Məhkəmə qərarları › İş №2(102)-1759/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1759/2025

08.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1759/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əlipənah oğlunun cavabdehlər X6 Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əsassız varlanma, əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Əlipənah oğlunun cavabdehlər X6 Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-183/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayonun Aşağı-Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədli 3,34 hektar torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə həmin kəndin sakinləri X16 və onun ailə üzvləri olan Cavabdeh3, X3, X4 və X7 mülkiyyətinə verilmişdir.

2. Süleymanov 04 aprel 2000-ci il tarixdə Quba rayon X18 nümayəndələrinin iştirakı ilə tərtib olunmuş akta əsasən, X21 JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X37 əsasən 20715,36 kv.m əkin, 12680,54 kv.m bağ sahəsini ailə üzvlərinin razılığı ilə istifadə etməyə imkanı olmadığı üçün Aşağı Xuc kənd sakini İddiaçı Əlipəna h oğluna daimi istifadə etmək üçün həvalə etmişdir. 3. 24 aprel 2000-ci il tarixli əlyazma ərizəyə əsasən, Quba rayonu Aşağı-Xuc kənd sakini X21 özünə və ailə üzvlərinə məxsus JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X37 əsasən 20715,36 kv.m əkin, 12680,54 kv.m bağ sahəsini uzun müddət istifadə etmək imkanı olmadığından, dövlət rüsumlarının vaxtında ödəmək şərti ilə İddiaçı Əlipənah oğluna təmənnasız, həmişəlik istifadə etmək üçün həvalə etmişdir. X5 ilə yanaşı arvadı Cavabdeh3, qızları X9, X10 və X19 tərəfindən imzalanmışdır.

4. Quba Rayon Məhkəməsinin 2(027)-1474/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının cavabdehlər X2 5, X30, İddiaçı Əlipənah oğlu və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı onlara məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dan çıxarış alınmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlər X11, X20 və İddiaçı Əlipənah oğlundan JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X40 əsasında iddiaçılar Cavabdeh3, X9, X10, X12 və digər ailə üzvləri X16 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsi qanunsuz sahibliyindən geri alınması, həmin torpaq sahəsinə dair iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının adlarına çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlər X25, X30, İddiaçı Əlipənah oğlu tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir.

5. Quba Rayon Məhkəməsinin 2(027)-123/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Əlipənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X8, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı, Məmmədova (Yaqubova) Emma Yaqub qızı və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, Quba rayon Aqrar islahat Komissiyasının 28 okt yabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ərazi idarəsinə həvalə edilməsi hissəsinə, mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, xitam verilməsi və İddiaçı Əlipənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X8, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı, Məmmədova (Yaqubova) Emma Yaqub qızı və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, cavabdeh X16 və onun ailə üzvlərinə verilmiş JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X37 əsasən Cavabdeh3, X9, X17 və X7 mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilməməsi qət olunmuşdur.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Əlipənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızına, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızına, Məmmədova (Yaqubova) Emma Yaqub qızına qarşı alqı-satqı müqaviləsinin bağla nmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsindən İddiaçı Əlipənah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəbul edilməsi və iddianın təmin olunmaması qət edilmişdir.

7. Ali Məhkəmənin 2(102)-1598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı Əlipənah oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Quba rayon X14 tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışa əsa sən, Quba rayonu Aşağı-Xuc kəndində yerləşən JN-221 nömrəli Dövlət Aktına uyğun gələn və X1 Sistemi-BAMS proqramında da İddiaçı Əlipənah oğlunun adına qeydə alınmış 3.34 ha torpaq sahəsi (1.26 ha bağ və 2.07 ha əkin sahəsi olmaqla) 2000-ci ildən bu günədək aramsız olaraq İddiaçı Əlipənah oğlu tərəfindən becərilmiş və sözü gedən sahəyə görə müəyyən olunmuş torpaq vergisi də İddiaçı Əlipənah oğlu tərəfindən tam şəkildə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Əlipənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Əlipənah oğlu nun cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızına qarşı – cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızından maddi ziyan hesabına 24.011 manat, iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hesabına, yəni 30 il ərzində iddiaçının bağın becərilməsinə çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 manat, ödənilmiş dövlət rüsumu hesabına 464 manat, cəmi 174.464 manat pulun alınaraq İddiaçı Əlipənah oğluna verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı Əlipəna h oğlunun yaşadığı Quba rayonunun Aşağı-Xuc kəndində eyni kənd sakini X16 və onun ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998- ci il tarixli, 13 nömrəli qərarı ilə 3,34 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bağ və əkin hissəsindən ibarət olmaqla iki ayrı yerdə yerləşir. Təxminən 1998-ci il tarixdə torpaq islahatından öncə ümumi sahəsi 3.34 ha olan torpaq sahəsinin 1,2680.54 ha bağ sahəsi hissəsi yanğın nəticəsində alma ağacları ilə birgə tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin sözügedən torpaq sahəsi X21 və onun ailə üzvlərinin adına təhkim edilməsindən öncə artıq torpaq sahəsi yararsız vəziyyətdə olmuş, 2000-ci il tarixdə iddiaçının əvvəldən tanıdığı X21 ilə söhbət zamanı 3.34 ha torpaq sahəsini və əlavə olaraq yaşadığı mənzillə birgə satara q Bakı şəhərində ev alaraq orada yaşayacağını bildirmişdir. Bir neçə gün keçdikdən sonra İddiaçı həmin torpaq sahələrini və yaşayış evini almaq qərarına gəlmiş, ilkin olaraq X21 ilə aralarında alqı-satqı razılaşması olan vaxt ödəniləcək məbləğin çox hissəsini ona verməklə aralarında qalan qalıq 3450 dollar borcu 2000-ci ilin sonuna qədər ödəniş edəcəyi barədə razılığa gəlmişlər. Bundan sonra ilkin olaraq X21 və onun ailə üzvlərinin iştirakı ilə xx.xx.2000-ci il tarixdə Quba rayon X23 inzibati binasında pulun bir qisminin ödəniş etməklə 3.34 ha bağ və əkin sahəsini ona satmaları barədə akt tərtib olunmuşdur. Bununla yanaşı pulun bir hissəsini də xx.xx.2000-ci il tarixdə qarşı tərəfə ödəniş etməklə qarşılığında ona məxsus həyətyanı torpaq sahəsini və üzərində olan köhnə tikili evi ona satm aları barədə Bələdiyyənin inzibati binasında X21 və onun ailə üzvlərinin iştirakı ilə akt tərtib olunmuşdur. İddiaçı cavabdehlərə olan 3450 dollar borcu 2000-ci il tarixdə tam şəkildə ödənişin etməklə qarşı tərəfə heç bir borcu qalmamışdır. Bununla yanaşı 3.34 ha torpaq sahəsinə aid olan JN221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X33 əsli iddiaçıya təqdim olunmuşdur. 1998-ci il tarixdə torpaq islahatından öncə ümumi sahəsi 3.34 ha olan torpaq sahəsinin 1,2680.54 ha hissəsi yanğın nəticəsində alma ağacları ilə birgə torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən bir-neçə dəfə bağ salmaq məqsədi ilə İddiaçı tərəfindən meyvə ağacları əkilməsinə baxmayaraq ağaclar qurumuşdur. Bu səbəbdən İddiaçı bir neçə il fasilə verdikdən sonra yenidən 2014-cü tarixdə təxminən 300 ədəd gilas ağacı əkmişdir. Həmin tarixdən bu vaxta kimi maddi xərc çəkərək əsil bağ sahəsi yaratmışdır. Artıq həmin torpaq sahələri iyirmi bir ildir ki, iddiaçının istifadəsindədir və bu illər ərzində həmin ağacların meyvə gətirəcəyini güman etmişdir. Cavabdehlərin ötən 23 il ərzində həmin torpaq sahələri ilə əlaqədar heç bir pretenziyaları olmamış, ümumiyyətlə onlarla heç rastlaşmamışdır. X34 Elm və İnnovasiya Mərkəzi tərəfindən vətəndaş İddiaçı 13 dekabr 2021-ci il tarixli rəsmi müraciəti əsasında Quba rayonunun Aşağı Xuc kəndi ərazisində yerləşən 1,25 ha gilas bağına baxış keçirilmişdir. Mərkəzin verdiyi 14 dekabr 2021-ci il tarixli rəyə əsasən gilas bağı 2014-ci ilin yaz aylarında (mart) 7x7 m sxemi ilə salınmış və hal-hazırda səkkiz yaşlı bağ sayılır. Bağda əkilmiş ağacların calaqaltı hissəsi cır gilas toxmacarı olduğuna görə belə bağların bara düşməsi 7-8-ci illərdən başlayır. Bağda, 8 cərgə və hər cərgədə 35 ədəd ağac olmaqla, cəmi 280 ədəd ağac vardır. Cari ildə bağda qurumuş ağacların əvəzinə 17 ədəd gilas tingi təmir məqsədi ilə əkilmişdir. 1 ha gilas bağının salınması üçün texnoloji xəritəyə (rəyə əlavə olunur) uyğun olaraq 3962,91 manat xərc tələb olunursa, 1,25 ha x 3962,91 = 4953,6 manat vəsait xərclənmişdir. Bağın ikinci ilindən, yəni 2015-ci ildən başlayaraq aqrotexniki becərmə tədbirlərinə aid olan diskləmə, frezləmə, ağac diblərinin yumşaldılması, budama, suvarma, zərərverici və xəstəliklərə qarşı pestisidlərin istifadəsi, gübrələmə, bağda 2 dəfə bitkiarası otun biçilməsinə ümumilikdə 7 il ərzində 15246 man, 1,25 ha gilas bağına isə 19057,5 manat vəsait xə rclənmişdir. Beləliklə 2014- 2021-ci illər üzrə 1,25 ha gilas bağının salınması və becərilməsinə 24011,1 manat vəsait xərclənmişdir. X35, Napoleon, Çəhrayı Napoleon və Moldaviya qarası gilas sortlarından ibarətdir. Gilas ağaclarının 10-cu yaş dövründən başlayaraq 35-40 kq/ağac məhsul verəcəyini, orta satış qiymətinin isə 1 man/kq olacağını nəzərə alsaq, vətəndaş bundan sonrakı 10 il müddətinə cari ilə kimi bağa qoyduğu xərcləri, həmçinin bağda lazımi aqrotexniki becərmə işlərini yerinə yetirməklə, növbəti illərdə yetişdirəcəyi məhsulu satmaqla çəkdiyi xərcləri çıxara bilər. Bağda əkilmiş ağaclar bara düşdükdən sonra 25-30 il məhsul verə bilər və vətəndaş bağın becərilməsinə çəkilən xərclərdən əlavə hər il 5000 manata qədər gəlir götürə bilər. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naz irliyi Quba X29 Mərkəzinin 19 avqust 2022-ci il tarixli arayışına əsasən İddiaçı Əlipənah oğlunun fermer kimi fəaliyyət göstərdiyi Quba rayonu Aşağı Xuc kənd ərazisində dövlət aktına (JN221) əsasən 3.34 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi X15 İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmışdır. EKTlS-də qeydiyyata alınmış torpaq sahəsinin 1.26 hektarı gilas bağı, 2.07 hektarı isə buğda sahəsi olmaqla 2021-2022-ci təsərrüfat ili üçün nəzərdə tutulmuş əkin subsidiyası fermerin bank hesabına köçürülmüşdür. Quba rayonu Digah-Xucbala bələdiyyəsinin 22 avqust 2022-ci il tarixli 57 nömrəli arayışına əsasən Quba rayonu Aşağı Xuc kəndində yerləşən JN-221 nömrəli Dövlət Aktına uyğun gələn və X2 Sistemi- BAMS proqramında da İddiaçı Əlipənah oğlunun adına qeydə alınmış 3.34 ha torpaq sahə si (1.26 ha bağ və 2.07 ha əkin sahəsi olmaqla) 2000-ci ildən bugünədək aramsız olaraq İddiaçı Əlipənah oğlu tərəfindən becərilmiş və sözü gedən sahəyə görə müəyyən olunmuş torpaq vergisi də İddiaçı Əlipənah oğlu tərəfindən tam şəkildə ödənilmişdir. 11.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1020-9/5345 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Quba X29 Mərkəzinin xx.xx.2023-cü il tarixli Quba X29 Mərkəzinin mütəxəssisləri tərəfindən verilən rəyinə əsasən Quba rayonu Aşağı Xuc kəndin də yerləşən 1,268 ha (JN-281 Kod ********) gilas bağında Gilas Bağı 8 cərgədən ibarət olduğu və 8 x 6,7 metr sxemində olmaqla 20132014-cü təsərrüfat ilində əkildiyi, lakin sonrakı təsərrüfat illərində müxtəlif səbəblərdən əkilmiş tinglərin bir neçəsinin quruması nəticəsində yeni tinglər əkilmişdir. Bu səbəbdən də gilas bağında mövcud ağacların müxtəlif yaş dövrlərində olduğu üçün 3 yaş qrupunu ayırmaqla 1-2 yaş qrupunda 58 ədəd, 3-5 yaş qrupunda 75 ədəd və 6-9 yaş qrupunda isə 90 ədəd ümumi 223 ədəd gilas ağacı müəyyən olundu. Gilas bağında olan 8 cərgənin müxtəlif yerlərində 55 ədəd əkilmiş gilas tingləri və ya ağacları müxtəlif səbəblərdən quruduğu üçün yeniləri ilə əvəz olunmasına ehtiyac vardır. Bağda mövcud 223 ədəd gilas ağacın calaqaltı hissəsi cır gilas toxmacarı olduğuna görə belə bağların bara düşməsi 6-7ci illərdən başlayır. Bağda mövcud gilas ağacları əsasən Çəhrayı Napoleon, Roman Oliva, Moldaviya qarası sortlarından ibarətdir. Adətən calaqaltısı cır gilas toxmacarı olan gilas ağaclarına aqrotexniki xidmət işləri normal qaydada həyata keçirilərsə, ağaclar bara düşdükdən sonra bu tip gilas ağacları ortalama 7-11 yaş dövründə 22 kq, 12-16 yaş dövründə 60 kq, 17-26 yaş dövründə 100 kq, 27-30 yaş dövründə isə 60 kq civarında gilas məhsulu vermə qabiliyyətinə malik olur. 1,268 ha gilas bağında aqrotexniki xidmət işləri normal qaydada həyata keçirilmişdir. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərdən və iş materialında olan mütəxəssis rəyindən istifadə edilməklə, “Çəhrayı Napoleon”, “Roman Oliva” və “Moldaviya” qarası sortu gilas məhsulunun 1 kiloqramının 2014- 2023-cü illərdə (mövsümdə) orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir:2014-cü ilə - 2,20 manat, 2015-ci ilə - 2,20 manat, 2016-cı ilə - 2,50 manat, 2017-ci ilə - 2,50 manat, 2018-ci ilə - 3,00 manat, 2019-cu ilə - 3,00 manat, 2020-ci ilə - 4,00 manat, 2021-ci ilə - 4,00 manat, 2022-ci ilə - 4,00 manat, 2023-cü ilə - 4,00 manat. Quba rayonu, Aşağı Xuc kəndi ərazisində yerləşən 1.2680.54 ha torpaq sahəsində olan gilas bağının salınmasına və aqrotexniki tədbirlərin görülməsinə 2014- 2023-cü illər ərzində (hər il üçün ayrı-ayrı göstərilməklə) çəkilmiş xərcin müəyyən edilməsi, həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər.

12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Quba X29 Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssislərin rəyindən görünür ki, baxış keçirilən gilas bağı 8 cərgədən ibarət olduğu və 8x6 7 metr sxemində olmaqla 2013-2014cü təsərrüfat ilində əkdiyi müəyyən olundu Lakin sonrakı təsərrüfat illərində müxtəlif səbəblərdən əkilmiş tinglərin bir neçəsinin quruması nəticəsində yeni tinglər əkilmişdir Bu səbəbdən də gilas bağında mövcud ağacların müxtəlif yaş dövrlərində olduğu uçun 3 yaş qrupunu ayırmaqla saymış və aşağıdakı kimi olduğu müəyyən olunmuşdur: 1-2 yaş qrupunda 58 ədəd. 3-5 yaş qrupunda 75 ədəd və 6- 9 yaş qrupunda isə 90 ədəd ümum 223 ədəd gilas ağacı mövcud idi. Gilas bağında olan 8 cərgənin müxtəlif yerlərində 55 ədəd əkilmiş gilas tinglərı və ya ağacları müxtəlif səbəblərdən quruduğu üçün yemləri ilə əlavə olunmasına ehtiyac vardır Bağda mövcud 223 ədəd gilas ağacın cal aqaltı hissəsi cır gilas toxmacarı olduğuna görə belə bağların bara düşməsi 6-7-cı illərdən başlayır Bağda mövcud gilas ağacları əsasən Çəhrayı Napoleon. Ramon Oliva, Moldaviya qarası sortlarından ibarətdir, adətən calaqaltısı cır gilas toxmacarı olan gilas ağaclarına aqrotexniki xidmət işləri normal qaydada həyata keçirilərsə, ağaclar bara düşdükdən sonra bu tip gilas ağacdan ortalama 7-11 yaş dövründə 22 kq. 12-16 yaş dövründə 60kq, 17-26 yaş dövründə 100 kq, 27-30 yaş dövründə isə 50 kq civarında gilas məhsulu vermə qabiliyyətinə malik olur, baxış keçirilən 1,268 ha gilas bağında aqrotexniki xidmət işləri normal qaydada həyata keçirilmədir. 1,268 ha gilas bağının əkilmə və aqrotexniki xidmət xərclərini kənd təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan ( Quba rayonu Zərdabi qəsəbəsi), gilas məhsulunun sonlar və illər üzrə qiymətini isə Quba rayon Statistika İdarəsindən əldə olunması tövsiyə olunmuşdur.

13. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutu tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçının nümayəndəsi Abdul Qonaqovun dediyinə görə 1,268 ha gilas bağı 2013-cü ilin payızı və 2014-cü ilin yazında 8x7 m əkin sxemi ilə əkilmişdir. Növbəti təsərrüfat illərində həmin bağda qurumuş ağacların yerinə tinglər əkilməklə təmir-bərpa işləri yerinə yetirilmişdir. Baxış zamanı bağ sahəsində müxtəlif yaş qrupunda olan 219 ədəd sağlam gilas ağacı olduğu müəyyən edildi. 1,268 ha sahədə yeni gilas bağının əkilməsi xərcləri təxmini olaraq aşağıdakı kimi müəyyən ed ildi: Sahədə olan bioloji yaş dövrünü və istismar müddətini başa vurmuş ağacların kökləndirilməsi, sahənin şumlanması, disklənməsi, malalanması, cərgə və ağac yerlərinin nişanİanması-670,0 manat; -Çalaların qazılması (227 ədəd), tinglərin əkilməsi (227 ədəd), mıxçaların vurulması və tinglərin bağlanması2497 manat; -Əkilmiş bağın suvarılması və tinglərin düzəİdilməsi-75,0 manat; -Meyvə tinglərinin qiyməti (227 x 5 manat)-1135,0 manat: Cəmi xərclər-2129,4 manat məhsula düşənə qədər cavan 1,268 ha gilas bağında aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq əkindən sonrakı birinci ilində-1130 manat, ikinci ilində-1189 manat, üçüncü ilində1351,0 manat; dördüncü ilində-1663,0 manat və beşinci ilində isə-1663,0 manat, 5 ildə cəmi-6996.0 manat maliyyə vəsaiti xərclənə bilər. Beş yaşdan yuxarı, i lkin məhsul vermə dövrünə başlamış, məhsuldar, 1,268 ha gilas bağı sahəsində aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq bir ildə orta hesabla 1947,4 manat olmaqla, 4 ildə cəmi 7789.6 manat maliyyə vəsaiti xərclənə bilər. 2023-cü ildə 1,268 ha gilas bağında bir dəfə disklənmə, üç dəfə suvarma, dörd dəfə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilmiş və bu tədbirlərin yerinə yetirilməsinə isə təxmini olaraq 510,0 manat maliyyə vəsaiti xərclənə bilər, beləliklə, keçirilmiş baxış və aparılmış hesablamaların nəticələrinə əsasən 1,268 ha sahədə yeni gilas bağının salınmasına - 2129,4 manat və həmin bağ sahəsində olan 219 ədəd müxtəlif yaş qruplarında olan gilas ağaclarına 10 il ərzində (2014-2023-cü illər) aqrotexniki qulluq işlərinə 15295,6 manat, cəmi 17425,0 mana t maliyyə vəsaiti xərclənə bilər.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-118/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddianın qismən təmin edilməsi, 17 425 (on yeddi min dörd yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 142,28 (yüz qırx iki manat, iyirmi səkkiz qəpik) dövlət rüsumunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızından müştərək qaydada alınaraq İddiaçı Əlipənah oğluna ödənilməsi, 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızından müştərək qaydada alınaraq Azərb aycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Ali Məhkəmənin 2(102)-1598/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının 19-cu abzasından da qeyd edilmişdir ki, həmin torpaq sahəsinin mülkiyyətçiləri cavabdehlərdir, cavabdehlərin özlərinin razılığı ilə mülkiyyətlərində olan torpaq sahəsində iddiaçı tərəfindən xeyli vəsait və əmək sərf edilərək çoxillik əkmələr əkilməsinə şərait yaradılmışdır. Tərəflərin arasında tərtib edilmiş aktdan da müəyyən olunmuşdur ki, cavabdehlər həmin torpaq sahəsini özlərinin becərmək imkanları olmadığından iddiaçıya daimi istifadəyə vermişlər, həmin aktda istifadə hüququ hər hansı müddətlə məhdudlaşdırılmamışdır. Belə olan halda iddiaç ı tərəfindən həmin sahədə bağ salınması təbiidir, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə cavab verməsə də, hər bir halda bu razılaşma baş tutmuş və cavabdehlərin özləri də bu faktı inkar etməmişlər, buna görə də iddiaçının cavabdehlərə qarşı mübahisəli torpaq sahəsinin yararlı hala gətirilməsi, orada artıq məhsul vermək üzrə olan bağ sahəsi salması ilə bağlı çəkdiyi xərcin qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququ vardır. Hazırkı iddianın əsası da məhz Ali Məhkəmənin sözügedən qərarıdır və qərarda araşdırılan hallar hazırkı mülki iş üzrə preyudisial xarakterə malikdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olsa da iddia tələbi dəymiş zərər hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Res publikası Kənd Təsərrüfat Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, baxış zamanı bağ sahəsində müxtəlif yaş qrupunda olan 219 ədəd sağlam gilas ağacı olduğu müəyyən edilmiş, 1,268 ha sahədə yeni gilas bağının əkilməsi xərcləri təxmini olaraq aşağıdakı kimi müəyyən edilmişdir: - sahədə olan bioloji yaş dövrünü və istismar müddətini başa vurmuş ağacların kökləndirilməsi, sahənin şumlanması, disklənməsi, malalanması, cərgə və ağac yerlərinin nişanlanması-670,0 manat; -çalaların qazılması (227 ədəd), tinglərin əkilməsi (227 ədəd), mıxçaların vurulması və tinglərin bağlanması2497 manat; -əkilmiş bağın suvarılması və tinglərin düzəldilməsi-75,0 manat; -meyvə tinglərinin qiyməti (227 x 5 manat)-1135,0 manat: cəmi xərclər-2129,4 manat məhsula düşənə qədər cavan 1,268 ha gilas bağında aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq əkindən sonrakı birinci ilində-1130 manat, ikinci ilində- 1189 manat, üçüncü ilində1351,0 manat; dördüncü ilində-1663,0 manat və beşinci ilində isə-1663,0 manat, 5 ildə cəmi-6996.0 manat maliyyə vəsaiti xərclənə bilər. Beş yaşdan yuxarı, ilkin məhsul vermə dövrünə başlamış, məhsuldar, 1,268 ha gilas bağı sahəsində aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq bir ildə orta hesabla 1947,4 manat olmaqla, 4 ildə cəmi 7789.6 manat maliyyə vəsaiti xərclənə bilər. 2023-cü ildə 1,268 ha gilas bağında bir dəfə disklənmə, üç dəfə suvarma, dörd dəfə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilmiş və bu tədbirlərin yerinə yetirilməsinə isə təxmini ola raq 510 manat maliyyə vəsaiti xərclənə bilər, beləliklə, keçirilmiş baxış və aparılmış hesablamaların nəticələrinə əsasən 1,268 ha sahədə yeni gilas bağının salınmasına 2129,4 manat və həmin bağ sahəsində olan 219 ədəd müxtəlif yaş qruplarında olan gilas ağaclarına 10 il ərzində (2014-2023-cü illər) aqrotexniki qulluq işlərinə 15295,6 manat, cəmi 17425 manat maliyyə vəsaiti xərclənə bilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçıya tərəfindən həmin torpaq sahəsinə çəkilmiş xərclər nəticəsində dəymiş ziyanın ümumilikdə 17425 manat məbləğində olması iş üzrə təyin edilmiş mütəxəssis rəyi ilə müəyyən edildiyindən, dəymiş ziyanın real həcmi 17425 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə iddianın “adi mülk i dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hesabına, yəni 30 il ərzində iddiaçının bağın becərilməsinə çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 manat məbləğində pulun tutulması” hissəsində hesab etmişdir ki, əsassızdır. Belə ki, iddiaçı əşyaya vicdanlı sahiblik edən olduğundan onun qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə məhz çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən çəkilən xərclər də həmin sahə üzrə ixtisaslaşdırılmış qurum tərəfindən verilmiş rəy ilə müəyyən edilmişdir.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 16.1, 135.4, 135.10, 152.5, 157.2, 157.4, 157.6, 157.7, 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələri, İnsan hüquqlar ı üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarına, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 82, 88, 107, 119.1, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı Əlipənah oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(011)-118/2024 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edi lməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı hazırkı iş üzrə mübahisəli hesab edilən torpaq sahəsinə və həmin torpaq sahəsində əkdiyi bağ sahəsinə vicdanlı sahiblik edən kimi deyil, mülkiyyətçisi kimi, yəni özünü əsaslı və qanuni mülkiyyətçi hesab etməklə bağdan hər il gəlir götürəcəyi məqsədilə əkilməsinə, becərilməsinə xərclər çəkmişdir. Birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan nəticəyə gələrkən maddi və prosessual qanunvericilik normalarının pozuntusuna yol vermiş, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, iş üzrə qismən, iddianın təmin edilməmiş hissəsində əsassız, qanunsuz və qeyri-obyektiv qətnamə qəbul etmişdir. İddiaçı əşyaya vicdanlı sa hiblik edən olduğundan onun qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə məhz çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən çəkilən xərclər də həmin sahə üzrə ixtisaslaşdırılmış qurum tərəfindən verilmiş rəy ilə müəyyən edilmişdir.

20. Cavabdeh Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı da apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(011)-118/2024 saylı qətnaməsini ləğv edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətində göstərilmişdir ki, o hazırkı, qətnamə ilə qətiyyən razı deyil, qətnamə qanunsuz və əsassız qəbul edilən qətnamədir. Belə ki, ilk növbə də İddiaçı Əlipənah oğlu ilə onun və ailə üzvlərinin arasınd a qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan və notarial qaydada təsdiq olunan müvafiq torpağın istifadə hüququna dair hər-hansı bir müqavilə yoxdur. İddiaçı torpağı 2000-ci ildə istifadə etməyə başlayarkən, onun 16 yaşı, bacısı Məmmədova (Yaqubova) Emma Yaqub qızının 14 yaşı, digər bacısı Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızının isə 18 yaşı var idi. İddiaçı, o ailəyə məxsus torpaq sahəsini 23 il qanunsuz və təmənnasız istifadə edərək 23 il gəlir əldə etmişdir. Mövcud Torpaq Məcəlləsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə qeri qaytarılmalıdır. İddiaçı bağı istifadə etməyə başlayarkən həmin bağda 300 (üç yüzə) yaxın alma ağacı var idi. İddiaçı onlardan heç-bir icazə almadan alma ağaclarını çıxardaraq əvə zində gilas ağacları əkmişdir, indi isə yalandan deyir ki, iddiaçı bağı istifadəyə götürən zaman bağ sahəsi yanmışdır. Bundan əlavə iş üzrə təyin edilmiş 12 sentyabr 2023-cü il tarixli, №3-xx-xx/21020- 9/5345 saylı, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinin tədqiqat nəticəsi hissəsində ekspert Pərvanə Rüstəmova qeyd etmişdir ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Quba X29 Mərkəzinin xx.xx.2023-cü il tarixli Quba X29 Mərkəzinin mütəxəssisləri tərəfindən verilən rəyinə əsasən Quba rayonu Aşağı Xuc kəndində yerləşən1,268 ha (JN281 Kod ********) gilas bağına baxış keçirilərkən müəyyən olunmuşdur ki, gilas bağı 8 cərgədən ibarət olduğu və 8*6,7 metr sxemində olmaqla 2013-2014-cü təsərrüfat ilində əkildiyi, lakin sonra təsərrüfat illərində müxtəlif səbəblərdən əkilmiş tinglərin bir neçəsinin quruması nəticəsində yeni tinglər əkilmişdir. Bu səbəbdən də gilas bağında mövcud ağacların müxtəlif yaş dövrlərində olduğu üçün 3 yaş qrupuna ayrılmaqla 1-2 yaş qrupunda 58 ədəd, 3-5 yaş qrupunda 75 ədəd və 6-9 yaş qrupunda isə 90 ədəd ümumi 223 ədəd gilas ağacı müəyyən olundu. Xüsusilə qeyd etmək istəyir ki, iş Xətai Rayon məhkəməsinin icraatında olan zaman o və ailə üzvləri torpaq sahəsini Dövlət aktı əsasında, mülkiyyət hüquqlarını Dövlət Reyestr Xidmətində qeydiyyata alınması üçün müraciət etmişlər. Reyestr xidmətinin əməkdaşları torpaq sahəsinə yaxınlaşıb həmin sahənin koordinatlarını müəyyən edən zaman onlara məlum olmuşdur ki, ümumilikdə bağ sahəsində əkilən 219 ədəd ağacın yalnız 160 ədədi onun ailə üzvlərinə məxsus to rpaq sahəsinə düşür, İddiaçı əkdiyi qalan 59 ədəd ağaclar isə qonşunun mülkiyyətində olan torpaq sahəsinə düşür.

22. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və X24 İnstitutu tərəfindən verilmiş 3-22-9/2-103/2024 saylı, 20 iyun 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, MÇETİ-nin baş elmi işçisi M.Qurbanov və Quba DAİM-in sektor müdiri T.İsmayılov xx.xx.2024-cü il tarixdə həmin sahəyə birgə baxış keçirmiş və aşağıdakılar müəyyən edilmişdir:

1. Baxış zamanı başda 185 yararlı gilas ağacının olduğu müəyyən edilmişdir.

2. Bağda 1-2 yaşlı 18 ədəd, 3-4 yaşlı 16 ədəd, 5-6 yaşlı 35 ədəd, 7-8 yaşlı 53 ədəd və 9-10 yaşlı 63 ədəd yararlı gilas ağacları mövcuddur.

3. Bağda mövcud olan gilas ağacları 5 qrupa ayrılır.

4. Gilas bağında aqrotexniki tədbirlərin görülmə sinə illər üzrə aşağıdakı pul vəsaiti xərclənə bilər: İ il – bağın salınması və s. xərclər – 4280 manat, İİ il – təmir və becərmə işləri – 1500 manat, İİİ il – təmir və becərmə işləri – 1500 manat, İV il – təmir və becərmə işləri – 1500 manat, V il – təmir və becərmə işləri – 2000 manat, Vİ il – təmir və becərmə işləri – 2000 manat, Vİİ il – təmir və becərmə işləri – 2000 manat, Vİİİ il – təmir və becərmə işləri – 2000 manat, İX il təmir və becərmə işləri – 2000 manat. Cəmi 18780 manat.

5. Quba rayonu, Aşağı Xuc kəndi ərazisində JN-221, xx.xx.1999-cu il tarixli dövlət aktına əsasən faktiki 1.2704 ha (sənəd üzrə sahəsi 1.268 ha) torpaq sahəsinin (üzərindəkilərlə birlikdə) hazırkı bazar dəyəri 14000-16000 manat dəyərləndirilə bilər.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspe rtiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1375-9/68xx-xx/6525 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən tədqiqat obyektinə uyğun internet saytlarında analoji məlumat olmadığı üçün müqayisə metodu ilə tədqiqat aparılması mümkün olmamışdır. 24. "xxxx" MMC tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, UNİ/D 15-662/2024cü il tarixli rəyində qeyd edilmişdir ki, Quba rayonu, Aşağı Xuc kənd ərazisində JN-221, xx.xx.1999-cu il tarixli dövlət aktına əsasən faktiki 1.2704 ha (sənəd üzrə sahəsi 1.268 ha) torpaq sahəsinin (üzərindəkilərlə birlikdə) hazırkı bazar dəyəri 46 500 manat, boş vəziyyətdə bazar dəyəri 20 300 manat təşkil edir. 25. "xxxx" MMC tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, UNİ/D 15-662/2024cü il tarixli rəyindən bel ə nəticəyə gəlmək olur ki, yaxşılaşdırmanın dəyəri 26200 manat təşkil edir. Kollegiya hesab etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli rəy mötəbər sübut kimi qiymətləndirilməli və nəzərə alınmalıdır.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-183/2025 nömrəli mülki iş üzrə 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, İddiaçı Əlipənah oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilərək, cavabdehlər X13, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26 2 00 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 manat pul vəsaiti tutularaq İddiaçı Əlipənah oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin arasında əvvəllər olmuş məhkəmə mübahisələri ilə bağlı qəbul edilmiş Ali Məhkəmənin 2(102)- 1598/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının 19-cu abzasından da qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçiləri cavabdehlərdir, cavabdehlərin özlərinin razılığı ilə mülkiyyətlərində olan torpaq sahəsində iddiaçı tərəfindən xeyli vəsait və əmək sərf edilərək çoxillik əkmələr əkilməsinə şərait yaradılmışdır. Tərəflərin arasında tərtib edilmiş aktdan da müəyyən olunmuşdur ki, cavabdehlər həmin torpaq sahəsini özlərinin becərmək imkanları olmadığından iddiaçıya daimi istifadəyə vermişlər, həmin aktda istifadə hüququ hər hansı müddətlə məhdudlaşdırılmamışdır. Belə olan halda iddiaçı tərəfindən həmin sahədə bağ salınması təbiidir, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə cavab verməsə də, hər bir halda bu razılaşma baş tutmuş və cavabdehlərin özləri də bu faktı inkar etməmişlər, buna görə də iddiaçının cavabdehlərə qarşı mübahisəli torpaq sahəsinin yararlı hala gətirilməsi, orada artıq məhsul vermək üzrə olan bağ sahəsi salması ilə bağlı çəkdiyi xərcin qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququ vardır.

28. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, yaxşı laşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. İddia tələbinin qanuni əsaslarından göründüyü kimi əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır.

29. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılı q və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur.

30. Cavabdehin isə apellyasiya şikayətinin dəlilləri odur ki, İddiaçı bağı istifadə etməyə başlayarkən həmin bağda üç yüzə yaxın alma ağacı var idi. İddiaçı onlardan heç bir icazə almadan alma ağaclarını çıxardaraq əvəzində gilas ağacları əkmişdir. Ümumilikdə bağ sahəsində əkilən 219 ədəd ağacın yalnız 160 ədədi onun ailə üzvlərinə məxsus torpaq sahəsinə düşür, İddiaçı əkdiyi qalan 59 ədəd ağaclar isə qonşunun mülkiyyətində olan torpaq sahəsinə düşür.

31. Kollegiya qeyd etmişdir ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsindən qabaq orada üç yüzə yaxın alma ağacının olmasına dair məhkəməyə sübut təqdim etməmişdir.

32. Cavabdehin apellyasiya şikayətinin di gər dəlili ilə bağlı isə kollegiya qeyd etmişdir ki, ağaclarına sayına görə deyil, kollegiya faktiki 1.2704 ha (sənəd üzrə sahəsi 1.268 ha) torpaq sahəsinin (üzərindəkilərlə birlikdə) hazırkı bazar dəyərinin nə qədər olması və həmin torpaq sahəsinin boş vəziyyətdə bazar dəyərinin nə qədər olmasını müəyyən etmək üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Kollegiya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və X24 İnstitutu tərəfindən verilmiş rəyləri mötəbər sübut kimi qiymətləndirmir. Çünki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində cəmi 17425,0 manat maliyyə vəsaiti xərclənə bilməsi göstərildiyi halda, 20 iyun 2024-cü il tarixli mütə xəssis rəyində 18780 manat xərclənə bilməsi və torpaq sahəsinin (üzərindəkilərlə birlikdə) hazırkı bazar dəyərinin 14000-16000 manat ola biləcəyi qeyd edilmişdir. Göründüyü kimi, yaxşılaşdırmaya çəkilmiş xərcin 18780 manat olması, lakin torpağın üzərindəki yaxşılaşdırmalarla dəyərinin 14000-16000 manat ola bilməsi əsaslandırılmış görünmür. Çünki torpağa çəkilmiş xərclər onun dəyərini artıra biləcəyi halda, hansı səbəbdən yaxşılaşdırmalarla birlikdə torpağın dəyərinin çəkilmiş xərcdən aşağı olması rəydə qeyd olunmamışdır.

33. Kollegiya qeyd etmişdir ki, iddiaçının xeyrinə yaxşılaşdırmanın dəyəri tutula bilər. Lakin iddiaçının tələbindən də aydın şəkildə görünür ki, iddiaçının tələb etdiyi maddi zərər 24.011 manatdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. B u səbəbdən kollegiya belə qənaətə gəlir ki, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 24.011 manat məbləğində pul tutulmalıdır. İddiaçının digər tələbi əldən çıxmış faydaya görə 150000 manat məbləğində pul tələbidir. İddiaçı tələbini belə əsaslandırır ki, bağda əkilmiş ağaclar bara düşdükdən sonra 25-30 il məhsul verə bilər və bağın becərilməsinə çəkilən xərclərdən əlavə hər il 5000 manata qədər gəlir götürə bilər.

34. Kollegiya hesab etmişdir ki, iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi əsassızdır. İddiaçı iddia tələbini əsaslandırdığı hallara dair, yəni bağın 25-30 il məhsul verə bilməsi və hər il 5000 manata qədər gəlir götürə bilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir.

35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissə sinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10, 157.6, 157.7, 1094-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin edilməsi barədə göstəriş verilməklə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Şikayət onunla əsaslandırılmışdır ki, baxılan mülki işdə bir neçə ekspert rəyi vardır. Maraqlıdır ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Mey vəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş hər iki rəyi naməlum səbəbdən qeyri-mötəbər hesab etmişdir. Lakin, "xxxx" MMC tərəfindən verilmiş, əvvəlki rəylərdən kəskin şəkildə fərqlənən rəyi mötəbər hesab etmiş, nə üçün həmin rəyin digər rəylərə nisbətdə daha mötəbər olduğunu izah etməmişdir. Azərbaycan Respublikası MPM-nin102.2-ci maddəsinə əsasən məhkəmə bir neçə ekspert rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə iki rəy arasında kəskin fərqi qiymətləndirməli, təkrar ekspertiza təyin etməli idi. Lakin məhkəmə bunu etməmiş, faktiki olaraq cavabdehləri əlverişsiz vəziyyətdə qoymuşdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və y a təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Apellyasiya Məhkəməsi isə gəldiyi nəticəni qətnamədə əsaslandırmamış, hansı səbəbdən əvvəlki iki ekspertiza rəyini mötəbər hesab etmədiyini, sonuncu rəyi isə mötəbər hesab etdiyini bir cümlə ilə belə olsun əsaslandırmamışdır. "xxxx" MMC ekspertiza apararkən cavabdehlərin iştirakını təmin etməmiş, rəydə göstərildiyi kimi, internet saytlarından, müxtəlif elanlardan, “Birja” qəzetindən götürdüyü məlumatları əsas götürərək rəy vermişdir. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1375-9/686310/6525 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Quba rayonu Aşağı Xuc kəndində yerləşən tədqiqat obyektinə uyğun internet saytlarında analoji məlumat olmadığı ü çün müqayisə metodu ilə tədqiqat aparılması mümkün olmamışdır. Belə olan halda, "xxxx" MMC tərəfindən verilmiş rəy etibarlı və mötəbər hesab edilə bilməz. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin (sifariş) edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən Qanunun tələbi pozulmuş, məhkəmənin əvvəlki ekspertizaların rəyləri ilə hansı səbəblərdən razılaşmamasının səbəbləri və motivləri əsaslandırılmamışdır.

38. Kassasiya şikayəti Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanunun 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 88, 10 1, 102, 206-cı maddələrinə istinad edilərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

40. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tiki nti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

42. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

43. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

44. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7 -ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

45. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüq uqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin dəlillərində qe yd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

56. Kassasiya şikayətinin dəlilləri əsasən sübutlara düzgün qiymət verilməməsi, işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düz gün müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə verilmiş ekspert rəylərinə düzgün qiymət verilməməsi ilə bağlı dəlili ilə razılaşmır və qeyd edir ki, işə baxan məhkəmə həmin rəyləri ayrı-ayrılıqda qiymətləndirmiş, onlardan hansının mötəbər, hansının isə qeyri-mötəbər olması barədə gəldiyi qənaəti kifayət qədər əsaslandırmışdır.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdiril miş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

62. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-183/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar