Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2487/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X16 və X14 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1rşı “mənzildə olan əmlakların boşaldılması və borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2870/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işəBakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, X5 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-728/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh İflas prosesində olan “xxxxxxxxxx” ASC-nin ləğvedicisi X2 hazırki vaxtadək 35 ay ödənilməmiş 70.000 (yetmiş min) manat pulun, çıxarılacaq qətnamə icra olunanadək hər təqvim ayı üçün 2000 (iki min) manat pulun tutularaq, ona ödənilməsi və ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, ev 2 “C” 4 və 5-ci girişlərin kürsü mərtəbəsindən cavabdehə məxsus əmlakların boşaldılaraq qeyri-yaşayış sahəsinin onun əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2870/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, tərəflər arasında bağlanılmış xx xxxxxx 2012-ci il tarixli İcarə müqaviləsinin ləğv edilməsi, cavabdeh iflas prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 hazırkı vaxtadək 35 ay ödənilməmiş 70.000 (yetimiş min) manat məbləğində icarə haqqının, qətnamənin çıxarıldığı (xx xxxxxx 2019-cu il) tarixdən icra gününədək hər təqvim ayı üçün 2000 ( iki min) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, 539-cu məhəllə, ev 2 “C” 4 və 5-ci girişlərin kürsü mərtəbəsindən cavabdehə məxsus əmlakların boşaldılaraq qeyri-yaşayış sahəsinin İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə qeyd etmək lazımdır ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən “xxxxxxxxx” ASC müflis elan olunmuş və “xxxxxxxxx” ASC-yə ləğvedici qismində “X3 Company” MMC təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır”. İşə baxan Yasamal Rayon Məhkəməsinin hakimi ilk əvvəl yuxarıda göstərilən hüquq normalarının tələblərini rəhbər tutaraq İddiaçı cavabdeh iflas prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi “X3 Company” MMC-yə qarşı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etsə də, bir müddət keçdikdən sonra iddiaçı tərəfindən təkrar verilmiş eyni məzmunlu və eyni tələbli ərizəni icraata qəbul edərək işə mahiyyəti üzrə baxmışdır. Baxmayaraq ki, Mülki- Prosessual Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmçinin, “xxxxxxxxx” ASC-nin ləğvedicisi X10 tərəfindən “xxxxxxxxx” ASC-nin ləğvedicisi “X3 Company” MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli icarə müqaviləsinə 2017-ci ilin yanvar ayından birtərəfli qaydada xitam verilməsi haqqında iddiaçıya cavab məktubunda rəsmi məlumatın verilməsi barədə və bu sübutun mülki işin materiallarında mövcud olması barədə cavabdehin nümayəndəsinin məhkəmə gedişi zamanı məhkəməyə verdiyi məlumatlar da işə baxan hakim tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 apelyasiya şikayətinə yazılı etiraz təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində iddianın və şikayət olunan qətnamənin mahiyyəti üzrə əsaslı və qanuni olmamasına dair hər hansı dəlil təqdim olunmamışdır. Apelyatorun mövqeyi belədir ki, “Banklar haqqında” Azərbacyan Respublikası Qanununun 72.1.2-ci maddəsinin tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən hazırki iddiaya mülki məhkəmə icraatında baxıla bilməz, ona görə də qətnamə ləğv olunmalı və iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə “yeni qətnamə” çıxarılmalıdır. Apelyasiya şikayətində qətnamənin mahiyyəti üzrə əsaslılığına dair hər hansı etiraz təqdim olunmadığına və qətnaməni mahiyyətcə əsaslı və qanuni, işin həqiqi hallarının düzgün müəyyənləşdirilməsi, tərəflərin qarşılıqlı münasibətinin düzgün müəyyənləşdirilməsi və maddi hüququn düzgün tətbiqi ilə qəbul olunmuş hesab etdiklərindən, burada yalnız apelyatorun qaldırdığı prosessual məsələyə münasibət bildirməyi məqsədəuyğun hesab edirlər. Apelyator istinad etdiyi maddi hüquq normasını və bu normanın şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarındakı hüquqi mövqeyini ya düzgün anlamadığından yaxud da bilərəkdən təhrif etdiyindən belə bir mülahizə irəli sürür. Belə ki, Məhkəmə Kollegiyasına da bəlli olduğu kimi, Banklar haqqında AR Qanununun 72.1.2-ci maddəsinin tələbi təcrübədə qeyrimüəyyənliklər yaratdığından, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarının qəbulu zərurəti yaranmışdı və bu qərarın qəbul edilməsi ilə ləğv və ya iflas prosedurunda olan banklarla bağlı iddialara baxılmasının prosessual aspektlərinə hüquqi müəyyənlik yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında müəyyən olunur ki, təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarındakı hüquqi mövqeyi hazırkı iş üzrə iddianın və bu qəbildən olan iddiaların mülki məhkəmə icraatında baxılmasını ifadə etdiyi mübahisəsizdir. İddia tələbinin ləğv prosesində olan banka qarşı deyil, Ləğvediciyə qarşı irəli sürülməsi məsələsinə gəldikdə isə, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2012-ci il tarixli icarə müqaviləsindən yaranan öhdəlik münasibətlərinə istinad edərək, icarə müqaviləsinin ləğvindən sonra, mülkiyyətində olan əmlakdan icarə məqsədləri üçün cavabdehin istifadə etdiyi halda, ödənilməmiş məbləğin ödənilməsini və qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb edir. İşin mübahisəsiz halıdır ki, icarə müqaviləsi əmlakın mülkiyyətçisi ilə Bank arasında deyil, Bankın ləğvedicisi arasında olmuş “X6 Company” MMC ilə bağlanmışdır. Bu müqavilə lisenziyası ləğv olunmuş bankın bank fəaliyyəti və ya bank fəaliyyətindən irəli gələn kreditor tələbləri və ya öhdəlikləri ilə bağlı deyil. İcarə müqaviləsinin məqsədi ləğvetmə tədbirlərinin həyata keçirilməsinə, bankın əmlaklarının saxlanılması üçün saxlanc yerinin təminatına yönəlmişdir. İşin mübahisəsiz halıdır ki, 2016-cı il 07 sentyabr tarixindən X10 məhkəmə qərarına əsasən ləğvedici qismində əvəz edilmiş və 2017-ci ilin yanvar ayınadək icarə pulunu ödəmişdir. Yəni, hazırkı iş üzrə cavabdeh olan X11 xx.xx.2012-ci il tarixli icarə müqaviləsini faktiki olaraq tanımaqla, həmin müqavilənin şərtlərinə əməl etmiş, 4 ay müddətində icarə haqlarını ödəmişdir. Həmin ərəfədə və ondan sonra cavabdehin nümayəndəsinin də etiraf etdiyi kimi, Fondun ləğvedicisi olduğu digər bankların da əmlakları iddiaçıya məxsus icarə obyektinə yığılmışdır və hazırkı vaxtadək də orada saxlanılır. Əmlakların saxlandığı yerin açarları cavabdeh Fondun işçiləri tərəfindən dəyişdirilmiş və hazırkı vaxtadək də faktiki olaraq Fondun sərəncamında olan əmlaklar orada saxlanılır. Yalnız 2017-ci ilin yanvar ayından sonrakı dövrdə, dəfələrlə iddiaçının tələblərinə, yazılı və şifahi müraciətlərinə baxmayaraq, cavabdeh əmlakların boşaldılmasını və icarə haqqının ödənilməsini təmin etməmişdir. Cavabdehin məhkəməyə verdiyi məlumatdan və iş materiallarından müəyyən olunur ki, hazırda iddiaçıya məxsus olan sahədə ləvğetmə prosesində olan müxtəlif bankların çoxsaylı əmlakları vardır ki, onların da idarəçisi ləğvetmə prosesini həyata keçirən X7. Hazırkı iddianın ləğv prosesində olan hüquqi şəxsə qarşı deyil, məhz X1rşı yönəldilməsi qanuni və əsaslıdır. Mülki Məcəllənin 705-ci maddəsinin məzmunundan göründüyü kimi, icarəyə verənin icarəçidən icarə münasibətlərinə xitam verildikdən sonra illik icarə haqqı məbləğində kompensasiya məbləği tələb etməsinə aşağıdakı hallarda əsas yaranır: 1) icarəçinin icarə obyektini münasibətlərə xitam verildikdən sonra qaytarmaması; 2) icarəçinin qaytarmadığı icarə obyektindən faydalanması. Hazırkı işin materiallarından, tərəflərin qarşılıqlı münasibətindən göründüyü kimi, cavabdeh təşkilat 2017-ci ilin yanvarında icarə münasibətlərinə xitam verilməsinə dair məktub göndərməsinə, ondan sonra, iddiaçı tərəfindən cavabdehə icarə obyektini boşaldaraq ona təhvil verilməsinə dair müraciət olunmasına baxmayaraq, qeyri-yaşayış sahəsini boşaltmamış, hətta, ondan sonra sahəyə digər avadanlıqları da yığaraq obyektin açarlarını dəyişdirmiş və iddiaçıya məxsus qeyri-yaşayış sahəsini bu günədək əvvəlki qaydada icarə məqsədləri ilə tam istifadəsini davam etdirərək icarə obyektindən tam faydalanmaqda davam etmişdir. Ona görə də, 2017-ci ildən qətnamənin çıxarıldığı vaxtadək keçən müddət üçün ödənilməmiş 35 ay x 2000 manat = 70.000 pulun və çıxarılmış qətnamənin icrası-yəni, icarə obyektindən əmlakların boşaldılaraq mülkiyyətində olan sahənin əməli istifadəyə təhvil verilməsinədək keçən müddət üzrə aylıq 2000 manatın tutulmasına dair qətnamə qanuni və əsaslıdır. Hazırkı iddia tələbinin təmin olunması, İddiaçı Mülki Məcəllədə nəzərdə tutulmuş mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulmasının aradan qaldırılması baxımından da əhəmiyyətlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 apelyasiya şikayətinə etirazı müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən etmişdir ki, tərəflər arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış İcarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı tərəfindən Bakı şəhəri, Zahid Xəlilov (Salamzadə) küçəsi, 539-cu məhəllə, ev 2 “C”, 4 və 5-ci girişin kürsü mərtəbəsində ümumi sahəsi 650 kv.metr icarəçi İflas Prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə hər təqvim ayı üçün icarə haqqının məbləği vergi də daxil olmaqla 2.000 (iki min) manat olmaqla icarəyə verilmişdir. Hazırda cavabdeh 2017-ci ilin yanvar ayından etibarən icarə müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, icarə haqqının ödənilməsini gecikdirmişdir. İddiaçı tərəfindən pretenziya qaydasına əməl olunaraq, cavabdehə bildiriş ünvanlanaraq icarə haqqının ödənilməsi tələb edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 385, 386, 427.3, 429.1.3, 442, 448.1, 685.2.1, 700 və 705-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, müvafiq icarə müqaviləsi ləğv edilməklə, cavabdehdən hazırkı vaxtadək 35 ay ödənilməmiş 70.000 (yetimiş min) manat məbləğində pul, qətnamənin çıxarıldığı (xx xxxxxx 2019-cu il) tarixdən icra gününədək hər təqvim ayı üçün 2000 ( iki min) manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməli, habelə icarə obyekti boşaldılaraq qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsiiddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və iddiaçının apelyasiya şikayətinə yazılı etirazı ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2870/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-2487/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2487/2020
13.08.2020 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver