Məhkəmə qərarları › İş №2(102)-1765/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1765/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1765/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) mülki iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X2 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-575/2025 nömrəli iş üzrə 24 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərə findən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. RPA********** olan BA seriyalı 648444 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2016-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2017-ci il tarixdə qüvvədən düşmüşdür;

3. RPA********** olan BA seriyalı 763480 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" ASC tərəfindən sığortalanmı ş, sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2017-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2018-ci il tarixdə qüvvədən düşmüşdür;

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2215/2023 saylı qərarı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)147/2023 nömrəli tarixli qətnaməsi qismən, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı X1 iddiasının qismən təmin edilərək, ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat s ığorta ödənişinin tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbinin rədd edilməsi, qətnamənin 2000 manat mənəvi ziyanın və 3000 manat əlavə xərclərin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır; 5. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış müraciət ilə əlaqədar cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2215/2023 saylı qərarı ilə qərara alınan ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişinin tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbinin rədd edilməsi, qətnamənin 2000 manat mənəvi ziyanın və 3000 manat ə lavə xərclərin tutulması hissəsi ”Paşa Sığorta” ASC tərəfindən tam icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 20 iyul 2017-ci il tarixli İ-Pİ-0109/17 saylı könüllü sığorta müqaviləsinə əsasən baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 (bir yüz on altı min beş yüz qırx səkkiz) manat məbləğində sığorta ödənişinin, icbari sığorta müqaviləsi üzrə hesablanmış sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 60,000.00 (altmış min) manat məbləğində dəbbə pulunun, iddiaçı tərəfindən ödənilmiş 457.00 (dörd yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, 20 iyul 2016-cı il tarixində cavabdeh "xxxx" ASC və İddiaçı arasında 1 (bir) il müddətinə BA 648444 saylı Daşınmaz əmlakın icbari sığorta müqaviləsi bağlanmışdır. Bu Müqavilə üzrə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak cavabdeh tərəfindən sığortalanmışdır. 2017-ci ilin iyul ayında sığorta müqaviləsinin müddətinin bitməsi səbəbindən tərəflər arasında həmin ev ilə bağlı həm könüllü, həm də icbari sığorta müqavilələri bağlanmışdır. İ-Pİ-0109/17 saylı əmlak sığortası şəhadətnaməsinə əsasən adıçəkilən əmlak xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixinədək 125,000.00 manat məbləğində sığortalanmışdır. 2017- ci ilin aprel ayında sığortalanmış əmlakda çatlar yaranmağa başlamışdır. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03-3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözügedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır. Sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh, ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərərin 6,260.00 manat olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-147/2023 nömrəli tarixli qətnaməsi qismən, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 ma nat tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı iddiası qismən təmin edilərək, ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişi tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbi rədd edilmişdir. Həmin qərarın 92-ci bəndində məhkəmə qeyd edir ki, “eyni zamanda iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin baş verməsi işdə mübahisə olunmur. Bununla belə, 2017-ci ilin əvvəlində su xəttində baş verən qəzaya görə iddiaçının evində çatların əmələ gəlməsi, habelə həmin ilin avqust ayından sonra çatların genişlənərək evin qəzalı vəziyyətə düşməsi haqqında işdə məlumatlar var”. Sığorta ödənişinin vaxtında edilməməsi nəticəsində sığorta olunmuş əmlakda könüllü sığorta müqaviləsi qüvvədə olduğu dövrdə ikinci sığorta hadisəsi baş vermiş və bunun nəticəsində əmlak qəzalı vəziyyətə düşmüşdür. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmiş, mərkəz öz rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin artaraq 141,548.38 manat məbləgində olduğunu qeyd etmişdir. Qeyd olunan məbləğdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən ödənilmiş 25,000.00 manat çıxıldıqdan sonra, vurulmuş zərərə görə 116,548.00 (bir yüz on altı min beş yüz qırx səkki z) manat məbləğində ödənilməmiş sığorta məbləği qalır. Adıçəkilən qərarın 101-ci bəndinə əsasən, sığortaçı sığorta ödənişini (pul öhdəliyini) vaxtında icra etmədiyinə görə “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən həmin ödənişi bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. İş materiallarına əsasən cavabdeh sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli idi. Buna baxmayaraq, sığorta məbləği "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdeh tərəfindən sığorta ödənişi 2400 gündən artıq müddətə gecikdirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə aldıqda, cavabdeh sığorta ödəniş ini iddiaçıya vaxtında etmədiyindən, ümumilikdə 60,000.00 (altmış min) manat məbləğində dəbbə pulu hesablanmışdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2053/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında iki dəfə - 20 iyul 2016-cı ildən 19 iyul 2017-ci ilədək və 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən daşınmaz əmlakın icbari sığorta müqavilələri bağlanmışdır. Müqavilələrdə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat göstərilmişdir. İşdən görünür ki, iddiaçının əmlakına ziyan dəyməsinə baxmayaraq, bu ziyan su təchizat xəttində baş vermiş qəzadan sonra yaranmışdır. İddiaçının əmlakına münasibətdə sığ orta hadisəsinin baş verməsi mübahisə olunmur və bu hal əvvəlki mübahisə üzrə qəbul edilmiş kassasiya instansiyası məhkəməsinin yekun qərarında öz əksini tapmışdır.

10. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-2215/2023 saylı qərarından da göründüyü kimi, işin halları ilə müəyyən edilmişdir ki, FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində məlumat "xxxx" ASC-nin 07/03-3/1/10034 sayl ı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür.

11. Qeyd edilən qərardan görünür ki, iddiaçı əvvəlki mülki iş üzrə tələbində "xxxx"ASC-dən sığorta ödənişinə görə 25.000 manat, əmlaka dəymiş əlavə zərər görə isə 116.548 manat pul tələb etmişdir.

12. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında göstərmişdir ki, cavabdeh iddiaçı qarşısında icbari sığorta müqaviləsində göstərilən həddə məsuliyyət daşımalı olduğund an iddiaçının tələbi yalnız həmin hissədə təmin edilə bilər. Bu zaman icbari sığorta müqaviləsində göstərilən 250 manat azadolma məbləği çıxılmaqla, cavabdehdən 24750 manat sığorta ödənişi tutulmalıdır.

13. Belə ki, cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyinə, qəzanın nəticələri vaxtında aradan qaldırılmadan mövcud vəziyyətdə tərəflər arasında 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən, daşınmaz əmlakın yeni icbari sığorta müqaviləsinin bağlanması, əvvəlki sığorta dövrünə təsadüf edən qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, sözügedən evin qəzalı vəziyyətə düşməsinin ikinci sığorta hadisəsi olması barədə apelyasiya məhkəməsinin gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, “evin qəzalı vəziyyətə dü şməsi” ikinci sığorta hadisəsi deyil, baş vermiş sığorta hadisəsinin nəticəsidir.

14. Məhkəmə hesab edir ki, qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarı hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsə də, həmin qərarla müəyyən edilmiş hallar hazırki iddiaya hüquqi qiymət verilməsi zamanı nəzərə alınmalıdır.

15. İddiaçı hazırki tələbində kassasiya instansiyası məhkəməsinin qeyd edilən qərarına istinad edərək "xxxx" ASC-dən zərərvuran kimi sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 (bir yüz on altı min beş yüz qırx səkkiz) manat məbləğində sığorta ödənişinin tutulmasını yenidən "xxxx" ASC-dən tələb etmiş və tələbinin əsası kimi xx.xx.2017-ci il tarixli hadisəni İ-Pİ-0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsinin təsir dairəsinə də aid etməkl ə “əmlakın qəzalı vəziyyətə düşməsi" kimi ikinci sığorta hadisəsinin baş verdiyini iddia edir. Halbuki, işin materiallarından və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarının 98-ci paraqrafında da görünür ki, xx.xx.2017-ci il tarixli hadisə nəticəsində evin qəzalı vəziyyətə düşməsinin sığorta təminatının müddəti “xx.xx.2017 00:00 - xx.xx.2018 23:59” olan İ-Pİ-0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsi ilə heç bir bağlılığı yoxdur. Belə ki, “əmlakın qəzalı vəziyyətə düşməsi” sığorta hadisəsi deyil, sığorta hadisəsinin nəticəsidir.

16. Məhkəmə hesab edir ki, kassasiya instansiyası məhkəməsi qeyd etdiyi kimi artıq sığorta ödənişindən deyil, əmlaka vurulmuş zərərin ödənilməsindən söhbət gedə bilər. Belə ki, yekun qərar olaraq əmlaka dəyən əlavə zərərə görə 116.548 manat pul tələbi hissəsində iddia rədd edilmişdir.

17. Başqa sözlə, işin araşdırılmış halları onu deməyə tam əsas verir ki, dəymiş ziyan su təchizat xəttində baş vermiş qəzadan sonra yarandığından iddia tələbi "xxxx" ASC-yə qarşı verilməməlidir.

18. Məhkəmə iddia tələbinin digər hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı 60,000.00 manat məbləğində dəbbə pulu tələbinin əsası kimi cavabdehin sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli olduğunu, buna baxmayaraq, xx.xx.2023-cü il tarixində onun bank hesabına köçürüldüyünü, sığorta ödənişinin 2400 gündən artıq müddətə gecikdirildiyinə istinad edir. 19. “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsində sığorta ödənişinin məhz sığortaçı tərəfindən gecikdirilm əsindən söhbət gedir. Nəzərə alınsa ki, zərərin miqdarı barədə tərəflər arasında mübahisə mövcud olmuşdur, bu belə olduğu təqdirdə sığortaçı tərəfindən sığorta ödənişinin gecikdirilməsi halının olması kimi qiymətləndirilə bilməz.

20. Həmçinin iş materiallarından görünür ki, iddiaçı əvvəlki iş üzrə sığorta ödənişi ilə yanaşı əmlaka dəymiş əlavə zərərə görə və digər xərclərə görə məbləğlərin ödənilməsini məhkəmə qaydasında tələb etmiş, 2018-ci ildən başlayan məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə yekunlaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarında iddiaçının əmlaka dəymiş əlavə zərərə görə müvafiq məbləği tələb etməsinin əsassız olduğu, iddia olun an 154.579 manat məbləğdən cəmi 29.750 manat məbləğin ödənilməli olması təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiası bu hissədə də tamamilə əsassızdır.

21. Məhkəmə iddianın qeyd edilən hissəsinin əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəldiyinə görə iddiaçı bu tələb üzrə iddia müddətini ötürməsi ilə bağlı cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə hüquqi qiymət verilməsini zəruri saymır.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 898.1, 898.2, 922.1, 922.2, 926.1, 926.2, 927.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanun unun 10.10-cu maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

23. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya ş ikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Mülki Məcəllənin 934-cü maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İSH” Qanunun 18-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddia ərizəsindən də göründüyü kimi, tələbin bir hissəsi sığorta ödənişinin vaxtında həyata keçirilməməsi ilə bağlı hesablanmış dəbbə pulunun ödənilməsi olmu şdur. Belə ki, iş materiallarına əsasən cavabdeh sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli idi. Buna baxmayaraq, sığorta məbləği "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdeh tərəfindən sığorta ödənişi 2400 gündən artıq müddətə gecikdirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə aldıqda, cavabdeh sığorta ödənişini iddiaçıya vaxtında etmədiyindən, ümumilikdə 60,000.00 (altmış min) manat məbləğində dəbbə pulu hesablanmışdır. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ““İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsində sığorta ödənişinin məhz sığortaçı tərəfindən gecikdirilməsindən söhbət gedir. Nəzərə alınsa ki, zərərin miqdarı barədə tərəflər arasında mübahisə mövcud olmuşdur, bu belə olduğu təqdirdə sığortaçı tərəfindən sığorta ödənişinin gecikdirilməsi halının olması kimi qiymətləndirilə bilməz. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiası bu hissədə də tamamilə əsassızdır.” “İSH” qanunun 16-cı maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun un 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh, ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərərin 6,260.00 manat olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə sığorta ödənişi olaraq iddiaçıya ödənilməli olan məbləğin 24,750.00 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh qanunvericiliyimiz ilə üzərinə qoyulmuş öhdəlikləri vaxtında yerinə yetirməmiş, bunun nəticəsində iddiaçıya əlavə zərər dəymişdir. Bu isə, öz növbəsində, hüquqdan su i-istifadə deməkdir. Məhkəmə isə bu əsaslandırması ilə cavabdehin bu hərəkətlərini (sui-istifadə) haqlı hesab etmişdir. Belə çıxır ki, sığorta ödənişi ilə bağlı istənilən mübahisədə sığorta təşkilatı zərər çəkmiş şəxsə sığorta ödənişinin edilməsindən imtina edəcək və ya vurulmuş real zərər məbləğindən xeyli aşağı məbləğ təklif edəcək, zərər çəkmiş şəxs, normal olaraq bu məbləğ ilə razı olmayacaq və iş məhkəmə müstəvisində bir neçə il ərzində araşdırılacaqdır. Bu hal isə “İSH” qanunun 3-cü maddəsində öz əksini tapan prinsiplərə tamamilə ziddir (sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı; sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması; sığorta hadi sələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı; çoxqat maliyyə təminatı mexanizmi vasitəsilə sığorta əməliyyatlarında maliyyə sabitliyinin təmin edilməsi). Mülki Məcəllənin 16 və 560-cı maddələrinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd etmək lazımdır ki, 2017-ci ilin aprel ayında sığortalanmış əmlakda çatlar yaranmağa başlamışdır. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəx əssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylıməktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır. Sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh, ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərərin 6,260.00 manat olaraq müəyyən etmişdir. Sığorta ödənişinin vaxtında edilməməsi nəticəsində sığorta olunmuş əmlakda könüllü sığorta müqaviləsi qüvvədə olduğu dövrdə ikinci sığorta hadisəsi baş vermiş və bunun nəticəsində əmlak qəzalı vəziyyətə düşmüşdür. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmiş, mərkəz öz rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin artaraq 141,548.38 manat məbləgində olduğunu qeyd etmişdi r. Qeyd olunan məbləğdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən ödənilmiş 25,000.00 manat çıxıldıqdan sonra, vurulmuş zərərə görə 116,548.00 (bir yüz on altımin beş yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş sığorta məbləği qalır. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarı hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsə də, həmin qərarla müəyyən edilmiş hallar hazırki iddiaya hüquqi qiymət verilməsi zamanı nəzərə alınmalıdır. Halbuki, işin materiallarından və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarının 98-ci paraqrafında da görünür ki, xx.xx.2017-ci il tarixli hadisə nəticəsində evin qəzalı vəziyyətə düşməsinin sığorta təminatının müddəti “xx.xx.2017 00:00 - xx.xx.2018 23:59” olan İ-Pİ-0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsi ilə heç bir bağlılığı yoxdur. Belə ki, “əmlakın qəzalı vəziyyətə düşməsi” sığorta hadisəsi deyil, sığorta hadisəsinin nəticəsidir. Məhkəmə hesab edir ki, kassasiya instansiyası məhkəməsi qeyd etdiyi kimi artıq sığorta ödənişindən deyil, əmlaka vurulmuş zərərin ödənilməsindən söhbət gedə bilər. Başqa sözlə, işin araşdırılmış halları onu deməyə tam əsas verir ki, dəymiş ziyan su təchizat xəttində baş vermiş qəzadan sonra yarandığından iddia tələbi "xxxx" ASC-yə qarşı verilməməlidir. Bu məsələ ilə bağlı bildiririk ki, iddiaçıya dəymiş ziyanın su təchizat xəttində baş v erməsi işin mübahisəsiz halıdır. Məhkəmənin bu mövqeyi ancaq bu halda əsaslı ola bilərdi: hazırkı mübahisə üzrə bir sığorta hadisəsi baş vermişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər həmin an üçün "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli aktına uyğun olaraq 31,100.00 manat olmuşdur. Bu zərərdən 25,000.00 manat icbarı sığorta müqaviləsi üzrə cavabdeh tərəfindən vaxtında ödənilsə idi (yekunda Ali Məhkəmənin qərarına əsasən qeyd olunan məbləğin cavabdeh tərəfindən tam şəkildə ödənilməsi qərara alınmışdır), iddiaçı yerdə qalan məbləği ona faktiki olaraq zərərvuran şəxsdən tələb etməli idi. Lakin, iş materiallarından da görünür ki, 2017-ci ilin aprel ayında iddiaçı cavabdehə sığorta hadisəsi barədə məlumat vermiş, sığorta olunan daşınmaz əmlak həmin ilin dekabr ayında (sığorta hadisəsində 8 ay sonra) qəzalı vəziyyətə düşmüş və iddiaçıya dəymiş zərərin həcmi artmışdır. Ötən 8 ay ərzində iddiaçıya həmin dövr üçün dəymiş zərərdən (31,100.00) ən azı 25,000.00 manatı cavabdeh tərəfindən ödənmiş olsa idi, sonradan iddiaçıya dəymiş zərərin həcmi artmazdı.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2025-ci il tarixli, 2(103)-575/2025 saylı qətnaməsi ilə (hakimlər A.İmanov - sədrlik edən və məruzəçi, M.Məmmədov və F.Talışinski) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2053/2024 nömrəli 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı əvvəlki mülki iş üzrə tələbində "xxxx"ASC-dən s ığorta ödənişinə görə 25.000 manat, əmlaka dəymiş əlavə zərər görə isə 116.548 manat pul tələb etmişdir.

27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında göstərmişdir ki, cavabdeh iddiaçı qarşısında icbari sığorta müqaviləsində göstərilən həddə məsuliyyət daşımalı olduğundan iddiaçının tələbi yalnız həmin hissədə təmin edilə bilər. Bu zaman icbari sığorta müqaviləsində göstərilən 250 manat azadolma məbləği çıxılmaqla, cavabdehdən 24750 manat sığorta ödənişi tutulmalıdır.

28. Belə ki, cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyinə, qəzanın nəticələri vaxtında aradan qaldırılmadan mövcud vəziyyətdə tərəflər arasında 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən, daşınmaz əmlakın yeni icbari sığorta müqaviləsinin bağlanması, əvv əlki sığorta dövrünə təsadüf edən qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, sözügedən evin qəzalı vəziyyətə düşməsinin ikinci sığorta hadisəsi olması barədə apelyasiya məhkəməsinin gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, “evin qəzalı vəziyyətə düşməsi” ikinci sığorta hadisəsi deyil, baş vermiş sığorta hadisəsinin nəticəsidir.

29. Həmçinin kassasiya instansiyası məhkəməsinin yekun qərarında qeyd edilir ki, ödənilməli olan sığorta ödənişinin vaxtında ödənilməməsinə görə vurulmuş zərərlə, baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər fərqli anlayışlardır. Sığortaçı sığorta ödənişini (pul öhdəliyini) vaxtında icra etmədiyinə görə “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən həmin ödənişi bu Qanunun 18.1-ci mad dəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Həmçinin Mülki Məcəllə ilə pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin heç bir halda bu zərər əmlaka sığorta hadisəsi nəticəsində vurulmuş real zərərin tam olaraq sığortaçıdan tutulması ilə nəticələnə bilməz. Çünki əmlaka dəyən zərərin tam ödənilməsinə sığortaçı deyil, zərərvuran şəxs məsuliyyət daşıyır. Buna görə də, əmlaka dəyən əlavə zərər görə 116.548 manat pul tələbi hissəsində iddia rədd edilməlidir.

30. Kollegiya hesab edir ki, qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmiş hallar hazırki tələbə hüquqi qiymət verilməsi zamanı nəzərə alınmalıdır.

31. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, kassasiya instansiyası məhkəməsi qeyd etdiyi kimi artıq sığorta ödənişindən deyil, əmlaka vurulmuş zərərin ödənilməsindən söhbət gedə bilər. Belə ki, yekun qərar olaraq əmlaka dəyən əlavə zərərə görə 116.548 manat pul tələbi hissəsində iddia rədd edilmişdir.

32. Həmçinin iş materiallarından görünür ki, iddiaçı əvvəlki iş üzrə sığorta ödənişi ilə yanaşı əmlaka dəymiş əlavə zərərə görə və digər xərclərə görə məbləğlərin ödənilməsini məhkəmə qaydasında tələb etmiş, 2018-ci ildən başlayan məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə yekunlaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarında iddiaçının əmlaka dəymiş əlavə zərərə görə müvafiq məbləği tələb etm əsinin əsassız olduğu, iddia olunan 154.579 manat məbləğdən cəmi 29.750 manat məbləğin ödənilməli olması təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiası bu hissədə də tamamilə əsassızdır.

33. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 898.1, 898.2, 922.1, 922.2, 926.1, 926.2, 927.1, 935.1.8, “İcbari sığortalar haqqında” Qanunun 6.2, 13.1, 13.2, 15.1, 16.2, MPM-nin 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh, ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərəri 6,260.00 manat olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə sığorta ödənişi olaraq iddiaçıya ödənilməli olan məbləğin 24,750.00 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh qanunvericilik ilə üzərinə qoyulmuş öhdəlikləri vaxtında yerinə yetirməmiş, bunun nəticəsində iddiaçıya əlavə zərər dəymişdir. Bu isə, öz növbəsində, hüquqdan suiistifadə deməkdir. Məhkəmə isə bu əsaslandırması ilə cavabdehin bu hərəkətlərini (suiistifadə) haqlı hesab etmişdir. Belə çıxır ki, sığorta ödənişi ilə bağlı istənilən mübahisədə sığorta təşkilatı zərər çəkmiş şəxsə sığorta ödənişinin edilməsindən imtina edəcək və ya vurulmuş real zərər məbləğindən xeyli aşağı məbləğ təklif edəcək, zərər çəkmiş şəxs, normal olaraq bu məbləğ ilə razı olmayacaq və iş məhkəmə müstəvisində bir neçə il ərzində araşdırılacaqdır. Bu hal isə “İSH” qanunun 3-cü maddəsində öz əksini tapan prinsiplərə tamamilə ziddir.

36. İddiaçıya dəymiş ziyanın su təchizat xəttində baş verməsi işin mübahisəsiz halıdır. Məhkəmənin bu mövqeyi ancaq bu halda əsaslı ola bilərdi: hazırkı mübahisə üzrə bir sığorta hadisəsi baş vermişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər həmin an üçün "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli aktına uyğun olaraq 31,100.00 manat olmuşdur. Bu zərərdən 25,000.00 manat icbarı sığorta müqa viləsi üzrə cavabdeh tərəfindən vaxtında ödənilsə idi (yekunda Ali Məhkəmənin qərarına əsasən qeyd olunan məbləğin cavabdeh tərəfindən tam şəkildə ödənilməsi qərara alınmışdır), iddiaçı yerdə qalan məbləği ona faktiki olaraq zərərvuran şəxsdən tələb etməli idi. Lakin, iş materiallarından da görünür ki, 2017-ci ilin aprel ayında iddiaçı cavabdehə sığorta hadisəsi barədə məlumat vermiş, sığorta olunan daşınmaz əmlak həmin ilin dekabr ayında (sığorta hadisəsində 8 ay sonra) qəzalı vəziyyətə düşmüş və iddiaçıya dəymiş zərərin həcmi artmışdır. Ötən 8 ay ərzində iddiaçıya həmin dövr üçün dəymiş zərərdən (31,100.00) ən azı 25,000.00 manatı cavabdeh tərəfindən ödənmiş olsa idi, sonradan iddiaçıya dəymiş zərərin həcmi artmazdı. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh "xxxx" AS C kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş və göstərmişdir ki, apellyasiya məhkəməsi bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmış, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi tam qanuni və əsaslıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayəti əsassız olduğundan onun rədd, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

40. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

41. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

42. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiym ətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 43. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri ba rədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etmə si və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prossessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

52. Hazırkı işdə iddiaçı iki tələb irəli sürmüşdür: 1) sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 manat pulun; 2) sığorta ödənişinin gecikdirilməsinə görə hesablanm ış 60,000.00 manat məbləğində dəbbə pulunun "xxxx" ASC-dən tutulması.

53. Məhkəmə kollegiyası əvvəlcə birinci tələb üzrə prosessual qanunvericiliyin tələbini qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

54. Hər iki instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)2215/2023 saylı qərarı ilə ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişi tutulmuş, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbi rədd edilmişdir.

55. Buna baxmayaraq məhkəmələr hazırkı iş üzrə 116,548.00 manat pul tələbinin daha əvvəl baxılmış mülki işdə həll edilmiş 116.548 manat pul tələbi ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə olub olmadığını müzakirə etməmiş, məsələyə bu aspektdə hüquqi qiymət verməmişlər.

56. Nəzərə alınmalıdır ki, birinci tələb MPM-nin 261.0.2-ci maddəsinin təsiri altına düşürsə, ona bu işdə yenidən baxılması hüquqi müəyyənlik prinsipinə ziddir. Çünki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prins ipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı.

57. İkinci tələb üzrə məhkəmələrin mövqeyi bundan ibarət olmuşdur ki, “zərərin miqdarı barədə tərəflər arasında mübahisə mövcud olmuşdur, bu belə olduğu təqdirdə sığortaçı tərəfindən sığorta ödənişinin gecikdirilməsi halının olması kimi qiymətləndirilə bilməz. Məhkəmə iddianın qeyd edilən hissəsinin əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəldiyinə görə iddiaçı bu tələb üzrə iddia müddətini ötürməsi ilə bağlı cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə hüquqi qiymət verilməsini zəruri saymır”.

58. Kassasiya məhkəməsi bu mövqeyi əsaslı hesab etmir, ona görə ki, məhkəmələr sığorta ödəni şinin gecikdirilməsinə görə qanunda nəzərdə tutulan faizin tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi olması səbəbindən tutulmalı olmadığı barədə mövqelərini əsaslandırmamış, hər hansı bir qanun normasına istinad etməmişlər.

59. Halbuki, Mülki Məcəllənin 934.2-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddələrində açıqca qeyd olunmuşdur ki, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

60. İddiaçı bildirir ki, cavabdeh təşkilat 2017-ci ilin iyun ayında ödəməli olduğu sığorta ödənişini xx.xx.2023-cü ildə onun bank hesabına köçürmüşdür, bu səbəbdən hər gecikdirilmiş gün üçün sığorta ödən işi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tələb edir.

61. Belə olan halda həmin iddia tələbi, habelə cavabdehin tətbiq etdiyi iddia müddəti (eləcə də bu iddianın qaldırıldığı tarixdən əvvəlki üç ilə hesablanan dəbbə puluna iddia müddətinin tətbiq edilib-edilmədiyi) aidiyyəti maddi hüquq normalarının şərtlərinə uyğun şəkildə araşdırlmaqla məsələyə yekun hüquqi qiymət verilməlidir.

62. Beləliklə, kassasiya kollegiyası yuxarıda qeyd edilənləri birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarını (düzgün) tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamış, bununla da iş üzrə düzgün olmaya n qətnamə çıxarılmışdır (§ 47-48).

63. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməklə, yuxarıda göstərilən məsələlərin araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır.

64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-575/2025 nömrəli iş üzrə 24 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar