Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1764/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X5, X8, Cavabdeh2 və Cavabdeh3 qarşı, (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat ofisi) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mirasın bölüşdürülməsi ilə bağlı mübahisələr. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X5, X8, Cavabdeh2 və Cavabdeh3 qarşı, (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Re spublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat ofisi) “mirasdan payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1222/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 964 nömrəli sərəncamına əsasən Qobustan TNİ-nin rəhbərliyinin və həmkarlar komitəsinin birgə iclasının qərarını, Cavabdeh2 Lökbatan qəs. keçid 1595. ev 15 mənzil 76, blok 4, mər. 5, üç otaqlı sahəsi 40,11 m2 olan mənzilin 4 nəfər ailə tərkibinə verilməsi qərara alınmışdır.
2. Qara dağ rayonu X16 icraiyyə komitəsinin xx.xx.1993-cü il tarixli 017472 saylı orderinə əsasən, vt. X3 istifadəsinə 4 nəfərdən ibarət olan ailəsi ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595 məhəllə, ev 15, mənzil 76, 4 blok, 5 mərtəbə 3 otaqdan ibarət 40.11 kv.metr yaşayış sahəsi verilmişdir. Ailənin tərkibi: Cavabdeh2-özü, Mirzəyeva C.H.-yoldaşı, Cavabdeh2Ə-oğlu və Cavabdeh3Ə.-oğlu.
3. X11 ilə X9 xx.xx.2000-ci il tarixdə rəsmi nikaha girmişdir.
4. X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 397№-li məktubuna əsasən, xx.xx.2023-cü il tarixdə ölmüş X4 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 5 7/2024 nömrəli vərəsəlik işi açılmışdır. Lakin xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən X6 məxsus əmlakla bağlı vərəsələr arasında mübahisə olduğu üçün və miras qalmış əmlakın notariat qaydasında deyil, məhkəmə qaydasında bölünməsini nəzərə alaraq vərəsələr arasında əmlakın bölünməsi ilə əlaqədar müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X12 və X14, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 oktyabr 2023-cü il tarixdə vəfat etmiş əri X6 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, mənzil 76-ya dair vərəsəlik hüququnun tanınaraq, vərəsə lik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, İddiaçı mərhum X11 ilə 04 mart 2000ci ildə rəsmi qaydada evlənmişdir. X1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Birgə nikahdan onların övladı olmamışdır. Lakin, mərhum əri Əbdül Mirzəyevin əvvəlki nikahından onun xx.xx.1964-cü il təvəllüdlü X15 (İlham Mirzəyev xx.xx.2023-cü il tarixdə ölmüşdür), xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh3 Əbdül oğlu və xx xxxx 1966- cı il təvəllüdlü Cavabdeh2 Əbdül oğlu doğulmuşdur. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 964 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncama əsasən mərhum əri X7 Lökbətan qəsəbəsi, keçid 1595, ev 15, mənzil 76, blok 4, mər.5 üç otaqlı sahəsi 40.11 kv.m olan mənzil 4 nəfər ailə tərkibinə verilməsi təsd iq edilmişdir. Buna görə də, həmin mənzilə dair Əbdül Ağalarovun adına 017472 saylı xx.xx.1993-cü il tarixli order verilmişdir. X11 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra miras qalmış əmlakla bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət etmiş və buna görə də 57/2024 nömrəli vərəsəlik işi açılmışdır. Lakin həmin notariat ofisinin 397 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə X6 məxsus əmlakla bağlı vərəsələr arasında mübahisə olduğu üçün və miras qalmış əmlakın notariat qaydasında deyil məhkəmə qaydasında bölünməsini nəzərə alaraq vərəsələr arasında əmlakın bölünməsi ilə əlaqədar müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edilməsi tövsiyə olunmuşdur. Bunun əsasında da hazırda bu iddia ərizəsilə məhkəməyə onun tərəfin dən müraciət edilir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddiaçı 2000-ci ildə cavabdehlərin atası X11 ilə evlənmişdir. Tərəflər vərəsəlik payının müəyyən edilməsi üçün notariat ofisinə getsələr də, razılığa gələ bilmədiklərinə görə vərəsəlik payları müəyyən edilə bilmir. Evin orderi olmasına münasibətdə qeyd etmişdir ki, Avropa Məhkəməsinin də mövqeyinə əsasən orderli mənzil mülkiyyət hesab edilir və bu səbəbdən, həmin mənzil mərhum Əbdül Mirzəyevin miras əmlakın kütləsinə daxil edilməlidir. Orderin olması evə mülkiyyət hüququnun olmasını təsdiq edir, həm də order mülkiyyət sənədi sayılır. Orderdə iddiaçının və Cavabdeh1 adı yoxdur. Evə dair orderdə iddiaçının adı olmadığına və cavabdehlər evin iddiaçının mülkiyyətinə keçməsinə razı olmadıqlarına görə ev iddiaçının adına özəlləşdirilə bilmir. İddiaçı hazırda mübahisəli evdə yaşayır. Evin özəlləşdirilməsi və evdə miras paylarının müəyyənləşdirilməsi tərəflər müvafiq dövlət orqanlarına müraciət etsələr də, dövlət orqanları müvafiq məhkəmə qətnaməsi olmadan bunu edə bilməyəcəklərini bildirdilər. Burada ilk olaraq tərəflərin miras payı müəyyən edilməli, evin çıxarışında tərəflərin payı qeyd edilməlidir. Tərəflər bir-birinə inanmadıqlarına görə evin onlardan birinin adına özəlləşdirilməsinə razı olmurlar. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh3 məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı atasının ikinci həyat yoldaşıdır, atası ilə uzun illər birlikdə yaşayıb. Atası vəfat etdikdən sonra evə köçdü. Hazırda iddiaçı, o və həyat yoldaşı evdə yaşayırlar. Onların iddiaçı ilə aralarında olan tək problem evdə payın müəyyən edilməsidir. İddiaçı evin onun adına özəlləşdirilməsini istədi, Qənirə isə buna razı olmadı. Evin dörd paya bölünərək vərəsələrin paylarının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1954/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim G. Aslanova) iddia tələbi təmin edilməmişdir.
11. İddiaçı Əbdül Mirzəyevin ikinci həyat yoldaşıdır, aralarında nikah xx.xx.2000-ci il tarixdə bağlanmışdır. Cavabdehlə r Cavabdeh2 və Cavabdeh3 Əbdül Mirzəyevin birinci nikahdan olan övladları, Cavabdeh1, Cavabdeh4, Röya Mirzəyeva, Aynur Mirzəyeva isə birinci nikahdan olan övladı İlham Mirzəyevin arvadı və övladlarıdır. X13 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Mübahisə predmeti olan mənzilə dair orderdə ailə üzvü qismində cavabdehlər Cavabdeh2 Əbdül oğlu və Cavabdeh3 Əbdül oğlunun adları olduğundan, onların mənzilin həmin şəxslərdən birinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilməsinə dair müraciət etmək hüquqları, iddiaçıya münasibətdə isə kirayəçinin ailə üzvünün malik olduğu hüquqların realizə imkanları mövcuddur. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, mənzil 76 mərhum X4 miras aktivinin kütləsinə daxil olmadığından iddia təmin edilməməlidir.
12. Məhkəmə öz mövqeyin i “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci; 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1151.1, 1151.2-ci; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 22.2-ci; “Dövlət mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına; Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88, 106.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mübahisəli mənzilin Əbdül Mirzəyevin mülkiyyətində olan əmlak hesab edilməsinə dair sənədlər mövcud olmadığından həmin mənzil miras aktivinə daxil olan əmlak kimi qiymətləndirilə bilməz kimi mövqeyi əsassızdır. Belə ki, həmin mənzil mərhum Əbdül Mirzəyevin əmlakıdır və buna görə də, iddiaçının həmin mənzillə bağlı vərəsəlik hüququ mövcuddur. Məhkəmə hazırkı işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticəsində qeyri-qanuni qərar qəbul etməklə cavabdehlərin həmin hüquqlarını da pozmuşdur. Qeyd olunan pozuntulara nümunə olaraq mübahisəli mənzilin Əbdül Mirzəyevin mülkiyyətində olan əmlak hesab edilməsinə dair sənədlər mövcud olmadığından həmin mənzil miras aktivinə daxil olan əmlak kimi qiymətləndirilə bilməz kimi nəticəyə gəlməsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Akimovanın Azərbaycana qarşı işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında mənzilə görə verilmiş orderi mülkiyyət sənədi kimi qiymətləndirmişdir. Lakin, hazırkı məhkəmə qətnaməsini çıxarmış hakim qeyd edilən məhkəmə qərarının tələblərini kobud şəkildə pozaraq, iddiaçının mərhum əri, X2 miras qalmış, yəni onun mülkiyyət sənədi ilə ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, k eçid 1595, ev 15, mənzil 76-ya onun vərəsəlik hüququnu tanımayaraq, vərəsəlik payını müəyyən etməmişdir. İddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları birinci insitansiya məhkəməsində sübut edə bilmiş, həmçinin cavabdeh tərəf iddianın təmin edilməsinə etiraz etməmişdir. Hətta cavabdeh tərəfdə bildirmişdir ki, iddianın təmin edilməsi onların da mənafeyinə uyğundur. İş üzrə qəbul edilmiş qətnaməyə fikir verdikdə tam aydın olur ki, həmin qətnaməni qəbul etmiş hakim işə qərəzli yanaşmaqla məhkəmə iclasında təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Mübahisəli qətnaməni qəbul etmiş hakim üçün iddiaçı tərəfin təqdim etdiyi sübutlara onun istəyinə uyğun qiymət verilmişdir. Buradan belə çıxır ki, iddiaçı tərəfin təqdim etdiyi sübutların məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi var. Mübahisəli məhkəmə qətnaməsini qəbul etmiş hakim tərəfindən həmin maddənin (MPM 106.1) tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə iclasında ifadə vermiş iddiaçı və cavabdehlər iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1222/2025 saylı, 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), G.Axundova və F.Qasımov).
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkəmə düzgün ol araq qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilə dair orderdə ailə üzvü qismində cavabdehlər Cavabdeh2 Əbdül oğlu və Cavabdeh3 Əbdül oğlunun adları olduğundan, onların mənzilin həmin şəxslərdən birinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilməsinə dair müraciət etmək hüquqları, iddiaçıya münasibətdə isə kirayəçinin ailə üzvünün malik olduğu hüquqların realizə imkanları mövcuddur. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü və 54-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1151.1, 1151.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 217.4 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında mənzilə görə verilmiş orderi mülkiyyət sənədi kimi qiymətl əndirmişdir. Lakin hakimlər qeyd edilən məhkəmə qərarının tələblərini kobud şəkildə pozaraq iddiaçının mərhum əri X2 miras qalmış, yəni mülkiyyət sənədi ilə ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, keç 1595, ev 15, mənzil 76-ya onun vərəsəlik hüququnu tanımayaraq, vərəsəlik payını müəyyən etməmişdir.
20. Hazırkı iş üzrə həm iddiaçı, həm də cavabdehlər iddianın təmin edilməsində maraqlı olmuşlar. Bununla bağlı hər iki tərəfin birinci insitansiya məhkəməsində verdikləri etirafedici ifadələri mövcuddur. Lakin, qətnamələrə fikir verdikdə tam aydın olur ki, həmin qətnaməni qəbul etmiş hakimlər işə qərəzli yanaşmaqla məhkəmə iclasında təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır, iddiaçı tərəfin təqdim etdiyi sübutlara özü nün mülahizəsinə uyğun qiymət verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 695.1. Kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır.
26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
27. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
28. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Q anunu
29. Maddə
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 3 0.M a d d ə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnamə tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kassasiya ins tansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən şikayətdə qeyd edilmiş maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
41. Apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdiyi sübutlar ətraflı şəkildə araşdırılmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış və düzgün hüquqi nəticəyə gəlinmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və kassasiya şikayəti əsassızdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1222/2025 saylı, 19 fevral 2025-ci saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.