Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3370/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: sığorta fəaliyyətindən irəli gələn mübahisələr, sığorta ödənişi tələbi. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3005/2025 nömrəli, 1 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes Benz C240” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Qasım oğluna məxsusdur.
2. LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş sığorta şəhadətnaməsinə əsasən, İddiaçı məxsus “Mercedes Benz C240” markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil 363 manat sığorta haqqı müqabilində xx.xx.2022-ci il tarixinədək 11.000 manat məbləğinə sığortalanmışdır. 3. xx.xx.2022-ci il tarixdə Tərtər şəhəri, Polad Ərəbov küçəsində İddiaçı məxsus minik avtomobilində baş vermiş yanğın barədə Fövqəladə Hallar Nazirliyinin DYNX-nin Aran regional DYNİ-nin DYNŞ-nin inspektoru tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Yanğın haqqında Akt”a əsasən yanğın hadisəsi baş vermiş minik avtomobili Tərtər şəhəri, Polad Ərəbov küçəsində X7 məxsus fərdi yaşayış evinin həyətyanı məhəlləsində hərəkətsiz vəziyyətdə, sönülü olmuşdur. Həmin aktda yanğının səbəbi kimi avtomobilin sahibi İddiaçı verdiyi izahata əsasən qısa qapanma ehtimalı göstərilmişdir.
4. Tərtər rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, qərarın təsviredici hissəsində göstərilənlərə əsasən HK-1/1251 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarda X3 izahatında göstərilmişdir ki, İddiaçı X4 özünə məxsus “Mercedes Benz C240” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək üçün ona etibarnamə vermişdir. 23 yanvar 2022-ci il tarixdə avtomobil ilə Tərtər şəhəri, Polad Ərəbov küçəsində yaşayan bacısının evinə qonaq getmiş, orada olarkən avtomobildə yanğın baş verməsi barədə xəbər verilmişdir. Dərhal yanğını söndürməyə çalışmış, lakin buna nail ola bilməyərək “101” qaynar xəttinə zəng edib yanğın barədə məlumat vermişdir. Bir müddətdən sonra gələn yanğınsöndürənlər yanğını söndürərək yayılmasının qarşısını almışlar. Yanğın nəticəsində avtomobil yanaraq yararsız vəziyyətə düşmüş, İddiaçı 12.500 manat maddi ziyan dəymiş lakin xəsarət alanlar olmamışdır.
5. LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirk əti tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya ünvanlanmış sığorta ödənişinin ödənilməsindən imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, onunla şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK0000002S64 saylı “X1 Tam Sığortası” üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülərin siyahısında X5 barədə məlumatlar (ad soyad, ata adı) aşkar edilməmişdir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təəssüf hissi ilə bildirilmişdir ki, onunla Şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK********** saylı "X1 Tam Sığortası” üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülər siyahısında X6 barədə məlumatlar (ad, soyad, ata adı) qeyd edilmədiyindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən “X2 Tam Sığortası” üzrə xx.xx.2022-ci il tarixli, KSK000000164 saylı əmlakın icbari sığortası Şəhadətnaməsinə əsasən sığortalanmış “Mercedes Benz C-240 minik” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətə düşdüyünə görə 11.000 manat və ödənilmiş 123 manat dövlət rüsumunun tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz C240 minik” markalı, **KD-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə aralarında “X2 Tam Sığortası” üzrə xx.xx.2022-ci il tarixli, KSK000000164 saylı sığorta müqaviləsi imzalanmış və həmin avtomobil sığorta olunaraq “kasko” növü üzrə sığorta təminatı almışdır. Mülkiyyətində olan həmin avtomobil 23 yanvar 2022-ci il tarixdə Tərtər şəhəri, P.Ərəbov küçəsində yanaraq sığorta hadisəsinə məruz qalmışdır. Buna görə də avtomobili sığortalı olduğuna görə sığorta ödənişinin ona ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Lakin, həmin sığorta şirkəti 20 avqust 2024-cıi il tarixli məktubu ilə sığorta ödənişindən imtina etmişdir. Hesab etmişdir ki, sığorta şirkətinin ona sığorta ödənişinin ödənilməsindən imtina et məsi əsassız və qanuna ziddir. Bina görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir.
8. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi iddiaya etiraz təqdim edərək bildirmişdir ki, qeyd olunan sığorta hadisəsi reallığı əks etdirmədiyinə dəlalət edən əsaslı dəlillər vardır. Belə ki, xx.xx.2025-ci il tarixdə əməkdaşları tərəfindən yanan avtomobilə yerində baxış keçirilmiş, foto və video qeydlər aparılmışdır. Qeyd olunan fotoşəkillərlə iddiaçı ilə şirkət arasında müqavilə bağlanan zaman təqdim olunan avtomobilin çəkilmiş şəkilləri müqayisəli təhlil edilmişdir. Məlum olmuşdur ki, müqavilə bağlanan zaman şirkətə təqdim olunan avtomobillə, yanan avtomobil eynilik təşkil etmir. Belə ki, yanmış avtomobillə müqavilə bağlanan zaman şirkətə baxışa təqdim edilən avtomobilin salonlarının rəngi, spidometri, ön buferi, diskləri və s. hissələri fərqlənir. Beləliklə məlum olur ki, iddiaçı şirkətin ləğv prosesində olduğunu və köhnə əməkdaşların hazırda şirkətdə çalışmadığından yenidən ödəniş almaq üçün cəhd etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1101/2025 nömrəli, 4 mart 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ləğv prosesində olan Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən 10.900 manat sığorta ödənişi və 123 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim N.Abbasov).
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkəti ilə aralarında razılaşdırılmış ərizədə sürücülər haqqında məlumatda yalnız İddiaçı barədə məlumatlar əks olunmaqla, avtomobilin ondan başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərərin sığorta təminatına daxil olmaması, belə hallarda sığorta ödənişinin verilməyəcəyi şərtləndirilmişdir. Lakin, Tərtər rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, sığorta hadisəsi avtomobil hər hansı şəxs tərəfindən idarə edilərkən deyil, həyətdə statik vəziyyətdə olarkən baş vermişdir. Beləliklə, avtomobilin kənar təsir olmadan alovlanmaqla yanması iş materialları ilə sübuta yetirilmişdir.
11. Məhkəmə cavabdehin etirazında iddianın rədd edilməli olmasının əsası olaraq müqavilə bağlanan zaman şirkətə təqdim olunan avtomobillə yanan avtomobilin eynilik təşkil etmədiyini irəli sürdüyü ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, m əhkəmə araşdırması zamanı sığorta şəhadətnaməsində əks olunmuş avtomobilin fərdi əşya kimi identifikasiya olunmasını bildirən BAN/VİN kodu ilə yanan avtomobilin BAN/VİN kodu eynilik təşkil etməklə, cavabdehin bu dəlilləri öz təsdiqini tapmamışdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 888.2-ci, “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nın 5.3-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.6-cı bəndinə, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 107, 119.1, 217.4-cü madd ələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1101/2025 nömrəli, 4 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər RPŞ-nin İQ-nın müstəntiqi Vüqar Hüseynovun qəbul etdiyi xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərardan görünür ki, avtomobil müqavilə üzrə sürücü hesab edilməyən Nurlan Kazımlının istifadəsində olmuşdur. Qeyd olunanlara əsasən maddi hüquq normalarının tələbləri pozulmuş, qeyd olunan faktlar birinci inst ansiya məhkəməsinin diqqətinə çatdırılmış, lakin məhkəmə qeyd olunan hallara hüquqi qiymət verməmişdir. İddiaçı 12 gün kimi qısa müddət ərzində əsaslı təmir-bərpa işləri apardığını iddia etsə də bunu əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının izahatları ilə faktlar arasında ziddiyyətlər olmasına, həmçinin müqavilə bağlanan zaman təqdim edilən avtomobillə yanan avtomobil arasında ciddi fərqlər olmasına baxmayaraq qanunvericiliyin tələblərinə əsasən xüsusi qərardad qəbul edərək prokurora məlumat verməmiş, işin hallarını düzgün qiymətləndirməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş və işin hallarının tam və obyektiv araşdırılması ilə bağlı əlavə sübutlar tələb etməmiş, bununla da, mülki işə baxılmasının sonrakı g edişatının cavabdehin zərərinə olmasına səbəb olmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3005/2025 nömrəli, 1 iyul 2025-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1101/2025 saylı, 4 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), E.Kazımov və G.Axundova).
16. Məhkəmə kollegiyası nəticəni aşağıdakı dəlillərlə əsaslandırmışdır.
17. Apellyatorun mübahisələndirdiyi məsələ - hadisənin sığorta hadisəsi olubolmaması məsələsi təşkil edir. Belə ki, baxılan iş üzrə tərəflərin müqavilə münasibətlərində olduqlarını təsdiq edən sığorta şəhadətnaməsindən görünür ki, avtomobil “avtokasko” sığorta riski üzrə sığortalanm ışdır. İddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yanğın hadisəsi) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf sığorta hadisəsinin iddiaçı tərəfindən qəsdən edilmiş hərəkət (hərəkətsizlik) nəticəsində baş verdiyini, yəni iddiaçının sığorta hadisəsinin yaranmasında təqsirli olduğunu qeyd etmişdir. Şirkət eyni zamanda avtomobili idarə edənin sığorta müqaviləsində sığorta olunan şəxs (sürücü) qismində qeyd edilmədiyinə dair dəlillərə istinad etmişdir.
18. Cavabdehin iddiaya etirazının qanuni əsası kimi istinad etdiyi Qaydalardan (5.3) göründüyü kimi sığorta təminatının verilməsi, sığorta hadisəsi baş verən zaman avtomobilin sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) idarə etməsi ilə şərtləndirilmişdir. Belə ki, sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərin (sürücülərin) avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.
19. Cavabdehin istisna etdiyi digər dəlillər (müqayisə edilən avtomobillərin salonlarının rəngi, spidometri, ön buferi, diskləri və s. hissələrinin fərqli olması) məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, sığorta şəhadətnaməsində əks olunmuş avtomobilin fərdi əşya kimi identifikasiya olunmasını bildirən BAN/VİN kodu ilə yanan avtomobilin BAN/VİN kodunun eynilik təşkil etməsi müəyyən edilmişdir.
20. Çünki sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilmişdir.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbayc an Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 390.1, 442, 883.1, 899.1, 901.1, 915, 916.1, 922.1, 922.2, 922.3, 925.1, 925.5, 926.1, 933.1, 934.1, 935.1-ci, Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydalarının 5.3, 9.2.3, 22, 23.1.7, 23.1.8, 23.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesindədir) (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3005/2025 saylı nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti aşağıdakı dəlillərlə əsaslandırılmışdır.
24. Hadisənin sığortaçı tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, hadisənin imitasiyasına və sığorta müqaviləsi bağlanan zaman şirkətə artıq yanmış avtomobilin əvəzinə başqa avtomobilin təqdim edilməsinə dəlalət edən əsaslı dəlillər vardır. Belə ki, xx.xx.2025-ci il tarixdə sığorta şirkətinin əməkdaşları tərəfindən yanan avtomobilə yerində baxış keçirilmiş, foto və video qeydlər aparılmışdır. Qeyd olunan fotoşəkillərlə iddiaçı ilə şirkət arasında müqavilə bağlanan zaman təqdim olunan avtomobilin çəkilmiş şəkilləri müqayisəli təhlil edilmişdir. Məlum olmuşdur ki, mü qavilə bağlanan zaman şirkətə təqdim olunan avtomobillə, yanan avtomobil eynilik təşkil etmir. Belə ki, yanmış avtomobillə müqavilə bağlanan zaman şirkətə baxışa təqdim edilən avtomobilin salonlarının rəngi, spidometri, ön buferi, diskləri və s. hissələri tamamilə fərqlidir.
25. Məhkəmə iclaslarında qeyd olunan fərqlərin müqavilə bağlanandan sonra təmirbərpa prosesi ilə izah etsə də, məhkəməyə təmir işlərini harada yerinə yetirməsinə dair sübutlar təqdim edə bilməmiş, işi yerinə yetirən ustaların məhkəmədə şahid qismində dindirilməsini təmin etməmişdir. Müqavilə bağlanması ilə sığorta hadisəsinin baş verməsi arasında 12 gün müddət (xx.xx.2022-ci il tarixdə avtomobilin eyni vəziyyətdə radar fotoşəkillərinin olması nəzərə alınsa, 8 gün) belə əsaslı dəyişiklərin edilməsi üçün ağlabatan müddət deyildir. Həmçinin, məhkəmə iclasında iddiaçıya müqavilə bağlanan zaman təqdim edilmiş avtomobilin salonu ilə yanan avtomobilin salonunun rənglərinin fərqlənməsi ilə bağlı sual ünvanlandıqda (Müqavilə bağlanan zaman Şirkətə baxışa təqdim edilən avtomobilin salonu açıq-krem rəngli, yanan avtomobildə isə qaradır) iddiaçı bunu oturacaqlara çexol çəkilməsi ilə izah etsə də, sığorta şirkətinin əməkdaşının çəkdiyi video qeyddən də görünür ki, çexolun altındakı salonun rəngi qaradır. Sığorta şirkəti tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş eyniləşdirmə nömrəsi olan VİN kodu sorğulanarkən əldə edilən fotoşəkillərə əsasən yanmış avtomobilin ABŞ-də olduğu dövrdə də salonunun rənginin qara olduğu məlum olmuşdur. (VİN kod çıxarışı məhkəməyə təqdim edilmişdir).
26. Hadisənin sığorta hadisəsi hesa b edilməsi üçün araşdırılmalı əsas məsələ sığorta hadisəsinin sığortalının və ya faydalanan şəxsin qəsdi nəticəsində baş veribverməməsi məsələsidir. Çünki sığortalanan risk sığortalının və ya faydalanan şəxsin qəsdi nəticəsində baş verdiyi hallarda sığorta hadisəsi ümumiyyətlə əmələ gəlmir və bu səbəblə də sığortalının və ya faydalanan şəxsin qəsdi nəticəsində baş verən hallar sığorta təminatının əhatə dairəsi xaricindədir. Əmlakın sığortalının və ya faydalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər nəticəsində zədələnməsi sığorta hadisəsi hesab edilmir. Burada qəsd sığortalı, faydalanan şəxs və ya zərərçəkmişin sığorta öhdəliklərinin pozulmasına yönəlmiş şüurlu davranışını ehtiva edir.
27. Sığorta təminatı verilmiş avtomobilin xx.xx.2022-ci il tarixdə Tərtər şəhəri, P. Ərəbov küçəsində yanması ilə bağlı sığorta tələbi ilə iddiaçı Şirkətə müraciət etmişdir. Lakin Şirkət 20 avqust 2024-ci il tarixli məktubu ilə sığorta ödənişindən imtina etmişdir. Çünki, avtomobil müqavilə üzrə sürücü hesab edilməyən Nurlan Kazımlının istifadəsində və sahibliyində olmuşdur. Sığortalanmış avtomobil üçüncü şəxsə təqdim edilməsinə baxmayaraq bu barədə Şirkətə məlumat verilməmişdir. Bu hal qanunvericiliyin və sığorta qaydalarının tələblərinə ziddir. İşə baxan məhkəmələr isə bu halla bağlı qanunu düzgün tətbiq etməmiş, yanlış təfsir etmişlər. Belə ki, məhkəmələr qətnamədə qeyd etmişlər ki, iş materiallarından görünür ki, cavabdehin qeyd etdiyi normanın dispozisiya əlamətləri işin müəyyən edilmiş halları ilə uzlaşmır. Çünki sığortaçının bu hala əsaslanaraq sığorta öd ənişini verməkdən imtina etməsi üçün hadisə avtomobil sığorta müqaviləsində adı qeyd edilməmiş sürücü tərəfindən idarə edilən zaman baş verməlidir. Hazırkı halda isə sığorta hadisəsi kimi göstərilən yanğın hadisəsi avtomobilin hərəkətsiz vəziyyətdə olan zaman baş vermiş, bu zaman avtomobilin üçüncü şəxs tərəfindən idarə edilməsi halı müəyyən edilməmişdir.
28. Avtomobilin başqa şəxsə (Kazımlı Nurlana) etibarnamə ilə verilməsi barədə sığortaçıya məlumat verilməməsi mühüm faktdır. Bu, sığorta riskinin dəyişməsi deməkdir və müqaviləyə xitam verilməsinə əsas verir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn a malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüqu qu vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq s ığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
37. Maddə 901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir.
38. Maddə
915. Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qay da və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.
39. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
40. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığ orta müqaviləsində müəyyən edilir.
41. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
42. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
43. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilmə sindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. Cavabdeh tərəfin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişd ir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına, sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
56. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3005/2025 nömrəli, 1 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.