Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6707/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: mənzillərin təhvil verilməsi, tələbin güzəşti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (X8, X18 və X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “mənzillərin mülkiyyətçiyə təhvil verilməsi və kirayə haqlarının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-384/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “Tikinti şirkəti” söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi”yə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104 kv.m. olan 6 saylı mənzili sökülmək üçün təhvil alıb, “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 66,86 kv.m-dən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı təmirli mənzilləri “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürür.
2. Müqaviləyə görə “Tikinti şirkəti” həmçinin öhdəsinə götürür ki, mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq 800 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil “Mülkiyyətçi”yə təhvil verilən günədək ödəniləcəkdir.
3. Müqavilənin əslinə qeyd edilmişdir ki, “xx.xx.2024. ləğv olundu keçdi 377 saylı müqaviləyə 155.29 kv.m; 378 saylı müqaviləyə 71.08 kv.m.”
4. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanan xx.xx.2018-ci il tarixli razılıq ərizəsindən görünür ki, İddiaçı ona məxsus Süleyman Rəhimov küçəsi 207, mənzil 6-da yerləşən mənzilin ümumi sahəsi 192 kv.m təşkil edir. Aparılan ölçüyə əsasən və əvəzində 230 kv.m olan mənzillərin ona verilməsi razılığına gəldilər. Onun "xxxx" banka olan borcunun ödənilməsini Cavabdeh öz öhdəliyinə götürdü və onun müqabilində 17 kv.m onun üçün razılaşdırılmış (230 kv.m) sahədən çıxarılaraq ona 213 kv.m sahəli mənzil verilməsinə razılıq verir. Ödənilən məbləğ təqribən 25.000 manat təşkil edir.
5. Cavabdeh MTK ilə X13 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İcraçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-cil tarixli, 263 və 264 saylı sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən 353 nömrəli, 155,29 kv.m sahəli mənzili, 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin mənzilin dəyərini X13 bütünlüklə ödəmişdir, borcu yoxdur.
6. Cavabdeh MTK ilə X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 378 saylı müqaviləyə əsasən İcraçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-cil tarixli, 263 və 264 saylı sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 13-cü mərtəbəsində yerləşən 382 nömrəli, 71,08 kv.m sahəli mənzili, 2 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin mənzilin dəyərini X8 bütünlüklə ödəmişdir, borcu yoxdur.
7. Cavabdeh MTK ilə X18 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 379 saylı müqaviləyə əsasən İcraçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-cil tarixli, 263 və 264 saylı sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən 353 nömrəli, 155.29 kv.m sahəli mənzili, 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin mənzilin dəyərini X18 bütünlüklə ödəmişdir, borcu yoxdur.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdehnə qarşı “mənzillərin mülkiyyətçiyə təhvil verilməsi və kirayə haqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən, Cavabdeh MTK şirkəti tərəfindən həmin ərazidə inşa edilmiş binada 66,86 kv.m-dən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı təmirli mənzilləri "xxxx" girişinin, 8-ci mərtəbəsində yerləşən 176 saylı mənzilin və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 saylı mənzilin təmirli şəkildə ona təhvil verilməsi və fevral 2024-cü il tarixindən etibarən müqavilə üzrə hər ay üçün 800 manat olmaqla bu günə kimi ödənilməyən 6.400 manatın alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MTK ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 66,86 kv.mdən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı "xxxx" girişinin, 8-ci mərtəbəsində yerləşən 176 saylı mənzili və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 saylı mənzili təmirli şəkildə təhvil verməyi və mənzillərin ona təhvil verildiyi günədək hər ay 800 manat olmaqla kirayə haqqı ödəməyi öhdəsinə götürərək müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən müqavilənin predmetində qeyd edilən ünvanda ev 207, ümumi sahəsi 104 kv.m. olan 6 saylı mənzili sökmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışı (reyestr nömrəsi: **********7-05101-093003, qeydiyyat nömrəsi: 1********), mülkiyyət hüququnu təsdiq edən sənədi ondan təhvil almışdır. Dəfələrlə cavabdehdən mənzillərin təhvil verilməsini tələb etsə də bir nəticəyə nail ola bilməmişdir. Artıq 6 ildir ki, cavabdeh mənzilləri ona təhvil vermir.
10. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 384/2025 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küşəsində yerləşən Cavabdeh MTK şirkəti tərəfindən həmin ərazidə inşa edilmiş binada 66,86 kv.m-dən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı, "xxxx" girişinin 8-ci mərtəbəsində yerləşən 176 saylı mənzil və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 saylı mənzil təmirli şəkildə Cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, Cavabdehndən 6400 manat kirayə haqqı tutulub iddiaçıya verilməsi qət edilmişdir.
11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 384/2025 nömrəli qərardadı ilə cavabdehin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-384/2025 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilmişdir.
12. Məhkəmə tərəfindən X8, X18 və X13 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
13. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, 2 mənzili var idi. Mənzillərin sahəsinə 20% artıq əlavə olmaqla mənzil verilməli idi. Lakin mənzil verilmədi. xx.xx.2024cü ildə keçmiş yeznəsi Ruslanla kirayə haqqını almağa getmişdilər. Elmira xanımı və Fuadı da ofisdə görüblər. Elmira xanımla orada tanış olub. MTK-dan 800 manat kirayə haqqını almağa gəlmişdilər, lakin vermədilər. MTK nümayəndələrindən Şahin orada idi. Onlara “E” blokunda mənzil verəcəklərini dedilər, onu da vermədilər. "xxxx" blokundan ev veriləcəyini Rasim dedi. Rasim tikinti sahibi idi. Sonra layihə dəyişəndə “E” blokunda arxadan artıq kvadratla mənzil verəcəklərini bildirdilər. “E” bloku ilə müqavilə bağlanmadı. "xxxx" blokunda olan mənzili Mamed adlı prokurora satıblar. "xxxx" blokuna aid müqaviləni MTK-ya qaytardı, “E” blokuna aid müqaviləni isə vermədilər. O, mənzilləri satmayıb heç kimə. Vəzirzadə Fuadı tanımır, tikintidə görüb, Fuad Ruslanın tanışı idi. Fuadla parkda görüşmüşdür.
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının "xxxx" banka 25.000 manat krediti olub, onu da MTK ödəyib, hazırda iddiaçının banka borcu yoxdur. Mənzil sökülməmişdən əvvəl layihə fərqli idi. İlkin layihə təsdiq olunmadı, daha sonra təsdiq olunmuş layihədə isə pilləkan əlavə olunduğundan mənzillərin sahəsi düz gəlmədi. Sakinlə aralarında "xxxx" bloku razılaşdırılmışdır. Dəyişiklikdən sonra "xxxx" bloku “E” blokuna dəyişdirilib, lakin müqavilə bağlanmayıb. Tural 155,29 kv.m mənzili xx.xx.2024-cü ildə X9, 71,08 kv.m olan mənzili X1. Fuad da 155,29 kv.m olan mənzili X2. Fuad da maklerdi Turalın tanışı idi, onunla gəlmişdir mənzili də özü alıb satmışdı.
15. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 bildirmişdir ki, xx.xx.2024-cü ildə maklerdən zəng gəldi ki, ev satılır. Qiyməti yaxşıdı, amma 2-3 günə kimi pulu ödəmək lazımdı. Maklerlə görüşüb ofisə gəldilər. Fuad müəllimlə tanış elədi, Turalı da orada gördü. Makler və Fuadla gedib evə baxdılar. Danışıb razılaşdılar. Pulu Fuada verdi. Şahin də sənədləri və müqaviləni verdi. “E” blokunda, 15-ci mərtəbə 13-cü mərtəbədə 2 otaqlı evə 150.000 manat pul verdi. Fuad dedi evi barter edir. Barter olunan şəxs də Tural idi. Pulu verəndə özü, bir də Fuad idi, başqa adam yox idi. Onun makleri dedi ki, Fuad da maklerdir. Fuadla o, Turalla Ruslanı parkda gözləyirdilər. Sonra onlar gələndə Fuad dedi ki, bunlarla iş görür.
16. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X18 bildirmişdir ki, mənzili Fuaddan alıb, Turalı tanımır.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, Mahmudova Elmira və Vəzirzadə Fuadı tanımırdı. Turalın yeznəsi Ruslan zəng vurdu ki, evi satmaq istəyir. Fuad isə zəng vuraraq bildirdi ki, evi alan odur. Evlərin birini Elmira xanımın adına, digərini isə öz adına keçirtdi. Elmira xanım və Fuad gəldi alqı-satqı oldu, 71 m2 sahəsi olan ev Elmira xanımın adına, 155,29 m2 sahəsi olan ev Fuadın adına keçdi. Səhəri gün Fuad Turalın iştirakı olmadan evi başqa adamın adına keçirtdi. Sonradan Tural yığdı ki, bunlar onları aldatdı. Fuad və Elmiranı Turalın vasitəsi ilə tanımışdır. Turalgil ilə müqavilə bağlananda evin layihəsi hazır idi. 155 m2 sahəsi olan ev "xxxx" blokunda, 66 m2 sahəsi olan ev isə “E” blokunda idi. Sonradan Şəhərsalma layihəni qəbul etmədi, çünki yanğın pilləkəni yox idi. Yeni layihə hazır olanda yanğın pilləkəni əlavə olundu və bütün mənzillərin yerləri dəyişdi. 155,29 m2 sahəsi olan ev düşdü “E” blokuna, 66 m2 sahəsi olan ev oldu 71 m2 və “E” blokuna düşdü. Onlar mənzilləri göstərəndə razılaşdılar və açarları da təhvil aldılar. 2024-cü ildə təmir yekunlaşmamışdı. Bəzi mənzillərdə hələ də təmir işləri bitməyib. Həmin mənzillərdə heç kəs yaşamır.
18. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 384/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia təmin edilməmişdir.
19. Məhkəmədə müəyyən olunmuşdur ki, tikiləcək binanın xx.xx.2017-ci il tarixli ilkin layihəsi təsdiq olunmamışdır, daha sonra xx.xx.2019-cu il tarixli layihə təsdiq olunmuşdur. Layihədə pilləkən əlavə olunduğundan mənzillərin sahəsi uyğun gəlməmişdir və sakinlə aralarında bağlanmış müqavilədə nəzərdə tutulan "xxxx" blokundakı mənzillər “E” blokuna dəyişdirilməsi razılaşdırılıb, lakin iddiaçı ilə müqavilə bağlanmayıb. Göründüyü kimi iddiaçıya verilməsi nəzərdə tutulan mənzillər "xxxx" blokunda deyil, “E” blokunda yerləşmişdir. Lakin "xxxx" blokunda yerləşən mənzillərə dair iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin əslində qeyd edilmişdir ki, “xx.xx.2024. ləğv olundu keçdi 377 saylı müqaviləyə 155.29 kv.m; 378 saylı müqaviləyə 71.08 kv.m.”
20. Bundan başqa, iddiaçı iddia tələbində 2024-cü ilin fevral ayından etibarən kirayə haqqının alınıb ona verilməsini tələb edir. Həmçinin iddiaçı məhkəmə iclasında qeyd olunan tarixədək kirayə haqqının aldığını bildirmişdi. Belə olan halda iddiaçı dolayısı ilə ona verilməsi nəzərdə tutulan mənzillərin satdığını etiraf etmiş olur. Belə ki, X13 və X8 ilə qeyd olunan mənzillərə dair müqavilələr xx.xx.2024-cü ildə bağlanmışdır.
21. Bundan başqa, məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X18 bildirmişdir ki, o, evi X7 almışdır. Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən 353 nömrəli, 155,29 kv.m sahəli mənzili, 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh ilə X18 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 379 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən 353 nömrəli, 155,29 kv.m sahəli mənzili, 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür.
22. Həmçinin, Cavabdeh ilə X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 378 saylı müqaviləyə əsasən İcraçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-cil tarixli, 263 və 264 saylı sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 13-cü mərtəbəsində yerləşən 382 nömrəli, 71,08 kv.m sahəli mənzili, 2 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür.
23. Göründüyü kimi, müqavilələr eyni tarixdə bağlanmışdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 bildirmişdir ki, Turalı həmin gün MTK-nın ofisində görsə də maklerlə birlikdə Fuad və Turalı gözləyiblər, makler onlarla iş gördüyünü bildirib. O, pulu Fuada verən zaman Tural ofisdə idi.
24. Qeyd olunanlardan başqa, məhkəmə iclasında İddiaçı "xxxx" girişində yerləşən mənzillərə dair müqavilələri MTK-nın nümayəndələrinin ondan aldığını, əvəzində “E” girişində yerləşən mənzillərin ona verilməsi barədə razılığa gəlmələrini, lakin ona “E” girişində yerləşən mənzillərə dair müqavilələrin verilmədiyini etiraf etmişdir.
25. Hazırda iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən, Cavabdeh MTK şirkəti tərəfindən həmin ərazidə inşa edilmiş binada 66,86 kv.mdən ibarət 2 otaqlı və 155,87 kv.m-dən ibarət olan 3 otaqlı təmirli mənzilləri "xxxx" girişinin, 8- ci mərtəbəsində yerləşən 176 saylı mənzilin və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 saylı mənzilin təmirli şəkildə ona təhvil verilməsini xahiş edir.
26. Lakin iddiaçı tələbini əsaslı edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
27. Beləliklə, iddiaçı ilə MTK arasında 13 mart 2018-ci il tarixdə bağlanmış müqavilə ləğv edilib və ona “E” girişindən mənzillərin verilməsi razılaşdırılıb. Həmin mənzillərin iddiaçının iştirakı ilə satılması cavabdeh tərəfindən təqdim olunmuş videogörüntüdən görünür.
28. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, qanunun tələbinə əsasən iddiaçı MTK-da olan payından imtina etməli, MTK isə öz növbəsində digər payçı ilə müqavilə bağlamalı idi. Lakin iddiaçı formal olaraq MTK-da olan payında imtina etmişdir. Belə ki, iddiaçı ilə MTK arasında “E” girişində yerləşən mənzillərə dair müqavilə bağlanmamış və iddiaçı ərizə ilə payında imtina etməmişdir. Lakin MTK-da olan payını MTK-ya qaytarmış və payının dəyərini əldə etmişdir.
29. Məhkəmə iddia tələbinin “fevral 2024-cü il tarixindən etibarən müqavilə üzrə hər ay üçün 800 manat olmaqla bu günə kimi ödənilməyən 6.400 manatın alınıb ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tarixdən mənzillər başqa şəxslərə satıldığından iddiaçının kirayə haqqını tələb etmək hüququ yoxdur.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 399.1, 425.1, 425.2, 442-ci maddələrinə, Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına, Mülki-Prosessual Məcəllənin 14.2, 88, 119.1, 217.4, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
31. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehdən kirayə haqqını almaq üçün yeznəsi Ruslan ilə xx.xx.2024-cü il tarixində cavabdehin ofisinə getdilər, pul verilmədi, onlar da gözləməli oldular. Qapıdan içəri girəndə Fuad adlı şəxs soruşdu ki, tikintinin girişi haradadır, yeznəsi bildirdi ki, buradır. MTK-nın ofisinə üçü bir yerdə daxil olmuşlar. İçəri keçəndə Elmira adlı xanımla alqı-satqı ediblər. Ruslan bildirir ki, Fuadı tanımır. Ruslan ilə onun bacısının ailəsi dağılmışdır, Ruslan ilə münasibəti kəsilib. MTK-dan kirayə haqqını Ruslan götürürdü. Elmira xanıma otağın işığın yandırılmasına kömək etmişdir. Otaqda Elmira ilə Fuad pul sayırdılar. Ofisdə 2 saata yaxın olmuşlar.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının özü məhkəmə iclasında hakimin bir neçə cəhdindən sonra iştirak etdi. Hakimlə görüntülərə baxıldı, iddiaçı görüntülərə baxmamışdan öncə bildirdi ki, 8 fevral tarixində orada olmuş, kirayə haqqını almaq üçün tək getmişdir. Görüntü təqdim olunandan sonra isə dedi ki, yanındakı yeznəsi Ruslandır, o birini şəxsi, yəni Fuadı tanımır. Dedi ki, ofisin qabağındakı mərtəbədə rastlaşıblar. “Nə vaxt çıxdın” sualına cavab verdi ki, bir neçə dəqiqə çəkdi, pulumuzu götürüb çıxdıq. 3-4 saat ərzində Vəzirzadə Fuad, digər “makler” olan şəxs, Ruslan və Tural koridorda Elmiranı gözləyiblər. Bunlar bir yerdə söhbət aparıblar, sonradan Elmira gəlir, Tural ilə yeznəsi Şahinin otağına girirlər, sonra çıxırlar. Tural Fuad və Elmiranı bir otağa aparır, otağın işığını yandırır. Tural oranın əməkdaşı deyil, o nə bilir ki, otağın işığı hardan yanır?! Sonra yeznəsi gəlir, otaqdan çıxır, pulu cibinə qoyur, Tural qayıdıb əli ilə pul işarəsi edir. Arxada kiməsə deyir ki, onlar artıq pul sayırlar. Yəni otaqda Fuad Elmiradan pulu alır, Elmira pulu sayıb, təhvil verir. Onda olan, Şahinin verdiyi məlumata görə Fuad Turala vəd verib ki, mənzilləri sataq, nəsə iş quracaqdılar, Fuad isə dələduzluq edib.
36. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh inşa ediləcək çoxmənzilli binanın "xxxx" girişinin 8-ci mərtəbəsində yerləşən, 176 saylı mənzili və "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən 180 nömrəli mənzili mülkiyyətçiyə təmirli şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya növbəti aydan başlayaraq 800 manat məbləğində kirayə haqqının ödənilməsi də razılaşdırılmışdır. Daha sonra binanın layihəsində dəyişikliklər olduğundan mənzillərin yeri “E” blokunda nəzərdə tutulmuşdur.
43. Tərəflərin izahatları və iş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində iddiaçı, yeznəsi Ruslan və üçüncü şəxs X13 cavabdeh MTK-nın ofisinə birlikdə daxil olmuşlar. İddiaçının özünün birinci instansiya məhkəməsində bildirdiyinə görə Fuad Vəzirzadə onun yeznəsi Ruslanın tanışı olmuşdur.
44. Onlar həmin ofisdə təqribən 2 saat olmuş, həmin vaxt X8 da MTK-nın ofisinə gəlmiş, X20 Vəzirzadəyə mənzilə görə pul ödəmiş, hətta iddiaçı pulun veriləcəyi otağın işığının yandırılmasına onlara köməklik göstərmişdir. İddiaçıya verilməli olan mənzillərdən birinə dair X8, digərinə dair isə X13 ilə cavabdeh MTK arasında ayrı-ayrılıqda xx.xx.2024cü il tarixli müqavilələr imzalanmış, növbəti gün isə X9 aid müqavilə X12 adına rəsmiləşdirilmişdir.
45. Qeyd olunanlar iş üzrə şahid qismində dindirilmiş X10 ifadəsi və üçüncü şəxs X3 izahatı ilə də təsdiq olunur.
46. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin əsli cavabdeh MTK-ya təhvil verilmişdir. Bu sahədə formalaşmış təcrübəyə əsasən mənzil tikintisi ilə məşğul olan təşkilatlar tərəfindən mənzilə dair hüquqlar müqavilə ilə digər şəxsin adına rəsmiləşdirilərkən əvvəlki hüquq sahibindən müqavilənin əsli geri alınır.
47. Şərh olunanlar onu deməyə əsas verir ki, xx.xx.2024-cü il tarixində iddiaçı cavabdehlə bağlanmış müqavilədən irəli gələn hüquqlarını bir mənzil üzrə X4, digəri üzrə isə X9 güzəşt etmiş, cavabdeh MTK tərəfindən isə bu güzəşt həmin şəxslərlə yeni müqavilələrin bağlanması formasında rəsmiləşdirilmişdir.
48. Qeyd edilməlidir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-384/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: