Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3649/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Hüseynov Azər Soltan oğlunun və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili və nümayəndəsi Nümayəndə3, Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-106/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC (MTK)-nin üzərinə onun tərəfindən Nərimanov rayonu, T.Şıxəliyev küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış evindən xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqavilənin şərtlərinə uyğun İddiaçı1 81,0 kv.metr sahədən ibarət 3 (üç) otaqlı mənzilin, xx.xx.2017-ci il tarixli, 70 və 71 nömrəli müqavilələrin şərtlərinə uyğun İddiaçı2 62,0 kv.metr sahədən ibarət 2 (iki) otaqlı mənzilin və -İ mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.metr olan, 2 ədəd təmirli qarajın 10 gün müddətində verilməsi öhdəliyinin qoyulması, 2020-ci ilin sentyabr ayı üçün İddiaçı1 ödənilməmiş 500 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun, cəmi 840 manat məbləğində pulun, İddiaçı2 2020ci ilin senytabr ayı üçün ödənilməmiş 400 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun, cəmi 740 manat, ümumilikdə 1580 manat məbləğində pulun ödənmilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar 27 dekabr 2021-ci il tarixdə məhkəməyə “müqavilə öhdəliklərinin yerinə yetirilərək, müqavilələrdə nəzərdə tutulmuş mənzillərin və qarajların faktiki sahiblik və istifadəyə verilməsi, kirayə haqqının, eləcə də, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan –İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, Cavabdeh MMC (MTK) iləİddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli ikiotaqlı mənzilin İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 0.71 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmrili qarajların İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8.000 (səkkiz min) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat, mənəvi zərərə görə 5000 (beş min) manatın və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 13.340 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi; 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6.400 (altı min dörd yüz) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat, mənəvi zərərə görə 500 manatın və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, cəmi 11.740 manat məbləğində pulun Cavabdeh MTKdən tutuluraq İddiaçı2 ödənilməsi barədə qətanmə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsinə əlavəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq mümkün hesab edir və icraata qəbul edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(006)-106/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan –İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən , Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli ikiotaqlı mənzilin İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 0.71 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmrili qarajların İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8.000 (səkkiz min) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 8.340 (səkkiz min üç yüz qırx) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6.400 (altı min dörd yüz) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 6.740 (altı min yeddi yüz qırx) manat məbləğində pul Cavabdeh MTK-dan tutuluraq İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-106/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia tələblərinin təmin edilmədiyi mənəvi zərərə dair hissədə ləğv edilməsini, iddia tələblərinin mənəvi zərərə dair hissədə də təmin edilərək, mənəvi zərərə görə 5000 min manatın cavabdehdən tutularaq iddiaçılara ödənilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırırlar ki, Cavabdeh MMC (hazırda Cavabdeh MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 N°-li müqaviləyə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı2 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı1 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmə məqsədilə İddiaçı1 kompensasiya şəklində aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh MMC (hazırda Cavabdeh MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 №-li müqaviləyə əsasən "xxxx" MMC ünvan 3 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı1 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 (iki) otaqlı mənzili İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı2 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmə məqsədilə İddiaçı2 kompensasiya şəklində aylıq 400 (dörd yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də Cavabdeh MMC (hazırdaCavabdeh MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 071 N°-li müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.molan, 2 ədəd (cəmi 48 kv.m) təmirli qarajı İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bizimlə Cavabdeh MMC arasında bağlanmış müqavilələrin 2.2.4-cü bəndinə əsasən cavabdeh təşkilat yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzilləri onlara təhvil verməyi öhdəsinə götürmüşdür. Təhvil-təslim “tərəflər”in imzası ilə təsdiq olunan aktla rəsmiləşdirildikdən sonra baş tutmuş hesab edilir. Lakin cavabdeh müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, təhvil verməli olduğu mənzilləri və qarajları bugünədək onlara təhvil verməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə tərəflərindən məhkəməyə müraciət edilərək, Cavabdeh MMC (hazırda CavabdehMTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ciil tarixli, 069 N°-li müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, Cavabdeh MMC (hazırda Cavabdeh MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 N°-li müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 (iki) otaqlı mənzilin İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin Cavabdeh MMC (hazırda Cavabdeh MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 071 N°-li müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.m olan, 2 ədəd (cəmi 48 kv.m) təmirli qarajların İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8000 (səkkiz min) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, ümumilikdə 13.340 (on üç min üç yüz qırx) manat məbləğində pulun CavabdehMTK-dən tutularaq İddiaçı1 ödənilməsinə, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6400 (altı min dörd yüz) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, ümumilikdə 11.740 (on bir min yeddi yüz qırx) manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsində də qeyd etdikləri kimi onlar sonsuza qədər kirayələrdə yaşaya bilmədiklərini, artıq Cavabdeh MMC-nin (hazırda CavabdehMTK-nin) onlara qarşı qanunsuz hərəkətlərindən usanmışlar. Dəfələrlə MTK-nin ofısinə gedərək, hüquqlarının təmin edilməsi xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. Hər ikisi yaşlı və xəstə olmaqla təqaüdçüdürlər. Aldıqları pensiya məbləği hazırda yaşadıqları mənzillərin kirayə haqqının ¼ -dən də azdır. Cavabdeh MTK onları çox ağır vəziyyətə salmışdır. Hər ikisi ali məktəb müəllimləri olmuşlar. Hazırda pensiyaları heç dərmanlarına da çatmır. İddiaçı2 karsinoma xəstəliyinə tutulmuş, kimya və şüa terapiyası almaq məcburiyyətində qalmışdır. Cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, xəstə və yaşlı vaxtlarında hüquqlarının müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etməkləri, artıq məhkəmə prosesinin 2 ildən artıq davam etməsi, ağır maddi vəziyyətə düşməkləri və s. onların psixikalarına çox böyük mənfi təsir göstərmiş, özlərinə, etdikləri hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdeh tərəfindən onlara vurulmuş mənəvi ziyanı simvolik olaraq 10.000 (on min) manat məbləğində qiymətləndirərək, məhkəmədən həmin məbləğin 5000 (beş min) manatı cavabdehdən tutularaq İddiaçı1, 5000 (beş min) manatı isə İddiaçı2 ödənilməsini xahiş etmişlər. Hesab edirlər ki, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarına istinad edərək, iddia tələblərini mənəvi ziyana dair hissədə də təmin etməli idi. Qətnamədən Cavabdeh Mənzil-Tikinti Kooperativi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-106/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 84 nömrəli sərəncamının tələbləri Cavabdeh MTK tərəfindən vicdanla həyata keçirilmiş, 250-dən artıq sakinə sahib olduqları mənzillərdən daha artıq sahə verilməklə, yüksək standartlara cavab verən təmirli mənzillər təqdim edilmişdir. Digər sakinlərlə olduğu kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə də müqavilə imzalanmış, sahib olduqları mənzillərin əvəzinə daha geniş sahəyə malik olan mənzillərin onlara təhvil verilməsi üçün xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmiş, lakin iddiaçılar tərəfindən həmin mənzillərin təhvil alınmasından imtina edilmişdir. İddiaçılara müqavilədə verilməsi nəzərdə tutulmuş sahədən daha artığı təqdim olunsa da, onlar bunu qəbul etmir, səbəb kimi isə həmin mənzillərdə olan otaq saylarının onları qane etmədikləri bildirilir. Eyni zamanda qeyd edirlər ki, təmirli mənzillərlə yanaşı, müqavilədə nəzərdə tutulmuş qarajlar da hazır vəziyyətdədir və istədikləri zaman iddiaçılara təhvil verilə bilər. Göründüyü kimi, əsassız varlanmaq niyyəti ilə həmin mənzillərin və qarajların təhvil alınmasından boyun qaçırılır və hüquqlarından suii stifadə edərək, məhkəmə müraciət edib təhvil alınmalı olan vaxtdan bu günə qədər olan kirayə haqqı tələb edilir. Cavabdeh MTK olaraq iddiaçılara sahib olduqları mənzillərin dəyərinin nağd şəkildə verilməsi, həmçinin həmin ərazidə müqavilələrdə göstərilən sahələrə uyğun olaraq yeni mənzillərin alıb verilməsi də təklif olunur. Lakin iddiaçılar əsassız varlanma niyyətlərindən əl çəkməyərək, təklifləri qəbul etmir və kirayə haqqını almaq üçün tam təmirli mənzilləri qəbul etməkdən imtina edirlər. Şərh olunanlara əsasən, iddiaçıların öz hüquqlarından açıq-aşkar sui-istifadə etməklə şirkətə xeyli miqdarda ziyan vurulmasına rəvac vermiş qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olanmadi hüquq normaları apellyasiya şikayətinin 6-cı bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, Cavabdeh MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmiş, iddiaçılara müqavilədə verilməsi nəzərdə tutulan sahədən də artıq sahəyə malik mənzillər təmir edilərək onlara təhvil verilmişdir. Məhkəmə iddiaçıların hüquqlarından sui-istifadə etmələrinə göz yummuş, onların əsassız imtinalarını qəbul edərək, şirkət üzərinə külli miqdarda kirayə haqqı ödənilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili və nümayəndəsi Nümayəndə3 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələblərinin təmin edilmədiyi mənəvi zərərə dair hissədə ləğv edilməsini, iddia tələblərinin mənəvi zərərə dair hissədə də təmin edilərək, mənəvi zərərə görə 5000 min manatın cavabdehdən tutularaq iddiaçılara ödənilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini, tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, iddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən-mənəvi ziyanın təmin olunmamış hissəsində, cavabdeh isə iddianın təmin edilmiş hissəsində mübahisələndirirlər. Odur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-106/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarını və Bakı şəhəri, Nərimanov rayon İcn Hakimiyyəti Başçısının 18 yanvar 2017-ci il tarixli, 37 saylı sərəncamını əsas tutaraq, bir tərəfdən ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən və ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh adından (indi MTK olmuşdur) onun direktoru X2 və digər tərəfdən ünvan 5 ünvandt qeydiyyatda olmaqla yaşamış İddiaçı1 və İddiaçı2 arasında 12 aprel 2017-ci il tarixdə 069, 070 və 071 nömrəli müqavilələr bağlanılmışdır. İddiaçıların iddia ərizəsində göstərdiklərindən aydın olur ki, 12 aprel 2017-ci il tarixli, 069, 070 və 071 nömrəli müqavilələrin 1.1.2-ci bəndlərinə görə Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-c mərtəbəsindən, (orta blokdanİddiaçı2 qonşu olmaqla daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli mənzili İddiaçı1, ünvan 3 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan. İddiaçı1 ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisini əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 62,C kv.metr təmirli mənzili və ünvan 3 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan 46,75 kv.metr sahədən ibarət qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın -İ (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmirli qarajı İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götümüşdür. Müqavilə üzrə tikintinin müddəti 24 ay müəyyən edilmişdir. Eyni zamanda 069 və 070 nömrəli Müqavilələrin 6.4-cü bəndinə, 071 nömrəli Müqavilənin 6.3- cü bəndinə əsasən Cavabdeh MMC (MTK) yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasınm bünövrəsinin qoyulması və 069 və 070 nömrəli Müqavilələrin 6.4.-cü, 071 nömrəli Müqavilənin 6.3.-cü bəndində göstərilən müddətin başlanması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verir. “Tikinti təşkilatı” tərəfindən belə məlumat verilmədikdə tikintinin başlama tarixi bu Müqavilənin imzalanma tarixindən hesablanılır. 069, 070 nömrəli Müqavilələrin 2.2.4-cü, 071 saylı Müqavilənin 2.2.2-ci bəndinə əsasən Cavabdeh MMC (MTK) yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddərinə qədər başa çatdıraraq Müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili, qarajı iddiaçılara təhvil verməyi öhdəsinə götürür və təhvil-təslim “Tərəflər”in imzası ilə təsdiq olunan aktla rəsmiləşdirildikdən sonra baş tutmuş hesab edilir. Göründüyü kimi hazırda MTK öhdəliklərini icra etməmiş, mənzillər və qarajlar iddiaçılara təhvil verilməmişdir. Yalnız 2020-ci ilin fevral ayının sonunda İddiaçı2 onlara müraciətindən sonra mənzilə baxa biləcəyinə icazə verilmiş, sonuncu da həmin mənzillərə 2020-ci ilin mart ayının əvvəlində əmlak eksperti ilə birlikdə gedərək baxmışdır. Baxış zamanı mənzillərin layihəyə uyğun olmadığı, bir otaqlı mənzilin sonradan daxildən bölünərək kiçik nəfəslik qoyulmuş tam bağlı ikinci otaqğın yaradılması hesabına ikiotaqlıya, eyni qaydada iki otaqlı mənzildə layihədənkənar hörgü hesabma kiçik nəfəslik qoyulmuş tam bağlı üçüncü otağm yaradılması hesabına üç otaqlıya çevrildiyi məlum olmuş və bu barədə əmlak üzrə ekspertin müvafiq rəyləri vardır. Cavabdeh MMC (MTK) tərəfindən yaşayış binasının bünövrəsinin qoyulması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verilmədiyindən müqavilələrin şərtlərinə uyğun olaraq tikintinin başlanılma vaxtı 12 aprel 2017-ci il tarix götürülür. Müqavilə şərtlərinə əsasən həmin mənzillər və qarajlar 12 aprel 2019-cu il tarixədək təhvil verilməli idi. Lakin, göründüyü kimi nəinki mənzillər və qarajlar təhvil verilməyib, eyni zamanda əlavə problemlər yaradılıb. 12 aprel 2017-ci il tarixli, 069 və 070 nömrəli Müqavilələrin 1.1.3-cü maddəsinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı1, İddiaçı2 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı1 kompensasiya şəklində aylıq 500 (beş yüz) manat, İddiaçı2 isə 400 (dörd yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilkin ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh MMC (MTK) uzun müddət və hazırda da kirayə haqqı ödəməmişdir. Bununla bağlı Nəsimi rayon Məhkəməsində “Müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsinə dair” iddia tələbi üzrə mülki işə baxılmış və iddia tələbləri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3621/2020 saylı Qətnaməsi ilə qismən təmin edilmişdir. Dəfələrlə MTK-nın ünvan 6 ünvanında yerləşən ofisinə gedərək müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Hər dəfə bir bəhanə ilə onları yola salmışlar. Bundan başqa tələb etmələrinə baxmayaraq onlara verilməli olan mənzillərin layihələrini göstərməkdən imtina etmişlər. Hər ikisi yaşlı və xəstə olmaqla təqaüdçüdürlər. Aldıqları pensiya məbləği hazırda yaşadıqları mənzilin kirayə haqqının ¼ % -dən də azdır. Məhkəmə kollegiyası iddiaçıların və cavabdehin apellyasiya şikayətində olan dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıların mülkiyyətində mübahisələndirilən ünvanda mənzilin olması və həmin mənzilin yerləşdiyi ərazidə yeni şərtlər daxilində müasir tikinti qaydalarına uyğun olaraq tikilməsini mümkün edən Nəsimi Rayon İcra Hakmiyyətinin sərəncamının və müqavilənin olması mübahisəsizdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar həmin müqavilələri bağlayarkən, mülkiyyətlərində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa olunan binanın 5-c mərtəbəsindən, (orta blokdanİddiaçı2 qonşu olmaqla daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli mənzili İddiaçı1, ünvan 3 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan İddiaçı1 ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisini əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr təmirli mənzilin əldə edilməsini nail olmuşlar. Lakin Cavabdeh MMC Müqavilərin şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş müddətlərə mənzilləri və qarajı iddiaçılara təhvil vermir, öz üzərinə götürdüyü öhdəliklərini icra etməkdən boyun qaçırdır. İş materiallarından öründüyü kimi, Cavabdeh MMC Müqavilərin şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş müddətlərə mənzilləri və qarajı iddiaçılara təhvil vermədiyindən, öz üzərinə götürdüyü öhdəliklərini icra etməkdən boyun qaçırdığından əvvəllər də tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. (Cavabdeh MMC (MTK) uzun müddət və hazırda da kirayə haqqı ödəməmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsində “Müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsinə dair” iddia tələbi üzrə mülki işə baxılmış və iddia tələbləri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3621/2020 saylı Qətnaməsi ilə qismən təmin edilmişdir.) Məhkəmə kollegiyası hazırkı iddia ərizəsinin mənəvi zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçılara ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçılar onlara mübahisə ilə bağlı müəyyən məbləğdə mənəvi zərər vurulduğunu bildirsələr də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Kollegiya həmçinin, qeyd edir ki, əvvəlki məhkəmə mübahisəsi zamanı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3621/2020 saylı Qətnaməsi ilə iddiaçıların Cavabdeh MMC-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbləri qismən təmin edilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətində olan dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Eyni Məcəllənin MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 426.1, 426.2 və 426.2.1-ci maddələri tələb edir ki, öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra aşağıda göstərilən yerlərdə həyata keçirilməlidir: torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə. Həmin Məcəllənin 427-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. MM-nin 441.1 və 441.3-cü maddələrinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Eyni Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə Kollegiyası yuxarıda sadalanan hüquq normalarını işin faktiki hallarına tətbiq etməklə qeyd edir ki, mənzillərin və qarajların təhvil verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Cavabdeh apellyasiya şikayətində qeyd etsə də iddiaçılar İddiaçı1 və İddiaçı2 sahib olduqları mənzillərin əvəzinə daha geniş sahəyə malik olan mənzillərin onlara təhvil verilməsi üçün xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmiş, lakin iddiaçılar tərəfindən həmin mənzillərin təhvil alınmasından imtina edilmişdirlər, lakin Kollegiya nəzərə alır ki, cavabdeh müqavilə şərtinə uyğun mənzil təqdim etmədiyi yuxarıdakı iş materialları, o cümlədən əvvəlki məhkəmə mübahisələri ilə müəyyən olunmuşdur. Apellyasiya baxışı zamanı da iddiaçılara pul məbləğinin təklif olunması barədə razılaşma üçün vaxt verilmiş, lakin Cavabdeh MMC olaraq iddiaçılara sahib olduqları mənzillərin dəyərinin nağd şəkildə verilməsi ilə bağlı apellyasiya baxışı zamanı da cavabdeh hər hansı real təklif irəli sürməmiş, iddiaçılar isə yaşlı və xəstə olduqları üçün mənzil axtarıb tapmaq iqtidarında olmadıqlarını da bildirmişlər.. Həmçinin Cavabdeh MMC-nin həmin ərazidə müqavilələrdə göstərilən sahələrə uyğun olaraq yeni mənzillərin alıb verilməsi də təklif olunur dəlili ilə bağlı Kollegiya qeyd edir ki, tərəflər arasındakı müqavilədə yalnız mənzillərin deyil, qarajların da Cavabdeh MMC tərəfindən iddiaçılara təhvil verilməsi öhdəliyi nəzərdə tutulmuşdur.Lakin Cavabdeh MMC göstərilən vəziyyətdə öhdəliyin hansı qaydada icrası üçün real təkliflərdən çıxış etməyərək kifayət qədər yaşlı şəxslər olan iddiaçılar üçün çətin vəziyyət yaratmışdır. Məhkəmə kollegiyası, iddiaçıların kirayyə haqqının tutulması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək İddiaçı1 8.000 manat, İddiaçı2 isə 6400 manat ödənilməmiş kirayə haqqı təşkil edir. Bundan başqa hüquqi yardıma görə 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin tələblər iş materialları ilə sübut olunduğuna görə, iddia həmin hissədə təmin olunmalıdır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5- ci mərtəbəsində (orta blokdan –İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli ikiotaqlı mənzilin İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 0.71 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmrili qarajların İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8.000 (səkkiz min) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 8.340 (səkkiz min üç yüz qırx) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6.400 (altı min dörd yüz) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 6.740 (altı min yeddi yüz qırx) manat məbləğində pul Cavabdeh MTK-dən tutuluraq İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçıların birgə apellyasiya şikayətləri təmin olunmasın. Cavabdehin apellyasiya şikayətii təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(006)-106/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3649/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3649/2022
30.06.2022 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver