar müəyyən edilmədiyindən məhkəmə kollegiyası işin təkrar apellyasiya baxışına qaytarılmasını lüzum görmür.
53. İddiaçılar kassasiya şikayətində iddia tələbinin mənəvi ziyan hissəsində tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiklərindən kassasiya şikayəti qismən təmin olunmalıdır.
54. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.4-cü maddələrinə görə, kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3649/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni mənəvi zərərin tutulması hissədə ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh Mənzil Tikin ti Kooperativindən 1000 manat mənəvi zərər tutularaq İddiaçı1 və 1000 manat mənəvi zərər tutularaq İddiaçı2 ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.