Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6625/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), X1 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair ilkin, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və Cavabdeh4 Niazmi oğluna qarşı “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2(006)-116/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 MMC İddiaçı və Cavabdeh4 qarşı "yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə və iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-116/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qiymətlindirmə tətqiqatı aparılması qərara alınmış və iş dayandırlımışdı. Hazırda İddiaçı nümayəndəsi -vəkili Nümayəndə1 tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli- 2(006)-116/2025 nömrəli Qərardadının məhkəmə hazırlıq icraatının dayandırılmasına dair hissəsinin ləğv edilməsini və mülki iş üzrə məhkəmə hazırlıq icraatının bərpa edilməsini və işin baxılmasına davam edilməsini, o cümlədən ekspertiza rəyinin hazırlanması dövründə digər prosessual hərəkətlərin həyata keçirilməsi təmin olunmasını tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2(006)- 116/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, Məhkəmənin icraatı dayandırmaq hüququ siyahısı Mülki-Prosessual Məcəllənin 255-ci maddəsində verilmişdir. Həmin hüquqlardan biri də məhkəmə tərəfindən ekspertiza təyin olunmasıdır. Məhkəmə tərəfindən iş üzrə həm ilkin iddianın, həm də qarşılıqlı iddianın tələblərinin obyektiv araşdırılması üçün ekspertiza təyin edilmiş və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq icraat dayandırılmışdır. Qeyd edilməlidir ki, ekspertizanın təyin edilməsi həm tərəflərin vəsatəti əsasında, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər və prosessual qanunvericilik məhkəmənin bu qərarından şikayət verilməsi imkanını nəzərdə tutmamışdır. Bu isə o deməkdir ki, ekspertiza təyin edilməsi məhkəmənin səlahiyyətində olan prosessual qərardır və həmin qərarın dəyişdirilməsi üçün hüquqi əsas mövcud deyildir. Mülki-Prosessual Məcəllə ekspertiza təyin edilməsi zamanı icraatın dayandırılması imkanını dispozitiv normada nəzərdə tutub və bu məsələni məhkəmənin qiymətləndirməsinə buraxır. Məhkəmə hazırkı iş üzrə hesab edir ki, ekspert rəyi olmadan icraatın davam etdirilməsi prosessual baxımdan məqsədəuyğun deyil və işin obyektiv araşdırılmasına xidmət etmir. Bu səbəbdən də, icraatın bərpası üçün tələb olunan şərtlər mövcud olmadığından, icraatın bərpası mümkün deyil. Bundan əlavə, məhkəmə hesab edir ki, ekspert rəyi təqdim olunmadan icraatın davam etdirilməsi prosessual baxımdan məqsədəuyğun deyil və əksinə, tərəflərin məhkəmə iclaslarına əsassız olaraq cəlb edilməsi, onların vaxt itkisinə və süni suründürməçiliyə məruz qalmasına gətirib çıxara bilər. Məhkəmə işin gedişinin hər bir mərhələsində prosessual hərəkətlərin məqsədəuyğunluğunu qiymətləndirməli və lazımsız iclasların keçirilməsinə yol verməməlidir. Hazırkı halda isə ekspert rəyi olmadan icraatın bərpası nə hüquqi, nə də faktiki zərurət kimi özünü doğrultmur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 255.0., 255.0.5, 256 və 256.0.2-ci maddələrini nəzərə alaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2(006)- 116/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-6625/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6625/2025
12.12.2025 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver