Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1755/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim C.Musayeva) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, 263/13 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 5.311,96 manat, faiz borcu üzrə 694,98 manat, cərimə (dəbbə) pulu 500 manat, cəmi 6.506,94 manatməbləğində kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 13 manatı tutularaq iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində istifadə olan 0. 0367 ha torpaq sahəsində yerləşən 14 nömrəli binanın 1-ci mərtəbəsində 80.1 kv.m ümumi, 65.4 kv.m əsas, 14.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh LPO "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən T.Səmədov, hakimlər E.Kazımov, İ.Şirinov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin e dilməmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: LPO "x xxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 7644.87 manat əsas borc, 4552.47 manat faiz borcu, 1146.73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü if tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq) olmaqla, cəmi 13344.07 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi,ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində isti fadədə olan 0.0367 ha torpaq sahəsində yerləşən 14 nömrəli binanın 1-ci mərtəbəsində 80.1 kv.m ümumi, 65.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə ləğv prosesində olan “xxxx” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 263/13 saylı kredit müqaviləsi üzrə xx xxxx 2019 tarixə maliyyə arayışına əsasən qalan 7644,87 manat əsas borcun, 39.18 manat faiz borcun, 1366.34 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (MM 445.7-ci m addəsinə uyğun olaraq) əsasən hesablanan faiz məbləği, 5431,60 manat cərimə borcun, cəmi 14481.99 manat borcun və 30 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin hesabına ödənilməsi, tutmanın girov predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində olan 0.0367 ha torpaq sahəsində yerləşən 14 nömrəli binanın 1-ci mərtəbəsində 80.1 kv.m ümumi, 65.4 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin sahənin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmi şdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx xxxxxx 2013cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 18% ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə 1% cərimə və vaxtı keçmiş kredit üzrə 36% faiz ödəyir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, “xxxx" ASC ilə (ipoteka qoyan) Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində 0.0367 ha torpaq sahəsində yerləşən 14 nömrəli binanın 1-ci mərtəbəsində 80.1 kv.m ümumi, 65.4 kv.m əsas, 14.7 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş, ipoteka predmeti 100.000 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin bank tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, bank cavabdehə banka olan borcunu ödəmədiyi təqdirdə müqavilə şər tlərinə uyğun olaraq yaranmış borcun ödənilməsi ilə bağlı müvafiq qaydada məhkəməyə müraciət olunacağını bildirmişdir. LPO "xxxx" ASC-nin xx xxxx 2019-cu il tarixli arayışından görünürki, cavabdehin banka xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə 7.644,87 manat əsas borc, 39,18 manat faiz borcu, 1.366,34 manat əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış borc, 5.431,60 manat cərimə borcu olmaqla, cəmi 14.481,99 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin bitmə müddətinin tarixindən sonra kredit məbləği illik 5 %-lə hesablanmaqla Cavabdeh "xxxx" ASC-yə olan borcu 6.006,95 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 5.311,96 manat, faiz borcu üzrə 694,98 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1 -ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olma lıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1 -ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə ald ıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nə zərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Bo rcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor-iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əsas borc məbləği ilə yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 694,98 manat təşkil edir. Bundan başqa baxmayaraq ki, ekspert rəyində dəbbə pulu mü əyyən edilməmişdir, kredit müqaviləsində dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan İşə baxan apelyasiya instansiyası Məhkəməsi haqlı olaraq iddiaçının dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik olduğunu əsas gətirərək və əsas borc və dəbbə pulunun nisbətini nəzərə almaqla, xx.xx.2013-cü il tarixli müqavilə üzrə 500 manat məbləğində dəbbə pulunun tutulmasını ağlabatan və ədalətli hesab etmişdir. Mülki Məcəllənin 462.1-ci və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mü lki Məcəllənin 467-ci maddəsinə müvafiq olaraq, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda müəyyən edilmişdir ki, kredit müqaviləsinin təminatı olaraq “xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində istifadə olan 0.0367 ha torpaq sahəsində yerləşən 14 nömrəli binanın 1-ci mərtəbəsində 80.1 kv.m ümumi, 65.4 kv.m əsas, 14.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipote kaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində istifadə olan 0.0367 ha torpaq sahəsində yerləşən 14 nömrəli binanın 1-ci mərtəbəsində 80.1 kv.m ümumi, 65.4 kv.m əsas, 14.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin qiymət i 100.000 manat məbləğində müəyyən edilmişdir və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən edilməsi iddiaçı və cavabdeh tərəfindən mübahisləndirlməmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə sinin MK-nın xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1755/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1755/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver