Məhkəmə qərarları › İş №2(102)-176/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-176/2025

30.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-176/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı işi üzrə QƏRARİ Kateqoriya: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsi, müqavilənin icrasından birtərəfli imtina ilə bağlı ləğvinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə ödənilmiş pulun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4146/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında 11 avqust 2007-ci il tarixdə “İlkin müqavilə” adlı iki müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıya Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzili və həmin ünvanda 2-ci blokun tikintisi başa çatdıqdan sonra həmin blokun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 135,5 (24,2*5,6) kv.m olan ticarət obyektini bir pay kimi verməyi, iddiaçı isə mənzilə görə 26000 ABŞ dolları, ticarət obyektinə görə 47400 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilədə “payçı” tərəfindən 5000 ABŞ dolları, cəmi 10.000 ABŞ dolları məbləğində ödəniş olunduğu qeyd edilmişdir.

2. İşin mübahisəsiz halıdır ki, müqavilələrdə tikintinin 18 ay müddətində təhvil veriləcəyi qeyd edilsə də müqavilə predmeti olan mənzil və qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir.

3. İş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərinə əsasən iddiaçı tərəfindən müqavilə bağlandıqdan sonra cavabdehə ümumilikdə 60.000 ABŞ dolları ödəniş edilmiş, 50000 ABŞ dolları ödənişlə bağlı kassa mədaxil orderlərinin əsli işə əlavə edilsə də, 10.000 ABŞ dolları ödənişə dair xx.xx.2008-ci il tarixli 637 saylı, xx.xx.2008-ci il tarixli 801 saylı kassa mədaxil orderlərinin kserosurəti iş materiallarına əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia qaldıraraq, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək 70000 ABŞ dolları pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, iş üzrə Cavabdeh ilə aralarında bağlınmış 11 avqust 2007-ci il tarixli ilkin müqaviləyə əsasən Xanlar şəhəri, (hazırda GöyGöl rayonu) R.Nəsibov məhəlləsi Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunda 1-ci mərtəbəsində 135, 5 kv.m olan ticarət obyektini və həmin yaşayış binasında 104 kv.m olan sahəni dəyərini tam olaraq ödəyərək almışdır. Cavabdehlə aralarında bağlanmış müqavilənin 1,2-ci bəndlərində nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən təmin edilsə də, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini yəni, qeyd olunan sahələri iddiaçının istifadəsinə, sahibliyinə və sərəncamına verməkdən imtina etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyindən ödənişlər geri qaytarılmalıdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(004)2097/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan 70000 (yetmiş min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 409 (dörd yüz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Ayşən Sultanova-Məmmədova).

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh M TK ilə İddiaçı arasında 11 avqust 2007-ci il tarixdə ilkin müqavilələr bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, müqavilədə göstərilmiş məbləği 70000 ABŞ dolları cavabdehə ödəmişdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, XanlarHacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 3- cü mərtəbəsində yerləşən və ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzili və Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, XanlarHacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 135,5 (24,2*5,6) kv.m olan ticarət obyektini təmirl i vəziyyətdə iddiaçıya təhvil verməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Hazırda iddiaçı müqavilə üzrə ödədiyi məbləği cavabdehdən tələb edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddia tələbində göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin ediməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 425.1, 442, 752.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə istinad edilən Göygöl rayonu, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində inşa edilən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində sahəsi 104 kv.m olan mənzil mövcud deyildir. Eyni zamanda cavabdeh "xxxx" MTK xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən yeni təsisçilərə satılmışdır. Nə alqı-satqı olan zamanadək, nə də alqı-satqıdan sonra binanın layihə sənədlərində ümumiyyətlə 104 kv.m mənzil nəzərdə tutulmamışdır. İddiaçı ilə keçmiş təsisçi arasında bağlanmış müqavilənin hansı şəraitdə və zərurətlə bağlandığı barədə məlumatları yoxdur. Məhkəmənin istinad etdiyi ödəniş qəbzlər sadəcə olaraq “mənzil” və “ticarət obyektinin” alınması məqsədilə verildiyi qeyd edilmişdir. "xxxx" MTK-nın inşa etdiyi bir çox binalar mövcuddur ki, bu qəbzlər onlardan hansına verildiyi məlum deyildir. Hətta mümkündür ki, iddiaçı hansısa binadan mənzil və ya ticarət obyekti əldə etmişdir. "xxxx" MTK-nı cəmi 2 il əvvəl əldə edildiyi üçün bu nüansı tam araşdıra bilməmişlər. Eyni zamanda məhkəmə də bu halı nəzər almamışdır. Bundan başqa əslində iddiaçının mənzil almaq kimi bir niyyəti olmamışdır. Belə ki, keçmiş təsisçinin onlara şifahi olaraq bildirdiyinə görə o, həmin dövrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışırdı. Çalışdığı dövrdə Nəsir adlı bir şəxsə torpaq satmışdır. Torpağın pulunu ala bilmədiyi üçün əslində torpağın pulunu Nəsi rdən alanadək faktiki olaraq öhdəliyin təminatı qismində hazırkı alqı-satqı müqaviləsi bağlanmışdır. Yəni müqavilə formal olmuş və verilmiş qəbzlər də formal xarakter daşımışdır. Təsadüfi deyildir ki, alqı-satqı müqaviləsi üzrə cəmi dəyəri 26000 ABŞ dolları olan mənzilə görə qəbzlərə istinad edilsə aydın olur ki, 45000 ABŞ dolları ödənilmişdir. Bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Əgər araşdırılsa idi o zaman müəyyən olunardı ki, hazırkı alqı-satqı müqaviləsi əslində digər bir aktı pərdələmək niyyəti ilə formal olaraq bağlanmışdır və etibarsız əqddir.

11. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o əvvəllər "xxxx" şirkətinin təsisçisi olmuşdur. 2007-ci ildə İddiaçı Göygöl İcra hakimiyyətində işləmişdir. İddiaçı ona müraciət edərək onların tikdiyi binada bir mənzil və qeyri-yaşayış sahəsinin almaq istədiyini bildirmişdir. Bununla bağlı həm mənzilə, həm obyektə görə ilkin müqavilələr bağlanaraq İddiaçı ona 20000 ABŞ dolları pul ödəmişdir. Sonradan neçə dəfə İddiaçı yanına gedib ki, obyekti götürür ya götürmür, pulu tam ödəsin müqaviləni imzalasınlar. Amma müqavilələri tam bağlaya bilmədilər. İddiaçı həqiqətən də mənzil və obyekt almaq niyyəti olub, bu səbəbdən ilkin müqavilələr bağlanıb, 20000 ABŞ dolları pul ödəyib, digər məbləğ ödənilmədiyindən müqavilələr bağlanılmayıb. Müqavilələrdəki və kassa məxaric orderlərdəki imzalar X2 məxsusdur, 637 və 801 saylı qəbzlərin surətləri olsa da imzalar ona məxsusdur, qəbzləri qəbul edir, 595 saylı qəbzi qəbul etmir, kimin tərəfindən imzalanmasını bilmir, möhür amma şirkətin m öhürüdür. 30000 ABŞ dolları ilə bağlı qəbz isə Nəsirin borcuna görə İddiaçı təqdim edilmişdir, həmin məbləğ İddiaçı tərəfindən kassaya mədaxil olunmamışdır. O, 20000 ABŞ dolları pul, 5000 ABŞ dolları bir, 5000 ABŞ dolları bir, sonra da 10000 ABŞ dolları Atəşdən pul alıb. Torpaq sahəsi var idi, İddiaçı 80000-ə satırdı, əvvəl 50000-ə danışılmışdı, Nəsir almaq istəyirdi o torpağı. Nəsir Atəşə 50000 ödədi və Nəsirin xahişi ilə o da 30000 ABŞ dollarlıq qəbz yazdı Atəşə verdi, həmin pul kassaya mədaxil olunmayıb. Nəsir ondan xahiş etdi ki, o qəbzi Atəşə versin. Müqavilə bağlanandan 2-3 il sonra torpaq alqı-satqısı oldu. O, Nəsirdən 30000 manata beton alırdı, ona görə Atəşə qəbz vermişdi. 30000 pul ödənilməli idi, dedi ya betona hesablayaq, ya da Atəşdən bu pulu almalıdı. Nəsir dedi 30000 onluqdu r, amma 30000 kassaya mədaxil olmadı. Sadəcə 30000-i deyib əvəzləşdirsinlər. Atəşə çox zəng etdi ki, bu müqaviləni bağlasınlar, amma müqavilə bağlanmadı.

12. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçı X1 ev və obyekt almış, lakin həmin əmlaklar ona təqdim edilməmişdir. Camaləddinin dedikləri yalandır. Birincisi betonun məbləği 30000 ABŞ dolları yox 30000 manat idi. Cəmaləddinin indi də ona borcu var, onun əvəzindən Atəşə pul ödəməyib, heçnə ilə də əvəzləşdirilməyib. Təklif edib ki, onun əvəzindən ödəsin, amma ödəmədi. Atəşin ev ilə obyektin alınmasında onunla Camaladdinin arasındakı söhbətlərə aiddiyatı yoxdur. Cəmaləddinin ona borcu var idi, 30000 manatı da ödəməyib. Cəmaləddinin ona borcu var idi və borcunu ödəməmişdir. 30000 pulun ona və Atəşə aidiyyatı yoxdur, onun əvəzindən Atəşə pul verməyib, betonla bağlı heç bir əvəzləşdirmə olmayıb.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4146/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (X9 (sədrliyi və məruzəsi ilə), Elnur Həsənov və Günel Abbasova ).

14. Apellyasiya instansiya məhkəməsi işin mübahisəsiz halları kimi müəyyən etmişdir ki, cavabdehlə Cavabdeh MTK ilə İddiaçı arasında arasında 11 avqust 2007-ci il tarixdə ilkin müqavilələr olsa da, iddiaçı tərəfindən onlar imzalanmamışdır. İddiaçı bunun səbəbini müqavilələr tərtib edilən tarixdə ilkin ödəniş kimi cəmi 10000 ABŞ dolları ödəsə də, ona müqaviləl ərdə göstərilən məbləğin tam ödənildikdən sonra imzalamağa verəcəklərini bildirməsi olmuşdur.

15. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak etməyərək iddiaya mövqeyini bildirməmiş, apellyasiya şikayətində iddiaçı ilə keçmiş təsisçi arasında bağlanmış müqavilənin hansı şəraitdə və zərurətlə bağlandığı barədə məlumatları olmamasını, Göygöl rayonu, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində inşa edilən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində sahəsi 104 kvm olan mənzil mövcud olmamasını, həmçinin keçmiş təsisçinin məlumatlarına əsasən göstərilən müqavilələrin əslində digər bir aktı pərdələmək niyyəti ilə formal olaraq bağlanmasını qeyd etməklə iddiaya etiraz etmişlər.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabde h tərəfin izahatı özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

18. Məhkəmə kollegiyası iş materiallarında mövcud olan kassa mədaxil ordenlərinə həmçinin şahid ifadələrinə istinad edərək qeyd etmişdir ki, şahid ifadəsində əsilləri məhkəməyə təqdim edilmiş ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzil və ümumi sahəsi 135,5 (24,2*5,6) kv.m olan ticarət obyektinə dair bağlanmış ilkin müqavilələr zamanı hər müqavilə üçün iddiaçı tərəfindən ödənilmiş 5000 ABŞ dolları, cəmi 10000 ABŞ dolları məbləğində vəsaitin tərəflərindən qəbul edildiyini bildirməklə və 637 və 801 saylı qəbzlərdəki imzanın ona məxsus olmasını etiraf etməklə həmin hissədə iddiaçını 20000 ABŞ dolları vəsaitin cavabdehə təqdim edilməsini sübutetmə yükündən azad etmişdir.

19. Məhkəmə kollegiyası şahid ifadəsinə əsasən həm in qəbzləri sübut kimi qiymətləndirməklə yanaşı apellyatorun da həmin qəbzlərin mövcudluğu qəbul etdiyi üçün məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən qəbzlərin əsli deyil, kserosurət olmasına dair dəlilini artıq əhəmiyyətsiz və əsassız olmasını qeyd etmişdir.

20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, həmçinin şahid ifadəsində 30000 ABŞ dolları məbləğinin əks edildiyi 07 mart 2008-ci il tarixli, 541 nömrəli kassa mədaxil orderinin də onun tərəfindən imzalanmasını göstərməklə yanaşı bildirmişdir ki, iddiaçı tərəfindən 30000 ABŞ dollar məbləğində vəsait ödənilməmiş, bu məbləğin X4 olduğu borca görə əvəzlənməsini göstərməklə bu barədə təqdim edilmiş mədaxil qəbzi mötəbər sübut kimi qəbul edilməli olmamasını göstərmişdir. Lakin bu məbləğin X8 şahid qismində verdiyi ifa dəsində və iddiaçı izahatında bu faktı təsdiq etməyərək həqiqət olmadığını bildirdilər.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, şahid Cəmaləddin Məmmədov 30000 ABŞ dollar məbləğində vəsait ödənilmədiyini bildirsə də iş materiallarına əlavə edilmiş 07 mart 2008-ci il tarixli, 541 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən mənzil almaq üçün 30000 ABŞ dolları kassaya mədaxil edilmişdir və həmin mədaxil orderində göstərilən məlumatların həqiqətə uyğun olmaması barədə hər hansı sübut təqdim edilməmişdir.

22. Bundan əlavə, şahid X3 iş materiallarında olan 10 may 2008-ci il tarixli, 595 nömrəli kassa mədaxil orderinə əsasən ticarət obyekti almaq üçün 10000 ABŞ dolları almasına dair təqdim edilmiş qəbzdə olan imzaların ona məxsus olmamasını bildirsə də, məhkəmə kollegiyası həmin qəbzin əslində şahidin təsisçisi olduğu Cavabdeh MTK-nın möhürü vurulmasını nəzərə alaraq şahidin ifadəsini inandırıcı saymır, qeyri səmimi verilmiş ifadə kimi qiymətləndirir və hesab edir ki, iddiaçının ev və ticarət obyekti almaq üçün sözügedən MTK-nın hesabına 70000 ABŞ dolları ödəməsi işin faktiki araşdırılmış və tədqiq edilmiş sübutları ilə tam öz təsdiqini tapmışdır.

23. Məhkəmə kollegiyası bu qənaətə gələrkən cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi digər dəlillərə dair mötəbər sübut təqdim edə bilməməsini də xüsusilə qeyd etməyi zəruri saymışdır.

24. Belə ki, kollegiya qeyd etmişdir ki, işin faktiki halları ilə Cavabdeh MTK-nın keçmiş təsisçisi Nəsir adlı bir şəxsə torpaq satması, torpağın pulunu ala bilmədiyi üçün əslində torpağın pulunu Nəsirdən alanadək faktiki olaraq öhdəliyin təminatı qismində hazırkı alqı-satqı müqaviləsi bağlanması müəyyən edilməmişdir.

25. Kollegiya həmçinin qeyd etmişdir ki, eyni zamanda cavabdeh tərəf binanın layihə sənədlərində ümumiyyətlə 104 kv.m mənzil nəzərdə tutulmadığını bildirsə də tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan Cavabdeh MTK (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanılmış 11 avqust 2007-ci il tarixli ilkin müqavilədən görünür ki, müqavilənin predmeti Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzil bir pay kimi verilir.

26. Digər tərəfdən iddiaçı tələbində ev və obyektin verilməsini artıq tələb etməyə rək tələbini dəqiqləşdirsə də, apellyasiya şikayətinin dəlillərinə qiymət vermək baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf bina layihəsində qeyd olunan sahəyə malik mənzilin olmamasına dair mötəbər sübut təqdim etməmişdir.

27. Bundan başqa, cavabdeh tərəf iddiaçı tərəfindən təqdim edilmiş mədaxil qəbzlərini mübahisələndirərək apellyasiya şikayətində göstərmişdir ki, “ödəniş qəbzlər sadəcə olaraq “mənzil” və “ticarət obyektinin” alınması məqsədilə verildiyi qeyd edilmişdir. "xxxx" MTK-nın inşa etdiyi bir çox binalar mövcuddur ki, bu qəbzlər onlardan hansına verildiyi məlum deyildir. Hətta mümkündür ki, iddiaçı hansısa binadan mənzil və ya ticarət obyekti əldə etmişdir”.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının cavabd ehə məxsus hər hansı binadan – hazırki müqavilələrdən başqa mənzil və ya ticarət obyekti əldə etməsi barədə də mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki, bu sübutu təqdim etmək üçün kollegiya tərəfindən məhkəmə iclası təxirə salınmış, növbəti iclasda cavabdeh tərəf belə bir halın mövcud olmadığını bildirmişdir.

29. Göründüyü kimi iddiaçı üzərinə düşən öhdəliyi həyata keçirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzili və Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 135,5 (24,2*5,6) kv.m olan ticarət obyektini təmirli vəziyyətdə iddiaçıya təhvil verməmiş, bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur.

30. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehə ödədiyi ümumilikdə 70000 ABŞ dolları məbləğində vəsait cavabdehdən tələb etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

31. Göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olm amış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Müddətin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi-vəkilinin təqdim etdiyi iddia ərizəsinə kollegiya qiymət verərək qeyd edir ki, iş materiallarında olan 79-cu səhifədən görünür ki, mülki işə Gəncə şəhər Məhkəməsində baxılarkən cavabdeh tərəfindən hüquqi ünvanla bağlı ərizə göndərilmişdir, yəni aidiyyət mübahisələndirilmişdir. Bundan başqa Yasamal rayon Məhkəməsində işə baxılarkən məhkəmənin hazırlıq iclasının təxirə salınması xahiş edilmişdir. ( səhifə 92 ). Bu isə cavabdehin hazırki mübahisədən nə vaxtdan məlumatlı olmasını təsdiq edir. Belə olan halda təqdim olunmuş ərizənin müzakirəsi məqsədəmüvafiq hesab edilməmişdir.

33. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi-vəkili müq avilələrin iddiaçı tərəfindən imzalanmamasını və həmin müqavilələrin etibarsız hesab edildiyini qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd etmişdir ki, iddiaçı imzalamadığı müqavilələri bəyənmiş, onun şərtlərinə uyğun ödəniş aparmışdır. Bu halda müqavilədə onun imzasının olmaması həmin əqdlərin etibarsız sayılması üçün əsas vermir.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 387.2, 390.1, 405.1, 405.2, 425.1, 442, 443.1, 443.2, 443.3, 7 52.1, 762.1, 766-cı maddələri; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1, 384.0.1 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli və 2(103)-4146/2024 saylı qətnaməsini ləğv edərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Mülki Məcəllənin 407.2- ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenumu həmçinin Qərarda qeyd etmişdir ki, “Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar.” Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Yekun olaraq Qərarda qeyd edilmişdir ki, “Qeyd olunan normaların məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.402.5-ci maddəyə əsasən isə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

38. Şikayət, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3, 331.1, 407.2, 337, 372.1, 373.1, 375.2, 377.1, 386.1, 402.4, 402.5-ci maddələrinə; AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli Qərarına həmçinin xx.xx.2020-ci il tarixli Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edilməklə, apelyasiya şikayətində qeyd olunan dəlillər göstərilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən məhkəməyə etiraz daxil olmuşdur.

40. Etirazda qeyd olunmuşdur ki, kassator maddi hüquq normasının pozulması kimi Mülki Məcəlləsinin 337.1, 340.2 və 407-ci maddələrinin pozulmasını göstərmişdir. Belə ki, iddia tələbi ilə bağlı cavabdehin apellyasiya şikayətinə münasibətdə araşdırma aparılmış və araşdırma ilə bağlı cavabdehin məhkəməyə təqdim etdiyi şahidlər dindirilmiş və işin həqiqi halı ilə bağlı izahatlarını vermişlər. Bu baxımdan məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsində işə dair aparılmış icraatla bağlı video görüntüyə baxılm asının təmin edilməsini xahiş edərək, daha sonra qeyd etmişdir ki, cavabdeh kassasiya şikayətinin dəlili olaraq eyni mahiyyətli apellyasiya icraatı zamanı aparılmış araşdırma ilə bağlı Bakı apellyasiya məhkəməsinə təqdim etdiyi şahidlər onların yeni təsis müqaviləsi bağlaması ilə bağlı halı da araşdırmışdır. Apellyasiya icraatı zamanı dindirilmiş şahidlərə pulun ödənilməsini təsdiqləmişlər. Hazırda isə MTK-nin yeni təsisçisinin yaranması və satılması hüquqi şəxsin öhdəliyin icrasından yayınmasına əsas vermir və cavabdehin nümayəndəsi hər bir məsuliyyəti əvvəlki təsisçinin üzərinə ataraq aldığı müəssisəni məsuliyyətdən ayırmaq istəsə də işin həqiqi və faktiki halı bu dəlilə əsas vermir. Hazırda məhkəməyə təqdim edilmiş müqavilələrdən də görünür ki, cavabdeh tərəfindən hansı ərazidə yerləşən binadan söhbət gedir. Cavabdeh şikayətinin 3-cü bəndində iddia tələbinin dolayısı ilə qəbul etmək istəyir və qeyd edir ki, MTK-nı 2 ildir əldə etdiklərindən məsələni araşdıra bilmədiklərini qeyd edir. Hansı ki, apellyasiya icraatı zamanı dindirilmiş şahidlər mübahisənin hansı binalardan yaranması və pulun ödənilməsi ilə bağlı məhkəməyə açıq aydın izahat vermişlər. Həmçinin cavabdehin iddiaçının mənzil almaq niyyətinin olmaması və digər bir əqdi pərdələmək niyyəti ilə bağlanması ilə bağlı göstərdiyi dəlil tam əsassızdır. Qeyd olunan hal apellyasiya icraatı zamanı araşdırılmışdır və məhkəmə tərəfindən qeyd olunan arqumentlə bağlı gəldiyi nəticədə əsassızdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə onda qalan nüsxə təqdim edilmişdir və hazırda isə müqaviləni cavabdehin imzalaması bir daha onu təsdiq edir ki, cavabdeh iradə ifadəsini bildirmiş və iddiaçı da bunu bəyənmiş və iddia tələbi ilə bağlı cavabdeh öhdəliyini icra etmədiyindən məhkəməyə müraciət etmişdir. Cavabdehin arqument olaraq istinad etdiyi məqamdan biri ondan ibarətdir ki, bağlanmış müqavilə ilkin müqavilə olmaqla ona dair əlavə müqavilə bağlanmadığından tərəflər arasında öhdəliyə xitam verilmişdir. Həmçinin qeyd edir ki, iddiaçı ona dəymiş maddi zərər olaraq onun aldadılaraq əlindən alınmış və qəbzlərlə öz təsdiqini tapan rəsmi sənədə əsaslanaraq pulu tələb edir. Bu halda müqavilənin mövcud olub-olmamasından asılı olmayaraq iddiaçının cavabdehə pulu verməsini təsdiq edən qəbzlər və apellyasiya icraatı zamanı cavabdehin təşəbbüsü ilə dəvət edilmiş şahidlər də təsdiq edir ki, bu pul cavabdehə ödənilmişdir və bu baxı mdan da cavabdehin əqdin məzmunundan asılı olmayaraq aldığı pulu geri qaytarmaq öhdəliyi daşıyır. Hesab edir ki, birinci instansiya məhkəməsi və apellyasiya icraatı zamanı məhkəmələr tərəfindən iddia tələbi üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol verməmiş iki instansiya məhkəməsi iddia tələbini təmin etməklə haqlı olmaqla ədalətli, qanuni və əsaslı qətnamə çıxararaq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarına əsaslanaraq, işdə olan halları və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərək bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlara sübut olaraq qiymət verərək qətnamə çıxarmışdır. Həmin məcəllənin 76.2-ci maddəs inə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

41. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

42. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

43. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

44. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

45. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.

46. Maddə

769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

47. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

48. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

49. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götü rülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.

50. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

51. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

52. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 154.1. İşdə iştirak ed ən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

55. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası mübahisələndirilən qətnaməni kassasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində istinad edilmiş maddi hüquq normalarının tətbiqində səhvə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq pozuntusuna yol verilməmişdir.

62. İşin apellya siya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 11 avqust 2007-ci il tarixdə ilkin müqavilə adı altında bağlanmış müqavilələr (müqavilələrdə iddiaçının imzası olmasa da iddiaçı müqavilələri bəyənərək təsdiq etmişdir) əsasında iddiaçı tərəfindən cavabdehə 70000 ABŞ dolları pul vəsaiti ödənilmiş, cavabdeh həmin müqavilələrə əsasən Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 3-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzili və 2-ci blokun 1-ci mərtəbəsində yerləşən ticarət obyektini iddiaçıya təqdim etməyi öhdəsinə götürsə də, ötən müddət ərzində öhdəliyini icra etməmiş və iddiaçının ödədiyi pul qaytarılmamışdır.

63. Məhkəmə kollegiyası ilk növbədə tərəflər arasında bağlanmış müqavilələrə hüquqi qiymət verərək qeyd edir ki, müqavilələr ilkin müqavilə adlandırılsa da, məzmununa görə MM-nin 402-ci maddəsində nəzərdə tutulmuş ilkin müqavilənin anlayışına uyğun deyil. Belə ki, MM-nin 402.1-ci maddəsində qeyd edilir ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.4-cü maddədə qeyd olunur ki, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddədə qeyd edi lir ki, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

64. Hazırkı halda 11 avqust 2007-ci il tarixli müqavilələrdə hər iki tərəfin hüquq və vəzifələri müəyyən edilmiş, gələcəkdə hər hansı müqavilənin bağlanacağına dair şərt qeyd edilməmiş, hətta iddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi qismən icra edərək ödənişin bir hissəsini həyata keçirmişdir.

65. Məhkəmə müəyyən etmişdir ki, məzmununa görə müqavilələrin şərtləri podrat müqaviləsinin şərtlərinə uyğun olmuşdur. Belə ki, müqavilələrdə iddiaçı tərəfindən Mənzil Tikinti Kooperativi olan cavabdehə razılaşdırılmış pay haqqını ödəməsi müqabilin də ona MTK-nın inşa edəcəyi binadan mənzil və qeyri yaşayış sahəsi verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə əsasən 70.000 ABŞ dolları ödəniş edilmiş, lakin cavabdeh öz öhdəliyinə əməl etməyərək aldığı muzd qarşılığında tikilmiş binada müqavilə ilə razılaşdırılmış sahədə mənzili və qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir.

66. Belə olan halda, iddiaçının müqavilədən imtinası qanuni və əsaslı olduğundan MM-nin yuxarıda sadalanan normalarına əsasən ödədiyi məbləğləri əsassız varlanmış cavabdehdən tələb etmək hüququ yaranmışdır.

67. Cavabdeh həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində müqavilələrin yalan əqd olduğunu qeyd etsə də, bu barədə mövqeyini birinci instansiya məhkəməsində bildirməmiş, apellyasiy a şikayətində qeyd etdiyi bu mülahizənin əsaslı olduğu isə apellyasiya instansiyası mərhələsində dindirilmiş şahid ifadələri və sübutlarla təsdiq edilməmişdir.

68. Kollegiya qeyd edir ki, MPM-nin tələblərinə əsasən işin faktiki hallarının və sübutların qiymətləndirilməsi işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olduğundan sübutlara düzgün qiymət verilməməsi və işin faktiki halları ilə bağlı kassasiya şikayətində istinad edilən dəlillər kassasiya məhkəməsinin araşdırma predmetini təşkil etmir.

69. Məhkəmə kollegiyası cavabdehin apellyasiya instansiyası mərhələsində təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd edir ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarı lanadək verdiyi ərizə əsasında tətbiq edilir. Normada məhkəmə qərarı kimi, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməli olan məhkəmə qətnaməsi nəzərdə tutulur. 70. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddihüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birin ci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.”

71. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məlumatı olduğundan (nümayəndəsinin Yasamal rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının təxirə salınması ba rədə ərizə ilə müraciət etdiyi nəzərə alınaraq) iddia müddətinin tətbiqi barədə apellyasiya mərhələsində təqdim edilmiş ərizə qəbul edilə bilməz.

72. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, mübahisələndirilən qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4146/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar